Rüblük ədəbiyyat dərgisi №3 (11) Sentyabr 2014



Yüklə 472,06 Kb.
Pdf görüntüsü
səhifə18/104
tarix26.09.2017
ölçüsü472,06 Kb.
#2234
1   ...   14   15   16   17   18   19   20   21   ...   104

42
№ 3 (11) Sentyabr  2014 
 
cibimdə  iki  dənə  stəkan  çıxartdım.  Püff.  Pivə 
qaxsıyıb.  Ay  sənin,  yekəbaş  kopayoğlu..  ―Heç  nə 
eləməz  bizə?‖  Zəki  soruşdu.  ―Noolar  olar  da‖  
dedim.  Düzü  özüm  də  qorxdum,  amma  tullamağa 
heyfim  gəldi,  o  qədər  pul  vermişik.  Yekəbaşı  söyə-
söyə pivəni içdik. Zəkini tez tutur, o saat da başlayır 
danışmağa.  Özü  də  elə  yekə-yekə  danışır  ki,  heç 
məllim  birinci  sinif  uşaqlarının  qabağında  belə 
danışmır. Pivə dilini açıb yenə. 
     ―Həci‖ deyir, ―bizim axırımız necə olacey?‖ 
      Çiyinlərimi  çəkdim,  ―yəğin  yaxşı  olar  da‖ 
dedim. 
     ―Neyi 
yaxşı 
olaceyee? 
Hindiki 
qızdarı 
görmürsən?  Olar  saba  ne  arvad  olaceylər? 
Giyinmeylərini, özdərini aparmağlarını görmürsən?‖ 
Keçmə  də  Zəkinin  bu  cür  söhbətlərindən.  Qulaq 
asmağa  məcburam,  özü  yorulmasa,    dayanan  deyil. 
―De, biri bizim bu Rəfiqə‖ Rəfiqə qonşunun qızıdır. 
Məndən  beş,  Zəkidən  üç  yaş  balacadır.  Zəki  əvvəl 
bunu  istəyirdi.  Sonra  qız  nəsə  Zəkinin  xoşuna 
gəlməyən  hərəkətlər  eləyib,  bu  da  əl  çəkib  ondan. 
―Dünən  küçədə  gördüm,  bir  dənə  yubqa 
giyinmişdi...  Vay-vay,  Həci,  utandım  öldüm  girdim  
yerə.  Dayi  hələ  ananın  bu  cürnə  də  qızı  olacey  də. 
Yaxçı  canımı  qutardım  onnan.‖  ―Amma  atası  yaxşı 
kişidi‖ dedim. ―Atası yazıq bedbəxtdiye. Arvada söz 
yeridə bilmir, qalır yana-yana. İçgi kopoyoğlu şeydi 
də.  Bu  bedbəxt  cavannığdan  içib  gezib,  arvadın 
gözünnən düşüb. Hindi də sözünə baxan yoxdu. Ne 
bilim əşşi. Süzee, süz görey.‖ 
     Rəfiqə göyçək qızdı. İnişil bu təzə-təzə Rəfiqənin 
dalıycan  düşürdü.  Mən  hələ  bilmirdim.  Rəfiqəgil  
onda  doqquzda oxuyurdular. Zəki hər gün saat birə 
on  beş  dəqiqə  qalmış  gəlirdi  bizə.  Deyirdim  gəl 
içəri,  gəlmirdi.  Bayırda, qapının  yanında  otururduq. 
Demə  bu  oğraşın  qarınağrısı  varmış.  İkiyə  beş 
dəqiqə  işləmiş  Rəfiqəgil    dərsdən  qayıdırdılar. 
Bunlar  yanımızdan  keçən  kimi  Zəki  də  sağollaşıb 
gedirdi.  Tezliklə  hal-qəziyyə  məlum  oldu.  Arabir 
məktəbə də gedirdi dalıycan, oğlanlarla dava zad da 
salırdı. Üstündən üç-dörd ay keçmiş,  Zəkiynən yenə 
qapıda  oturmuşduq.  ―Həci,  memə  diyir  ki,  Həcər 
yaxşı  qız  döyür,  Həciyə  dinən  onnan  əl  çeksün‖ 
dedi.  Həcər  Rəfiqəgilin  kirayənişinlərinin  qızıydı, 
eyni  sinifdə  oxuyurdular.  ―Mən  hara,  Həcər  hara?‖ 
dedim,  ―Mən  heç  Həcərin  üzünü  əməlli-başlı 
görməmişəm‖.    ―Bilirsən‖,  -  Zəki  dedi,  ―-Memə 
soruşdu ki, hər gün hara gedirsən, mən də didim ki, 
Həcinin  Həcərdən  xoşu  gəlir,  özü  tek  diyanmağa 
utanır.  Məni  də  çağırır‖.    Şillənin  birincisi  tutdu 
Zəkini, ikincini vurmaq istəyəndə qaçdı. Yaxşı ki, əl 
altında daşdan zaddan heç nə yox idi, yoxsa alçağın 
başını partladardım. Uşaqda oğraşlığa baxee.  
     ―Pivə  qalıb?‖-  Zəki  soruşdu.  Butulkanın  dibində 
qalanı  süzdüm,  içdik.  Hardansa  əsgər  yoldaşım 
yadıma  düşdü.  Gicin  biriydi,  qabaq  dişləri  yox  idi, 
vampir deyirdik. İstədim Zəkiyə vampirdən danışım, 
saxladım  özümü.  Qələt  elə  Zəkinin  yanında 
əsgərlikdən  bir  cümlə  de,  azı  iki  saat  danışmasa,  
adımı  dəyişərəm.  Adam  eyni  söhbətdəri  nə  qədər 
danışar?  Amma  insafən,  həmişə  harasınısa 
dəyişdirir,  ya  adamları  çoxaldır,  ya  məkanı 
dəyişdirir. Qısası, bu gün danışdığı sabahkını tutmur. 
―Mən  gedim  Həci,  sağ  ol‖.  Zəki  getdi,  stəkanları 
yuyub yenə cibimdə evə apardım. 
     Hələ bahardı, havalar sərindi. Rahat yatmaq olur, 
ağcaqanad-zad  yoxdu  hələ  ki.  Yay  da  bu  tərəflərdə 
sərin  keçir,  dəniz  qırağıdı  axı.  Bircə  ağcaqanadı 
olmaya.  Keçən  yay  ağcaqanadların  əlindən  yata 
bilmirdim. Bədənimin açıq yerlərinə qonub qanımın 
dadına  baxan  ağcaqanadları  öldürə-öldürə  onların 
qruplarını  müəyyənləşdirdim.  Deməli,  bir  var 
normal ağcaqanad. Bir var qoca, yekə ağcaqanadlar 
–  onlar  mığmığalardılar.  Bir  də  var  balaca,  sütül 
ağcaqanadlar  –  onlar  da  ditdilidirlər.  Odu-budu 
onları belə çağırıram. 
     Gecənin  bir  aləmi  bərk  səs  gəldi,  oyandım. 
Deyəsən  qapı  səsiydi.  Pəncərəni  açıb  bayıra 
boylandım.  Bu  biri  qonşugildən  gəlirdi.  ―Hara 
gedirsən,  ay  g....‖.  Hə,  Baharın  səsidi,  oğluyla  dava 
edir. Bahar yaşlı arvaddı, oğlu da yekə kişi. Biqeyrət 
oğuldu. Bir-iki dəfə türmədə yatıb oğurluq üstündə. 
Gecəylə nə hoqqa çıxardıbsa anası hirslənib, özü də 
içənə  oxşayırdı,  ayaq  üstündə  dayanmağa  heyi  yox 
idi, tez-tez yıxılırdı. ―Sən öl, pıçağı götürüb soxaram 
qarnuva.  Evlad  qatili  olaram  mən.‖  ―Ay  arvad,  ged 
içəri‖.  ―Qışqırma!  G..verən  evlad.  S....  içəri...‖ 


                            Rüblük ədəbiyyat dərgisi
43 
 
Yarım  saatacan  bir-birini  söydülər,  yarım  saatacan 
onlara qulaq asdım. Baharın qəşəng söyməyi varmış, 
kişilərdən  dala  qalmaz.  Düzdü,  özü  mırinin  biridi, 
amma  sinədəftər  imiş.  Beləsini  qoyasan  bələdiyyə 
sədri, işləri elə aparar ki. Bahar oğlunu tutub Eminin 
evinə  tərəf  çəkirdi,  o  da  qapıya  tərəf  sürünürdü. 
Emin 
Baharın 
qaynının 
ortancıl 
oğludur. 
Boşanandan  sonra  evdə  yatmır.  Əsgərlikdən 
qayıdanda  bildim  ki,  Emini  evləndiriblər.  Həyətin 
aşağı tərəfində xudmani ev də tikiblər. 
         Emin özü sakit uşaq idi. Uşaqlıqda dayısından 
nağara çalmaq öyrənmişdi. Bir müddət hər gün məşq 
elədi,  hamımız  elə  bilirdik  ki,  nağaraçalan  olacaq. 
Amma  tezliklə  nağaranın  daşını  atdı.  Dalınca 
getsəydi, yəqin ki, uğur qazanardı. Qisməti deyilmiş. 
Məktəbi qurtarandan sonra bir-iki il atasının kənddə 
açdığı yem dükanını işlətdi. Sonra dükanı bağladılar. 
Əsgərlikdən  sonra  qəssablığa  başladı.  Belə  yaxşı 
uşaq  idi,  ara  adamı  idi.  Toylarda,  yaslarda  əl-ayaq 
tərpədirdi,  ortalıqda  olurdu.  Bir  pis  işi  vardı  ki, 
möhkəm  içirdi.  Atası  Qəzənfər  kimi.  O  da  yaman 
içən idi. İçki artıq sağlamlığını əlindən almışdı. 
      Gəlin  də  sakit,  üzüyola,  işli-güclü  qız  idi.  Öz 
evinin  işləri  qurtaran  kimi  qaynanasına  köməyə 
qaçırdı.  Dinc  dayanmırdı.  Qaynatası  Qəzənfər 
əvvəldən  ağırxasiyyətli  idi.  Xəstələnəndən  sonra 
daha  dəymədüşər  olmuşdu.  Eləliyinə  baxmayaraq, 
gəlin Qəzənfərin ağzından girib burnundan çıxırdı. 
      Emin  artıq  əyyaş  olmuşdu.  İçmədiyi  gün 
olmurdu.  Böyrəkləri  sıradan  çıxırdı.  Tez-tez  yerini 
isladırdı.  Səhərlər  gəlin  döşəyi  bayıra  çıxartıb 
qurudurdu.  Bir  ildən  çox  uşaqları  olmadı.  Eminin 
qaynatası  onları  müalicə  elətdirməyə  başladı,  iynə-
dərmana  kalan  pul  tökdü,  pirlərə,  ziyarətgahlara 
apardı.  Emin  içməyi  tərgitdi.  Daha  gəlin  döşək 
qurutmurdu. Axır ki, çəkilən zəhmət bəhərini verdi – 
Emingilin oğlu oldu. 
       Qəzənfər  rəhmətə  getdi.  Birinci  insultdan  sonra 
xeyli  müalicə  alıb  birtəhər  ayağa  durmuşdu.  İkinci 
insultdan  bir  az  sonra  öldü.  Uşaqlar  Qəzənfərdən 
həm  qorxurdular,  həm  hörmət  edirdilər.  Onun 
sağlığında  həyətdən  nə  bir  artıq  səs  gəlirdi,  nə 
narazıçılıq  olurdu.  Qəzənfərdən  sonra  Emin  yenə 
içməyə  başladı.  Yenə  böyrəkləri  zay  oldu,  yenə 
gecələr altını islatdı. Onun əyyaşlığı artıq əndazədən 
çıxırdı.  Bunun  üstündə  Emin  böyük  qardaşı 
Atabalayla  davaya  çıxdı.  Həyətdə  mərəkə  qopdu. 
Bir-birinin üstünə bıçaq çəkdilər. 
       Artıq  gəlin  də  dözə  bilmirdi.  Onun  da  tez-tez 
səsi  eşidilirdi,  qışqırıb,  ağlayıb  ürəyini  boşaldırdı. 
Eminin  qardaşıyla  davasından  iki  gün  sonra  gəlin 
uşağı  da  götürüb  atası  evinə  getdi.  Gəlindən  sonra 
Emin  də  evdə  gecələmirdi.  Bir-iki  ay  evdə  işıq 
yanmadı. Ara bir az soyuyandan sonra Eminin anası 
qaynı  arvadıyla  bir  yerdə  gedib  gəlini  qaytardılar. 
Yenə  gəlin  səhərlər  döşək  qurutmağa  başladı.  Üç-
dörd  aya  gəlin  yenə  getdi.  Emin  yenə  evə  gəlmədi. 
Qaynanası gəlini iknci dəfə qaytardı. Elə gəldiyi gün 
gəlin Eminlə dava etdi, səsləri aləmi başına götürdü. 
Səhər  Emin  evdə  olmayanda  gəlin  qaynanasıyla 
davaya  çıxdı.  O  dedi,  bu  dedi.  O  qışqırdı,  bu 
qışqırdı.  Gəlin  ağladı,  qaynanası  ―oğlumu  tək 
görməmisiz  aa‖  deyib  getdi.  Bir  saatdan  sonra 
gəlinin  atası  gəlib  qızıyla  nəvəsini  apardı.  Bir-iki 
həftəyə  isə  yük  maşını  cehizlərin  dalınca  gəldi.  O 
vaxtdan Eminin evində işıq yanmır. 
     Məhəlləmiz  Bombey  fason  yerdi,  burda  hər  cür 
adama  rast  gələ  bilərsən.  Bahargil    hələ  davanı 
qurtarmayıblar.  Səsə  anam  da  oyandı,  pəncərəni 
bağladım ki, söyüşləri eşidməsin. Gedib  yatdım. 
       ―İtin  qarnınnan  çıxanin  balasiiiii‖.    Ədə,  bu 
arvad haçan yatır, haçan durur? Səhər obaşdandandı, 
bu yenə uşaqları döyür. Sənin zatına lənət! Yatmağa 
da  qoymullar  adamı.  Xırıltılı  səsi  səhər-səhər 
beynimə  işləyir.  Sən  bura  gəlin  gələn  günü  başına 
özündən  yekə  daş  düşəydi,  səni  götürən  maşının  
təkəri    buraxaydı,  gəlinlik  paltarın  cırılaydı.  Düzdü, 
mən  onun  kimi  qarğış  eliyə  bilmirəm,  amma  hər 
halda ürəyim soyuyur.  
     Əynimi  geyinib  bayıra  çıxdım.  Başmaqlarımı 
kimsə  qaranquş  yuvasının  altına  sərdiyim  qəzetin 
üstünə  qoymuşdu.  Qardaşım  olacaq  da,  başqa  kim 
ola  bilər  ki?  Gecə  külək  əsəndə  qəzeti  uçurdurmuş, 
bu  da  mənim  başmaqlarımı  qoyub  üstünə  ki, 
uçmasın. Qaranquş murdar kopayoğlanları da fürsəti 
əldən  verməyiblər,  hansısa  başmağımın  sağ  tayını 


Yüklə 472,06 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə