Rüblük ədəbiyyat dərgisi №3 (11) Sentyabr 2014



Yüklə 472,06 Kb.
Pdf görüntüsü
səhifə14/104
tarix26.09.2017
ölçüsü472,06 Kb.
#2234
1   ...   10   11   12   13   14   15   16   17   ...   104

34
№ 3 (11) Sentyabr  2014 
 
nəsli,  deyirdilər,  hamısının  boynu  qırılıb  ölür‖. 
Axurun  taxtasını  qırıb  çıxaranda  donub  pəyənin 
ortasında  mat  qalmışdı  hamı;  quş  boğazı  kimi 
üzülmüşdü 

boyda 
inəyin 
boynu. 
  
       Bu  sarsaq  yuxu  da  bir  tərəfdən.  Dükanın 
pəncərəsindən  asıla  qalmış  adamın  da  boğazı 
üzülmüşdü.  ―Sənin  bu  gününə  dözə  bilmədim, 
Saşa!‖  -  belə  dedi  Babuşka!  Hə,  belə  dedi. 
Boğazından  sallalı  qalmış  adamı  göstərib  dedi! 
Kipbağlayan 
qoşqunun 
bıçağı 
mıxlanmışdı 
pəncərəyə barmaqlıq əvəzi və... dəmirin iti ucu batıb 
hulqumunu qırmışdı yazığın. ―Sənin bu gününə dözə 
bilmədim,  Saşa!‖  Sinəsi  şiddətlə  qalxıb  enməyə 
başladı;  şübhələri  get-gedə  gerçəyə  çevrilirdi; 
pəncərədən  sallalı  qalmış  adamı  özünə  oxşadırdı,- 
arıq, çəlimsiz... əynində də sırıqlısı... ―Göyərçinlərin 
qarğışı tutub bu nəsli, hamısının boynu qırılıb ölür‖ 
  
     ...―Sənə  nə  olub,  Saşa?‖  -  bazarın  qabağındakı 
taxta  oturacaqda  oturmuşdu  Vilma  nənə,  quru 
kömbənin  qırağından  qırtıb  göyərçinlərə  atırdı. 
         
     ―Bu gün bazar günüdü axı, Babuşka, - oturacağın 
üstündə  fanerdən  dördkünc  pasılka  var  idi,  bildi  ki, 
nəvəsinə 
göndərir. 

Poçt 
bağlıdı 
axı.‖ 
     ―Staraya  stala,  Saşa.  Eybi  yox,  qoyaram  dükana, 
sabah  gəlib  yola  salaram.  Bir  az  heyva,  nar 
qoymuşam  Yakova.  ―Novı  qod‖larına.  Bir  də  isti 
corab-zad‖  -  dərin,  qaranlıq  quyuda  ehtimal  olunan 
su  kimi  görünürdü  Vilma  nənənin  gözlərində  işıq. 
  
      Dükançının  da  gözlərində  qəribə  işıq  var. 
Maraqlısı  odu  ki,  piştaxtanın  arxasında  dükançı 
Abbas özü yox, tamam başqa bir adam dayanmışdı, 
ha çalışsa da, yadına sala bilmədiyi adam, - əlində də 
bir  çəngə  pul!  -  onun  baxdığını  görüb  pulu 
piştaxtanın 
altına 
atdı 
əsəbi. 
Dükançının 
gözlərindəki  işıq  da  sovetdən  qalma  köhnə  dükanın 
divarındakı  güzgünün  parıltısıymış  demə...  Bir  göz 
qırpımında  həmin  parıltı  alışıb  gur  işıq  selinə 
çevrildi,  qaranlığı  yara-yara  sürətlə  irəliləyən  gecə 
qatarının  qabağına  düşdü.  Uğultusuna  qoşuldu... 
Paravozun  ―böörtüsü‖  -  o,  səsi  qulağında  yox, 
sinəsində hiss edirdi - bu uğultunu, işığı qamçılayıb 
stansiyaya  sarı  qovurdu.  Get-gedə  öləziyib  ―addım 
səsləri‖nə  çevrilirdi  uğultu:  ―tak-tak,  taktak-taktak, 
tak-tarak-taktak...‖  Və  ―şarrak-şak...‖  -  bir-birinə 
dəydi  vaqonlar.  Bir  gündən  bir,  gecə  üçə  işləmiş 
girir stansiyaya bu qatar... 
 
  
     Ağır-ağır 
zənbillər,  qayğılı,  əzgin  üzlər... 
Sifətlərdə donub çərələ qalmış hisslər... Həmişə sirli, 
əsrarlı gəlib ona stansiya. Qoşulub hara gəldi getmək 
istəyib.  Tanımadığı  uzaqlara  -  qayğısız,  gülərüz 
insanların  yanına.  Təki  canı  qurtarsın  bu 
qaramatdan.  Bir  az  pulu  da  var  cibində;  inəyi  ətliyə 
verib  səksən  manat  almışdı  uşaqlar,  qırxını  ona 
veriblər.  ―Nə  pul,  nə  ətdik?  Mındar  əti  ətdiyə 
veriblər? - Diloş az qala dəli olmuşdu eşidəndə. - İt 
uşaqları!  Qarnıbalalı  inəyi  ətdiyə  veriblər?..  -  yanıb 
yaxılmışdı.  -  Eşidirsən?!  O  pulun  bir  qəpiyin 
görmüyüm  bu  xarabada,  rədd  elə  hara  irədd 
eliyirsən!..‖ 
  
      Görən  neçə  manat  bəs  edərdi  Kalininqrada? 
  
     ―Bir  çəngə  pul  tutmuşdu  dükançı  əlində.  Gecə 
dükanda  saxlamışdı  o  pulu.  Hə,  dükanda 
saxlamışdı‖...  ―O  boyda  pulu  dükanda  saxlayıb 
dükançı.  O  pulun  yüzcə  manatı  əlində  olsa...‖   - 
ağlına  gələn  fikirdən  özü  də  qorxdu.  Yox!..  Başqa 
bir  şey  haqda  fikirləşmək  lazımdı.  Hə,  başqa  şey! 
Məsələn...  Məsələn  Vilma  nənənin  nə  işi  var  bu 
kənddə?  Niyə  çıxıb  getmir  gül  kimi  Almaniyasına? 
Bacıları  neçə  yol  çağırıblar  onu.  Viza  göndəriblər. 
Nə var axı bu xarabada? İşığı yox, suyu yox... Yenə 
Məcid baba sağ olsaydı, başqa məsələ. İndi ki Məcid 
baba  yoxdu!  Bir  dəfə  getmişdilər  kişinin  sağlığında 
Almaniyaya  -  Baden-Badenə.  Bacıları  buraxmırmış 
Babuşkanı.  ―Yox,  deyib,  mən  Mişanı  tək  qoya 
bilmərəm...‖ 
  
      Ada  bax  e!  Baden-Baden!  Adam  elə  təkcə  bu 
adın 
üstündə 
uzanıb 
şellənmək 
istəyir. 
Amma  yüzcə  manatı  da  olsa  çatar  Kalininqrada. 
Çatar, hələ o tərəfə də keçər. Qırx var, yüz də olsa, 
bəsidi!  Uzağı  üçcə  günə  Yakovun  yanındadı.  Lap 
dörd  gün  olsun.  Canı  qurtarar  e  bu  xarabadan. 
Diloşu da tək qoymur ki. Babuşka burdadı. Özü də, 
heç  dinmədi  Rusetdən  söz  düşəndə.  Özgə  vaxt 


                            Rüblük ədəbiyyat dərgisi
35 
 
tumanını  başına  atardı,  bu  dəfə  dinmədi.  Guya 
qalanda  nə  xeyri  var  Diloşa?  Bir  inəkdi,  o  da  getdi 
öz  işinin  dalıyca.  Yenə,  getsə  işi,  gücü  olar.  Pulu 
olar... 
  
     ―...  ömrüm  əsirlikdə,  sürgündə  keçdi...‖  - 
stansiyanın  əhənglə  ağardılmış  uzunsov  binasının 
qarşısında  skamyada  tək  oturmuşdu  Məcid  baba. 
Heç kəs yox idi stansiyada, hamı dağılışmışdı. Gecə 
qatarı  da  öz  gur  işığını  qabağına  qatıb  gözdən 
itmişdi.  Küçə  lampasının  süd  işığında  sifəti  meyit 
rəngi kimi ağ-appaq görünürdü Məcid babanın. - ―... 
zülmdə,  zillətdə  keçdi.  Əvvəl  qağalarımı  apardılar 
davaya,  dallarıyca  məni...  Əsir  düşdüm,  bəxtim 
gətirdi  sağ  qaldım,  qaçıb  canımı  qurtara  bildim... 
Gətirib bu ilan mələyən çöllərə tökdülər bizi. Kimlər 
yox  idi  aramızda:  malakanlar,  yahudilər,  ruslar, 
ermənilər...  Vaqon-vaqon  gətirib  tökürdülər  çöllərə 
camaatı.  Yulğunlu-yovşanlı  boz  çöllərə!  Xosma 
baraklarda  yaşadıq  əvvəl-əvvəl,  sonradan  bu  kərpic 
evlər  tikildi.  Qəsəbə  salındı,  -  ―şəhər  tipli  qəsəbə‖. 
Yazıq  Gülüynən  evləndik,  heç  üçcə  il  çəkmədi 
evliliyimiz. Bu bədbaxt oğlu bədbax gəldi dünyaya, 
Əlini  deyirəm.  Sonra  təzədən  ―plen‖  məsələmi 
qaldırdılar. Bu dəfə sürgün olundum. Türkmənistana 
-  Nebit-dağa!  Orda  Vilmayla  tanış  olduq.  O  da 
sürgün  olunmuşlardan  idi.  Tikintidə  bir  yerdə 
işləyirdik.  O,  suvaqçı  idi,  mən  -  briqadir.  Sonra 
bəraət  aldıq  hər  ikimiz...  Evləndik.  Adam  kimi  o 
illəri  yaşadıq  nə  yaşadıqsa,  həə!..  Sonra  yenə  ―qara 
zolaq!‖  Sovet  dağıldı,  ara  qarışdı...  Türkmənin 
buynuzu  çıxdı...  Qoca  vaxtımızda  təzədən  didərgin 
düşdük...  Özüm  heç,  Vilmanı  avaragor  qoydum... 
Vallah! Onun nə işi vardı axı bu yulğunluqda? Çıxıb 
gedərdi  öz  yerinə,  yurduna!  Ya  da  Kalininqrada 
gedərdi  -  köhnə  Könizberqə.  Öz  qohumlarının 
yanına.  Qabaqkı  ərindən  oğlu  qalıb  axı  orda,  - 
Yakovun  atası!  Getmədi.  Mən  də  tərsliyimə  salıb 
getmədim.  Qala  bilməzdim  yad  yerdə.  Ölə 
bilməzdim...‖  -  gecə  lampasının  süd  işığında 
sifətində gəzən kölgə daha hüznlü, nigaran göstərirdi 
onu... 
  
       Məəttəl  qalıb.  Məcid  baba  ölüb  axı.  Hə,  ölüb! 
Əsgərlikdəydi  babası  öləndə...  Çəpərlərinə  bitişik 
əkin sahəsinin qırağıyla qəbiristanlıq tərəfə gedəndə 
-  o  idi,  Diloş  idi,  lap  arxada  da  axsaya-axsaya 
Babuşka  gəlirdi,  -  başından  qaynar  su  kimi 
tökülmüşdü  bir  hiss:  babası  ölüb!  Hə!  Çayırlıqda 
ağaran ―təkadamlıq‖ cıgırla gedəndə... Qəbiristanlıq 
yolu  sükutlu  idi,  addım  səslərini  də  çayır  udurdu. 
Qəbrin dəqiq yerini bilməsə də, aralanıb lap qabağa 
düşmüşdü; dərk edib qavraya bilmədiyi bir işıq, səs 
aparırdı 
onu... 
  
        
Ağ daşın üzərindəki xırda mərmər parçasında cavan 
vaxtlarıdı Məcid babanın, o vaxtlar üçün dəbdə olan 
saç düzümündədi, - qulaqlarının üstü qısa, yuxarıdan 
səliqəylə tel ayrılmışdı, - sifətində bəraətli,   Vilmalı 
vaxtlarının bəxtiyarlığı. Bu torpaqda basdırılmağı isə 
ikinci bəraəti idi.  Əbədilik... 
  
     ―Məcid! 
      62 il birgə keçdiyimiz yolun axırı bu imiş. 
      Gözlə gəlirəm. 
      Həyat yoldaşın Vilma‖ 
 
  
     ―Evi tikilənin qızı! Camaat şeir, qəzəl yazdırır 
başdaşına, bunun hikkəsinə bax!‖ - nəhayət Diloş 
sükutu pozdu. 
  
     Sözbəsöz, nöqtəsinə kimi    yadındadı     sinə 
daşındakı  bu  yazı.   Bir də,    Məcid babanın sağ 
böyründə torpaqla tirələnmiş hazır boş qəbir yeri
öz əlləriylə özünə ―yer salmışdı‖ Babuşka. ―Gözlə, 
gəlirəm‖ 
  
      Niyəsə hayıfı gəldi Babuşkaya; müsəlman 
qaydasıyla dəfn olunacaqdı xristian Vilma. Molla, 
yasin, filan... ―Vilma Yakov qızı ruhu şaad...‖ 
 
*** 
 
     ...Dükana  bitişik  bazarkiminin  şiferinə  qalxdı. 
Üstünü  mamır  örtmüş  şifer  nəm  və  sürüşkən  idi.    
Pəncərənin dəmir barmaqlığını aralayıb asanca içəri 
girdi.  Əlindəki  fənərin  işığıydı,  ya  gözü  qaranlığa 
alışmışdı,  nədi,  apaydın  görünürdü  hər  yer. 
Piştaxtanın  altına  soxuldu,  ha  gəzdi,  əlinə  bir  şey 
dəymədi.  Onun  pula  necə  marıtlayıb  baxdığını 


Yüklə 472,06 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə