Rüblük ədəbiyyat dərgisi №3 (11) Sentyabr 2014



Yüklə 472,06 Kb.
Pdf görüntüsü
səhifə13/104
tarix26.09.2017
ölçüsü472,06 Kb.
#2234
1   ...   9   10   11   12   13   14   15   16   ...   104

32
№ 3 (11) Sentyabr  2014 
 
güldük! 
Sonra 
kənd 
mollasının 
papağına 
işəməyimizdən...  Arada  qızım  çiynimi  yumruqladı 
ki, ata, bəsdi, ayıbdı... 
 Məhinin  toy  məsələsini  isə,  biz  heç  demədik, 
İsmayıl özü atdı ortalığa:     
     -  Boyunu  yerə  soxum  onun,  -  dedi.  -  Kənddə 
biyabır elədi bizi. 
      -  Niyə  biyabır  olursan,  a  bala,  -  bibim  Məhiyə 
qahmar çıxmağa çalışdı, - uşağın halı yaxşı döyüldü, 
gələ bilmədi, burda nə var? 
     -  Pul  göndərəydi!  -  İsmayıl  hirslə  əlini  stola 
çırpdı. Yazılaydı! 
      Yazılmayıb, 
hə!  Mən  heç  bu  barədə 
fikirləşməmişdim.  Ay  Məhi,  ay  Məhiii!...  Başa 
düşdüm  ki,  belə  ―ciddi‖  məsələdə  Məhiyə  qahmar 
çıxmaq  -  alın  yazısına  müdaxilə  kimi  boş-mənasız 
bir işdi.         
      Yaxşı  ki,  söz  yenə  gəlib  İsti  babayla  Səkinə 
nənənin  üstünə  çıxdı.  Amma,  kaş  heç  çıxmayaydı. 
Çünki,  əvvəl-əvvəl  onların  ―İsaq-Musaq‖  quşları 
kimi  çağırışmalarına  xeyli  gülsək  də,  bibimlə 
İsmayılın sonrakı höcəti hər şeyə son qoydu. Əvvəl 
İsmayıl  başladı  ki,  İsti  baba  ―gülüm  səsi‖  deməyib, 
―günün  səsi‖  deyib,  -  əbəs  yerə  İsti  babanın  adını 
ona verməyiblər ki! - Bibim qayıtdı ki, yox, ―gülüm 
səsi‖  deyirdi.  İsmayıl  dedi  ―gülüm  səsi‖ni  Səkinə 
nənə  deyib.  Bibim  dedi,  yox,  Səkinə  nənən  ―gün 
hissəsi‖ deyirdi... Ha bibimin böyründən basdım ki, 
ay arvad, bəsdi, görürsən keflidi, qoy nə deyir desin! 
Kimə  deyirsən? Dişi  qaz  kimi  boğazını  uzadıb 
fısıldayırdı arvad. O dedi, bu dedi, o dedi, bu dedi... 
Bir  də  İsmayılın  şüşə  külqabını  hirslə  əlinə 
götürdüyünü gördüm. Vəssalam! Manitorda hər şey 
yoxa çıxdı... Elə bil qurbağa gölünə daş atdılar. 
      Hikkə-höcətdə  Səkinə  nənədən  dala  qalan 
deyilmiş ki bu! Ürəyimdən bir keçdi, dönüb deyəm, 
ay arvad, nooldu, dincəldin?    
     -  A  bala,  o  telefonu  gəti  yığ  görək,  o  İsmayıl 
nətər  oldu.  –  hannan-hana  bibimin  heysiz,  cırıltılı 
səsi gəldi. Heç elə bil bayaqdan İsmayılnan ceh-ceh 
cehləşən bu deyilmiş.      
     -  Nənə,  baxx!...  -  qızımın  telefonunda  İsmayılın 
qəsdən eybəcər hala salınmış məzəli sifəti göründü; 
özü  sındırdığı  manitorun  fonunda  iki  əli  ilə 
qulaqlarını dartıb bizə dil çıxarırdı.  
    -  Bu  nədi,  a  bala?!  -  bir  anda  çiçəyi  çırtladı 
bibimin, gözləri alacalandı. Dikəlib dik oturdu! 
     -  Vatsapdı.  -  dedim.  Və  başa  düşdüm  ki, 
bəşəriyyətin  bu  icadından  bibimin  hələ  xəbəri 
yoxdu. 
     - Vassab?! Vassab nədi? 
     Eləcə  durub  sifətinə  baxdım.  Bir  anlıq  mənə  elə 
gəldi  ki,  bibimin  yerində  rəhmətlik  Səkinə  nənə 
özüdü,  oturub!  İnsan  insana  nə  qədər  oxşayarmış, 
ilahi! 
    - 
Dədən 
ölsün, 
nənə! 

deyə 
bildim.                                                                     
 
  
 
 
                           OĞRU 
 
 
 
 “... bu yazığın əli xamırlı, qarnı ac idi”. 
(nağıllarımızdan) 
 
 
 
  
    ...dükana  bitişik  kiçik  kənd  bazarının  həndəvəri 
isə,  heç  olmayan  kimi,  göyərçinlə  dolu. 
  
      Obaşdan  mal-qarasını  naxıra  haylayan  adamlar 
ağızları  açıla,  mat  dayanıb  göyərçinlərə  baxırdılar. 
  
     Yuxudan  kal  durub  dərsə  gedən  uşaqlar 
çantalarını  bir  tərəfə  atıb  çığıra-çığıra  -  amma 
çığırtıları  eşidilmirdi  heç  -  sevincək  bazara  sarı 
qaçırdı.  Hay-küyə  qorxub  qanad  çalsalar  da, 
pırıldayıb  təzədən  torpağa  qonurdu  göyərçinlər... 
Boz-göyümtül  göyərçinlərin  üzərindən  bir  qom  ağ 
göyərçin  qopub  ayrıldı,  getdikcə  ağ  işığa  dönüb 
göyə  milləndi...  süd  kimi  ağ  haləsini  səmada 
yaydı.      
  
    Qorxudan yerindəcə donub qalmış uşaqları o yan-
bu  yana  itələyib  arı  kimi  qaynaşan  göyərçinlərin 
arasında  Vilma  nənəni  gördü.  Babuşkanı.  O, 
ölmüşdü.  Başını  sol  çiyninə  salıb  taxta  oturacaqda 
elə  oturalı  keçinmişdi.  Onun  çiyinlərindən  yapışıb 


                            Rüblük ədəbiyyat dərgisi
33 
 
möhkəm  silkələdi:  ―Niyə  öldün,  Babuşka?  - 
hönkürtüsünü  saxlaya  bilmirdi.  -  Niyə  öldün?‖. 
―Sənin bu gününə dözə bilmədim, Saşa. - qəribəydi, 
o,  danışırdı  ölsə  də.  -  Bir  ora  bax...‖  Çevrilib 
dükanın  pəncərəsinə  baxanda  dəhşətə  gəldi... 
     Çisəkli  dekabr  gecəsinin  qaranlığında  həyətin  - 
və həyatın! - keşikçisi kimi dayanmış iri tut ağacının 
titrəşən  qaraltısı  arxayınlıq  səpdi  içinə.  ―Nə  gic 
yuxuydu  bu!‖  Amma  çox  çəkmədi  bu  arxayınlıq, 
indi  də  başqa  bir  azar  dolmuşdu  qarnına.  İnəkləri 
ölmüşdü  dünən.  Bu  gün-sabah  doğacaq  adar-madar 
inəkləri!  Hə,  bu  artıq  yuxu  deyildi.  Yuxu  deyildi! 
Ayağı  çatıya  dolaşıb,  beliüstə  axura  yıxılmışdı. 
Çabaladıqca  kəndir  kəsmişdi  boğazını.  Dartındıqca 
boğmuşdu.           
     ―Ağzının  heliyi  yelininə  qarışmışdı,  Diloş!  Leşin 
güjün  sürütdüyüb  atdıq  arabıya...‖  –  həmişə  anasını 
adıyla 
çağırıb. 
Dilarədi, 
Diloş 
deyib. 
  
    ―Yat  rahat,  -  kirimişcə  gəlib  başının  üstündə 
durub  Diloş.  -  Soyuxdu,  qoy  peçi  qalıyım  ev 
havalansın...  Camaatın  gözü  yıxdı  onu,  gözü  çıxsın 
göz  yeyəsinin!  Yelini  yer  süpürürdü...  Heç  yana 
getmə  öz  də!  -  yorğanını  çiyinlərinin,  boynunun 
altına basdı. - Otu evdə! Cannarı çıxar, özdəri gedər 
öz  naxırrarına.  Dədələrinin  nökəri  deyilsən  ha!  Nə 
verillər guya saa?..‖ 
 
  
     Heç  belə  naçar  görməmişdi  Diloşu.  Ağarıb  ağ 
kağıza  dönmüşdü  rəngi.  Bildi  ki,  təkcə  inəyin 
ölməyində  deyil  iş,  nəsə  çox  pis  bir  şey  baş  verib. 
Xəstə toyuq kimi ―qanad‖larını sallayıb göy damarlı 
əllərini  sobanın  ağzına  tutmuşdu,  isti  vurduqca 
hıqqıltısı eşidilirdi: ―Boynu qırılsın belə hökümətin. 
Qırılsın 
elə 
boynu!..‖ 
Soyuq  kösövün  canına  hopmuş  neftin  xoş  iyi 
yayılmışdı  evə,  bir  də  odun  sobasınınn  cırıq 
tənəkəsindən  sızan  ağ-acı  tüstünün  istilik  vədi... 
―Vilma  iki  yumurta  gətirib  dünən,  yağa  salaram 
yeyərsən.  Axşama  da  ərişdə  kəsəcəm.  Əvəlikli, 
lobyalı...‖ 
Əriştədən  zəhləsi  gedir,  əvəliyin  isə  adını  eşidəndə 
ödü ağzına gəlir; əl damının girəcəyində yay-qış asılı 
qalmış  quru  əvəlik  qomunu  qız  hörüyünə  oxşadır. 
         
   ―Vaxtında  qoymadın  çıxıb  gedəm  Yakovun 
yanına.  Kalininqrada.  Babuşqa  yazıx  nə  qədər 
yalvardı o vaxt. Elə Yakov özü də deyibmiş, gəlsin 
Savalan...‖  
    Ta dinmədi Diloş.. 
 
  
     Bu kəndə köçdükləri neçə ildi gör, hələ də yaddı 
ona  bu  kənd.  Əsgərliyə  də  getdi  qayıtdı,  xeyri 
olmadı.  Təzə  köçəndə  əməlli-başlı  şəhərə  oxşayırdı 
bura:  parkı,  klubu,  hamamı...  İndi  hər  şeyin  zibili 
çıxıb. İşıq yox, su yox... 
 
     Atası  öləndən  sonra  çarəsiz  qalıb  köçmüşdülər 
bura.  Anası  və  o.  Kaş  heç  köçməyəydilər.  Əslən 
buralı  olsalar  da,  cənub  tərəflərdə  yaşayıblar. 
Kefinin  çağ  vaxtları  pula  pul  deməyib  atası.  Öz 
kefində-damağında  olub.  Əməlli-başlı  quş  oğrusu 
imiş  sən  demə,  -  o  heç  bilmirdi,  -  göyərçin 
qoymayıbmış  bu  kənddə.  Gecəynən  dükanın, 
klubun,  xəstəxananın  taxtapuşuna  girib  fənərlə  işıq 
salarmış  gözlərinə,  kor-köməksiz  göyərçinlərin 
boğazını  bir-bir  üzüb  yığarmış  çuvallara.  Birbaşa  - 
düz  Lənkərana.  Satıb  puluna  limon,  naringi  alıb 
gətirərmiş, onu da satıb ikibaşlı alver edərmiş. Gecə 
körpünü düz kəsə bilməyib motosikletqarışıq kanala 
aşmışdı  bir  gün.  Boynu  betonla  motosikletin 
arasında  qalıb  qırılmışdı,  -  burasını  da  bilmirdi,  elə 
eşitmişdi  ki,  avariyaya  düşüb.  ―Göyərçinlərin  ahı 
qırdı  onun  boynunu,  -  qulağı  çalıb  ara-bərədə  - 
noolar  quş  olanda,  quşun  da  allahı  var!‖ 
  
     Bu  kənddə  məktəbə  getdiyi  elə  ilk  gün  qızlı-
oğlanlı  araya  qoymuşdular  onu.  ―Quşbaş  Əlinin 
oğludu.  -  gülmüşdülər  -  Göyərçin  oğrusu  vardı  e, 
boynu quş boğazı kimi üzülüb öldü... Hi-hi-hi...‖ Bir 
də  ayağındakı  güllü  coraba  lağ  eləmişdilər:  ―Buna 
baxın,  arvad  corabı  geyib...  Ha-ha-ha-ha...‖  Tay-
tuşlarıyla  ilk  tanışlığı  belə  başladı,  belə  də  getdi. 
Onun bu kənddə qorxaq, quşürək tanınmasına səbəb 
atası idi; onun quş oğrusu olması. Vaxt olub ki, özü 
də  gülüb  içində  öz  atasına,  -  ar-ağrından. 
  
      Diloşun  başına  düşən  daş  bilir  nədi.  İnəyin 
əvədəyə düşüb ölməyi bir yana, boğulub ölməyi lap 
təsir  eləyib  ona.  ―Göyərçinlərin  qarğışı  tutub  bu 


Yüklə 472,06 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə