Rüblük ədəbiyyat dərgisi №3 (11) Sentyabr 2014



Yüklə 472,06 Kb.
Pdf görüntüsü
səhifə16/104
tarix26.09.2017
ölçüsü472,06 Kb.
#2234
1   ...   12   13   14   15   16   17   18   19   ...   104

38
№ 3 (11) Sentyabr  2014 
 
      Qələbənin 
20 
illiyində 
babama 
medal 
vermişdilər;  igidliyəmi,  yoxsa  şücaətəmi  görə-
bilmirəm.  Onda,  medalı  ―yumaq‖çun  həmyaşıdları 
böyük  əmimgilə  yığışmışdı.  Məktəb  direktoru 
Əlipaşa müəllim yüz vurandan sonra soruşmuşdu: 
     -A  Zülfüqar,  baxıram  hökumət  də  sənə  qiymət 
verir,  medal  verir  yəni...  Hə,  danış  görək  döyüş 
yolundan,  qəhrəmanlığından,  ayə,  özünlə  qəbirə 
aparacaqsanmı  ürəyindəkiləri?    Bəlkə,  çekist 
olmusan, sekretni işdə olmusan, hə? Bilsək nə olar?! 
     Babam    xeyli  fikirləşdikdən  sonra  neçə  illər 
içində  boğduğu  sirrini  ürək  ağrısıyla,  yana-yana 
danışmışdı ilk dəfə: 
      -Ay  əzizlərim!  Nə  sekret,  nə  çekist  ?..  Davanın 
ilk  günündən    sonuna  kimi  qərargah  aşbazının 
köməkçisi  qoydular  məni.  Kartoşka  –soğan 
təmizləyirdim,  odun  yarırdım.  -  Kövrəldi,  sanki,  ən 
alçaq,  vecsiz  iş  görübmüş.  -  Hamısı  da...  dil 
bilməməyimin 
ucbatından... 
Rusca 
kərt-kürt 
eləsəydim,  mən  də  boyevoyda  olardım,  nemis 
öldürərdim ! 
      Kişilər  ona  ürək-dirək  verdilər  ki,  sən  lap  vacib 
iş  görmüsən  -  əsgərlərin  qarnını  doydurmusan  !  
Qəm yemə əşşi.Biz də deyirik , Zülü davadan gələni 
niyə bikefdi... 
     Onda  çox  balacaydım  və  çox  şeyi  başa 
düşmürdümsə  də,    babamın  uşaq  kimi  kövrəlməyi 
yer  eləmişdi  mənə.Elə  onda  özümə  söz  vermişdim 
ki,  rus  dilini  öyrənəcəm.  Çünki,  sovetin  düşməni 
çoxdu  və  istənilən  vaxt  yenə  dava  olar.  Dil 
bilməsəm,  babam kimi kartof təmizlərəm axı?!... 
    ...Nəfəsimi  güclə  alırdım.  Deyəsən  ,  ciyərim 
zədələnib.  İçimdə  qəribə  bir  istilik  hiss  edirəm  - 
nəfəsimlə  burnuma  dəyir  tamı...Qulağımdakı  uğultu 
səngiməmişdi  hələ.  Nataşa  xala  da    nəhəng 
bədəniylə köşkün qabağında dayanıb məni gizlədirdi 
ki,  görməsinlər.  Başqası  olsaydı  çoxdan  yığışıb 
getmişdi  .Neçə  il  idi  onunla  üzbəüz  köşkdə  alver 
edirdik.  İncikliyimiz  olmayıb  aramızda.  Dediyinə 
görə    oğlu  kimi  istəyirdi  məni.Deyirdi    ki,  siz 
azərbaycanlılar    böyüklərə    çox  hörmət  edirsiz... 
Cənnətin qapıları üzünüzə həmişə açıqdır!  
       Neyləmişdim    ona?  Səhərlər  bazara  ilk 
gələnlərdən  biri  mən  idim.  Sonra  Nataşa  xala    əri 
Andrey  əmiylə  gəlirdi.  Öz  malımı  boşaltmamış 
Andrey  əmiyə    kənddən  gətirdiyi  süd,  qaymaq 
bedonlarını    daşımağa    kömək  edirdim.  Allahtərəfi, 
yaşlı  da  olsalar,  o  qədər  təşəkkür  edərdilər, 
utandırardılar məni... 
     ―Cənnətin qapıları...‖ Hardadı o qapılar, harda? 
      Başımdakı  küt  ağrı,  hərəkətsizlikdən  iliyiməcən 
işləyən soyuq məni haldan salmışdı. İsti, yumşaq bir 
yer olsaydı... Nataşa xalanın ayaqları arasından qırıq 
taxta    qutularının,  əzik-üzük  olmuş  xiyar,  pomidor, 
badımcan qalıqlarının altında tapdaq olmub  əzilmiş  
boz  papağımı  gördüm.    Qulaqlarım,  başım  elə 
üşüyürdü ki!... 
     ...Biz  kənddə  yaşayırdıq.Yeddi  yaşım  olardı. 
Kiçik  əmim  əsgərlikdən  gəlmişdi,  deyəsən, 
Sverdlovskidən.  Əsgər  gedəndə  əmim  qapqaraydı 
mənim  kimi,  atam  kimi.  Xalalarım  deyirdi  ki, 
əsgərlik  Səlimə  düşüb;  kökəlib,  ağarıb  maaşallah  ! 
Və,  o  qədər  dedilər  ki,  axırda  əmim    həmişə    ağ 
qalmaq istədi –yığışıb getdi Rusyətə. 
    Hə,  Rusyətə    yola  düşməmişdən  bir  həftə  əvvəl 
Bakıya  ,  bilet  almağa  gedəndə  məni  də  özüylə 
apardı.Nəslimizdə,    uzağa  gəzməyə  gedən  üçüncü 
kişi  mən  oldum.  Bilet  alandan  sonra  şəhərdə 
gəzdirdi  əmim.  O  qısa  tumanlı  qızlara  baxırdı,  mən 
də  mağazaların  iri  vitrinlərinə.  İlk  dəfə  dondurma  , 
peraşki  yedim.  Deyəsən,  çox  yedim.Qarnımda 
sancılar  başladı.  Əmimə  dedim  ―işim  var‖. 
Yaxınlıqda ayaqyolu tapmadı. Mən dözə bilmirdim. 
Əmimin  mənə  yazığı  gəldi.  İşarə  elədi  ki,  parkdakı 
kolluğa girim... 
     Hə  ,  bu  başqa  məsələ  !  Lap  kəndimizdəki  kimi, 
girdim  kolların  arasına,  şalvarımı  tez  aşağı  çəkib 
çömbəldim, uuyy... 
     Əmim, nədənsə uzaqlaşdı məndən, lap uzaqlaşdı, 
guya  mənim  əmim  deyil.    Yol  ilə  keçənlər  mənə 
baxıb,  rusca  nəsə  deyirdilər.  Çünki,  Bakıda,  demək 
olarki  hamı  rusca  danışırdı  və  mən  də  babam  kimi 
rus  dilini  bilmədiyimdən  onları  başa  düşmürdüm. 
Babama  bütün  davanı  kartof  təmizlədiyinə  görə 
yazığım gəlirdi. İndi  isə özümə ... 
   Rahatlandım, 
kolun 
yarpaqlarıyla 
özümü  
təmizlədin.  Nə  yaxşı    ki,  böyürtkan  kolu  deyildi!.. 
Şalvarımı düymələyib qaçdım əmimin yanına.Utana-
utana  soruşdum  ki,  o  arvadlar  nə  deyirdi  mənə? 
Güldü, cavab vermədi... 
     -Çernajopı... Vaşu  matt !...- yaralı ayı bağırtısına 
bənzər  səslər  kəsilmək  bilmirdi.  Bazara  bomba 


                            Rüblük ədəbiyyat dərgisi
39 
 
düşmüşdü elə bil; cərgələr dağılmış, şil-küt   olmuş 
kişilər orda-burda sərələnib  zarıyırdılar. 
     Bunu  artıq  düşünməyə  dəyməzdi.  Ayağımın 
altındakı  bu  torpaq  heç  vaxt  mənim  olmayıb,  heç 
vaxt!  Yanılmışdıq.  Sevə-sevə  ―böyük  Vətənimizin 
paytaxtı Moskvadır‖ deyəndə də, babalarımız  çiyin-
çiyinə  döyüşəndə  də    bizim  olmayıb.  Özgəsiyçin 
vuruşmuşuq deməli. Bəlkə... 
     ...Qaçıb canını qurtaranlar da olub, yəqin ki, olub. 
―Qaçmaq  da  bir  iğidlikdi‖.  İçimdə  nəsə  qırılmışdı 
elə  bil.  Bədənim  soyuduqca  ağrılar  şiddətlənirdi. 
Nataşa  xala  vəziyyətimin  nə  qədər  ağır  olduğunu 
duyduğundan  ―döz...  bir  azca  da  döz...‖-deyə  işarə 
edirdi.  İlahi,  bu  millətçilərdə  bu  qədər  kin,  nifrər, 
aqressiya  hardandı?!  Görəsən,  babamın  qarnını 
doydurduğu  ,  faşizmi  yox  edən  əsgərin  nəvəsinin 
qəlbində    Hitlerə    olan  məhəbbət  hardan  doğur? 
Bəlkə  nasistlər  gizlincə  giriblərmiş  Moskvaya, 
Berlinəcən qovulan heç onlar deyilmiş?! 
      Tarix  müəllimim  deyərdi  ki,  Bakının  nefti 
olmasaydı  Stalin  müharibəni  uda  bilməzdi...  Bəlkə  
nasistlər  neftin  qisasını    alırlar  bizdən?!    Cəhənnəm 
olsun nasistlər... 
    ...Əsgərliyim Amur vilayətində keçdi. Bərkə-boşa 
düşdüm.  Bir  az  da  kişiləşdim.  Hərbi  hissəmizdə 
ruslar  çoxluq  təşkil  edirdı.  Qəribədir,  bizdə  ana 
söyüşünə  görə  adam  bıçaqlayıb  beş  il  türməyə 
düşürlər, burda, hər kəlmə başı, komandirdən tutmuş 
sıraviyə kimi bir-birinin anasına söyürdülər və bunu 
qəbahət  saymırdılar  -adət  etmişdilər  bir  növ...  Bir 
dəfə  ,  əmrini  vaxtında  yerinə  yetirmədiyimə  görə 
hirslənən        komandir    anamın  atamdan  başqa  bir 
kişinin  toxunmağa  haqqı  çatmayacağı    yeri  söydü. 
Mənə elə gəldi ki, o söymədi, eləcə, atamın elədiyini 
elədi, 
özü  də  mənim  gözümün  qabağında!  
Leytenantı necə vurmuşdumsa ,  bir həftə hospitalda 
yatmışdı. 
      Ştab  rəisinə  əhvalatı    olduğu  kimi  danışdılar. 
Rəis dinmədi, heç cəzalandırmadı da məni. ..                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                              
    ...Şaxtalı  dekabr  gecəsindən  yağan  qar  ara  versə 
də,  havada  güllə  kimi  uçan  murdar  söyüşlər    təpik, 
yumruq 
zərbələrinin 
guppultusundan 
da 
tez 
qulaqlarıma 
soxulurdu.Tükürpədən 
qışqırıqlar, 
köməksiz  qalan  kişilərin    naləsi  ondan  da  betər  idi. 
Sanki  yer-göy  lərzəyə  gəlmişdi.  İkiəlli  başımı 
qucaqlayıb  dizlərimin  arasına  sıxdım.  Özümə  nifrət 
edirdim!  Hamıya  nifrət  edirdim!  Acizliyimə  , 
fərsizliyimə  görə.  Bu  dəqiqə  uzaqda,  lap  uzaqda 
bizimçin  dua  edən  analarımızın,  bacılarımızın 
ləyaqətini  qoruya  bilmədiyimə  görə,  Bir  də  bu  dili 
bildiyimə  görə, necə həvəslə, sevgiylə öyrəndiyimə 
görə  nifrət  edirdim  özümə!  Babamın  kövrəlməsinə 
fikir  verməyəydim  kaş...Təki  kartof  təmizləyəydim, 
odun doğrayaydım... Başa  düşməyəydim bu  murdar 
sözləri...  Parkdakı  ağız  büzən  arvadları  da 
yaddaşımdan  siləydim  kaş...  Əmim  kimi  ağ  olmağı 
arzulamayaydım ! Kaş ki... 
    ...Leytenanta  dəyən  zərbədən  sonra  mənimlə 
ehtiyatlı  dolanirdılar  –  qorxurdular  məndən.  Zaman 
əsgərlikdə elə bil dayanır. Sanki, iki il yox, iyirmi il 
ötdü.  Hər  gecə  yuxularımda  olan  kəndimizə 
qayıdanda  atam  qurbanlıq  qoyun  kəsib  payladı. 
Əmilərim  bütün  kəndi,  Bakıda  olan  qohumlarımızı 
yığıb bayram etdi. Düz  bir ay davam etdi ... 
     ―Gündüz naxıra, axşam axura‖ - başımda bircə bu 
fikir  fırlanırdı.  Kolxoz,  kənd  həyatı  tez  bezdirdi 
məni.  İndi  yuxularıma  şam,  ağcaqayın  meşələri, 
―samovolka‖da  görüşdüyüm  Lena...    girirdi.  
Yuxularım    məni  lilli  –palçıqli  küçələrdən  qoparıb 
uzaqlara, uzaqlara çəkirdi. Anam duymuşdu. Qız da 
tapıb  məni  ―kəndirləmək‖    istəyirdi  -  əmim  kimi 
qaçmağımdan  qorxurdu  yazıq  arvad...Yazıq  anam, 
ürəyindəkini həyata keçirmək istəyənə kimi əmimin 
yanına  qaçmışdim.  Anam  nə  istəyirdi  axı?  -  halal 
süd  əmmiş  gəlin,  beş-altı  uşaq,vəssalam  !  Mənsə 
qaçdım.  Söndürdüm  atamın  çırağını,  quru  yurdda 
qoydum. İndi ... görəsən neyləyir ? Oturub doqqazın 
ağzında,  qara  su  gəlmiş  gözlərini  ovxalayır  ,  məni  
ondan alan yollara baxır. Bəlkə... 
     Ağrıdan nəfəs ala bilmədim. Gözümdən axan acı 
su  dodağıma  toxunanda  diksindim;  istiydi  acı 
su.Bədənimsə buz kimiyd i- quyumuzun suyu kimi. 
     Qayıdacam  !  Bax,  bu  it  uşaqları    gedən  kimi, 
şələ-şüləmi  yığıb  gedəcəm  anamın  yanına! 
Beynimdə  qırıq-qırıq  fikirlər  dolanır.    Qırx  ildə 
yaddaşımda itkin düşən bu  xatirələrdən başqa nəyim 
vardı  ki  ?  Kiməm  ki?Ömrü  boyu  doğma  sandığım 
bir  toplum  içində  öz  keçmişiylə  pıçıldaşan  yad  bir 
varlıq 
–MİQRANT 

Bu 
kəlmənin 
dar 
çərçivəsindəyəm...və  başqa  heç  nə...  Ağırlığına  tab 
gətirəcək çiyinlərimi də çox gördüm sənə, ana !... 


Yüklə 472,06 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə