Rüblük ədəbiyyat dərgisi №3 (11) Sentyabr 2014



Yüklə 472,06 Kb.
Pdf görüntüsü
səhifə2/104
tarix26.09.2017
ölçüsü472,06 Kb.
#2234
1   2   3   4   5   6   7   8   9   ...   104

6
№ 3 (11) Sentyabr  2014 
 
ƏDƏBİYYAT   XƏBƏRLƏRİ
 
 
1. Hind rejissoru “Əli və Nino” 
haqda film çəkir   
 
 
 
 
2015-ci  ildə  Azərbaycanda  Qurban  Səidin  eyniadlı 
əsəri  üzrə  çəkilmiş  ―Ali  və  Nino‖  bədii  filminin 
premyerası  olacaq.  Azərbaycanlı  oğlanla  gürcü 
qızının məhəbbət hekayəsi olan 
romanda  20  əsrin  əvvəlində  neft  paytaxtı  olan 
Bakıda  siyasi, etnik və mədəni həyat çox rəngarəng 
şəkildə təsvir edilir. 
      Bu  yaxınlarda  keçirilən  Kann  festivalında  bu 
layihənin iştirakçıları kiçik təqdimat keçiriblər, onlar 
bu  təqdimat  zamanı  əsas  aktyorların,  rejissorun  və 
ssenari müəllifinin adını açıqalyıblar. 
Cari layihədə aparıcı qüvvə İngiltərədə yaşayan hind 
kinematoqraflarıdır.  Bu,  rejissor  Asif  Kapadia  və 
əsas  rollardan  birinin  ifaçısı  Adam  Bakridir.  Asif 
Kapadia  Böyük  Britaniyada  hidnlilər  tərəfindən 
çəkilən  bir sıra filmlərin müəllifidir. Adam Bakriyə 
gəldikdə isə - o əslən İsraildən olan etnik ərəbdir. 
      Filmin  ssenari  müəllifi  britaniyalı  yazıçı  və 
rejissor  Kristofer  Hamptondur,  prodüsser   Kris 
Taykerdir. 
      Filmin büdcəsi və çəkiliş məkanı məlum deyil. 
      Təqdimat 
təşkilatçıları 
layihənin 
maliyələşdrilməsi  haqqında  heç  nə  deməyiblər, 
amma  qeyri-rəsmi  mənbələrə  görə  bu,  Heydər 
Əliyev Fondudur. 
*** 
  Əlavə  edək  ki,  Bakıda  da 
rejissor  Elvin 
Mirzoyev ―Əli  və  Nino‖  adlı  çoxseriyalı  bədii  film 
çəkir.  Çox seriyalı bədii filmin istehsalçısı Trem tv-
prodakşndır,  filmi  Mili  Televiziya  və  Radio  Şurası 
sifariş  edib  və  oktyabrda  təqdim  olunması  nəzərdə 
tutulur. 
 
 
2. Rafiq Tağının  Hekayələr 
Kitabı   Londonda nəşr olunub
 
 
 
      
      Rafiq  Tağının  hekayələrindən  ibarət  "Didactik 
Courses  for  a  Killer"  ("Qatilə  didaktika  dərsləri") 
adlı 
kitabı 
Londonda 
"Rossendale 
Books" 
nəşriyyatında  yeni  çapdan  çıxmışdır.  Kitabın  
tərcüməçiləri Cavid Abbasov  və Sevil Gültən, nəşrə 
hazırlayanı isə Vaqif Sultanlıdır.  
 
*** 
 
 
    Yazıçının  Bakıda  da  yeni  kitabı  işıq  üzü  görüb.
 
"Keçmişə  yaxın  yer"    kitabında  yazıçının  47 
hekayəsi  toplanıb.  Əslində  bu,  Rafiq  Tağının 


                            Rüblük ədəbiyyat dərgisi

 
sağlığında  başlamış  olduğu  "kirildən  latına" 
layihəsinin davamı olaraq 1991-ci ildə nəşr olunmuş 
"Pozitiv-Neqativ" 
hekayələr 
toplusunun 
təkrar 
nəşridir.    Kitab  "Alatoran  Yayınları"  seriyasından 
nəşr olunub.  
    Kitabevim.az  mağazasında  sözügedən  kitabın 
təqdimatı  keçirilib.  Yazıçılardan  Rasim  Qaraca, 
Azad  Qaradərəli,  Aslan  Quliyev,  Günay  Arda  və 
başqaları 
tədbirdə 
çıxış 
edərək 
kitabın 
məziyyətindən  söz  açmış,  Rafiq  Tağı  haqqında 
xatirələrini söyləmişlər. 
 
 
 
3.  Holland  t
ərcüməçi  Rusiya 
prezidentinin 
ə
lind
ən  mükafat 
almaqdan imtina etdi 
 
 
 
 
Rus  ədəbiyyatından  tərcümələr  etmiş  Hans  Bolland 
Puşkin  mükafatını  şəxsən  Rusiya  prezidentindən 
qəbul etmək istəməyib. 
Tərcüməçi  dəvətə  rədd  cavabı  verib  və  öz  qərarını 
yazdığı  məktubda  belə  izah  edib:  ―Sonsuz  ehtiram 
bəslədiyim  Anna  Axmetovanın  qızğın  apostolu 
olaraq – daha münasib və doğru söz tapa bilmədim – 
həqiqət tələb etdiyi an möhkəm olmalıyam.
 
 
 
Əgər  davranış  və  düşüncələrinə  nifrət  etdiyim 
prezidentiniz 
olmasaydı, 
mən 
çox 
böyük 
məmnuniyyətlə  göstərilən  şərəfi  qəbul  edərdim.  O, 
planetimizin  sülh  və  azadlığı  üçün  çox  böyük 
təhlükədir. Allah eləsin ki, onun ―ideyaları‖ ən yaxın 
günlərdə  tamamilə  puç  olsun.  Onunla  mənim 
aramda, onun adı ilə Puşkinin adı arasında istənilən 
əlaqə mənim üçün dözülməz və ikrah doğurucudur‖.  
 Bolland 
imtina  ərizəsini  Haaqadakı  Rusiya 
səfirliyinə təqdim edib. 
Bolland  Hollandiyada  rus  ədəbiyyatının  ən  məşhur 
tərcüməçisi  sayılır,  1992-96-cı  illərdə  Sankt-
Peterburq Dövlət Universitetində təhsil alıb. Puşkin, 
Lermontov  və  başqa  rus  klassiklərindən  tərcümələr 
edib.  
 
 
 
 4. Elektron  kitaba  d
oğru
 
   
Dövr  dəyişir  və  kitabı  da  özü  ilə  dəyişdirir.  İndi 
dünyada  elektron  kitaba  olan  maraq  artmaqdadır. 
Kağız  kitab  hələ  ki,  öz  mövqeyini  qoruya  bilsə  də, 
fakt budur:  zaman elektron kitaba doğru gedir. Bəs 
bizdə vəziyyət necədir? 
    Mədəniyyət  və  Turizm  Nazirliyinin  Kitabxana 
sektorundan  verilən  bilgiyə    görə,  bu  gün 


8
№ 3 (11) Sentyabr  2014 
 
Azərbaycanda 64 rayon və şəhər üzrə bütün mərkəzi 
kitabxanalar elektronlaşdırılmış iş rejimi ilə işləyir: 
       «Həmin  kitabxanaların  hamısının  internetə 
çıxışı  var.   Bununla  bağlı  Milli  kitabxana 
informasiya 
mərkəzi
 
yaradılıb. 

səhifədə 
Azərbaycanın  interaktiv  xəritəsi  üzərində  hansı 
rayonun  üzərinə  tıklamaqla  istənilən  kitabxananın 
resurslarından  istifadə  edə  bilərsiniz.  Bu  layihəni 
Mədəniyyət  və  Turizm  Nazirliyi  maliyyələşdirir. 
Prezidentin  2008-2013-cü  illər  üzrə  kitabxana 
informasiya  sistemlərinin  avtomatlaşdırılması  ilə 
bağlı  imzaladığı  Dövlət  Proqramından  sonra  bu 
işlərə  başlanıb.  Təxminən  bu  sistem  2011-ci  ildən 
işə düşüb». 
    Mənbənin    bildirdiyinə  görə,  2014-cü  il  iyunun 
30-a  qədər  Azərbaycanda  ümumilikdə  8  milyona 
yaxın kitab elektronlaşdırılıb. 
 
 
5. Moskvada v
ə Sankt
-
Peterburqda “Dostoyevski 
günləri” keçiriləcək
 
 
 
 
Böyük  yazıçının  ―Cinayət  və  cəza‖  romanının 
qəhrəmanlarının  paltarlarını  geymiş  aktyorlar 
Peterburq küçələrində yürüş keçirəcəklər. 
Bundan  başqa  onun  heykəli  qarşısında  rəqs 
meydançası qurulacaq. 
Təşkilatçılar  deyirlər  ki,  bu  tarixi  elə-belə 
seçməyiblər. ―Cinayət və cəza‖dakı hadisələr iyulun 
əvvəlində – ―bürkülü yay günlərində‖ başlanır.    
Yazıçının nəticəsi Dmitri Dostoyevski isə tədbirlərə 
qatılmayacaq.  Onun  sözlərinə  görə,  bayram 
tədbirləri yazıçının əsərlərinin ruhu ilə uyuşmur: 
“O,  ciddi  yazıçı  olub.  Ciddi  mövzularda  yazıb. 
Ortaya düşüb oynamaq düzgün deyil. Mən ona daha 
ciddi  yanaşıram.  Baxmayaraq  ki,  onun  əsərlərini 
məktəblərdə  keçirlər,  mən  oxucuların  onun 
əsərlərinə  fərdi  yanaşmasının  tərəfdarıyam.  Bax 
onda onun əsərlərindəki ideyalar tam açıqlacaq”.  
                                                       ―Azadlıq radiosu‖ 
 
Bəs  Bakıda,  Gəncədə  nə  vaxtsa  Çəmənzəminli 
günləri  keçiriləcəkmi?  Bu  görkəmli  ədibimizin 
qəhrəmanları  o  vaxtın  geyimində  küçələrimizdən 
keçib  gedəcəklərmi  haçansa?  Amma  o  da  var  ki, 
işdi-şayəd  belə  bir  tədbir  baş  tutsa,  böyük  ədib 
Yusif  Vəzirin  qəhrəmanlarını  onun  həmyerliləri 
tanıyacaqlarmı?  
 
 
 
 
 
 
 
 


Yüklə 472,06 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə