Rüblük ədəbiyyat dərgisi №3 (11) Sentyabr 2014



Yüklə 472,06 Kb.
Pdf görüntüsü
səhifə4/104
tarix26.09.2017
ölçüsü472,06 Kb.
#2234
1   2   3   4   5   6   7   8   9   ...   104

                            Rüblük ədəbiyyat dərgisi
11 
 
BĠR  KĠTAB  ġEĠR 
 
Gecə kilsənin damında ağlayan Qvazemuda 
 
 
Dünyada ən ucuz su göz yaşıdır. 
 
Ağla, doyunca, ağla, 
 
Həm də yadında saxla 
 
Yağışların ən gözəli çiskin payız yağışıdır. 
 
Duaların ən gözəli  
 
Dəliqanlı oğulların arxasınca söylənilən 
 
Kövrək ana qarğışıdır: 
 
―Kaş ki, səni oğul deyil, sükutlara yuva olan daş 
doğaydım, 
 
Böcəklərə kölgə olan ot doğaydım, 
 
Kaş ki, səni yuvasız bir quş doğaydım. 
 
Sevinərdim daş olsaydın, ot olsaydın, quş olsaydın, 
 
Sevinərdim evin damında ulayan, qovduğum bayquş 
olsaydın‖ 
 
Ağla, doyunca ağla. 
 
Həm də yadında saxla, 
 
Sevgi böyüklərin kiçik hisslərinin uşaq oyuncağıdır. 
Klassik məhəbbətlər insanlığın uşaqlıq çağıdır. 
 
Həyatla vidalaşmış adam üçün  
 
Qandal, sadəcə, qolbağıdır. əsl insan əliyalın 
olandır! 
əlində, ox, nizə, mis kuzə, balta, tüfəng, 
 
kağız-kuğuz, soyuq səhəng tutan insan, 
 
o, sadəcə, bir  bədbəxtdir. 
 
Çünki xisləti heyvan davranışları ilə müqayisə 
olunur. 
 
İnsan hər şeydən tez yorulur, 
 
Yaşamaqdan, sevməkdən, ayrılıqdan, ölməkdən, 
 
Ölüb yenidən dirilməkdən.  
 
Ağla, doyunca ağla. 
 
Bax mənim halıma: səhər saat altıdır. 
 
Mən isə başımı yazı masamın üstünə qoyub 
ağrıyıram. 
 
Özümü boş yuva kimi hiss edirəm
 
Sadəcə, boş yuva... 
 
Sən də artıq adına ―O‖ deyib xatırladığım 
 
Onların birinə çevrildin. 
 
Mən qoca deyiləm, köhnəlmiş insanam 
 
Yəni artıq sevgi hissimin dişləri tökülüb, 
 
Ürəyimin beli bükülüb. 
 
Mən indi gözlərimi yumanda daha yaxşı görürəm 
həyatı. 
 


12
№ 3 (11) Sentyabr  2014 
 
O həyatı ki, çəkisi  
Kürəyə saplanan bıçaq, alına tuşlanan tapança 
qədərdi. 
 
Əlimi yalnız boğulan adama uzadıram ki, 
Məni də xilas etsin, özüylə birgə batırsın. 
 
Və son sözlərimi dilim ucunda hazır saxlamışam: 
 
Əlvida, ey dünyanın hönkürtüsü olan dənizlər! 
 
Əlvida, ey dünyanın nəriltisi olan dağlar!  - 
 
 
N
əsiminin soyulmuş dərisi haqqı  
 
keçən əsrin 70-ci illərində, ərdəbil şəhərində.  
inqilabçılar minlərlə polisi yaxalayıb 
cinsiyyət orqanlarını kəsdilər 
mən o vaxt çox uşaq idim 
üstündən otuz il keçdi 
bu yaxınlarda yenə ərdəbil şəhərində üç gözəl 
tələbəni 
qaldırıcı kranın dimdiyindən asdılar 
mən indi çox qocayam 
nəsiminin soyulmuş dərisi haqqı… 
 
uşaqları çox sevdiyimdəndir ki,  
istəmirəm onlar bu dünyaya gəlsinlər 
hamilə qadınlardan zəhləm gedir 
elə atalarımız da bizi ona görə böyüdüblər ki, 
onlar öləndə biz də onların şəkillərin böyüdək 
sən demə, adamlar ölmürlər, adamları öldürürlər 
atam öləndən sonra ayaqqabıları geyilməməkdən 
çürüdü 
paltosu geyilməməkdən köhnəldi 
atam öləndən sonra biz onu unutmağa başladıq 
tez-tez xatırlamaq şərti ilə 
nəsiminin soyulmuş dərisi haqqı… 
mənim yaşadığım "8-ci kilometr" qəsəbəsində 
bir ev uçdu, içində yaşayan əclafı öldürdü 
sən demə bu adam gecələr altını batırıb 
öz nəcisi ilə evin divarlarına 
ən müqəddəs şeylərin adını yazırmış 
qonşular danışırdılar ki,  
ev boğaza yığılıbmış onun əlindən 
nəsiminin soyulmuş dərisi haqqı… 
qadın kişinin vətənidir - deyib 
bütün qadınlarının ərazi bütövlüyünü dəstəkləyirəm 
qonaq olduğum mehmanxanada 
çox kişinin yatdığı fahişənin çiyninə toxunub 
"bacı, sağ ol, mən getdim"- dediyini eşitdim 
burda bir sirr olduğunu düşündüm 
nə vaxtsa bütün fahişələr  
bütün kişilərin bacısı olub yəqin  
hərdən beynimdən qadın zorlamaq keçir- 
məncə bu olardı əsl ehtiras aksiyası 
etiraz aksiyasını dağıdır əli dəyənəkli polislər 
"hökumət evi"nin qarşısında 
necə ki, sığırçınlar didib-dağıdır at nəcisini 
içindəki buğda dənələrinə görə 
nəsiminin soyulmuş dərisi haqqı… 
 
o ölkədə ki, allah sözü silah sözü ilə qafiyələnir, 
qolboyun olur 
o ölkədə mən yaşayıram 
yaşayıram deyəndə ki, şorba içir,  
çarpayıya dirsəklənir 
və dişlərimin xorla ağrımasına qulaq asıram 
heç bir dinə inanmıram 
məncə "kafirlər" qır tiyanında qaynayacaqlarsa 
"möminlər" də həmin tiyanın altına çör-çöp 
daşıyacaqlar 
nəsiminin soyulmuş dərisi haqqı. 
 
 
Amaliyanın cib dəftəri üçün  
 
ağır-ağır örtülən darvazanın səsindən 
kədərli heç nə yoxdur 
ağır-ağır batan gəminin həyəcanlı fitindən 
bunu görüb heç bir kömək edə bilməyən 
sahildəki yeganə sakinin görkəmindən, 
kədərli heç nə yoxdur 
 
kədərli heç nə yoxdur balıq çırpıntısından  
nə qədər ki, qarmağın ucuna yem taxırlar 
heç bir dənizdə balıqlar heç bir balıqçıya qarşı 
üsyana qalxmayacaqlar 
bu acı həqiqətdən kədərli heç nə yoxdur 
qocaların istikanda suya qoyulmuş protez dişlərinin 
səssiz gülüşündən 


                            Rüblük ədəbiyyat dərgisi
13 
 
bu gülüşün gecə boyu evdəkilərə verdiyi əzabdan 
kədərli heç nə yoxdur 
üzünün cod tükü ilə əlinin üstünü qaşıyan atanın 
sükutu uzun sürəcək 
uşaqları böyütmək üçün evdə bir az da sükut 
lazımdır 
bu uzunömürlü sükutdan kədərli heç nə yoxdur. 
zəlzələdən sonra şəhərdəki qarmaqarışıqlığa nə ad 
vermək olar ? 
bilmirəm. 
Şəxsən məni ölmək yox, uçuq divarların altında 
qalmaq qorxudur  
bizim evdə qadınlar cocuqları,  
cocuqlar kişiləri ovutmaq üçündür 
 
Qadınlar haqqında mühazirə  
 
(A. Kuşun arvadı üçün oxunmuşdur)  
Əvvəlcə qanunlar qadınları pozur, sonra qadınlar 
qanunları  
qocaldıqca çox şeyləri öyrəndim,  
öyrəndim ki, dayanacaqda dayanmış qadının  
tez-tez saata və güzgüyə baxması xəyanətin ilk 
əlamətidir.  
Xəyanət ritm axtarışıdır qadının, eləcə də kişinin  
xəyanətlər hər kəsə öz ritmini bəxş edir.  
Ritmlərin ən gözəli qadınlara həsr olunub,  
şerlərə yox. 
 
Zamana insanın bədəni lazımdır,  
məncə ömür qocalıqdan uşaqlığa doğru başlasaydı  
daha gözəl olardı  
onda bu qoca fahişə  
axırda məsum bir qız uşağına çevrilər və ölərdi. 
 
Qocaldıqca çox şeyləri öyrəndim  
öyrəndim ki bir kişi susuzluğudur  
hər qadının sonrası  
ancaq su, yaxud göz yaşı ilə deyil  
uşaqla ölçülür kişi ilə qadının arası  
uşaqsız evində pişik saxlayardı əmimin sonsuz 
qarısı  
sən demə gecələr uşağa çevrilirmiş pişik. 
 
Kişi sevgisi qadına uşaq doğurmaq üçün deyil  
ancaq doğurmamaq üçün də deyil  
kişi sevgisi qadınları qucaqlamaq, zorlamaq üçün 
deyil  
ancaq qucaqlamamaq, zorlamamaq üçün də deyil,  
kişi sevgisi xəyanət etmiş qadını qətlə yetirmək üçün 
deyil  
ancaq qətlə yetirməmək üçün də deyil  
bilmirəm nə üçündür kişi sevgisi  
bir onu bilirəm ki  
acığını sevdiyi qadından çıxan kişinin  
böyük oğlunun adı Ümiddir. 
Kişilər yatağa canını qoyar qadınlar bədənini  
budur əsas məsələ  
sən qadınsan bilərsən bunları. 
 
 
Aynurənin ümidsizliyi  
 
Ümidlər daha çox adam şəklində yoxa çıxır,  
daha çox adam şəklində yoxa çıxır ümidlər  
qızlarını varlı adamlar üçün bəsləyən ailələrin 
qonşuluğunda  
şəkillərə ata deyən bir uşaq böyüyür  
əllərinin arxasında gözlərinin qarası. 
 
Qanlı dimdiyini dəmir relslərə çəkən çalağan  
bıçağını itiləyən qəssab deyil 
quş başqaları üçün öldürməmişdi. 
 
Sevdiyimiz nəğmələrin tayıyıq, vəssəlam. 
 
Gecələr Sahil bağında tütək çalan qaraçı oğlanın 
içində  
yuxulayır dilənçi nəğmələr  
o oğlanın oturuşu qədər  
ümidsizdir bu şəhər. 
 
Ümidlər daha çox adam şəklində yoxa çıxır  
daha çox adam şəklində… 
 
 
Buludxan  
 
Arvadı, atı, iti, bir də çomağı vardı 
 
Təpənin üstə qalxar, çomağına söykənər, yamacda 


Yüklə 472,06 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə