Rüblük ədəbiyyat dərgisi №3 (11) Sentyabr 2014



Yüklə 472,06 Kb.
Pdf görüntüsü
səhifə8/104
tarix26.09.2017
ölçüsü472,06 Kb.
#2234
1   ...   4   5   6   7   8   9   10   11   ...   104

                            Rüblük ədəbiyyat dərgisi
21 
 
 
Siqаrеt dənələri 
Bеş аltı qəpik-quruş 
Bаlаcа bir fоtо də vаr… unudulmuş 
Pоtа,  
Mən sənə cibimdən dаnışmırаm, qəlbimdən 
dаnışırаm 
Səhərlər günəşin nеcə gənc 
Ахşаmçаğılаr nеcə qоcа göründüyünü 
Mənə göstərmə, Pоtа 
Biz аtаnın аldığı аyаqqаbılаrı gеyinib böyüyən 
Uşаqlаrdаn dеyilik. 
Biz аyаqyаlın böyüyüb qоcа аtаsınа аyаqqаbı аlаn 
Qоluzоrlulаrıq.  
 
Pоtа, 
Yеrusəlimdən qаyıdаn хəstə Qоqоlаm mən 
Pеyğəmbərin bеlə ümid vеrmədiyi ölümcül yоlçu 
Qаrаnlığа bulаşmış pаlçıqlı çəkmələrimlə  
Ölmək üçün dönürəm vətənə. 
 
 
Pоtа, bundаn sоnrа  
Sənə nə vахtsа аrаbа təkəri, un kisəsi 
Sаndıq qıfılı, sаmаnlıq, nə bilim,  
Dibində yоd qаlmış şüşə lаzım оlsа  
Məni ахtаr. 
Sənə nə vахt mən lаzım оlsаm 
Sоruş ki, burdа аrаbа təkəri, un kisəsi 
Sаndıq qıfılı, sаmаnlıq, nə bilim, 
Dibində yоd qаlmış şüşə  
Görməmisiniz ki? 
 
 
Adəm üçün təsəlli 
 
Güzgüdəki kişini də nəzərə alsaq, 
İkimizik evdə. 
Baxırıq... darıxırıq... sonra lal-dinməz yoxa çıxırıq; 
O, güzgüdən, mən həyatdan. 
Tənhalıq saat doqquzdan sonra başlanır bu evdə. 
O vaxt ki, günəşin yerini ay tutur 
O vaxt ki, Adəm Həvvanı unudur 
O vaxt ki, insan qadağan olunur cənnətə 
O vaxt ki, tamah qalib gəlir məhəbbətə. 
Qorxma, Adəm 
Qadın səni cənnətdən qovdurubsa, 
Sən də onu özünlə cəhənnəmə aparırsan. 
Sevgi püşkatmadır – qorxma! 
Sənin bəxtinə ―heç kim‖ çıxmaya da bilər. 
 
Qorxma, Adəm! 
Sevgi məişət hadisəsinə çevrilə bilməyəndə 
Ya əfsanəyə, ya cinayət hadisəsinə çevrilir. 
Sevmək özünü yox, başqasını xilas etməkdi. 
Və unutma: qadın kişinin həyatında həmişə 
kirayənişin kimi yaşayır. 
Və unutma: kişi ona görə bədbəxt olur ki, 
Özünün əfsanəvi sevgisini məişət rahatlığına 
çevirmək istəyir. 
Qadın ona görə bədbəxt olur ki,  
Özünün məişət sevgisində əfsanə axtarır.  
 
Kaş ki, unutmaq da, sevmək qədər asan olaydı, 
Adəm. 
Unutmaq üçün mütləq sevmək lazımdı. 
Ayrılıq – bu, bir sevginin tarixi sonluğudur. 
İçində sevgi olmayan ayrılıq yoxdu, Adəm!  
Ağlama, Adəm 
Qadınla kişinin zaman ölçüsü bir deyil. 
Kişi vaxtı saniyələrlə, dəqiqələrlə ölçür 
Qadın isə aylarla, illərlə 
Get özünü zəhərlə, Adəm! 
Əfsanə öz qurbanının yolunu gözləyir. 
Həyat sənin düşündüyün qədər mürəkkəb, 
 Mənim düşündüyüm qədər sadə deyilmiş. 
Ağlama, Adəm,  
Mən də sənin günündəyəm. 
 
 
Azadlıqsızlıq 
 
Həyat – bir gün, sadəcə, pəncərədən baxmaqdı 
küçəyə 
İşıqları söndürüb, qarışmaqdı gecəyə. 
İnsanın faciəsi, bəlkə də, Tanrının əyləncəsidir. 
Necə ki, fahişə sevgilinin dublyorudur 
Necə ki, hamıdan güclüdür qarışqa, amma ayaqlar 
altda yaşayır. 
 
Bayaqdan qara bir milçək qəzəblə vızıldayıb 
Özünü çırpır pəncərəyə. 


22
№ 3 (11) Sentyabr  2014 
 
Azadlıq istəyir – divarları olmayan bir dünya! 
Evdəki naməlum qadın vurub öldürdü onu 
Çünki qadın başqalarının azadlıq arzusunu sevmir. 
 
 
Sevgi dramı 
 
Biz əvvəlcə dost idik. 
Sonra sevgili olduq. 
Daha sonra ər-arvad. 
İndi isə düşmənik –  
Heç vaxt ayrılmamaq üçün... 
 
 
Qaraciyərin sirrozlu sevgisi 
 
Bədəninə toxunduqca kədərlənirəm,  
Kədərlənirəm ki, bu gözəllik bir gün həyatda 
olmayacaq.  
Öləcəyəmsə, bu gözəlliyin yerini Tanrıdan soruşmaq 
üçün öləcəyəm.  
Tanrıya – insanı palçıqdan, sevgini ayrılıqdan,  
Ayrılığı ölümdən yaratmış bu tanrısıza sübut etmək 
istəyirəm ki,  
Səni tapmaqdan ötrü, yoxa çıxmaqdan belə 
qorxmuram.  
Yaşayıb səni itirməkdənsə,  
Ölüb səni tapmaqdı sevgi - mənim üçün.  
Mən Tanrının yox, sənin yoxluğunun ateistiyəm.  
Gözlərin bütün qadınların gözlərinin müəlliməsi idi  
İnsana necə baxmağı öyrədirdi.  
Əllərin uzaqlaşmaq dərsi keçirdi ayrılanlara.  
 
Çünki biz  
insanlardan uzaqlaşa-uzaqlaşa yaxınlaşmışdıq bir-
birimizə.  
Səni hamını itirdiyim yerdə tapmışdım, doktor.  
Bundan sonra başqasını sevsən də sevinəcəyəm  
Elə biləcəyəm ki, o da mənəm.  
 
Amma sən  
bu boyda gözləri necə, kimin arxasında 
gizləyəcəksən,  
Hardan tapacaqsan o nəhəngi?  
Danışdıqca ağlamağım gəlir,  
Ağladıqca susmağım  
Susduqca yoxa çıxmağım gəlir, doktor.  
Bax, yenə də ağrıyıram  
Saatımın əqrəbi sol qolumu sancıb!  
Zamanın zəhərini qatıb qanıma.  
Bir insan ört üstümə, tənhalıqdan üşüyürəm  
Bax, əlçatmaz ağacların başında mürgüləyən külək 
əsməyə başladı yenə  
Gecənin qaranlığından ağappaq qar yağdı  
Üşüdük və göylər yenə sübut etdi ki,  
Sevəndə qaranlıq da ağappaqdı.  
Doktor, hər qadın Həvvanın bir az uzaq qohumudu  
Hər kişi Adəmin bir az yaxın dostudu.  
Alma ağacı görəndə iyrənirəm  
Çünki bu ağacın əcdadı  
Qadının cənnətdə yediyi  
Qadağan olunmuş meyvənin  
Mədəsində gətirdiyi toxumudu.  
Gülü ağac olmaq arzusu soldurur  
Bizi Tanrı olmaq iddiası öldürür.  
Ağaclar Tanrının özünə bağışladığı nəhəng güllərdi.  
Vaxt vardı, ən böyük ümidsizliyim də  
mənə yaşamaq üçün kiçik bir ümid verərdi.  
Doktor, geri dönmək, yenidən gil, palçıq olmaq 
istəmirəm  
Məni elə sev ki, yenidən palçıq yox,  
biryolluq yox olum.  
 
Aç qolundakı saatı, doktor, gözəlliyini zamana 
qısqanıram.  
Biz ayrı-ayrılıqda o qədər xoşbəxtik ki,  
Bir yerdə olanda bir az da bədbəxt olmaq istəyirik.  
Doktor, məni unutsan, elə unut ki,  
Səndən sonra heç kimin yadına düşməyim. 
 
 
Üzüyuxarı oxunan misralar 
 
Səma – Tanrının nəhəng poeziyası... 
Gün batır, 
Yoxa cıxır daha bir dost. 
Yenə ürəyimizə gecələməyə dönür 
Kirayənişin, yorğun ağrılar. 
 
Pillələri yuxarı qalxan xoşbəxtliyin ayaq səsləri 
Getdikcə uzaqlaşır. 
Gecəni yola vermək üçün ucuz əyləncəyə çevrilir 


Yüklə 472,06 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə