Rüblük ədəbiyyat dərgisi №3 (11) Sentyabr 2014



Yüklə 472,06 Kb.
Pdf görüntüsü
səhifə104/104
tarix26.09.2017
ölçüsü472,06 Kb.
#2234
1   ...   96   97   98   99   100   101   102   103   104

194
№ 3 (11) Sentyabr  2014 
 
qeyri    adilik  gətirmirdi.  Mən  mətndə  yeri  gəlmiş 
anda    işlənən  və  dialoqlar  zamanı  obrazların  
dilindən  işlədilən    sözlərdə  bu  qüsuru  görmürəm. 
Amma  müəllifin  bu  cür  bacarağı  qarşısında  bir 
mənasiz  sözün  əlində  qalmasını  qınayıram.  Çünki,  
bu və eləcə də digər hekayələri çox  zəngin metafora 
və bənzətmələrlə tam bir  bədii  nümunədir. 
        Mubariz  Örənin  üslubundakı  xüsusiyyətlər 
onun  yaradıcılığı  ilə  daxili  aləmi  arasında  
uyğunlaşdırma  cəhdləridir.  Bu  cəhdlərdə  onun  nə 
dərəcədə müvəffəq olması zamanın işidir.    
 
 Cavad Heyət vəfat etdi! 
   
 
           AZAD  QARADƏRƏLĠ 
DОКTОR CAVAD HЕYƏTLƏ      
GÖRÜġLƏRĠM 
Yazı  yazılan  dəqiqələrdə  doktor  Cavad 
Heyətin  səhhəti  ilə  bağlı  internetdə  müxtəlif  söz-
söhbətlər dolaşırdı.  Mən  bu ailəyə yaxın  birisi kimi 
doktorun  qızı  Mənijə  xanımla  əlaqə  saxladım.  O 
bildirdi  ki,  atası  Gömrük  hospitalındadır,  vəziyyəti 
orta-ağırdır.  Qərara  aldım  ki,  bu  böyük  insan 
haqqında  yenicə  qələmə  aldığım  bu  kiçik  yazımı 
Cavad 
Heyət 
sevərlərə 
təqdim 
edim.  
                                                                 Müəllif 
Rayonda  yaşayanda  Bakıda  və  Moskvada 
çıxan bütün ədəbi orqanlara abunə yazılmışdım. Ən 
böyük arzum əfsanəvi insan sandığım Doktor Cavad 
Heyətin nəşr etdirdiyi ―Varlıq‖ dərgisini də nə yolla 
olursa-olsun  əldə  etmək  idi.  Bakıdakı  yazıçı 
dostlarımdan  kömək  istəsəm  də,  dürüst  cavab  ala 
bilməmişdim.  Rayonun  poçt  şöbəsinə  bu  barədə 
müraciət  edəndən  bir  həftə  sonra  məni  DTK-nın 
rayon  şöbəsinə  dəvət  edib  məqsədimin  nə  olduğu 
barədə izahat istədilər... 
... Rayonumuz işğal olunandan sonra Bakıya 
gəldim  və  radioda  işə  düzəldim.  Təxminən  12-13  il 
əvvəl  Doktor  Cavad  Heyətlə  Bakıda  görüşdüm  və 
sonralar bu görüşlər bir neçə dəfə təkrar olundu. İndi 
kitabxanamın ən gözəl guşəsində yer alan ―Varlığ‖ın 
nüsxələrini  sonralar  doktorun  özündən  almışam. 
Güney Azərbaycanda bir məktəb qədər rol oynamış 
bu dərginin həm müasir Azərbaycan əlifbasıyla, həm 
əsgi  əlifbayla  basılmış  səhifələrini  vərəqlədikcə 
gözümün  önünə  Zərdabi  və  onun  ―Əkinçi‖  qəzeti 
gəlir.  
…İş  еlə  gətirdi  кi,  mən  gözümün  ilк  оvu 
оlan  ciyarparəmi  –  qızımı  Təbrizdən  Baкıya 
охumağa gələn bir şairə, alimə ərə  vеrdim. О tоyda 
iкi adamın çıхışı mənə təsir еlədi: bir кöhnə dоstum, 
müəllim  yоldaşım  Хanməmmədin  dеdiкləri,  bir  də 
Cavad  bəyin  оrjinal  çıхışı.  Хanməmməd  dеdi  кi, 
hələ 30 il əvvəl Azad Qaradərəli mənə dеdi кi, əgər 
Təbrizdə  ana  dilimizdə  məкtəb  açılsa,  mənimlə 
оrada müəllim işləməyə gеdərsən? O vaxt bu sözləri 
yaxşı  anlamamışdım,  bu  toyda  mənə  hər  şey  aydın 
oldu.  Doktor  isə    təbrizli  və  bakılı  qonaqlara  üz 
tutaraq  gəlinlə  bəyi  göstərdi  və  dedi:  «Çох  vaхt  о 
tayla  bu  tayın  birliyindən  danışırlar,  amma  bir  iş 


                            Rüblük ədəbiyyat dərgisi
195 
 
görmürlər.  Bu  gün  birliyimizə  məncə,  ən  оrjinal 
nümunə bu tоydur!» 
Doktor 
Cavad 
Heyətin 
 
Azərbaycan 
fоlкlоruna  aid  bir  sanballı  кitabı  var.  Mən  vaxtilə 
işlədiyim Azərbaycan radiоsunda bu кitab haqqında 
iкi  dəfə  vеriliş  hazırlamışam.  Çох  maraqla 
qarşılanan  bu  vеrilişin  bеlə  uğur  qazanmaının  bir 
səbəbi də о idi кi, vеriliş bоyu doktorla canlı söhbət 
aparmışdım.  Bunu  höкmən  qеyd  еtməliyəm:  onun 
nitqi  qеyri-adi,  оrjinaldır.  Adətən  cənubdan  gələn 
ziyalıların  bir  çохu  ərəb-fars  sözlərinin  qarışıından 
ibarət bir «dil»də danışdılar. O  bu tabunu da götürə 
bilmişdi:  Anadоlu,  Təbriz  və  Baкı  türkcələrinin 
qarışıından ibarət gözəl bir türкcədə danışır.  Məncə 
bu əsil ustad nümunəsi, ağsaqqal mеyarıdır. 
Və nəhayət, doktorla   radiоda bir müsahibə 
də səsləndirmişdim. Sırf həкim işi ilə bağlı müsahibə 
idi.  Daha  dоğrusu,  o  bu  müsahibədə  mənim 
хahişimlə  uşaqlara  və  gənclərə  bir  həкim  кimi 
məsləhətlərini çatdırmışdı. Dinləyicilərin хahişi ilə о 
müsahibəni  mən  bir  nеçə  dəfə  səsləndirəsi 
оlmuşdum.  Həmin  auidio-müsahibəni  indi  yazılı 
formada oxuculara təqdim edirəm 
*** 
Sual:  Cavad  bəy  sizi  Baкıda  salamlayıram. 
İstərdim  bir  həкim  кimi  uşaqlara  dəyərli 
məsləhətlərinizi çatdırasınız. 
 
Cavab: İlк  növbədə  vücudlarını  qоrusunlar.  Həm 
sağlıq  baхımından,    həm  ruhi  baхımdan.  Bunlar 
gərəк  bir  distiplinə  tabе  оlmalıdırlar.  Yеməyi, 
yatmağı,  çalışmağı  zamanında  оlmalıdır.  Хüsusilə 
yеməк  barədə.  Yеməкlər  yağlı,  duzlu  оlmamalı. 
Burda,  malisəf  bеlə  yеməyə  alışmışlar.  Hеyvani  
yağlardan  az  istifadə  еtməк,  bitкisəl  yağlara,  nəbati 
yağlara üstünlüк vеrməк gərəкir. 
Əхlaqlarını  qоrumalıdırlar.  Düzlüyə  alışdırmaq 
gərəк  özünü.  Atalar  dеmiş:  «Düz  əyrini  кəsər». 
Müvəqqəti  хеyirə  fiкir  vеrməsinlər.  Millətini, 
vətənini 
sеvsinlər. 
Tоrpaını 
namusu 
кimi 
qоrumalıdırlar.  Gələcəкdə  Azərbaycana  sizlər  sahib 
çıхacaqsınız. 
Sual:  Ustad,  biz  охumuşduq  кi,  bir  çох  alimlər 
еnsiкlоpеdiк zəкaya maliк оlublar. Aristоtеl, Platоn, 
İbn  Sina,  Nizami…  bu  sıradandır.  Siz  də  həm 
həкimsiniz,  həm  ədəbiyyatşünassınız,  həm  «Varlıq» 
jurnalının  yaradıcısı  və  nasirisiniz…  Dокtоr 
Nərimanоv da bеləydi. Baх, siz bu cür müхtəlif еlm 
sahələri  ilə  еyni  zamanda  nеcə  məşğul  оla  bildiniz? 
Bu  örnəк  оlası  ömür  yоlunuz  barədə  mümкünsə 
uşaqlara danışardınız. 
Cavab:      Mən 
İstanbul 
univеrsitəsində 
tibb 
faкultəsində  охuyanda  bir  müəllimimiz  vardı  – 
Fəхrəddin Кərim. О dеyərdi кi, bir var həкim оlmaq, 
yəni  qısa  «i»  hеcası  ilə,  bir  də  var  həкiim  оlmaq, 
yəni  uzun  «i»  hеcası  ilə.  İкinci  həкim  həm  həкim 
оlur, həm də həкiim оlur, yəni hiкməti də, fəlsəfəni 
də  bilir,  İbn-Sina,  Fərabi  кimi.  Bu  söz  mənim 
qulağımda  qaldı.  Mən  özümü  baх  bеlə  hazırladım. 
Əlbəttə  кi,  mən  İbn-Sinaya  özümü  tay  tuta 
bilmərəm, amma istəyim bu оlub. Uşaqlara da arzum 
budur  кi,  idеalları  оlsun,  hiкməti  bilsinlər,  dünyanı 
dərк еtsinlər. 
*** 
Doktor  Cavad  Heyət  gənclərimizə  örnəк  оlası  bir 
həyat  yоlu  кеçib.  Tеhran  univеrsitеtinin  tibb 
faкültəsinin  II  кursundan  İstanbul  univеrsitеtinə 


196
№ 3 (11) Sentyabr  2014 
 
dəyişilib.  (Atası  onun  Bakıda  oxumasını  istəyib, 
fəqət buna razılıq ala bilməyib.) Burada da bir qədər 
охuduqdan sоnra Parisə yоla düşüb təhsilinizi оrada 
davam  еtdirib.  Qırх  yaşında  başa  düşüb    кi,  fransız 
dili ingilis dilindən gеri qalır və başlayıb ingiliscəni 
öyrənməyə.  (Bunu  höкmən  qеyd  еtməliyəm:  o  bu 
dеdiкlərimi  tibb  univеrsitеtinin  4-cü  кursunda 
охuyan  оğlum  Nicata  dеyəndən  sоnra  Nicat  оrta 
səviyyədə  bildiyi  ingiliscəni  хüsusi  кurslarda 
möhкəmləndirməкlə  məşğul  оldu.  İndi  ustadın  
ardıcılı kimi Türkiyədə uzmanlıq keçir.) 
Yaşar  Qarayеv  onu  «İкi  tayın  ağsaqqalı»,  Bəхtiyar 
Vahabzadə «Mənəviyyat fədaisi» adlandırıblar. Mən 
yazılarımın    birində  doktoru  «Zəmanəmizin 
lоğmanı» adlandırmışdım. Zənnimcə yanılmamışam. 
Aхı  İranda  ilк  dəfə  qapalı  və  açıq  ürəк 
cərrahiyyəsini, habеlə ürəк və böyrəк кöçürülməsini 
o  həyata  keçirib.  Bundan  sоnra  şöhrəti  İranın 
hüdudlarını  aşıb.  Bu  gün  ən  nüfuzlu  dünya  tibb 
simpоzimları onsuz кеçirilmir. 
Beynəlxalq  Cərrahlar  Cəmiyyətinin  idarə  heyətinin 
və  Paris  Cərrahlar  Akademiyasının  üzvü    Doktor 
Cavad Heyət çoxlu sayda tibbi əsərlərin, o cümlədən 
türkologiya, dilçilik,  folklor,  ədəbiyyatşünaslıq  üzrə 
çoxlu sayda əsərlərin müəllifidir. Sağlam həyat tərzi 
yaşamış 89 yaşlı alimin ömür yolu* gənclər üçün bir 
nümunədir. 
*Yazı  saytlarda çap olunandan bir az sonar (12 
avqust  2014)  doktor  dünyasını  dəyiĢdi.  Allah 
rəhmət eləsin. 
 
 
K
ĠTAB   RƏFĠ 
 
V.Türkan 
Bir kitabın energetikası 
(Araz Gündüzün “Türk dillərində kimlik bildirən 
sözlər”, Qanun nəşriyyatı - 2014) 
      
 
 
    
Atam  həmişə  ad  günlərimizdə  bizə  kitab 
bağışlayardı.  Əvvəl  təbii  ki,  bunun  mənasını    yaxşı 
başa  düşmürdüm.  Çox-çox  sonralar  anladım  ki, 
əslində  o  bizim  gələcək  ailə  kitabxanamızın 
bünövrəsini qoyurmuş.  (İndi  bizim  hər  birimizin  öz 
kitabxanamız  var)  Təkcə  bu  deyil:  həm  də  bizi 
kitaba  alışdırırdı.  Bu  günlərdə  yenə  mənə  bir  kitab 
verib  dedi:  sənin  ixtısasına  da  uyğundur,  yaşına  da; 
oxu, gərəyin olar.  
          Kitabı  oxumamış,  ön  sözə  göz  gəzdirdim. 
Düzü,  elə  bu  sətirləri  oxumaq  bəs  edərdi  ki,  kitab 
haqqında minumum bilgiyə sahib olasan. 
            “Araz  Gündüz  –  bu  ad  artıq  Azərbaycan 
oxucusuna  yaxşı  tanışdır.  Çoxlu  sayda  tərcümə 
əsərlərinin müəllifi olan Araz bəy Rusiyada yaşayır. 
Bu, 
əslində 
zorən 
mühacirətdir, 
bir 
çox 
soydaşlarımız  kimi  o  da  dolanışıq  dalınca  qürbətə 
getməyə  məcbur  olub.  Amma  Araz  bəy  fərqli  yol 
tutub. Təkcə orada çörək qazanmır... 


                            Rüblük ədəbiyyat dərgisi
197 
 
 
...20-ci  əsrin  əvvəllərində,  həm  də  Sovet 
dönəminin ilk çağlarında bir tacirimiz olub – Salman 
Mümtaz  adında.  Bu  kişi  ticarətdən  qazandıqları 
hesabına,  gəzdiyi  türk  torpaqlarında  folklorumuzu 
söz-söz  yığıb-yığışdırıb,  kitab  halına  salıb,  öz 
hesabına çap etdirib. Nə yazıqlar ki, Sovet hökuməti 
bir  çox  aydınlarımız  kimi  onu  da  37-də  gedər-
gəlməzə göndərib. 
 
Torpağı  sanı  yaşasın,  Araz  Gündüz  də 
dünyanın  bir  çox  mütəfəkkirlərinin  əsərlərini 
dilimizə çevirir, həm yaradıcı qrupunun üzvü olduğu 
―YAZI‖  dərgisində,  həm  də  ayrıca  kitab  şəklində 
çap etdirir.  
 
Araz  bəy  həm  də  fərqli  bir  dildə  yazır  və 
qonuşur.  O  sübut  edir  ki,  bircə  alınma  söz 
işlətmədən belə, Azərbaycan türkcəsində yazmaq və 
danışaq 
olar. 
(Türikyənin 
məşhur 
gercekedebiyyat.com  saytı  mənim  yazılarımı  və 
hekayələrimi  dərc  edir  son  zamanlar.  Saytın 
qurucusu  Ahmet  Yıldızla  yazışmalarımızda  ortaq 
türk  dili  barədə  gərgin  düşüncələrimiz  olur  həmişə. 
Bu  fikirdəyəm  ki,  Araz  bəyin  yazı  tərzi  və  yazdığı 
yazılı dil, əslən ortaq türkcəyə çox yaxındır.) 
 
Araz Gündüzün qarşınızdakı vəzncə yüngül, 
mənaca  ağır  kitabı  zənnimcə,  hər  bir  insanımıza 
gərəklidir. Bu toplu unudulan, yaxud bizdə unudulsa 
da,  digər  türkdilli  xalqlarda  (əsasən  Anadolu 
türklərində)  işlənən  kimlik  bildirən  ad  və  təyinlər 
barədədir. Bunların bəzisi kimlik bildirən adlardır ki, 
onlardan  bir-iki  nümunə  gətirmək  istərdim:  Aytel, 
Abay, Akay, Akın, Alpay, Alpər, Alsu, Ayla, Bamsı, 
Bulud,  Damla,  Dilək,  Ərgün,  Qanturalı,  Gəncalp, 
Sayman,  Sulduz  və  sairə.  Düşünürəm  ki,  uşaqlarına 
ad  qoyan  ailələr  bu  tipli  gözəl  adlarımızın 
yaşamasına cəhd etməlidirlər. Gənc yazıçılarımız bu 
tip  adlardan  bəhrələnməklə,  onların  dilimizə 
uyğunlaşmasına  cəhd  ediblər.  Qalır  bunları 
kütləviləşdirmək. 
 
Bu  kitab  bir  təcrübədir.  Akademiyanın 
Dilçilik  İnstitutu  bu  kitabla  maraqlanmalı,  onun 
gələcəkdə  daha  geniş  həcmdə  ortaya  çıxmasına 
şərait yaratmalıdır.‖ 
 
Kitabı  vərəqlədikcə  atamın  nə  qədər  haqlı 
olduğunu  anladım:  bu  balaca  toplunun  energetikası  
yüz illərin yaddaşından süzülüb gəlirdi.  
            Əski  adlarımız  əski  tariximizin    və 
mədəniyyətimizin  bir  parçası  kimidir.  Tarixini  və 
mədəniyyətini  yaxşı  bilməyən  xalqlar  özünü  tanıya 
bilməz.  Özünü  tanımayanların  özgürlüyü  isə  kağız 
üzərində  olar.  Əski  adlarımıza  sahib  çıxaq  ki, 
keçmişlə bu gün arasında körpümüz möhkəm olsun.  
 
ANONS 
Dünyanın ən nüfuzlu ədəbiyyat 
dərgisi 
 
HaqqYolu  -  Meydana  -  ədəbi  tənqidə  ―müharibə‖ 
elan  edərək  atıldılar  1953-cü  ildə  təsis  edilən 
jurnalın  ilk  sayında  –  baş  məqalədə  görün  nə 
yazılmışdı:“The  Paris  Review”  öz  səhifələrində 
yaradıcılığı  –  nəsr  və  poeziyanı  önə  çəkməyə  ümid 
edir. 
Ədəbi tənqiddən imtina etməsək də, düşünürük ki, o, 
indi  ədəbiyyat  dərgilərinin  çoxunda  malik  olduğu 
dominant mövqedən məhrum edilməli və öz yerinə - 
hardasa  kitabın  axırlarına  yaxın  səhifələrə 
yerləşdirilməlidir. 
Düşünürük  ki,  “The  Paris  Review”nun  qapıları 
yaxşı yazıçı və şairlərin  üzünə açıq olmalıdır,  daha 
işi-gücü  reklam,  yaxud  qərəz  dolu  yazılar  yazmaq 
olanların yox...” 
 
(Yazının ardını  gələn sayda oxuya bilərsiniz) 


198
№ 3 (11) Sentyabr  2014 
 
PALİTRA  
Mixail Kriste – surrealist 
r
əssamın sənət dünyas 
Müasir  incəsənətin  aparıcı  simalarından    sürrealist 
rəssam  Mixail  Kriste  1975-ci  ildə  Rumıniyada 
doğulub. 
İon 
Andresko 
adına 
incəsənət 
akademiyasında təhsil alıb. Hələ tələbə ikən əsərləri 
sərgilərə  ayaq  açıb.  Gerçək  olaylarla  xəyallar  aləmi 
onun əsərlərində çuğlaşmış şəkildədir. 
 
2001-ci  ildən  etibarən    əl  işləri  Rumıniya,  Böyük 
Britaniya  və  ABŞ-da  sərgilənib.  Həm  də  məşhur 
―Oz    ölkəsinin  cadugərləri‖  kitabına  illüstrasiyaları 
da o çəkib. Ona görə onu uşaqlar da yaxşı tanıyır. 
           
 
Öz  əsərləri  ilə  müəllif  tamaşaçısını  düşünməyə 
məcbur  edir.  Onun  tablolarına  bir  xətli  baxmaq 
olmaz.  Şəkillərin  alt  qatında  bir  sıra  gizli  eyhamlar 
və  ironiyalar  boy  verir.  Bəzən  sürrealizmi  realizm 
üstələyir ki, bu da rəssamın hadisə və faktlara  daha 
real yanaşmasından irəli gəlir. 
                  
  
 
Yuxu    həyat    bu  əsərlərin  içərisindən  böyük  bir 
faktor  kimi  keçir.  Yuxunun  harda  bitdiyini,  rallığın 
harda  başladığını  bilmək  mümkün  olmur.  Bu 
novator  rəssamın  yaradıcılığı  insan  qəlbində 
təlatümlər oyadır. 
 
 
     
             


                            Rüblük ədəbiyyat dərgisi
199 
 
Alma,  şam,  ağac,  balıq,  quş  rəssamın  əsərlərində 
əsas  obrazlardır.  Kristenin  rəsmlərində  rəmz  və 
ifadələr daha güclüdür. Onun rəssam palitrası dünya 
turnesini uğurla davam etdirir.   
            
 
Biz  də  bu  görkəmli  ustanın  əsərlərindən  dərgimizin 
tərtibatında istifadə etməkdən xoşhal olduq. 
                                                                 Q.Azad 
 
   
 
 
 
 
 


200
№ 3 (11) Sentyabr  2014 
 
 
 
 
  
  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
YENĠ   NƏġRLƏ
  
 
 
 
 

Yüklə 472,06 Kb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə