Rüblük ədəbiyyat dərgisi №3 (11) Sentyabr 2014



Yüklə 472,06 Kb.
Pdf görüntüsü
səhifə103/104
tarix26.09.2017
ölçüsü472,06 Kb.
#2234
1   ...   96   97   98   99   100   101   102   103   104

192
№ 3 (11) Sentyabr  2014 
 
yazacam,  sağlıq  olsa.  Azərbaycan  türkləri  bizim 
nicatımız oldu.” 
Kitabı  qapayıb  hönkürdüm.  Biz  niyə  belə 
günə düşdük axı? Axırımız nə olacaq? 
                      
*** 
Səltənət gəlib. Azı ayda bir dəfə bizə baş çəkir. Hər 
dəfə  də  iri  zənbillə  bir  bazarlıq  edir.  Mən  də    ərklə 
acıqlanıram  ki,  axı  sənin    özünə  kömək  lazımdır, 
niyə bu boyda xərc çəkirsən? O da mənə eyni  ərklə 
təpinir  ki,  nə  dediyindi?  Nolsun    Dayandur    yenə 
tutulib?!  Mən  ki  qazanmağın  yolun  bilirəm?    Əlim 
də gətirir, ayağım da! 
 Gərək  burasın  başdan  danışam:  Dayandurun  
bazarda ona ―qaçqın itoğlu, get öz xarabanda al-ver 
elə‖  deyən  dükan  yoldaşıyla    sözü  çəpləşir,  alnına 
bir  yumuruq  vurur,  bədbəxt  xəstə-zadmış  yəqin, 
çıraq  kimi  sönür.  Təcili  yardım  gəlincən  iş-işdən 
keçibmiş. Yazığı yenə tutub qoydular içəri. Səltənət 
də  böyük oğluynan  başladı dükanı işlətməyə. Ayın 
yarısın burda, yarısın da Çində olur. Deyir, uyğurca 
da, kitayca da öyrənmişəm.  
Qardaşıoğluna  baxıb  qəhərlənib,  indicə 
ağlayacaq.  Ona  görə    fənd  işlədirəm,  güldürürəm 
onu: 
-Səltənət  bacı,  kitayca  nə  təhər  öyrənmisən? 
Deyillər axı çətindi? 
Əlini yellədib lap qart tacirlər kimi deyir: 
-Ticarət  də  elmdi...  Gərək  dilin  biləsən...  Biri 
elə kitayca danışmaq... Nədi ki, ―ç‖ hərhinnən qat o 
biri hərflərin gözünə, hüdülə getsin:  
-Ça çi ço? Mo ço ça! 
Mən  də  ağzımı  əyə-əyə  deyirəm  ki,  yanı  nə 
deyirsən?  O da qəşş eliyib gülür, deyir, az nə nədi?  
Guya  söz  deyirəm?  Heş  zad,  onların    danışığına 
oxşadıram,  özləri  də  gülməkdən  şalvarlarını 
batırırlar... 
Sonra  da  ciddiləşib  deyir  ki,  nə  kitay  ay  qız, 
mən Urumşiyə gedirəm, oranın da camaatı uyğurdur. 
Uyğurun  dili  də  bizimkindən  az  fərqlənir.  Bir-
birimizi rahat başa düşürük. 
Səltənət gedəndə  zorla  min dollar verir, deyir 
ki, bu sizin bilet pulunuzdu... 
(Bir  şey  nəzərimdən  qaçmadı:  xanım-xatın, 
ağ-maya  bədənli  Səltənətdən  əsər-əlamət  qalmayıb. 
Həm  sınıxıb,  həm  də  sırtılan  kimi  olub.  Tamam 
bazar  adamına  dönüb  yazıq.  Güləndə  elə  şit  səs 
çıxardır ki, onun əvəzindən ölüb yerə girirəm. Amma 
burasına  min  faiz  əminəm:  o  namuslu  qadındır. 
Yalnız alnının təriynən çalışır. Özü də  hara gedirsə, 
oğlunu  da  özüylə  aparır.  Amma    o    nazlı-qəmzəli, 
yeri gələndə hökmlü  Səltənət yoxdu daha...) 
(davamı olacaq) 
          Esseistika 
   
            Nuranə Nur 
             (BSU Yaradıcılıq Fakültəsi)
 
             
 
         ġirəli  dildə  yazılmıĢ  hekayələr 
      
(Mübariz Örənin hekayələri haqqında  qeydlər) 
 
    ―Ədəbi  Azadlıq  -2014‖    müsabiqəsində  onluğa 
düşmüş  ―Oğru  ―  hekayəsini  oxuyandan  sonra  
münasibət  bildirmək istədim.  
     Mübarizin  ―  Oğru‖  sunun  üzərində  düz  bir  ay 
işləməsi  və  onu  müsabiqəyə  hazırlaması  mənə 
maraqlı  gəldi.  Amma  digər  hekayəsinin  ―  Balıq 
gülüşü‖  nün    hazırca  mətn  kimi  başında  tapması 
hissi    isə  onun  həyat  hadisələrinə  kommunaktiv 
yanaşması  ilə  əlaqədar  olduğu  haqqında  düşüncə 
yaratdı məndə. İndiyə kimi oxuduğum hekayələrdən 
fərqli olaraq, bu hekayədə sanki  mətn oxucunu yox, 
oxucu  mətni  qeyri-adi    təhtəlşüur    vasitəsilə  idarə 
edirdi  .  Bu  kimi  mətnlərin  oxunub  anlaşılması  üçün 
yeni  oxucu  təcrübəsi    tələb  olunur.  Və  bu    mətnləri 
anlamağın yeni strategiyası - məkan, zaman və hətta  
qəhrəman  anlayışının  məlum  olmayan  tərəflərinə 
yiyələnə  bilməkdir.  Təkcə  oxuda  iştirak  etməmək 
,həm  də  ona  yiyələnmək  bacarığına  sahib  olmaqdı. 
Bu  uyğunluq  təxminən  zaman  və  məkanı  itirmiş 
adamın öz içində gəzişməsinə də bənzəyir.Amma bu 
adamın içi özündə başlayıb özündə bitməməlidir. 


                            Rüblük ədəbiyyat dərgisi
193 
 
       Mübarizin  hekayələrində  hadisələrin  dolaşıq 
forma alması və mistikaya meyllillik hekayəni gecə 
saatlarında  oxusan  belə,  oxucunu  yuxulamağa 
qoymur.  Amma  mətnə  dalmaq,    o  yuxuya 
getməkdən  də  dərin  yuxu  kimidir.  Fərqli    duyumu, 
poetik qavrayışı oxucuya  bəzən gözlədiyindən artıq 
effekti  verir.  Cilalanmış  dil  epizodları    əhvalatların 
mənalanmasında 

təsvir 
elementlərinin 
kombinasiyalarında    mühüm  yer  tutur.  Bəzən  onun 
təsvirləri hallünasiyaya qədər aparıb çıxarır. Hadisə, 
əhvalatçılığa uymamaq,  maraqlı təhkiyə, obrazların 
psixoloji  əsarətinə  salmaq    bu  hekayələrin  əsas 
qayələridir. Nəsrin ən kiçik formasında , həyatın hər 
hansı lokallaşmış bir parçasını bədii reallıqla təqdim 
etmək bacarağına yiyələnmək yazıçının  məharətidir. 
Əsas  odur  ki,  onun  təqdim  etdiyi  əhvalatlar  yorucu 
deyil. Dili maraqlı ifadələr və  el dilindən gələn yeni 
sözlərlə    zəngindir.  Bir  sözlə  şirəli  dildir.  Müasir 
ədəbi kriteriya hesab olunan bu dil, oxucuya doğma 
və əzizdir.  
        Mübariz  postmodern  ədəbiyyata  iddialı  biridir. 
Belə  ki,    post-modern  ədəbiyyat  özündə  ―texniki 
post-modernizm‖  deyilən  bir  xüsusiyyəti  daşıyır  ki, 
bu  da  əsərin  strukturasında  klassik  əsər  yazma 
ənənəsinin  dekonstruksiyasıdır.  Bu  qənaəti  isə 
dildən  və  dialektlərdən  uğurla  istifadə    olunması 
yaradır. 
       Digərləri  kimi  ―Oğru‖  hekayəsində  də  müəllif 
cəmiyyət  problemi  konteksində  məişət  təsvirlərini,  
elə  hekayənin  ilk  cümlələrindən    özünəməxsus 
təhkiyəsi  ilə  oxucusuna  nəql  edir.  Əslində 
oxucusunu  təsiri  altına  salır.  Mistik  düşündürücü 
əhvalatın  qurulması  ilə  başlayan  hekayə  sona  qədər 
müammalı  gedişatla  davam  edir.  Necə  deyərlər,  
mətn  boyu  sən  görünməyən    kəndə  bələdçilik  
etməlisən.  İlk  baxışdan  elə  bilirsən    ki,    naməlum  
mətnə ―ürcah ― olmusan . Sonra mətn öz oxucusunu 
önə çəkir və arxasına düşüb sona qədər ―ötürür‖. 
      Hekayədən  bir    parça  :  ―Bu  sarsaq  yuxu  da  bir 
tərəfdən.  Dükanın  pəncərəsindən  asıla  qalmış 
adamın  da  boğazı  üzülmüşdü.  ―Sənin  bu  gününə 
dözə bilmədim, Saşa!‖ - belə dedi Babuşka! Hə, belə 
dedi. Boğazından sallalı qalmış adamı göstərib dedi! 
Kipbağlayan 
qoşqunun 
bıçağı 
mıxlanmışdı 
pəncərəyə barmaqlıq əvəzi və... dəmirin iti ucu batıb 
hulqumunu qırmışdı yazığın. ―Sənin bu gününə dözə 
bilmədim,  Saşa!‖  Sinəsi  şiddətlə  qalxıb  enməyə 
başladı;  şübhələri  get-gedə  gerçəyə  çevrilirdi; 
pəncərədən  sallalı  qalmış  adamı  özünə  oxşadırdı,- 
arıq, çəlimsiz... əynində də sırıqlısı... ―Göyərçinlərin 
qarğışı tutub bu nəsli, hamısının boynu qırılıb ölür‖ 
       Hekayə  bu  kimi  ―sayıqlama‖larla  oxucunu 
diksindirir. Əsərdə baş qəhrəman Saşa –yəni Savalan 
,  ömür  boyu  atasının  etdiyi  məzəli  oğurluq 
xatirələrinə  görə  xəcalət  çəkir.  Hətta  başına 
gələnlərin  və  gələcəklərin,  elə  məhz  o  üzdən 
olacağına inanır. Bu sarsıntı onu bir tərəfdən də elə 
həmin  yola  sürükləyir.  Hadisələrdə  iştirakını  özü 
idarə edə bilmir deyə, qəribə stuasiyalarda aciz qalıb 
,  hər  dəfə  həyatdan  ayılır  sanki.  Hər  ayıldığında  , 
özünü daha dərin yuxuda (həyatda)  hiss etdiyindən, 
baş  verənləri  yozmağa  çətinlik  çəkir.  Bu 
qarmaqarışıqlıq  içində  hələ  aydınlaşmamış  çox  
məqamlar  qəhrəmanın  özünə  də  qaranlıq  qalır.  Bu 
baxımdan  əsər  psixoloji  gerçəkliyi  həyatla  
uzlaşmayan  maraqlı  düşüncə  tərzi  ilə  oxucusunu 
bilavasitə ayıq saxlayır. Düzgün qurulmuş sujet xətti 
mətni  mənasız  ritorikadan  və  quru  sözçülükdən 
qoruyur. Lakin əsər öz növbəsidə güzəştsiz təhlilə də 
imkan  verir.  İstənilən  əsərə  münasibət  birmənalı 
olarsa,  o  əsər  oxucusuna  uduzar.  İstənilən  maraqlı 
halda əsərin yaddaşında inandırıcı dəlillər olmalıdır. 
Nöqsanlardan  biri  ,  bəlkə  daha  əsaslısı  ondan 
ibarətdir ki , əsərin məqsəd və qayəsi olan  səhnələr 
və  təsvirlər  çox  ötərgi  verilib  və  oxucu  dərin    bir 
psixoloji  duruma  düşməyə  hazır  anda  dolğun 
təsəvvür  itir.  Və  qəhrəman  düşdüyü  stuasiyadan 
mübarizə aparmamış  ― qurtulur‖.   
      Mübariz  adlı  bir  yazarın  əsərlərində  mübarizə 
meydanının geniş olması gərək. Bir şəxsi iradım da 
var , mənə elə gəlir ki, Mübariz bəy hekayə yazanda 
qadın  oxucularını  az  düşünür.  Aylarla  üzərində 
işləmiş  olduğu  bu    hekayədə  (  hekayənin  sonuna 
yaxın  )  işlədilmiş  adi  bir  söz    hekayənin    bütün 
estetik 
tamlığını 
darmadağın 
edir. 
Müəllif 
əvvəlcədən bu epizoda hazırlıqsız ( çünki bu hazırlıq 
əsərdə yoxdur)  olan  bir həssas  qadın oxucunu itirə 
bilər.  Halbuki  o  söz  hekayəyə  heç  bir  yenilik  və  ya 


Yüklə 472,06 Kb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə