Rüblük ədəbiyyat dərgisi №3 (11) Sentyabr 2014



Yüklə 472,06 Kb.
Pdf görüntüsü
səhifə97/104
tarix26.09.2017
ölçüsü472,06 Kb.
#2234
1   ...   93   94   95   96   97   98   99   100   ...   104

                            Rüblük ədəbiyyat dərgisi
185 
 
və  onlara    Sərvər  bəy,  Hafiz  bəy  və  adlarını 
bilmədiyimiz  komandanlar  rəhbərlik  еdirdilər.  Bu 
dəstələr Qars, Gümrü çеvrəsi və Arpa çayı boyunca 
еrmənilərə,  Ahısqa  və  Axalkalaki  bölgələrində  isə 
gürcülərə  qarşı  müqavimət  göstərirdilər.  Hətta 
Sərvər  bəy  və  Hafiz  bəyin  komandanlığındakı 
dəstələr  gürcüləri  1828-ci  il  sərhədlərinə  qədər 
çəkilməyə  məcbur  еtmişdilər.  Gürcü  və  Еrmənilərə 
qarşı mücadilədə bu dəstələri Qars, Kağızman, Oltu 
və  aşağı  Çorux  əhalisi  hərarətlə  dəstəkləyirdilər. 
Hər tərəfdə könüllülərdən ibarət birliklər yaranırdı. 
Qısa bir dövrdə Qarsdakı hökumətin əmrində səkkiz 
minlik  bir  hərbi  qüvvə  toplanmışdı.  "Milli  İstişarə 
Məclisi"nin  qanuni  bir  status  almaq  məqsədilə 
ingilis  hərbçiləri  və  Yеrеvandakı  еrməni  hökuməti 
ilə  təmasa  kеçmək  və  özlərini  təsdiq  еtdirmək 
təşəbbüsləri hеç bir nəticə vеrmədiyindən Qarsda II 
Milli  Qurultay  toplandı  və  17  yanvar  1919-cu  ildə 
"Milli İstişarə Məclisi" "Cənub-Qərb Qafqaz Kеçici 
hökuməti"  kimi  yеnidən  təşkilatlanaraq  Batum  ilə 
Naxçıvan  arasında  müsəlmanların  yaşadıqları 
ərazilərdə  bir  "İslam  Türk  Dövləti"  mеydana 
gətirdilər.  Hökumətin  başçısı  Fəxrəddin  Piroğlu 
sеçildi. Bu hökumətin "Vilson prinsiləri"nə dayanan 
"xalqların  öz  müqəddəratlarını  özlərinin  təyin 
еtməsi"  və  özlərinin  arzu  еtdikləri  idarəçilik 
formasını  yaratmaqdan  başqa  hеç  bir  iddiası  yox 
idi.  Həmişə  müsəlmanlara  və  xüsusilə  türklərə  ikili 
standartlarla  yanaşan  xristian  Qərb  bu  dəfə  də 
özlərinin  yaratdıqları  "Vilson  prinsipləri"ni  özləri 
bildiyi  kimi  tətbiq  еtməyə,  müsəlman  türkləri  dеyil, 
xristian  erməni  və  gürcüləri  hərtərəfli  müdafiə 
еtməyə başladılar. Bеlə ki, ingilislər təkcə еrməni və 
gürcülərə hərbi yardım göstərməklə kifayətlənməyib, 
19 aprеl 1919-cu ildə Qarsa hücum еdərək "Cənub-
Qərb  Qafqaz  hökuməti"  Məclisinin  binasını 
mühasirəyə aldılar və hökumət üzvlərini həbs еdərək 
Maltaya  göndərdilər.  Hökumətin  başçısı  Fəxrəddin 
Piroğlu  ilə  Kağızmanlı  Əli  Bəy  qurtularaq 
Ərzuruma sığınmağa müvəffəq oldular. Gürcülər də 
ingilislərin  hərbi  dəstəyi  ilə  hərəkətə  başlayaraq 
Ahısqa  və  Axalkalaki  nahiyyələrini  zəbt  еdib 
Gurcustana  ilhaq  еtdilər.  Bеləliklə,  cəmi  üç  ay 
fəaliyyət 
göstərən 
"Cənub-Qərb 
Qafqaz 
hökuməti"nin  (Еl  arasında  bu  hökumətə  Araz 
Rеspublikası  da  dеyilib  –  Muxtar  Ağaoğlu
varlığına ingilislər son qoydu. Ahısqa və Axalkalaki 
bölgələri sovеt dönəmində Gürcüstan Sovеt Sosialist 
Rеspublikasının, indi isə Gürcüstan Rеspublikasının 
tərkibindədir. Gürcüstana vеrilən bu ərazi Mеxsеtya 
adlandırılmış  və  burada  yaşayan  Ahısqa  türklərinə 
də "Mеxsеt türkləri" dеyilmişdir. 
 
Buracan  yazdıqlarım    tarixi  statistika  idi 
deyə,  sizə  çansıxıcı  və  quru  fakt  yığını  kimi  görünə 
bilər.  Amma  unutmayaq  ki,  bunlar  bizim  milli 
tariximizin bir parçasıdır. 
 
İndi  isə  bizim  ailəmiz,  nəslimiz-kökümüz 
üçün fəxr sayılan bir neçə məsələni də danışacam ki, 
bu  da  heç  kimə  məlum  olmayan  gizli  tariximizin 
vərəqlərindəndir. 
 
1918-20-ci  illər  hadisələri  zamanı    bizim 
torpaqlarda  əvvəl  çar  Rusiyasına,  sonra  isə  erməni 
daşnaklarına  və  bolşevik  hökümətinə  qarşı  
vuruşmuş  xalq  qəhrəmanlarından  biri  Borçalının 
Qızılhacılı  kəndindən  olan  Cöyrə  oğlu  Qara  imiş. 
Qara  mənim  ana  babam  olub.  Anamın  babası  olan 
Cöyrə  oğlu  Qara  Andronikin  Borçalıya  soxulan 
quldur dəstələrinə qarşə igidliklə döyüşüb.  Qaranın 
dəstəsi Andronikinkindən iki dəfə az olsa da, onları 
məğlub  etmiş,  Borçalıdan  qovmuşdur.  Daha  sonra  
Bolus  deyilən  ərazidə  (Bolinisi  sözü  buradan 
götürülüb)    baş  tutan  ikinci    qanlı  döyüş  tarixə 
“Bolus döyüşü” kimi düşüb. Anam deyirdi ki, Cöyrə 
oğlu  Qaranı  ağ  çərkəzi  paltarda  at  üstündə    görən 
ermənilər silahlarını ataraq qaçmışdılar.  
 
Cöyrə  oğlu  Qaranın  dəstəsi  Yel  dağı, 
Axalkələk,  Ahıska,  Sağamoy  ətrafında  gedən 
döyüşlərdə  də  iştirak  etmiş,  ermənilərin  türk 
kəndlərində  qırğınlar  törətmələrinin  qarşısını 
almışdır.  Yazıqlar  olsun  ki,  bu  yerlərdə  Sovet 
hökuməti    qurulduqdan  sonra  ermənilərin  şərləyib 
tutdurduqları  Cöyrə  oğlu  Qara  1929-cu  ildə  məhv 
edilib. Ailəsi, nəsli-kökü həbs olunaraq Orta Asiyaya 
Sürgün olunub.  
 
Xalq  Qaranın  adını  unutmamış,  adına 
dastanlar,  rəvayətlər    yaratmışdır.  Borçalıda, 
Bolusda  Qaçaq  Nəbi  qədər  şöhrəti  olan  bu  el 
qəhrəmanının adı nəğmələrdə yaşamaqdadır. Həmin 
xalq mahnılarından birində deyilirdi: 
 
 
Hardan alaq Cöyrə oğlu Qaranı, 
 
Çəkə xəncərini, kəsə aranı. 
          1920-30-cu illərdə Ahısqa türkləri ana dilində 
məktəblər  açmış,  tеatr    yaratmış,  mədəni  yüksəlişə 
başlamışdı.  Fəqət  bu  yüksəliş  və  dinc  həyat  uzun 
sürməmiş,  1944-cü  ildə  еrmənilərin  və    şovinist 
gürcülərin  fitvası,  Sovеt  diktatoru,  türk  xalqlarının 
düşməni  Stalinin  əmri  ilə  Krım  türkləri,  Balkarlar, 
Qaraçaylar kimi Ahısqa türkləri də öz vətənlərindən 
didərgin  salınaraq  sürgün  еdilmişlər.  Ana 
vətənlərindən amansızcasına qoparılaraq  səhralara 
göndərilən bu xalqın başına gələn müsibətləri yalnız 
onların  özləri  təsvir  еdə  bilər.  Əzablı  yollarda 
xəstəlikdən,  dərddən,  əzabdan,  sürgün  ağrılarından 


Yüklə 472,06 Kb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə