Rüblük ədəbiyyat dərgisi №3 (11) Sentyabr 2014



Yüklə 472,06 Kb.
Pdf görüntüsü
səhifə94/104
tarix26.09.2017
ölçüsü472,06 Kb.
#2234
1   ...   90   91   92   93   94   95   96   97   ...   104

180
№ 3 (11) Sentyabr  2014 
 
*** 
            Valehin  Bakıdakı  həkiminin  yanına  getdim. 
Sizə  danışdığım  əhvalatı    utana-utana  ona  da 
danışdım.    Sağ  olsun,  o  da  mənim  kimi  sevindi  və 
indi nə etmək istədiyimi soruşdu. Dedim ki, Minskə  
aparmaq  istəyirəm.    Qətiyyətlə  bildirdi  ki,  ora 
aparmaq imkanınız varsa, heç nəyə baxmadan gedin. 
Sonra  oradakı  tələbə  yoldaşına  da  məktub  yazdı. 
Xəstənin  vəziyyətini  şərh  elədi.  Bu  illər  ərzində 
çəkilmiş  rentgen  şəkillərini,  işlətdiyimiz  dərmanları 
da  əlavə  etdi.  Mən  türk  həkimin  elədiklərini  də 
dedim.  Həkim  gülüb  dedi  ki,  mən  onu  yaza 
bilmərəm, onu özünüz şifahi deyərsiniz. 
 
Tək  problemimiz  maddi  məsələdir.  Pul 
dəyişikliyi,  sonra    da  qaçqın-köçkünlük  hamı  kimi 
bizim ailəyə də ağır ziyan vurub. Əlimdə az pul var. 
Bu 
pulla 
Minskə 
getmək 
axmaqlıq  olardı. 
Qızıllarımı  satacam,  bankdan  kredit  götürəcəm. 
Qərarım  qətidir.    Simran  da    nəsə  edəcək  axı... 
Aparacağam, vəssalam! 
 
*** 
 
Təzə 
kitablar  almışam.  Birini  seçib 
Valehçün ucadan oxuyuram. Roman müəllifi özünün 
60  illiyi  münasibətilə  çıxışında  dediyi  sözləri 
kitabada  ―Ön  söz‖  kimi  verib.  Ürəyimdə  oxudum, 
xoşuma  gəldi.  Başladım  Valehçün  də  ucadan 
oxumağa.  Axı  biz  ikimiz  də  kitab  dəlisi  olmuşuq. 
Valeh  bu  günə  düşəndən  sonra  çox  şeydən 
soyumuşuq, elə kitabdan da. Amma mən bilirəm ki, 
o  kitabdan  aldığı  həzzi  heç  nədən  almır.  Ona  görə 
ucadan oxuyuram: 
          ― -Mən bu dünyada haqqın və ədalətin yanında 
çox az adam gördüm. Amma gördüm. 
 
-Sözün, illah da düz sözün qiyməti doğrudan 
da yoxmuş. Kimisi üçün bu əskiklik, kimisi üçün isə 
ən böyük qiymət anlamındadır. 
 
-Kitab  oxuyanları  hörmətli  gördüm  – 
kitabdan aldıqları bilgilər onların hörmətini birə min 
artırmışdı. 
 
-Yaltaqlıq 
səndən  uzaqdadırsa,    ona 
bulaşmamısansa, qorxulu deyil. Elə ki, yaltaqlandın, 
sonundur  –  rəzil  olacaqsan.  Hamı  bunu  səndən 
umacaq. 
 
-Şirə ölüm deməkdir. Həşarat şirəyə batanda 
öldüyü  kimi,  insan  da  harama  bulaşanda  özünün 
qəbirini  qazır.  Ona  əbədilik  yaddır.  Öləndən  sonra 
lənət payı şirə payından çox olar. 
 
-Ağac  yarpaqla  diridir,  insan  ruhun  qidası 
ağılla.  Yarpaqsız  ağac  adi  odundursa,  ruhsuz  bədən 
də qoxuyan  meyitdir – abırını torpaq örtər. 
 
 -Torpaqla 
insan 
bədəninin 
tərkibində 
kimyəvi  yaxınlıq  var:  o  səbəbdən  insan  doğulandan 
ölənəcən torpağa can atır. 
 
-Mən  yazılarımdakı  əzəmətli,  köhnə  dillə 
desək,  müsbət  qəhrəmanları  uydurmalı  olmuşam, 
çünki  onların  həyatda  prototipi  ya  yox  idi,  ya  da 
mənə  bu  60  ildə  rast  gəlməyib.  Mənfiləri  isə  bir  az 
rəngləmişəm ki, sizə mənfi enerji ötürə bilməsinlər. 
 
-Əgər  sizi  əhatə  edən  ortamda  xeyirxah 
adam yoxsa, onu uydurun, yoxsa yaşamaq çətin olar. 
Amma  mən  beləsiylə  rastlaşmışam.  Məsələn,  yazıçı 
Sabir  Əhmədli.  Ona  görə  özüm  də  yorulmadan 
xeyirxahlıq etməyə çalışmışam. Qəhrəmanlarımın da 
içində  belələri  yox  deyil  –  hətta  uydurma  olsalar 
belə. 
 
-Yazılarımda  sənə  oxşayan  surət  görsən, 
özünü  o  yerə  qoyma.  O  sən  deyilsən,  sadəcə  sənə 
oxşayır, vəssalam. 
 
- Qəhrəmanım səninlə adaşdırsa, bu o demək 
deyil ki, səni nəzərdə tutmuşam – ağlına da gətirmə. 
 
-Mən dinsiz biri deyiləm, amma gözəl qadını 
qara  çarşaba,  göəz  üzlü  kişini  qapqara  saqqala  
bükməyi din saymam, lütfən. 
 
-Mənə  bir  60  il  də  yaşamaq  imkanı 
verilsəydi,  yenə  yazıçı  olardım.  Gözəl  insan 
qəlbindən (bu qadın qəlbi olanda nə xoş!) və yazıdan 
aldığım həzzi heç nədən almadım.‖ 
 
Valeh  qurcuxur,  elə  bil  nəsə  demək  istəyir. 
Bilirəm ki, yazıçının sözləri ona təsir edib.  
 
Bilirsiniz  necə  pis  zəmanəyə  düşmüşük? 
Kitab gözdən düşüb. Elm ölüb. Qəzet-jurnal mənasız 
şey  olub.  Teatrlara  ayaq  basan  yoxdur.    Bu  saat  
aktyorlar    toyxanalarda    tamadalıq  edir,    ziyalılar 
yasxanada  mollalıq.  Şairlər,  yazıçılar  yaltaqlıqla  
məşquldurlar, köhnə dövrdəki kimi saray ədəbiyyatı 
yaratmağa 
qurşanıblar. 
Rəhmətlik 
Füzuli 
demişkən:‖Bir dövrdəyəm ki, nəzm olub xar...‖ 
*** 
 
Nuralı  kişi  qabaqda,  arxasınsa  tələbə  oğlu  
Mehralı,  onun  da  arxasınca  Ələkbər  kəndin  yuxarı 
başındakı ―Ağ qoç, qara qoç‖ muzeyinə üz tutublar. 


                            Rüblük ədəbiyyat dərgisi
181 
 
Dallarıncan  nəhəng  bir  traktor  nərildəyərək  gəlir. 
Nuralı  kişi  uzun  dimdikli  şapkasını  başından 
çıxardıb  alnının  tərini  silir  və  barmağını  tuşlayır 
muzeyə və traktorun səsini batıran gur səslə qışqırır: 
 
-Sal  bulduzerin  qapağını  aşağı,  qabaqca  bu 
hasarları  kürü,  sonra  içindəki  o  qoçları,  heykəlləri 
basdır torpağa... 
 
Traktor  ağ  əhənglə  ağardılmış  təxminən  bir 
metrə  yaxın  hündürlüyü,  yüz  əlli  metrəcən  də 
uzunluğu olan bu divarları uçurdur, sonra girir içəri 
və dayanır. 
 
Bu  vaxt  qırx  35-40    yaşlarında  bir  gənc 
yerdən  çıxıbmış  kimi  özünü  traktorun  qabağına 
verir.  Əynində  o  zamanın  dəbinə  uyğun  ağımtıl 
trapes şalvar, başında ortası düyməli dimdikli şapka 
var.  Əlindəki  qəzeti  az  qala  traktorçunun  gözünə 
soxacaqmış kimi kabunəyə uzadıb bağırır: 
 
-Siz qəzet oxumursunuz?! Burada yazılıb ki, 
xalqların  maddi-mədəniyyət  abidələri  qorunmalıdır! 
Siz isə vəhşi kimi onları dağıdırsınız! 
 
Nuralı kişi yeriyir onun  üstünə və gözlərini 
qıyaraq: 
 
-Sən,  a    Təhmiraz,  sən  qolçomaq  balasısan, 
ünsürsən,  dədən  trotskiçi  idi,  zinovyevçiydi,  sən  də 
Mirzə İbrahimovçusan! Sən Lenin dilinin, rus dilinin 
əleyhinə  propaqanda  aparırsan...  Deyirmişsən  ki, 
bizim  babalarımız  ağqoyunlu-qaraqoyunlu  olub... 
He-he-he...  Əyə,  sənin  baban  ola  bilər  e, 
qoyunotaran,  mənimki  qəminist  olub,  bildin?!. 
Dağıdın, ə! 
 
Traktor  irəliləmək  istəyəndə  Təhmiraz 
özünü atdı qabağına: 
 
-Əvvəlcə mənim üstümdən keçəcəksiniz!  
 
Nuralı  kişi  dönüb  Ələkbərə  baxdı  və  bircə 
anda  Ələkbər  ona  dərs  demiş  müəllimini  tutub 
sürüdü  qırağa  və  əlbəyaxa  oldular.  Hardansa  atılan 
bir  daş  Ələkbərin  düz  qaşqasına  dəydi  və  bu 
uzundıraz gənci qan götürdü.  
 
Elə  bil  hər  şey  əvvəlcədən  yazılmış  ssenari 
üzrə  gedirdi:  tindən  bir  göy    villis  QAZ-69  çıxıb  
dayanır,  içindən  milislər  tökülüşüb  Təhmiraz 
müəllimi  zorla  maşına  soxurlar.  Milislər  atasını  
maşına basanda oğlan yerdən əlinə daşlar alıb onlara 
atır. Hətta daşın biri maşının şüşəsinə dəyib sındırır. 
Hirslənmiş  milislər  oğlanı  qovub  tuturlar,  qollarını 
qandallayıb  atası  ilə  birgə  onu  da  maşına 
mindirdilər.  Nuralı  kişi  milislərə  çəmkirir:  ―Bu 
küçüyü  də  birbaş  Şuşaya,  detdoma  göndərin,  orda 
ağıllanar.‖  
           ...Adda-budda  peydestal  kimi  düzəldilmiş 
yerlərdə qoyulmuş əlliyəcən qoç heykəlləri, iri saxsı 
küplər,  ucuna  dəmir  xış  taxılmış  cüt,    üstü  yazılı 
sənduqələr...  Qoç  heykəllərinin  bəziləri  sağ-salamat 
olsa  da,  bəzilərinin  ayaqları  qırılıb,  bəzilərinin 
buynuzları  qopub.  Saxsı  küplərin  də  eləsi  var 
çatlayıb, hətta iki bölünüb, eləsi də var salamatdır.  
 
Traktorçu  kabinədən  düşüb  üzünü  Nuralı 
kişiyə tutur və az qalır ki ağlasın: 
 
-Nuralı dayı... məni bağışda... nənəm deyirdi 
ki,  bu  qoç  heykəlləri  pirmiş...  mən...  mən 
qorxuram... Gecə yuxu da görmüşəm... 
 
Başı  ağ  cunayla  sarınmış  Ələkbər  bir  göz 
qırpımında traktorun tırtıllarının üstünə qalxır, sonra 
kabinəyə  keçib  işə  salır,  sürür  qoç  heykəllərinin, 
saxsıların  üstünə.  Bircə  anda  hamısını  basıb  əzir, 
sonra  traktoru  fırladıb    qapağıyla  torpağı  kürüyüb 
hamısının üstünü örtür... 
 
Təxminən  bir  saatdan  sonra  bura  əkilib 
malalanmış zəmi yerinə oxşayır... 
 
Nuralı kişi əlini belinə verib məmnun halda 
kolxoz  idarəsinə  tərəf  addımlayır.  Mehralıyla 
Ələkbər də ardınca...  
 
...Axşam  toranı    düşür.  Bir  qız  uşağı 
evlərinin qapısında oturub ağlayır. Ana yox, ata həbs 
olunub, 
qardaşını  elə  bu  gün  uşaq  evinə 
göndəriblər... Qızcığaz evə girməyə qorxur... 
 
Bu vaxt bizim yaxşı tanıdığımız Raziyə qarı 
(onda  qarı  deyildi  təbii)  gəlib  uşağın  əlindən  tutub 
aparır... 
 
...Dik  atılıram.  Yazıq  nənəmin  bir  zamanlar 
mənə  danışdığı  əhvalatı  indi  yuxu  kimi  görürəm. 
Yuxu ilə gerçəklik arasında qalmışam... 
                            
*** 
 
Taleh  məktəbdən  bir  gündə  gəlib  ki,  dillə 
deyiləsi  deyil.  Uşağın  rəngi-rufu  üstündən  qaçıb, 
Raziyə qocam demiş. Gözlərini məndən gizlədir. Nə 
illah  elədim,  danışmadı.  Çantasını  içəri  atıb  qayıdıb 
çıxmaq  istəsə  də,  qoymadım.  Yalvardım,  yapışdım, 
sallaşıb  buraxmadım.  Gəlib  otursa  da,  halı  yoxdur, 
elə  bil  uşağın  afatı  uçub.  Dilə  tutdum,  zarafata 
saldım,  qıdıqladım...  (Boynuma  alım  ki,  bu  illər 


Yüklə 472,06 Kb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə