Rüblük ədəbiyyat dərgisi №3 (11) Sentyabr 2014



Yüklə 472,06 Kb.
Pdf görüntüsü
səhifə102/104
tarix26.09.2017
ölçüsü472,06 Kb.
#2234
1   ...   96   97   98   99   100   101   102   103   104

                            Rüblük ədəbiyyat dərgisi
191 
 
böyük bir hissəsi Tacikistanın Leninabad vilayətinin 
Vaxşeki  rayonuna  evakuasiya  edildi,  16  min  nəfər 
isə  Rusiyanın  Smolensk  və  digər  vilayətlərində 
yerləşdirildi.  Bundan  başqa,  Fərqanə  vilayətindəki 
türklər  Özbəkistanın  digər  ərazilərinə,  o  cümlədən, 
Daşkənd  vilayətinə  köçürüldü.  Ancaq  vəziyyət 
bununla  sabitləşmədi  -  respublikanın  digər 
vilayətlərində - Namanqan, Sırdərya, Daşkənddə də 
türklərin təqib olunması davam edirdi. 
Həm  İttifaq,  həm  də  respublika  rəhbərliyinin 
laqeyd 
münasibəti 
cinayətkarları 
daha 
da 
şirnikləndirirdi.  Mərkəz  öz  növbəsində  vilayətdə 
hərbi vəziyyət elan etməyə tələsmədi, ancaq general 
Y.Şatalinin  başçılığı  ilə  nə  komissiya,  nə  də 
respublika  rəhbərliyinə  tabe  olan  DİN-in  daxili 
qoşunları  Fərqanəyə  yeridildi.  Ordu  öz  növbəsində 
Özbəkistanın  bir  suveren  ittifaq  respublikası  kimi 
elementar  hüquqlarını  belə  hesaba  almırdı.  Faciəli 
hadisələrin  gedişində  107  nəfər  öldürüldü,  mindən 
çox  adam  yaralandı,  xəsarət  aldı,  yüzlərlə  evlər 
yandırıldı, dağıdıldı, qorxu və təşviş iki həftə ərzində 
bütün regionda davam etdi.”  
 
*** 
  Şəhər  məktəbinin  direktoru  başıma  gələn 
müsibətləri  bilirdi.  Mənim  Minskiyə  getmək  üçün 
icazə  almaq  istəyimə  tək  bir  cümləylə  cavab  verdi: 
―Gedin,  maaşınızı  özünüzə  yazacağam,  amma 
yarısını  mən  götürüb  təhsil  şəbəsinin  müdirinə 
verəcəyəm.‖  
Mən  dedim  ki,  elə  hamısını  götürün,  amma  
şərait yaradın gedim. O razı olmadı: ―Söz bir kələmə 
oldu, getdi. Sizə yaxşı yol.‖ 
Amma  qaçqın  məktəbimizin  direktoru  ayrı 
hava  çaldı:‖Maaşını  yazıb  yuxarıya  verəcəyəm. 
Amma gələn olsa, səni müdafiə edə bilməyəcəyəm.‖ 
 Mən  də  dedim  ki,  onda  gedib  rayonumuzun 
təhsil  şöbəsinin  müdirindən  icazə  alaram.  Nə 
düşündüsə,  dedi:  ―Lazım  deyil,  gedin,  bir  təhər 
yoluna qoyaram...‖ 
 Beləcə icazə məsələsini həll etmiş oldum. 
 
 
*** 
Kitabın  3-cü  fəsli  daha  maraqlıdır.  Burada 
―Bir həkimin qeydləri‖ adı altda verilən yazını ürək 
ağrısız oxumaq olmur.  
“Beləcə dili bir, dini bir qardaşlar  – məhsəti 
türkləri,  özbəklər,  qırğızlar,  qazaxlar  bir-birinə  əl 
qaldırdılar. 
Axşam  saat  səkkiz  idi.  Cəmilə  məni  çağırıb 
bedi: 
-Muxtar,  qonşu  özbək  aulundakı  gənclərin 
silahlanaraq  bizim  aula  hücum  edəcəyi  barədə 
danışırlar. Gəl biz də camaat kimi soldatların keşik 
çəkdiyi Ayni auluna qaçaq.  
Mən gülüb dedim: 
-Gözəlim,  sən  bilirsən  ki,  o  aulun  adamları 
mənə  peyqəmbər  kimi  baxırlar.  Nə  qədər  adama 
həyat  vermişəm.  Çoxunu  ölümdən  qurtrmışam.  Bizə 
dəyməzlər. 
O  mənimlə  razılaşdı.  Beləcə,  kəndin  yarısı 
qaçsa  da,  biz  bir  çox  ailələrlə  birlikdə  evimizdən 
çıxmadıq.  Gecə  yarısı  qapımız  döyüldü.  Qonşu 
Kazbek  kişi  idi.  Mənə  yalvara-yalvara  dedi  ki, 
Aynidən  gələn  qudurğan  gənclər  onun  qızlarını 
sürüyə-sürüyə  aparıblar.  Onun  qızlarına  kömək 
etməyimi istəyirdi. Mən atımı minib kəndin ayağına 
– səs-küy gələn yerə getdim. 
Gənclər  məni  görən  kimi  başlarını  aşağı 
saldılar. Mən üzümü onlara tutub dedim: 
-Biz də türkük, siz də türksünüz. Baxın, siz taş 
deyirsiniz,  biz  daş  deyirik,  siz  til  deyirsiniz,  biz  dil 
deyirik, sizin də bacınızın adı Mədinədir, bizim də. O 
aparmaq 
istədiyiniz 
qızlar 
bir 
osetin 
ailəsindəndilər... Adları nə olsa yaxşıdır? Dilara və 
Gülara.  Ay  Dolmu,  sənin  bacının  adı  Gülara 
deyilmi? Bəs adam bacısını zorlayar? 
Gənclər  utanıb  yerə  girirdilər.  Başlarını 
bilmirdilər hara soxsunlar. Onlar məndən üzr istəyib 
getdilər.  Yalnız  içlərində  olan  rusaoxşar    biri  məni 
qışqıra-qışqıra hədələdi: 
-Xaroşo mujik! Mı eşyo uvidimsya! 
Bir  gün  sonra  kəndə  rus  əsgərləri  gəldilər. 
Onlar  bizi  sakitləşdirib  getdilər.  Elə  onlar  gedən 
günün  gecəsi  məni  hədələyən  o  sarıbaşın 
başçılığıyla  avtomatla  silahlanmış  bir  dəstə  kəndə 
gəldi.  Onlar ilk olaraq  bizim evə hücum etdilər. İki 
yaşlı  oğlumu  gözüm  görə-görə  süngüyə  keçirdilər. 
Sonra  arvadım  Cəmiləni  gözümün  qabağında  bir 
neçə qudurğan gənc zorladı. Məni də o ki var döyüb 
tövləyə  saldılar.  İstər  inanın,  istər  inanmayın,  bu 
dəfə  gələnlər  mülkü  geyimdə  olsalar  da,  gündüz 
gələn hərbçilər idilər. Düzdür, içlərində özbəklər də 
vardı, amma onlar Ayninin cavanları deyildilr.  
Mən  tövlənin  pəncərəsindən  çıxıb  sərxoş 
halda  evimizdə  yatışan  cəlladları  (onlar  beş  nəfər 
idilər)  baltaladım.  Sonra  qollarından  çarpayıya 
bağlanmış 
Cəmiləni 
açıb 
kürəyimə 
aldım. 
Öldürdüyüm  cəlladların  silahlarını  kəndin  diri 
qalmış  kişilərinə  payladım.  Beləcə,  biz  rus 
zastavasına  tərəf  irəlilədik.  Bundan  sonrasını 
yazmaq istəmirəm. Ona görə ki, on gün sonra artıq 
Azərbaycanda  idik.  Bura  haqqında  ayrıca  bir  kitab 


Yüklə 472,06 Kb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə