Rüblük ədəbiyyat dərgisi №3 (11) Sentyabr 2014



Yüklə 472,06 Kb.
Pdf görüntüsü
səhifə99/104
tarix26.09.2017
ölçüsü472,06 Kb.
#2234
1   ...   96   97   98   99   100   101   102   103   104

                            Rüblük ədəbiyyat dərgisi
187 
 
*** 
 
Nənəmlə  dayımın  görüşünü  təsvir  eləməyə 
gücüm  yetməz.  Qucaqlaşıblar.  Səssiz  ağlayırlar. 
Aralana  bilmirlər.  Aralanırlar,  sanki  təzədən  ayrı 
düşəcəklərindən  qorxub  yenidən  qucaqlaşırlar. 
Nənəmin xısın-xısın səsi eşidilir: ―Yaman gündə, gəl 
qardaş...  Ay  qardaş,  ay  qardaş,  bacın  ölsün  ay 
qardaş...‖ 
 
Nəhayət,  bir  az  sakitləşib  otururlar,  amma 
diz-dizə.  Yenə  ayrıla  bilmirlər.  Nənəm  durub 
mətbəxə  getmək  istəyir,  Kərəm  dayı  buraxmır: 
―Otur,  bir  doyunca  baxım  saa...‖  Qəribədir  ki,  kişi 
nənəmi  görəndən  sonra  bizim  ləhcəylə  danışmağa 
başlayıb:  ―saa‖,  ―maa‖,  ―əənə‖,  ―bəənə‖...  (Yəni, 
―sənə‖, ―mənə‖, ―o yana‖, ―bu yana‖) 
 
Dayım ortaboylu, saçları  şəvə kimi qapqara 
(bir qədər sonra başa düşdüm ki, saçına da, bığına 
da  rəng  qoyur),  burnu  nənəminki  kimi  yastı,  göz 
qapaqları  iri,  çənəsi  bir  qədər  irəli  çıxmış  55-57 
yaşlarındadır.    Əyin-başı  sadədir  –  cins  kostyum, 
yastıdaban vilvet ayaqqabı, zolaqlı köynək  geyinib. 
Dişləri ağappaq qar kimidir. Amma çox çalışsam da 
qoyma,  yaxud  anadangəlmə  olduğunu  ayırd  edə 
bilmədim. Mənim gətirdiyim çaydan bir qurtum alıb 
siqaret  çıxardır.  Üzümə  baxıb  nəsə  demək  istəyir. 
Mən külqabını qənşərinə qoyub gülümsünürəm: 
 
-Çəkin, dayı, çəkin. 
 
O  siqaretini  yandırıb,  tüstünü  ciyərlərinə 
çəkir və handan-hana dillənir: 
 
-Simran dedi ki, sənin ərin xəstədi, eləymiş? 
 
Başımı  tərpədib  doluxsunuram.  Bu  uzun 
illər  ərzində  ilk  dəfədir  ki,  mənim  dərdimə  qalan 
birisi var nənəmdən əlavə. O bunu anlayıb deyir: 
 
-Mən  çox  yerlər  gəzdim...  Bizdə  necə 
deyərdilər bacı? (nənəmə tərəf dönür – nağılçı) Hə-
hə... Başım başdan başa... yox, daşdan daşa dəydi.... 
Sayuzun  burasınnan  vurub,  orasınnan  çıxdım...    Bu 
Rasiya  ki  var...  Dünyanın  harasına  gedirsən,  get, 
Rasiya da səninlə gedir, rus dili də... Bu qansız ölkə 
nə  qədər  qansızlıqlara,  namərdliklərə  yuva  olsa  da, 
Rasiya  Rasiyadı...    Bir  erməni  qonşum  var 
Almaniyada,  hə,  niyə  heylə  baxırsıız?  Burdan 
çıxdın,  erməni-zad  yox  ki!  Qafqaz  var,  Rasiya  var. 
Bizlər, Qafqazın kiçik xalqları oralarda düşmənçilik-
zad eləmirik bir-birimiznən... Hə, bir erməni qonşum 
var, Radik, Bakı  ermənisidi...  Bilirsən ruslar haqda 
nə  ağıllı  sözlər  deyir?  Gör  nə  deyir  maa?  Deyir 
Kərəmcan, 
 
biz  rus  və  Rasiya  məsələsində  çotnı 
düşünməyi  bacarmalıyıq.  Rus  anlayışı  rus  dilində 
danışan  dünyanın  böyük  bir  toplumudur.  Yüz 
milyonlarca olan bu böyük kütlə heç rus natsiyası da 
demək  deyil.  Çünki  artıq  50-100  il  əvvəlki  rus  
natsiyası  yoxdur.  Əvəzində  bir  zamanlar  elmi, 
ədəbiyyatı  və  incəsənəti  ilə  dünyaya  meydan 
oxumuş, amma indi cındır  gününə qalan  toşiy   rus 
var.  Biz  elə  bilirəm  ki,  o  bolşoy  və    toşiy  rusla 
qonşuluq  münasibətimizi  hər  zaman  qorumalı, 
onlardan  bir  çox  məsələləri  öyrənməliyik.  Toşiy, 
bacı bilirsən nədi? Yadındamı, qoca, arıq inəkləri ətə 
verəndə  toşiy  yazardılar?  Yəni  ki,  böyükdür,  amma  
ələngədir.  Ayaq  üstə  güclə  dayanır...    Həəə,  gör 
Radik it oğlu sonra nə deyir? Qaldı Rasiya dövləti... 
Bu  dövlətlə  həmişə  ehtiyatla  davranmalı,  onunla 
həmişə  məsafə  saxlamalı,  düşmənçilik  etmədən 
bütün  bəlalarımıza  özümüzdən  sonra  ikinci  (hə, 
bəlalarımızın  birinci  baisi  özümüzük)  baisi  olan  bu 
hegomon 
dövlətlə 
aranı 
açmamalıyıq. 
Biz  
Qərbyönümlü 
siyasət  yürüdüb  Rasiyanın  bu 
torpaqlardan gözünün yığılmasına çalışmalıyıq... 
               Deyirəm,  ə,  Radik,  kimə  gəlirsən?  Siz 
oturmusunuz  rusun  qucağında  axı?  Nə  desə 
yaxşıdır?  Deyir,  ərə,  bu  gün  biz  onun  qucağında 
oturmuşuq,  sabah  lazım  olsa,  onu  qucağımıza 
alarıx...  Nətəri?  O  təri  ki,  Rasiya,  vaxt  gələcək, 
Azərbaycan  kimi,  Hayestan    kimi  balaca-balaca 
ölkələrə çevriləcək – qucağa yerləşəcək... Çox afyor 
gədədi o Radik... 
        Gör hardan hara gəlib çıxdım e...  
         Tak  şto,  bir  şeyə  ubeditsya  oldum  ki,  insanın 
özünnən  başqa  ona  heç  kim  kömək  eliyə  bilməz... 
Sənə helal olsun, çox  qoçax qızsan! Bu xarabada ki, 
sən  belə  mərdanəlik  eləmisən,  demək,  sənə  heç 
kimin  gücü  çatmaz...  Sənin  haqqında  bir  qazetedə, 
toyes  jurnalda    yazmışdılar.  Adı  ―Rosa‖    idi 
məqalənin,  rosa,  almanca  yəni  pənbə...  türklər  belə 
deyir.  Axı  mənim  Almaniyadakı  qonşularım,  iş  
arkadaşlarım hamısı türkdür. Hə, biz necə deyirik?  
 
Mən ―çəhrayı‖ deyib dayıma kömək edirəm. 
            -Ay  sağ  ol,  çəhrayı...    Sonra  bir  saytda  da 
gördüm  o  məqaləni.  Saytdakının  adı  ―Qafqaz 
Amazonu‖  idi  -    sənin  elədiyin  qoçaqlıqdan  bəhs 
olunurdu.  Vot...  Müxbir  yazırdı  ki,  bütün  ölkə  bu 
sevginin əleyhinə olsa da, sən, prostoy bir türk qızı,  
inadından  dönməmisən,  yataq  xəstəsi  olan  sevgilini 
atmamısan... 
 
(Yadıma  düşür.  Bir  dəfə  işlədiyim  məktəbə 
bir  türk  jurnalist  gəlmişdi.  Yanında  da  bir  qadın 
vardı.  Dedilər  ki,  alman  müxbirmiş.  Bizim 
haqqımızda  haradansa  eşitmişdilər.  Mənə  nə  sual 
verdiklərini  unutmuşam,  amma  qəhərli-qəhərli 
danışmağım yadımdadır. Qalan heç nə...) 
 
Dayım  qəhərlənir  və  qəhərli-qəhərli  də 
bildirir:  ürəyinə  damıbmış    ki,  bu  qız  -  bacısı 
Balabəyimin qızı  olacaq. Çünki yazıda  kulak kimi  
sürgün  edilən  Kalbalıuşağı  tayfası,  həbs  olunan 
Təhmiraz  müəllim  və  onların  son  nümayəndəsi 


Yüklə 472,06 Kb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə