Rüblük ədəbiyyat dərgisi №3 (11) Sentyabr 2014



Yüklə 472,06 Kb.
Pdf görüntüsü
səhifə100/104
tarix26.09.2017
ölçüsü472,06 Kb.
#2234
1   ...   96   97   98   99   100   101   102   103   104

188
№ 3 (11) Sentyabr  2014 
 
Balabəyimdən,  məndən  və  mənim  Valehlə  olan 
məhəbbətimizdən də yazılıbmış. 
            Sonra bacısına baxıb  dedi: 
 
-Mən sənnən  axı üç yaş böyüyəm... Çox şey 
yadına  gəlməz  sənin.  O  Nuralı  kişi  vardı  ha, 
Mehralının  dədəsi,  bax  o  tutdurdu  papanı.  Məni  də 
detdoma  verdirmişdi.  Amma  səni  o  nəydi  adı... 
Voot, sonra sən onun oğluna ərə getmisən də... 
 
Nənəm sakitcə ―Raziyə‖ deyir. 
 
-Hə, hə Raziyə xala... o arvad səni qoymadı 
detdoma versinlər... Çox helal olsun ona! Mən də elə 
detdomnan  əsgər  getdim.  Amma  gedəndə  gəldim 
səni görməyə, yadındadı? 
 
Bunlar  yenə  ağlaşırlar.  Sonra    birdən  kişi 
mənə dönür: 
 
-Gilas,  gözünü  sevəyim,  sən  bilirsən  mən 
niyə gəlmişəm? 
 
-Yo-ox, - deyirəm. 
 
-Mən  on  beş  ildir  Almaniyada  yaşayıram, 
Köln 
şəhərində. 
Avtobus 
sürürdüm. 
İndi  
əməkliyəm, yanı ki, pensiyadayam.  Heç bu yana üz 
də çevirməzdim. Simrannan skaypda danışırdıx, dedi 
ki, bacımın əri on neçə ildir yataq xəstəsidir... Hələ 
onu  da  dedi ki,  əri  Mehralının oğludur...  Bax,  buna 
görə gəldim... Sən düşmanın oğluna getmisən... Zato 
sevmisiz  bir-birinizi...  Gəldim  sənə  kömək  olam, 
dayax olam. Gəl, gəl öpüm səni, sən mənim bacımın 
gözəl qızısan... Mənim hər ölkədə bir  kadınım var, 
amma  övladım  olmadı...  Nolsun,  sən  mənim  də 
balamsan...  Mehralıgil  bizim  düşmanımızdı,  amma 
sən onun oğlunu sevdin, sonra da xəstə olsa da,  onu 
atmadın.  Mən  oxumamışam,  amma  çox  gəzmişəm, 
çox  görmüşəm...  Türklərdə  bir  söz  var:  adam  kimi 
adam...  Sən... sən... 
           Sözünün  dalını  gətirə  bilmir.    Qəhər  boğur. 
İndi mən də qoşulmuşam bunlara,  ağlayırıq. Amma 
tez  də  kiriyirik.  Kişi  əliylə  göz  yaşlarımı  silir  və 
gülümsünür: 
 
-Həm  də  eşitdim  ki,  o  gözəl  yerlərimizi 
ermənilər  alıblar...  O  yerlərin  də  yasın  tutmağa 
gəldim. Arxasız, köməksiz qoyub getdiyim bacımın 
dərdinə şərik olmağa gəldim... Voot... Əsas da sənin 
o qoçaxlığın  çıxardı  məni bu uzax yola. 
 
Çay  içirik.  Kişi  bu  vaxt  qalxıb  çantasından 
alman  şkoladları  çıxardıb  tökür  stoldakı  qənd 
qabına. Çayından bir qurtum da alıb birdən bacısına 
baxır təəccüblə: 
 
-Bəs sənin ərin hanı?  
 
Nənəm ağzını əyir: 
 
-Nə  bilim  hansə  cəhənnəmdədi?  Gilas  onun 
da gözünə şiş olub batıb... Bir irayon bir oldu, bı iki 
uşağı  diri-diri  yedilər...  Qoymadılar  adam  kimi 
yaşasınnar... 
 
Dayım yenə siqaret yandırır və deyir: 
 
-Mən  Rusiyyətdə  olanda  Krosnadar  tərəfdə 
bir əhvalat eşitmişdim. Sonra burda bir cavan, amma 
sir-sifətdən  eybəcər  olan  bir  yazıçının  kitabınd  da 
oxudum...  Mən  ildə  bir  dəfə    buradakı  məşhur 
yazarların kitabını zakaz eləyib alıram. Oxuyuram... 
Adı nəydi onun? Azərbaycandı, nə  Baycandı?  
 
-Seymur Baycan, - mən dillənirəm. 
            -Ay  sağ  ol,  hə,  heyləydi.  Mən  unverstə 
oxumadım,  amma  kitab,  jurnal,  qazeta  oxuyanam... 
Demək, bir varlı  qızıyla bir kasıb oğlu bir-birilərini 
sevirlər.  Qızı  başqa  bir  varlının  oğlu  da  istəyirmiş. 
Eynən sizin kimi bu cavanlar da özlərinə söz verirlər 
ki,    heç  zaman  ayrılmayacaqlar.  Ata,  ana,  qohum, 
kardeş,  abla,  əmi,  dayı,  nə  bilim  axı,  bütün  nəsil-
nəcabət  tökülür,  qızı  başa  sala  bilmirlər  ki,  axı 
sizinki baş tutan sevda deyil, oğlan  lütün biridir, gəl 
sən  elə  bu  varlı  balasına  get.  Qız  elə  ―yox‖  deyib 
durur.  Bir  axşam  Varlı  Oğlanın  elçiləri  gəlir  və 
Qızın hərisin alıb gedirlər. İki gün sonraya toy təyin 
olunur.  Gecə    gözü  hamı  yatannan  sonra  sevgililər  
gizlincə həmişə buluşduqları  yerdə  buluşurlar. Siz 
də  bağışlayın,  bunu  mənə  danışan  qarı  deyirdi  ki, 
onlar saatlarla bir-birinə sarılı vəziyyətdə qalırlar və  
elə  bu  vəziyyətdə  huşlarını  itirirlər.  Nəhayət,  ayılıb 
özlərinə gələndə görürlər ki, sübh yarılmaq üzrədir... 
Bəs  neyləməli?  Voot...  Buluşduqları  yerdən  bir  az 
aralıda şiş qayalı hündür bir dağ varmış, qaça-qaça o 
dağın  başına  çıxırlar.  Qayanın  haçasında  bir-birinə 
sarmaşıb    yenə  huşlarını  itirirlər.  Ayılanda  görürlər 
ki,  artıq  işıqlaşıb,  bir  az  da  keçsə,  onları  gəlib 
tapacaqlar. Qərara gəlirlər ki, elə sarmaş-dolaş halda 
özlərini  bu  qayadan  atsınlar.  Amma  qız  qorxur, 
―uyyy‖  eləyib  geri  çəkilir.  Oğlan  onu  öpüb  deyir: 
―Əzizim,  əvvəl  mən  özümü  ataram,  görəcəksən  ki, 
elə  də  qorxulu  deyil.  Gözlərini  yumarsan,  sonra 
qollarını  açıb  uçurmuş  kimi  qayadan  özünü 
atarsan...‖ 
 
Oğlan özünü qayadan atır. Həlbəttə,  uçmax-
filan  olmur.  Qız  oğlanın  al-qan  içində  daşlara 
çırpılan  bədəninin  nə  hala  düşdüyünü    görür,  dağın 
dibində  zəif səslə zarıdığını  eşidir, yavaş-yavaş geri 
çəkilir. Panimayeş?.. Sonra bir neçə addım geriləyir 
və  bir  az  sonra  qayadan  enib  arxasına  baxmadan 
evlərinə tərəf qaçmağa başlayır.  
 
Səhəri  gün  Varlı  Oğlan  evinin  adamları 
toyla Qızı gəlin aparırlar... 
 
Bilirsiniz  ondan  sonra  nə  olur?    Bu  qədim 
əhvalatdan sonra həmişə  ilk yolu qadınlara verirlər. 
İlk addımı onlar atmalıdır... Vot... 
 
Mən elə sarsılmışam ki, ağlaya da bilmirəm. 
Nənəm  də  dişi  ilə  dodağını  sıxıb  güclə  dayanıb. 
Dayım isə sərbəst halda danışır: 


                            Rüblük ədəbiyyat dərgisi
189 
 
 
-Tak  şto,    o vaxtdan  o  qayanın  adı  Məkr  və 
Məhəbbət  qayası  qalıb.  Hər  il  o  zonanın  evlənən 
cütlükləri o qayaya qalxır, özünü ordan atmış gəncin 
xatirəsini  yad  edirlər.  Qayadan  çiçək  dəstələri 
atırlar... Yaxşı, bəs o qəhrəman oğlan hanı? 
 
Dayım  qəfil sual verib mənə baxır. 
 
-Hansı oğlan? – təccüblə soruşuram. 
 
-Nasıl  yanı  hanki    oğlan?  Sənin  ərini 
deyirəm.  Xəstə  oğlanı...  Mən  axı  onu  və  səni 
görməyə gəlmişəm? 
            Gülümsünürəm  və  dayımı    Valeh  olan otağa 
aparıram.  
 
 
*** 
 
Kərim  dayım    səhər  mənimlə  banka  gedib 
kredit  kartından  20 min dollar nəqd pul çıxardır və 
deyir  ki,  bu  pulu  Valehin  müalicəsi  üçün  bizə 
hədiyyə  edir.  Dayım  bunu  da  deyib  bizi  tərk  edir: 
―Unutma,  siz  bu  çirkin  insanlar  içində  ən 
təmizlərisiniz. Çox çirkinlərin içində az təmizlər bir 
qədər  çətin  görünər,  amma  nasıl?  Göründümü,  bir 
daha kayb olmaz.‖ 
 
Dayım  Bakını  gəzib-dolaşdıqdan  sonra  
Almaniyaya  qayıdır  və  bildirir  ki,  əgər  allah 
eləməmişdən,    Minskdə  lazimi  nəticə  hasil  olmasa,  
xəstəni  Almaniyaya  gətirək.  O  yenə  hər  cür  dəstək 
göstərəcəyini deyib bizdən ayrıldı. Amma gedəndən 
sonra  yeri  boş  qalmadı.  Bizim  evdə  inam  və  ümid 
işığını  bir  az  da  artırıb  getdi.  Kənddə  mənim 
buludların üsütndə uçmağım yadınızdadır? Mən indi 
hər  gün  oralardayam.  Hamıdan,  hər  kəsdən  
yüksəkdə  olduğumu  anlamışam.    Yüksəklik  havası 
hamıya  müyəssər  olmaz  ki.  O  havanı    götürməyə 
ürək  gərək.  Özünə  qəsd  etmiş  yapon  yazarı 
Akutakava  necə  demiş?  ―Azadlıq  uca  dağ  havası 
kimidir, onu hamı götürə bilməz.‖ 
 
 
*** 
 
Dayım  gedəndə    bizə  bir  çamadan  verdi  və 
dedi ki, mən gedəndən sonra açarsan. Onu təyyarəyə 
mindirib  evə  gələndə    çamadanı  açdım.  Ayrıca  bir 
kağıza  bükülü  vardı  ki,  üstündə  ―Balabəyimə‖ 
yazılmışdı,  heç  baxmadan  götürüb  nənəmə  verdim. 
Bir  çəhrayı  kostyum  mənə  gətirmişdi,  bir  çəhrayı 
qalstuk  Valehə.  Və  bir  çəhrayı  rəngli  alman  şərabı. 
Başa düşdüm ki, bu, əslində bizə moral aşılamaqdı, 
yəni  Valeh  sağalsın,  çəhrayı  geyinin,  bu  çəhrayı 
şərabı açıb xoşbəxtliyinizi qeyd edin.  
 
Çamadanda iki şey də vardı: bir qalın alman 
jurnalı, hansı ki, bizdən məqalə yazılmışdı. Çəhrayı 
fonda bir gilas ağacı rəsm olunmuşdu, elə bu rəngin 
içərisində  bizim  haqqımızda  məqalə:  ―Rosa‖. 
Almanca  bilməsəm  də,  anladım  ki,  bu  ―Çəhrayı‖ 
deməkdir. 
 
İnanmayacaqsınız:  sonuncu  əşya  mənim 
―göylərdən  gətirdiyim‖  şərfin  eynisiydi.  Hətta  
gözümə inanmadım,  qaçıb rayondan bizimlə gəlmiş 
köhnə çamadanımı açdım – şərf yerindəydi!  
 
*** 
           Kitabın 
ikinci  hissəsi  isə  Fərqanə-Oş 
hadisələrinə  həsr  olunub.  Müəllif  orada  məhsəti 
türklərinin  başına  gətirilənləri  sadə  dillə,  amma 
rəsmi  bir  tərzdə  qələmə  alıb.  Bilmirəm,  sizinçün 
maraqlı  olar,  ya  yox,  Valehim  üçün  bilirəm  ki, 
maraqlıdır, ona görə də kitabın bu fəslindən də bəzi 
parçaları  yenə ucadan  oxuyuram: 
“Bizim  yaşadığımız  yerlərdə,  həmçinin  
Fərqanə vadisində baş vermiş qanlı hadisə  SSRİ-də  
aparılan milli siyasətin yanlış  nəticəsi idi. 
80-ci illərin ikinci yarısında Özbəkistanda baş 
qaldıran  milli  hərəkat  tezliklə  antirus  xarakteri 
almağa  başladı.  Bu  zaman  yenidənqurmanın 
nəticəsində 
 
yaranan 
ictimai 
birliklərdə 
respublikadakı  vəziyyət  müzakirə  olunurdu.  SSRİ 
Prokurorluğunun 1983-cü ildən başladığı qondarma 
faktlara  söykənən  üzücü  istintaqı  Moskvaya  olan 
narazılıqları  daha  da  artırmışdı.  1988-ci  ilin  4 
dekabrında  Daşkənddə  Tasıqbayev  meydanında 
xüsusən  gənclərin  aktivliyi  ilə  mitinq  keçirildi.  Bu 
kütləvi  etiraz  aksiyasında  "Ruslarsız  Özbəkistan", 
"Rədd  olsun  ruslar"  kimi  şüarlar  açıq  formada 
səslənirdi.  Dekabrın  14-də  Əndincanda  paylanan 
vərəqələrdə    deyilirdi:  "Hörmətli  dostlar,  diqqət 
edin!  Əgər  siz  həqiqi  özbək  oğullarısınızsa,  rus 
millətinə aman verməyin!" 1989-cu il aprelin 23-də 
Daşkənddə 
tələbə 
şəhərciyində 
başqa 
bir 
qarşıdurma  oldu.  23  apreldə  baş  vermiş 
çaxnaşmada mindən çox tələbə iştirak edirdi. Xüsusi 
olaraq  vurğulamaq  lazımdır  ki,  bu  cəhdlərin  heç 
birində məhsəti (ahıska) türklərinin adı hallanmırdı, 
ümumiyyətlə, prosesin gedişində  belə bir problemin 
ortaya çıxacağı gözlənilmirdi. 
          Təbii ki, onların məqsədi eyni dinə və eyni dilə  
mənsub  olan  türklərə  qarşı  mübarizə  aparmaq 
deyildi.  Hərçənd ki, həmin ərəfədə  mərkəzi mətbuat 
"dini  ekstremizm"  ifadəsini  tez-tez  işlədirdi. 
İmperiyanın  işləyib  hazırladığı  “Parçala,  hökm 
sür!” siyasəti tezliklə öz bəhrəsini verdi.  
Az  vaxtda  antirus  şüarların  mahiyyəti 
dəyişildi və kin  hədəfinə ahıska türkləri çevrilməyə 


Yüklə 472,06 Kb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə