Rüblük ədəbiyyat dərgisi №3 (11) Sentyabr 2014



Yüklə 472,06 Kb.
Pdf görüntüsü
səhifə101/104
tarix26.09.2017
ölçüsü472,06 Kb.
#2234
1   ...   96   97   98   99   100   101   102   103   104

190
№ 3 (11) Sentyabr  2014 
 
başladı.  Hadisələrin  mərkəzi  Qırğızıstanın  Oş 
bölgəsi  ilə  sərhəddə  yerləşən  Fərqanə  vilayətinin 
balaca  Kuvasye  şəhəri  oldu.  Məhz  burada  yerli 
əhalinin  nümayəndələri  ilə  türk  icması  arasında 
birinci  qarşıdurma  qeydə  alınıb.  Konflikt  kortəbii, 
gözlənilməz  və  təsadüfi  deyildi.  Hadisələrin  canlı 
şahidi  olan  tarix  elmləri  doktoru,  professor  
Şahobitdin  Ziyamovun  yazdığına  görə,  Fərqanə 
vilayətindəki  qarşıdurma  konkret  bir  mərkəz 
tərəfindən 
hazırlanmış 
və 
diqqətlə 
həyata 
keçirilmişdi. 
1989-cu  ilin  23-24  mayında  Kuvasyedə  milli 
zəmində  baş  vermiş  münaqişədə  mindən  çox  adam 
iştirak  etmişdi.  Qarşıdurmada  odlu  və  soyuq 
silahdan,  əldə  düzəldilmiş  partlayıcı  maddələrdən, 
metal  armaturlardan,  daşdan  istifadə  olunmuşdu. 
Nəticədə  52  nəfər  xəsarət  aldı,  onlardan  29  nəfəri 
xəstəxanaya  düşdü,  bir  iştirakçı  -  Fərqanə  rayon 
Valik  qışlağının  sakini  İ.Əbdürrəhmanov  öldü. 
Türklərin  evlərinə  və  xüsusi  mülkiyyətlərinə  ciddi 
ziyan  dəydi.  İnsidenti  yalnız  dövlət  və  hüquq-
mühafizə  orqanlarının  işə  qarışmasından  sonra 
yatırtmaq mümkün oldu. Aktiv iştirakçılar haqqında 
cinayət işi qaldırıldı, milisin və könüllülərin köməyi 
ilə müəssisə və təşkilatların sutka ərzində mühafizəsi 
təşkil 
olundu. 
Aparılmış 
axtarış 
tədbirləri 
nəticəsində  üç  orta  ümumtəhsil  məktəbindən  və 
vətəndaşlardan 280-nə yaxın odlu silah yığıldı. 
Situasiyanı sabitləşdirmək üçün əhalinin geniş 
təbəqələri arasında izahat işi aparıldı, yerli əhali və 
türklərin  nüfuzlu  şəxsləri  arasında  dialoqun  təşkil 
edilməsi 
sayəsində 
qarşılıqlı 
münasibətləri 
normallaşdırmaq  mümkün  oldu.  "Kuvasyedə  1989-
cu il mayın 25-də aparılan danışıqlar zamanı məlum 
oldu  ki,  hələ  münaqişəyə  xeyli  qalmış  1989-cu  il 
mayın  1-də  böyük  qarşıdurmanın  olacağı  barədə 
şayiələr gəzirmiş, aydınlaşdı ki, 23 mayda baş verən 
savaşda  yerli  əhaliyə  aidiyyatı  olmayan  adamlar 
təxribat  törədiblər. 
Bundan  sonra  şəhərdə  vəziyyət  müəyyən 
qədər  sabitləşdi  (yerli  əhali  də  sonrakı  təxribatlara 
qoşulmurdu).  Ancaq  rəsmi  səviyyədə  gözlənilən 
reaksiya 
olmadı. 
SSRİ 
xalq 
deputatlarının 
qarşısında çıxış edən Özbəkistan KP MK-nın birinci 
katibi  R.R.Nişanov  milli  zəmində  toqquşmanı 
gizlədərək,  onu  "bazarda  çiyələk  zənbili"  üstündə 
düşən  və  müəyyən  nəticələrə  gətirib  çıxaran  hadisə 
kimi  qiymətləndirdi.  Şübhəsiz  ki,  rəhbərliyin 
məsələyə məişət müstəvisində baş vermiş hadisə kimi 
yanaşması,  ona  düzgün  siyasi  qiymət  verib, 
qətiyyətli  addımlar  atmaması  ucbatından  münaqişə 
daha  da  dərinləşdi.  Respublika  rəhbərliyinin 
astagəlliyi və hərəkətsizliyindən, həmçinin, yaranmış 
informasiya 
qıtlığından 
qanlı 
hadisələrin 
təşkilatçıları  məharətlə  istifadə  edərək  nəinki 
Fərqanə 
vilayətində, 
bütünlükdə 
respublika 
ərazisində  belə  bir  yalan  informasiya  yayırdılar  ki, 
guya  24  mayda  Kuvasyedə    Ahıska  türkləri  özbək 
uşaqlarını  öldürüblər.  Bu  böhtanı  "sübut  etmək" 
üçün 
hətta 
təxribatçı 
fotomontaj 
da 
hazırlanmışdı.  Bu  da  öz  növbəsində  yerli  əhalidə 
"günahkarlara  qarşı"  mənfi  ovqat  yaradırdı. 
Proseslərin  bu  tempdə  gedişi,  birtərəfli  qaydada 
yalan  informasiyanın  yayılması  əhaliyə  təsir 
göstərdi, növbəti qırğına rəvac vermiş oldu. 
İyunun  3-də  Daşlak  rayonunda  türklərin 
kütləvi  qaydada  öldürülməsi,  evlərinin  yandırılması 
və  qovulması  prosesi  başlandı.  Sonra  yaranmış 
başıpozuqluq  Kokanda,  Margilana,  Fərqanəyə, 
Altağarıka və vilayətin başqa rayonlarına keçdi. Elə 
həmin gün rəhbərlik Moskvadan Fərqanəyə qayıtmış 
respublika  Nazirlər  Sovetinin  sədri  Q.Qədirovun 
başçılığı  ilə  hökumət  komissiyası  yaradılması 
haqqında qərar verdi. Ancaq 16 nəfərin də qatıldığı 
komissiya  yalnız iyunun 6-da formalaşdırıldı.  Qanlı 
hadisələri  öz  gözləri  ilə  görmüş  ahıska  türkü  yazıçı 
Nurəddin Sosıyevin dediyinə görə, "hüquq-mühafizə 
orqanları  Kuvasyedə  23  mayda  baş  vermiş  qanlı 
münaqişənin  qarşısını  almağa  nail  olsa  da, 
sonradan  sabitlik  pozuldu.  1989-cu  ilin  3  iyunda 
səhər  tezdən  Fərqanənin  digər  şəhərlərində  və 
Margilanda, 
həmçinin, 
başqa 
yaşayış 
məntəqələrində  təxminən  500-ə  qədər  yaraqlı 
yenidən türklərə hücuma keçərək evləri yandırmağa, 
onları  kütləvi  şəkildə  qovmağa  başladı.  İyunun  12-
nə  kimi  davam  edən  qırğınlar  Fərqanə  vilayətinin 
dağlıq  kənd  rayonlarını  da  əhatə  etməklə  türklərin 
kütləvi  qovulması  ilə  nəticələndi.  Bu  hadisələrdən 
dərhal  sonra  SSRİ  Ali  Sovetinə  SSRİ  Baş 
Prokurorunun  müavini  A.Suxarevin  göndərdiyi 
məktubda Fərqanə vilayətində baş vermiş 3-12 iyun 
hadisələri    nəticəsində  112  nəfərin  öldürüldüyü, 
onlardan  51-nin  türk,  12-nin  isə  azərbaycanlı 
olduğu bildirilirdi. 
3-4  iyunda  Daşlakda  başlamış  qovulma 
prosesinin  kütləvi  xarakter  almasına  baxmayaraq, 
bu faktlar rəhbərlik tərəfindən həmin vaxt Moskvada 
SSRİ  Xalq  Deputatlarının  I  Qurultayında  iştirak 
edən  respublika  nümayəndə  heyətindən  gizlədilirdi. 
Onlar Fərqanədə baş vermiş vəziyyət barədə birinci 
informasiyanı  mərkəzi  televiziyanın  müxbirinin 
verdiyi reportajdan almışdılar. Yalnız bundan sonra 
respublika ictimaiyyəti arasında aparılmış izahat işi 
və 
hökumət 
komissiyasının 
fəaliyyətinin 
gücləndirilməsi  nəticəsində  məhsəti  türklərinin 
respublikadan  evakuasiyası  başlandı.  Türklərin 


Yüklə 472,06 Kb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə