Azərbaycan Dövlət Pedaqoji Universiteti



Yüklə 18,84 Mb.
səhifə1/3
tarix27.12.2023
ölçüsü18,84 Mb.
#162381
  1   2   3
Tətbiqi proqram təminatı haqqında məlumat


Azərbaycan Dövlət Pedaqoji Universiteti
  • Tələbə : Zeynəb Allahverdiyeva
  • Qrup : 2301B
  • Fakultə : Məktəbəqədər təhsil
  • İxtisas : Məktəbəqədər təhsil
  • Kurs : 1-ci kurs
  • Fənn : Təhsildə İKT
  • Müəllim : Dos. Səid Həmidov
  • Mövzu : Tətbiqi proqram təminatı haqqında məlumat

Plan


Tətbiqi proqram təminatı
Ümumi təyinatlı Tətbiqi proqram paketləri
Üsulyönlü Tətbiqi proqram paketləri
Problemyönlü Tətbiqi proqram paketlər
Qlobal kompüter şəbəkələri
  • Tətbiqi proqram təminatı istifadəçinin hər hansı məsələni həll etmək məqsədilə yaradılır və sistem proqramlarının idarəsi altında işləyir. Tətbiqi proqram paketləri (TPP) istifadəçi tərəfindən həll edilən məsələnin avtomatlaşdırılması üçün çox güclü alətdir və praktiki olaraq, onun informasiyanın emalında kompüterin bu və ya digər funksiya və prosedurlarının necə yerinə yetirlməsini bilməkdən azad edir. Hal- hazırda, öz funksional imkanlarına və reallaşdırma üsullarına görə fərqlənən çox geniş spektrli TPP mövcuddur. TPP – müəyyən olunmuş sinif məsələləri həll üçün təyin olunmuş kompleks proqramdır.

TPP- lərinin aşağıdakı növləri var
Ümumi təyinatlı (universal)
Üsulyönlü
Problemyönlü
Qlobal kompüter şəbəkələri
  • Ümumi təyinatlı TTP – istifadəçinin funksional məsələlərinin və informasiya sistemlərini hazırlanması və istismarının avtomatlaşdırılması üçün təyin olunan universal proqram məhsuludur.
  • Bu tip TPP-yə aşağıdakılar aiddir:
  • - mətn və qrafiki redaktorlar
  • - elektron cədvəllər
  • - verilənlər bazasının idarəetmə sistemləri (VBİS)
  • - inteqrallaşdırılmış paketlər
  • - Case – texnalogiyası
  • - ekspert və süni intellekt sistemləri

Ümumi təyinatlı Tətbiqi proqram paketləri
  • Mətn, sənəd, qrafiki verilənlər və rəsmlərin yaradılması və dəyişdirilməsi üçün təyin olunan TPP redaktorlar adlanır. Radktorlar öz funksional imkanlarına görə mətn, qrafiki və nəşriyyat sistemlərinə bölünür.
  • Mətn redaktorları mətnli informasiyanın emalı üçün təyin olunur və əsasən aşağıdakı funksiyaları yerinə yetirir:
  • - mətnin fayla yazılması
  • - simvol, sətir və mətn hissəsinin yerləşdirilməsi, silinməsi, əvəz olunması
  • - orfoqrafiyanın yoxlanması
  • - mətnlərin müxtəlif şriftlərlə tərtibi
  • - mətnlərin lazımı formaya salınması
  • Mətn redaktorlarından geniş yayılanları aşağıdakılardır: Microsoft Word, Word Perfect, LibreOffice, Multi Edit və s.

Qrafiki redaktorlar qrafiki sənədlərin, yəni diaqram, şəkil, cizgi və cədvəllərin emalı üçün tərtib olunub. Bu redaktorlar fiqur və şriftlərin ölçülərini idarə etməyə, fiqur və hərflərin yerdəyişməsinə və ixtiyari təsvirin yaradılmasına imkan verir. Fərdi kompüterlərdə çox istifadə olunan qrafiki redaktorlar: Paint, Boing Graf, Fanvision, CorelDraw, Adope PhotoShop, Adope İllustrator və s.
Nəşriyyat sistemləri mətn və qrafiki redaktorların imkanlarını özündə birləşdirir. Bu sistemlər sənədlərin nəşrə hazırlığını, yəni, çoxaldılmasını avtomatlaşdırır. Nəşriyyatda bu əməliyyat səhifələmə (verstka) adlandırılır. Nəşriyyat sistemlərinə Adope firmasının Page Maker, Corel korperasiyasının Ventura Publisher və QuarkXPress misal göstərmək olar.
  • Nəşriyyat sistemləri mətn və qrafiki redaktorların imkanlarını özündə birləşdirir. Bu sistemlər sənədlərin nəşrə hazırlığını, yəni, çoxaldılmasını avtomatlaşdırır. Nəşriyyatda bu əməliyyat səhifələmə (verstka) adlandırılır. Nəşriyyat sistemlərinə Adope firmasının Page Maker, Corel korperasiyasının Ventura Publisher və QuarkXPress misal göstərmək olar.
  • Cədvəlin emalı üçün təyin olunan TPP – lər elektron cədvəllər adlanır. Cədvəldə verilənlər sətir və sütunun kəsişməsindəki xanalarda saxlanılır. Xanalarda ədəd, simvol verilənləri və düsturlar saxlanıla bilər. Düsturlar digər xanaların məzmunundan asılı qiymətlərlə bir xanada verilir.Xanaların məzmununun dəyişməsi ilə ,bundan asılı olan xanadakı qiymət dəyişir.Geniş istifadə olunan elektron cədvəllər: Microsoft Excel, Lotusl -2 -3, Quattro və s.
  • İnformasiya təminatının maşındaxili təşkili və idarə edilməsi üçün xüsusi TPP – dən verilənlər bazasının idarəetmə sistemlərindən istifadə olunur.
  • Verilənlər bazası – diskdə saxlanılan, bir-birilə əlaqələndirilmiş və mərkəzləşdirilmiş idarə olunan fayllar məcmusudur.
  • Verilənlər bazasının idarə olunması dedikdə verilənlərin bazaya daxil edilməsi, onların təshihi (bazaya yazıların əlavə olunması, silinməsi, yeniləşdirilməsi) və sorğulara görə verilənlərin axtarışı əməliyyatları başa düşülür. Verilənlərin təşkili üsullarından asılı olaraq, aşağıdakı VBİS – lər mövcuddur:
  • - iyerarxik modelli VBİS
  • - şəbəkə modelli VBİS
  • - relyasiya modelli VBİS


Yüklə 18,84 Mb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə