Azərbaycan Dövlət Pedaqoji Universiteti



Yüklə 18,84 Mb.
səhifə2/3
tarix27.12.2023
ölçüsü18,84 Mb.
#162381
1   2   3
Tətbiqi proqram təminatı haqqında məlumat

Verilənlər Bazaları
  • Relyasiya modeli daha əlverişli və səmərəli olduğundan son illərdə yaradılmış VBİS – lərdə məhz bu modeldən istifadə olunur. Bunlara aşağıdakıları misal göstərmək olar: dBase – in müxtəlif variantları, FoxBase+, Clipper, Dpase for Windows, FoxPro, R:base, Database, İnformix, İngers, Sybase, Progress, Paradox, Acces, Oracle və s.
  • İnteqrallaşdırılmış paketlər müxtəlif fuksiyaları yerinə yetirən proqram komponentlərini özündə birləşdirir. Müasir inteqrallaşdırılmış TPP –yə mətn redaktoru, elektron cədvəl, qrafiki redaktor, VBİS və kommunkasiyalı modullar daxildir. İnteqrallaşdırılmış paketlərə əlavə modullar kimi, faylların eksport – importu, kalkulyator, təqvim, proqlamlaşdırma sistemləri də daxil edilir.
  • İqtisadi və sosial sahədə məntiqə və mütəxəssis təcrübəsinə əsasən evristik tip məsələlərin həlli prosesində informasiya emalı vasitələrinə təlabat daima artır. Burada əsas ideya məsələnin necə həll olunmasına təyin edən ciddi formallaşdırılmış alqoritimlərdən, tədqiq sahəsinin mütəxəsisləri tərəfindən biliklər bazasında toplanan qaydaları göstərməklə məntiqi proqramlaşdırmaya keçidlə bağlıdır. Bu tip məsələlərin həlli üçün ekspert sistemlərindən (ES) istifadə olunur.
  • Ekspert sisteminin əsasını qoyulan məsələnin həlli üçün istifadə olunan formal qaydaları özündə cəmləşdirən biliklər bazası təşkil edir. Qaydalar adətən, səbəb və nəticəni əlaqələndirən, məntiqi şərtlər şəklində verilən faktlararası münasibətlər kimi təsvir olunur. Ekspert sistemləri aşağıdakı məqsədlər üçün istifadə olunur:
  • - obyektin vəziyyətinin interpretasiyası
  • - obyektin vəziyyətinin diaqnostikası
  • - obyektin vəziyyətinin proqnozu
  • - məqsədli planlaşdırma
  • - obyektin işinin pozulmasını aşkar etmək
  • - obyektin işini idarə etmək

Üsulyönlü Tətbiqi proqram paketləri

  • Üsulyönlü TPP riyazi – iqtisadi məsələlərin müəyyən üsullarla həllini reallaşdırır. Bura aşağıdakı TPP – lər aiddir:
  • - riyazi proqramlaşdırma (xətti, dinamik, statik və s.)
  • - şəbəkəli planlaşdırma və idarəetmə
  • - kütləvi xidmət nəzəriyyəsi
  • - riyazi statistika
  • Bu paketlərə misal olaraq fərdi kompüterlərdə reallaşdırılan Math Cad, MatLab, Derive, TK Solver, Mathematica, Maple, Simplex, Stats Network proqramlarını göstərmək olar.
  • Tətbiqi proqram paketlərinin çox geniş sinfi problemyönlüdür. Praktiki olaraq elə tədqiq sahəsi yoxdur ki, burada heç olmasa bir TPP olmasın. Problemyönlü TPP elə proqram məhsuluna deyilir ki, burada konkret bir sahənin hər hansı bir məsələsinin həlli nəzərdə tutulur. Məsələn
  • Qeyri – istehsal sahələri üçün problemyönlü TPP – ləri material istehsalı ilə bağlı olmayan firmaların (bank, birja, ticarət və s.) fəaliyyətinin avtomatlaşdırılması üçün nəzərdə tutulub. Bu sistemlərdə əsas tələbat, istehsal sahələri üçün TPP – də olduğu kimi çoxsəviyyəli inteqrallaşdırılmış sistemin yaradılmasıdır.


Yüklə 18,84 Mb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə