Rüblük ədəbiyyat dərgisi №3 (11) Sentyabr 2014



Yüklə 472,06 Kb.
Pdf görüntüsü
səhifə5/104
tarix26.09.2017
ölçüsü472,06 Kb.
#2234
1   2   3   4   5   6   7   8   9   ...   104

14
№ 3 (11) Sentyabr  2014 
 
basdırılmış 
Qəbirlərə baxardı 
Buludxan. 
əvvəl arvadı öldü 
 
sonra at 
 
sonra da it. 
 
Həyatda söykənəsi bircə çomağı qaldı 
 
Buludxanın. 
 
Ağlamadı yuyulsun, çirkləndi kir oldu gözləri 
 
O qədər bir yerə zilləndi birləşdi, bir oldu gözləri 
 
Təpənin üstündcə lal-dinməz kor oldu gözləri 
 
Dünya daha görünmədi 
 
Buludxana. 
 
Nə su içdi, nə ağzına tikə qoydu 
 
Yeməsə də, içməsə də 
 
Kimi ona su apardı, kimi ona kökə qoydu 
 
Buludxanın acığına Buludxan bu kökə qoydu 
 
Buludxanı. 
 
Hərdən ölü zənn etdilər, gedib gördülər diridi 
 
Təpə üstə bir çomağdı, bir sümükdü, bir dəridi 
 
Kişi dönüb ana oldu 
 
Nə qədər dərd yuxuladı, nə qədər ağrı kiridi 
Buludxanda. 
 
Bir gecə şimşəklər çaxdı, göy gurladı 
 
Və sel basdı bütün kəndi. 
 
Gəldilər ki, aparsınlar, bircə kəlmə ―gedin‖ dedi. 
O gecə təpənin üstə 
Ölümlər xəcalat çəkdi, Əzrayıllar üzr istədi 
 
Buludxandan. 
 
 
Məktub 
 
Gözlərindən ötrü darıxan var burada 
 
Baxılmaq istəyir sənə 
 
Sevgidə azyaşlıdı, ayrılıqda ahıldı 
 
Birdəfəlik rədd olmaq, 
 
Yox olmaq istəyir sənə. 
 
Tək-tənha şax dayanmaq yorub onu 
 
Hardasan? 
 
Yıxılmaq istəyir sənə. 
 
 
Yeni il tənhalığı 
 
Bakıya qar yağmadı, qarsız düşdü qış bizə. 
 
Şaxta baba və qar qız, gəldilər yanlış bizə.  
 
Dustaqlar buraxıldı, şeş düşdü tale zəri. 
 
Qazamatda açıldı yeni dustaq yerləri. 
 
Pəncərədən boylanıb baxdım, baxdım ölkəmə. 
 
Xəyalımda dalbadal güllə çaxdım ölkəmə. 
Korladı əhvalımı, millətin girincliyi. 
 
Vətənin bol-bol nefti, işsiz, evsiz gəncliyi. 
 
Sonra da üzüquylu zülüm-zülüm ağladım. 
 
Gedənə rəhmət deyib, gələnə yas saxladım. 


                            Rüblük ədəbiyyat dərgisi
15 
 
Xəyalımda canlandı dostlarımın taleyi. 
Xalqın deyingənliyi, hökumətin gileyi. 
Alt-üst olmuş ömürlər, hər yan bomboz tənhalıq. 
 
Bu da bayram süfrəsi; yarım araq, şor balıq. 
 
 
Bir də yalqız kitablar, düzülüblər yan-yana. 
 
Niyə hər şey düşməndir, hər şey, hər şey insana? 
 
Ot basıb hər cığırı, yox daha ümid yolu. 
 
Qəlbim yalqız və bomboş, külqabımsa dopdolu. 
 
Əsəblərim pozulmuş, yuxuda da qan-tərəm. 
 
Getedən daha qoca, gənc Verterdən betərəm. 
 
Qulliver də deyiləm, çıxıb səyahət edim. 
 
Üç-dörd lilipud qalıb. Mən axı hara gedim? 
 
Bəlkə, Bulqakov kimi məktub yazım padşaha. 
 
Görən, bu hərəkətim xoş gedərmi Allaha. 
 
 
Bəlkə, Tolstoy olum, atım gedim mülkümü. 
 
Bəlkə, quruyum ot tək, bəlkə, solum gül kimi. 
 
Ya da sərgərdan olum Knlupa çevrilim. 
 
Üsyan edim özümə, taxt-tac kimi devrilim. 
 
Ya da Çörçillsayağı qurşanım siqaretə. 
Bir memuar da yazım. Lazım olar millətə. 
Ya da ki Homer olum, bəlkə, gözüm tutula. 
 
Bəlkə, gözüm görməyə, bəlkə, canım qurtula. 
 
Hüqo da çox uzaqdı, başı qarışıb nəsrə. 
 
Taksi də baha gedir on doqquzuncu əsrə. 
 
 
Bu vaxt kim bikar olar, ağlıma kimsə batmır. 
Svayq evdə olmaz, Selincerə zəng çatmır. 
 
Qorki də çox qocadır, içkini də tərgidib. 
 
Hadi də itkin düşüb, yer üzünü tərk edib. 
 
Məmmədquluzadə də, deyirlər, can üstədir. 
 
Fiscerald ayıq olmaz, Kafka da ki, xəstədir. 
Bəlkə, Dostoyevski? O da yəqin kart sıxır. 
 
Pamukla dalaşmışıq, məni Rollan Bart sıxır. 
 
Balzakla da alınmaz, özündən çox razıdır, 
 
onunku ya romandı, ya fransız qızıdır. 
 
 
 
Bəlkə, Somerset Moem? Görən, indi hardadır? 
 
Heminquey yüz faiz bahalı bir bardadır. 
 
Puşkin də yaralıdır, yatır xəstəxanada. 
 
Bədbəxt, bir arvad üçün özünü verdi bada. 
 
Nazim Hikmət türmədə, Turgenev də Parisdə. 
 
Tolstoyla dalaşıb ucuz bir ləçər üstə. 
Bəlkə, bir viski alım, qonaq gedim Markesə. 
 
O da bir şey bişirtsin arvadı Mersedesə. 
 
Dünya necə qapanıb, buz bağlayıb qütblər. 
Pelevin Tibetdədir, Limonovu tutublar. 
 
Belə gündə Yesenin! Yeyən, içən arvadbaz. 
O da özünü asdı bizim vaxtla keçən yaz. 
 
 
 
Bəlkə, filosoflardan hansısa bikar olar. 
 


16
№ 3 (11) Sentyabr  2014 
 
Onlar da çox danışır: ―Allah yoxdur, Allah var...‖ 
 
Onlardan abırlıdır, çox yazsa da Şekspir. 
 
Onun da başın pozub, Dezdemona, Kral Lir. 
 
Bir az yaşlı olmasa, Hamsun hamıdan dincdir. 
 
Kuper meşədən çıxmır, Çinkaçukla girincdir. 
Adamın Ekoya da gəlmir fikri, gümanı. 
 
Görməyə də gözüm yox, ata-oğul Dümanı. 
 
Zəhləm gedir Sinklerdən, fırıldağın biridir. 
 
Çoxdan ölüb zırrama elə bilir diridir.  
 
 
Harda qalım ilahi, hara gedim ilahi? 
 
Özünü qoy yerimə, mən nə edim ilahi?  
 
Bəndələrin yerdədir, sən göydə nə gəzirsən? 
 
Gəl, bir insan ömrünü, yaşa görüm, dözürsən?!  
 
Alt-üst olmuş ömürlər, hər yan bomboz tənhalıq. 
 
Bu da bayram süfrəsi; yarım araq, şor balıq. 
 
 
 
H
əmid Herisçi ilə yolüstü söhbət  
 
Günəşin əriyib yerə töküldüyü bu şəhərin 
göylərindən 
 
Hər gün ümid durnaları çığıra-çığıra uzaqlaşır 
Bu qala divarlarınn önündə 
 
Hər şey, hamı yalqızlaşır 
Sərin meh də sazaqlaşır! 
 
Başını kəsirlər Sisianovun 
Sanki, ilk dəfə görüşür Allahla yara. 
 
…gec-tez dərdə çevrilir sevgi. 
 
Qadın ilk növbədə sevgini sənədləşdirir 
 
Allahı kağıza köçürür peyğəmbər 
 
əlinin qanın kağıza silir tarix, 
 
və gələcək nəsillərə uzadır. 
 
Gələcək nəsillər… yazıqlar… gələcəklər 
 
Bütün köhnə əzabları yenidən çəkəcəklər. 
 
Yaxşı insanla hər gecə 
 
Mütləq kimsə vidalaşır, kimsə ondan uzaqlaşır. 
 
Bu qala divarlarının dibində vətəndən didərgin 
düşməyə hazırlaşan 
 
İki şair qucaqlaşır. 
 
Bu vaxt meh də sazaqlaşır. 
 
Bu vaxt Allah yoxa çıxır 
bu vaxt insan yazıqlaşır. 
Bu vaxt göz yaşları daha da duru, 
 
Siqaretin tüstüsü daha da acı olur 
 
Tale üz çeviribsə 
Qızılgül kolu da adama dar ağacı olur. 
 
Günəşin əriyib yerə töküldüyü bu şəhərdən 
 
Çıx get, şair! 
Başın burdakı bədənlərə ağırlıq edir. 
 
 
Gecəyarı boş küçəyə suallar 
 
İstəyərdinizmi ürəyiniz adi insan ürəyi olsun? 
 
Yəni bir az daş. 
 


Yüklə 472,06 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə