Rüblük ədəbiyyat dərgisi №3 (11) Sentyabr 2014



Yüklə 472,06 Kb.
Pdf görüntüsü
səhifə9/104
tarix26.09.2017
ölçüsü472,06 Kb.
#2234
1   ...   5   6   7   8   9   10   11   12   ...   104

                            Rüblük ədəbiyyat dərgisi
23 
 
sevgi. 
İnsanlar susduqca, susdurulduqca, 
Televizorlar daha ucadan danışır evlərdə. 
 
Bizə bu gənc yaşda sevgini, sevgilini yox
Dostumuzun mədəsini, mədəsindəki qanaxmanı 
düşünmək yazıldı: 
Öləcəkmi, qalacaqmı? 
Görən, ölüb, yoxsa sağmı? 
 
Yanımızdan ötən hər kəs bizə ―əlvida‖ deyir, 
Saymazyana!  
 
Bəs bizi kim öldürəcək? 
Qadınmı, dostmu, özgəmi? 
Hansı küçədə, hansı tində, yataqdamı, iş yerindəmi? 
Əynimizdə nə olacaq, qısaqol köynəkmi, köhnə 
pencəkmi? 
Siqaret çəkə, yaxud ağlaya biləcəyikmi, 
ölümqabağı? 
Gözlərimiz açıqmı qalacaq, yanımızda kim olacaq? 
Neçə gündən sonra tapacaqlar cəsədimizi? 
Cibimizdən nə çıxacaq, bıçaqmı, pulmu, sevgi 
məktubumu? 
Polis kimə göstərəcək şəklimizi – bu, omu? 
Milçəklər qonacaqmı ağzımızın qırağına? 
Qarışqalar daraşacaqmı ayaq barmaqlarımıza? 
Üzümüzdə hansı ifadə olacaq ölüykən, 
Kədərmi, qüssəmi, qorxumu? 
Ölüxana təknəsində çoxmu qalacayıq üzü üstə? 
Yarılmaq növbəsi çatacaqmı içalatımızın? 
Baxacaqlarmı ürəyimizə, 
Yəni ―Qara qutu‖suna həyatımızın? 
 
Gün batır... 
Yoxa çıxır daha bir dost. 
Tənhalıq – sevgi bekarlığıdı, qadınla ovunursa! 
 
P.S. 
Uşaqlar ağaca yox meyvəyə daş atır. 
Müqəddəs olan - daşın özüylə apardığı arzudu 
Lazım olan – daşın özüylə gətirdiyi meyvə.  
 
KökəlmiĢ Ģəhərə ərizə 
 
Bakı, yazıb bildirirəm ki, sənin heç kimin deyiləm. 
Içdiyim suyunun sidik kisəsi, 
Yediyim çörəyinin bağırsağıyam. 
 
Bu gündən öz qocalığımın uşağıyam, 
Öz ölümümün qocasıyam. 
Bakı, yazıb bildirirəm ki, sənin heç kimin deyiləm. 
Şamlarını birdən yandırmağı bacarmıram 
Amma üfürüb birdən söndürürəm. 
İşıq ömür, zülmət an məsələsidi, Bakı! 
Dünyaya gətirmədiyim uşaqların Uşaq Baxçasıyam! 
Bakı, yazıb bildirirəm ki, sənin heç kimin deyiləm. 
 
ən böyük arzum: 
Van Qoqun kəsilmiş qulağına şeir pıçıldamaqdı 
Məncə, rəssam ölübsə də, qulağı hələ sağdı. 
 
Bütün sevgilər uzaqdı... 
 
Bakı, yazıb bildirirəm ki, sənin heç kimin deyiləm. 
Nə vaxtsa yandırdığın, sevgilinin şəkliyəm, 
Nə vaxtsa şəklini yandıran sevgilinəm! 
 
 
Gedək, içək. 
 
Bu sevgim də daşa dəydi 
Bəxtəvər daşın başına. 
 
Qarımış göy üzü kimi  
Asta-asta qar yağıram  
sağ əlim qışın başına. 
 
Daha dostlar da qoclaıb 
Mənim Parisim dağılıb 
Bütün səfillər yığılıb  
Yenə Qavroşun başına. 
 
Bəs o kimdi göydən baxdı 
Baxdı...baxdı... yoxa çıxdı. 
Bir şimşək də güllə çaxdı 
Yağan yağışın başına. 
Bu sevgim də daşa dəydi 
Daş düşsün daşın başına! 
 
 
 


24
№ 3 (11) Sentyabr  2014 
 
Həyat və ölüm 
 
Həyat niyə belə tez düşdün gözümdən 
Ölüm niyə belə tez cumdun üstümə 
Mən axı sizə nə pislik etmişdim? 
İgiday, yer kürəsində qadın adında bir xəstəlik 
dolaşır, 
Milyon illərdi. 
Kişilər bilmədən yoluxurlar ona 
Və bu xəstəliyin şərti adı ―sevgidir‖. 
Yalan sözdur ki, Tanrı qadını kişinin qabırğasından 
yaradıb 
Qabırğadan yaradılan qadın yer üzündə cəmi bir 
nəfər olub 
O da tamahı ucbatından ərini cənnətdən qovdurub. 
Amma mən gör nə işlə məşğulam
Yağışın üstünə palçıq yaxmışam ki, tez qurusun göy 
üzü 
Ağlamasın buludlar. 
Günəşin  yaxasından yapışıb buraxmıram ki, 
batmasın 
İldırımı qamçı  kimi əlimdə tutub dayanmışam 
küçənin ortasında 
İgiday, dərdin dörd növü var 
Bir - insanın bir gün Tanrı kimi tənha qalması 
İki - insanın quruldaşan qurbağaların səsinin 
həsrətini çəkməsi, 
Uzaq bir gölün yiyəsizliyi ilə tək qalmaq istəməsi 
Üç - insanı atıb gedən qadının gedib öz tənhalığı ilə 
şəkil çəkdirməsi 
Dörd - Həyatın faniliyinin və ölümün əbədiliyinin 
səsi. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Unudulum hamınızın yerinə 
 
İcazə verin, başımı aşağı sallayım 
Unudulum hamınızın yerinə. 
İcazə verin, sizi atıb getmiş sevgiliniz olum 
Puç olmuş arzularınız, ölmüş ümidləriniz olum 
Qazanıb itirdiyiniz pulunuz olum. 
İcazə verin, hər şeyiniz, hamınız olum, 
Günəşə yaltaqlanan kölgəniz olum. 
İcazə verin, mən də bir az siz olum. 
 Gecələr elə şirin yatırsınız ki, elə bil, ölməkdən ötrü 
darıxırsınız. 
Elə bil, yatmağı ölməkdən ötrü öyrədiblər sizə. 
 Ayrılıq sevginin ifşasıdır. 
Biz bir-birimizdə gizlənmişdik sevəndə. 
Ayrıldıq… üzə çıxdıq. 
Sevgi bizi geyindirmişdi, ayrılıq bizi soyundurdu. 
Necə ki, köhnə külək hər il yeni yarpaqlara 
tökülməyi öyrədir. 
İcazə verin, sizə, yəni xoşbəxtliyin xəndəyinə 
yıxılmaq üçün 
 bir-birini ayağının altına qoyub ucalanlara 
qoşulmayım, 
 İcazə verin, mən günə baxmayan günəbaxan olum. 
 
    
 
 
 
 
 
 
 
 
 
 


                            Rüblük ədəbiyyat dərgisi
25 
 
NƏSR 
Hekayə guĢəmiz 
 
Ə
 
 
Cəmo 
     - Cəmooooo! Ay Cəmooooo! Cəmo heyyyyyyy! 
     Camaat  meşəyə  səpələnib,  dəli  Cəmili  axtarırdı. 
Adamlar  hər  beş  metrdən  bir,  əlindəki  ağaca 
söykənib, ətrafı dinşəyir, yavaş-yavaş irəliləyirdilər. 
Hərdən  Dəli  Cəmilin  qardaşlarından  biri  iki  əlini 
ağzına söykəyib səsi gəldikcə bağırırdı: 
    - Cəmooooooo, ay Cəmooo!!!! 
    Uzaqdan,  hardasa  Əhməd  yaylağına  gedən  yolun 
Nazara  qovuşduğu  yerdən  yolunu  azmış  bir  inəyin 
böyürtüsü  Dəli  Cəmilin  qardaşlarına  hay  verirdi. 
Canımızı  dişimizə  sıxıb,  arxada  qalmamaq  üçün 
ayağımızı  sürüyürdük.  Əlimizdəki  ağacdan  başqa 
silahımız  yox  idi.  Üstəlik,  yarıqaranlıq  meşənin 
vahiməsi  canımızı  üşəndirirdi.  Üçüncü  gün  idi  ki, 
hava  işıqlanandan,  gün  batanacan  meşədə  Cəmonu 
axtarırdıq.  Cəmonun  anadangəlmə  kar  olduğunu, 
danışa  bilmədiyini  bütün  kənd  bilirdi.  Di  gəl  ki, 
hamı növbəylə bağırırdı: 
     -Cəmooooooo, ay Cəmooo!!!! 
  
*** 
  
     Doqquzuncuda 
oxuyurduq. 
Dərslər 
təzə 
başlamışdı.  ―Dəli  Cəmil  meşədə  itib‖  xəbəri  bütün 
məktəbdə  ildırım  sürəti  ilə  yayıldı.  Zavalsız,  heç 
kəsə  dəyib-toxunmayan  Cəmilin  (kənd  camaatı  onu 
Cəmo deyə çağırırdı) meşədə yoxa çıxması, heç bir 
əyləncəsi  olmayan  yuxarı  sinif  uşaqları  üçün  bir 
anda məzə mövzusuna çevrildi. Səhər dərsə gələndə 
Fuad mənə göz vurdu: 
   - Bu günə ―tema‖ var! 
   - Nə məsələdi? 
   - Cəmo meşədə itib. 
    Cəmonun  böyük  qardaşının  oğlu  Əziz  bizimlə 
eyni  sinifdə  oxuyurdu.  İntizamsız,  yekəpər  bir 
uşaqdı.  Hərdən  əmisinə  lağ  edib,  ələ  salırdıq.  Əziz 
də əsəbiləşib özündən çıxır, dərslər qurtaranda dava 
etməyə  bəhanəmiz  olurdu.  Davanı  həmişə  mən 
başlayırdım. Məktəbin qapısından çıxhaçıxda Əzizin 
kürəyinə  bir  təpik  ilişdirirdim  və  dava  başlayırdı. 
Sözün  açığı,  birinci  təpikdən  sonra  Əziz  geriyə 
qanrılıb  məni  görəndə  söyür,  əsəbindən  boğula-
boğula qışqırırdı: 
    -Namərd,  qorxaq!  Kimə  güvənirsən  eeee!  Duxun 
çatırsa gəl təkbətək çıxaq! 
    Əziz  düz  deyirdi.  Mən  namərd  idim.  Onunla 
təkbətək  çıxmağa  gücüm  olsa  da,  ona  baş 
qoşmurdum.  Mən  strateq  idim.  Birinci  təpikdən 
sonra  ―dəstə‖ni  verirdim  qabağa.  Üst-başımı  toz-
torpağa  bulayıb  evə  getməyə  qorxurdum.  Paltarım 
çirklənəndə anam burnuma duzlu su qoyurdu. 
Əvvəlcədən  şərtləşdiyimiz  kimi  uşaqlar  Əzizi 
yaxşıca  ―isladırdı‖.  Əziz  qaçıb  canını  qurtarandan 
sonra biz deyə-gülə evə yollanırdıq. Təbii ki, uşaqlar 
elə-belə döyüşmürdü. Mən bir dəstəbaşı kimi onları 
mükafatlandırırdım. ―Məişət evi‖nin yanına çatanda, 
―Kəmfürsət‖  Əlinin  dükandan  hərəsinə  bir  dənə 
―Turbo‖  saqqızı  alıb,  nisyə  dəftərində  atamın  adına 
yazdırırdım.  Ya  da  söz  verirdim  ki,  sabah  hərənizə 
bir səhifə inşa yazıb gətirəcəm. Beləcə özümü dəstə 
başçısı kimi aparır, ―dəstə‖mi ədalətlə idarə edirdim. 
     O  gün  də bir-birimizə  qoşulub,  ―tema‖nı  yaxşıca 
lağ-lağıya  çevirdik.  Əzizi  o  qədər  canından 
bezdirdik ki, tualetin arxasına çəkilib ağladı. 
Bir  sözlə,  bütün  istedadımızı  işə  salıb  Əzizi 
cırnatdıq. Hər şey plan üzrə getdi və Cəmo itən günü 
Əzizi  yun  kimi  çırpdıq.  Qaçıb  əlimizdən  güclə 
qurtardı.  Bu  dəfə  ―saqqız  qonaqlığı‖  yox,  ―siqaret 
qonaqlığı‖ oldu. 
  
 
 
 
 


Yüklə 472,06 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə