Rüblük ədəbiyyat dərgisi №3 (11) Sentyabr 2014



Yüklə 472,06 Kb.
Pdf görüntüsü
səhifə10/104
tarix26.09.2017
ölçüsü472,06 Kb.
#2234
1   ...   6   7   8   9   10   11   12   13   ...   104

26
№ 3 (11) Sentyabr  2014 
 
*** 
  
    Qeyrət Cəmonun əlindən tutub, özünə tərəf çəkdi: 
    - Bax, bu diki də aşaq, çatırıq. 
    - Qaaaaqqqaaaa... əəəbəəə.... əəəbəəə... 
    Cəmo  əliylə  Qeyrətə  qarnını  göstərib,  acdığını 
işarə elədi. 
    Qeyrət at çibini yapışmış dana kimi böyürdü: 
   -  Səhərdən  iki  dənə  çörək  yemisən,  qarnına  şiş 
girsin, Cəmo! 
    Cəmo  Qeyrətin  üzündəki  ifadədən  heç  nə  başa 
düşmədi: 
    - Həboooo, həbooo... Uuuuuuu... Vey-vey... 
    Sonra  da,  ağzını  əyə-əyə  qardaşının  üzünə  güldü. 
Qeyrət  əvvəllər  Cəmonun  üzündə  belə  gülüş 
görməmişdi. Fıstıq ağacının dibinə çökdü: 
   -  Cəmo,  sənin  əlindən  bezmişəm  eee.  Bütün 
ailənin  canı  qurtaracaq  sənin  əlindən.  İmkan 
vermirsən yaşayaq. 
   - Uuuuaaaat. Əpppəəəh, əppəh. 
   - Al boğmalan. Axırıncı yeyişin olsun! 
     Cəmo  acgözlüklə  pendir  dürməyinə  girişdi. 
Qeyrət  ayağa  qalxıb,  ağaca  söykəndi.  ―Bu  dağı  da 
aşsaq, Fıya çatırıq. Ordan ötürsəm, qayıda bilərəm‖ - 
deyə düşündü. 
     Əlləri,  ayaqları  üşüdü.  Murovda  tara  düşüb,  əl-
ayağının  donduğu  vaxtları  xatırladı.  Qulaqları 
uğuldadı.  ―Yəqin  qar  qurdlayıb,  qoşunlarda‖  -  deyə 
düşündü.  200-300  metr  aralıdakı  qayalara  baxıb, 
doluxsundu: 
   - Səni balam kimi istəyirdim, Cəmo. 
   Cəmo Qeyrətin üzünə baxıb, səy-səy gülümsədi... 
  
*** 
    - Cəmooooooo, ay Cəmooo!!!! 
    -  Zəhirmar  Cəmo,  çor  Cəmo!!!  Bilmirsən  o 
gij.ıllağın  qulağı  eşitmir!  Lap  tutaq  ki,  eşitdi,  necə 
cavab  verəcək?  Danışa  bilmir  bu  köpəyoğlu,  lal-
kardı! Nə tupoy camaatığ eee. 3 gündü anqıra-anqıra 
allahın dəlisini axtarırıq. 
     Uçastkovunun  təpinməyi,  Cavad  kişini  özündən 
çıxardı: 
    - Rəis, sənə yalvaran var, bizimlə gələsən? İmkan 
ver özümüz, öz dəlimizi axtarağ! 
    - Özümüz  nədi, ay Cavad? Bəyəm  mən  bu kəndə 
kosmosdan gəlmişəm? 
     Cavad  kişi  susub,  başını  buladı.  Xanların  anası 
erməni olduğu üçün kənd camaatının bu qırmızısifət, 
boynuyoğun  uçastkovudan  zəhləsi  gedirdi.  Cavad 
kişi  Xanların  əsəbləşməyinə  ürəyində  gülüb,    üz-
gözünü turşutdu: 
    -  Neyniyək  ay  papağın  boş  qalsın,  çağırırıq  ki, 
hənirti  olsun.  Görmürsən  məktəb  uşaqları  necə 
qorxa-qorxa  yeriyir?  Cəmonu  çağırmırıq,  ay 
nəçənnik, uşaqlar qorxmasın deyə sürək salırıq. 
  
*** 
     Kamil  maşının  qapısını  çırpıb,  həyətə  keçdi. 
Sürətlə  pilləkənləri  qalxıb,  eyvandakı  soyuducunu 
açdı.  Üç  litrlik  balonu  soyuducudan  çıxarıb 
balondakı  buz  kimi  sərin  ayranı  stəkana  süzmədən 
başına  çəkdi.  Yalan  olmasın  balonun  yarısını 
boşaldandan  sonra  fikir  verdi  ki,  arvadı  eyvanın 
məhəccərinə 
söykənib 
ona 
baxır. 
Balonu 
soyuducuya qoyub, qapısını çırpdı: 
   -  O  erməni  küçüyü,  yenə  bu  küçədən  keçirdi. 
Xeyir ola? 
   - Mən hardan bilim ay Kamil? Kəndin ağası odur, 
hardan istəsə keçər. 
   -  Təsadüfən  bizim  həyətdən  çıxmırdı,  kəndin 
ağası? - Kamil boğula-boğula arvadını yamsıladı. 
   - Başın xarabdı, burda nə ölümü var? 
   - Əziz hanı? - Kamil suala-sualla cavab verdi. 
   - Çaya getdi, çimməyə. Qızlar da, moruq yığmağa 
gedib, Qeyrət əmiləriynən. 
    Kamil cin atına mindi: 
   -  Ay  qancıq,  sənə  deməmişəm  yetişmiş  qızları 
meşəyə  getməyə  qoyma?  Nə  olsun  əmiləridir. 
Görmürsən  qəzetlərdə  nələr  yazırlar?  O  gün  də 
Ağdaşda  dayı  öz  bacısı  qızını  zorlayıb.  Dünya 
dağılır ey, xəbərin yoxdu. 
   -  Sən  uşaqların  canı,  ağzımı  açdırma.  Qeyrət 
zorlayandı  arvadı  Kəmaləni  zorlasın.  Murovda  o 
söz... 
    Kamil  hırıldayan  arvadına  baxıb  yumruğunu 
sıxdı.  Əlini  qaldırsa  da,  vura  bilmədi.  Bilirdi  ki, 
toxunsa axşam uçastkovu tutub olan-qalanını alacaq. 
Əsəbindən göm-göy göyərdi: 
   - Bu dəqiqə səni dəli inək balasını tapdalayan kimi 
ayaqlayaram.  İtin  belindən  gələn!  Camaatın  ağzına 
söz salma! 
     Arvadı Kamilə məhəl qoymayıb, hırıldadı: 


                            Rüblük ədəbiyyat dərgisi
27 
 
   -  Bıy,  başıma  xeyir,  sənin  də  əlindən  ancaq 
tapdalamaq  gəlir.  Ayranını  içdin,  köpdün?  Di 
cəhənnəm  ol,  işim  başımdan  aşır.  Uşaqların 
paltarları sudadır, gərək onları yuyam. 
    Kamil  yenə  bağırmaq  istəyəndə,  arvadı  Qeyrətin 
həyətini göstərdi: 
   -  Odeyyy,  Cəmo  Kəmalə  ilə  lobya  tağlarının 
arasında dingildəşir. 
    Kamil  qardaşıgilin  həyətinə  sarı  boylanıb  susdu. 
Əslində  Cəmonun  neçə  vaxtdan  bəri,  Qeyrətin 
arvadı  Kəmaləylə  birlikdə  olduğunu  bilirdi.  Amma 
dəli  Cəmilə  bütün  bunları  necə  başa  salsın?  Necə 
başa  salsın  ki,  qardaş  impotent  olsa  da,  onun 
arvadına  göz  dikmək  olmaz.  Kəmaləni  görəndə 
Cəmonun ağzı açıq qalırdı və deyəsən Qeyrətin hər 
şeydən xəbəri vardı... 
  
*** 
    Əzizlə  bütün  sinif  məzələnirdi.  ―Əzizin  balaca 
qardaşı, uçastkovu Xanlara oxşayır‖.  Bunu da  Fuad 
salmışdı  dilimizə.  Fuad  Əzizlə  çəpər  qonşusu  idi. 
Ona görə də Fuad danışmağa başlayanda Əziz qaçıb 
məktəb tualetinin arxasında ağlayırdı. Sinifə qayıdan 
kimi  də  lövhəni  silmək  üçün  qızların  əmək  təlimi 
dərsində  tikdikləri  balaca  yastıqcaya  bənzər,  tabaşir 
tozuna  bulaşmış  silgini  üst-başına  çırpıb,  Əzizi 
ağappaq  toza  bulaşdırırdıq.  Qorxusundan  cınqırı  da 
çıxmırdı.  Bilirdi  ki,  Fuad  yenə  başlayacaq  onunla 
məzələnməyə. 
     Əzizin atası fermada işləyirdi. Səhər çıxar, axşam 
qayıdardı. Bəzən 2-3 gün evə gəlməzdi. Mən Fuadın 
yalançısıyam.  Guya  Kamil  dayı  evdə  olmayanda, 
uçastkovu günortalar Əzizgildə ―dincəlir‖. 
    Cəmo  itməmişdən  qabaq,  yeni  ―tema‖  tapmışdıq. 
Fuad Əzizə deyirdi ki, Qeyrət əminin oğlu, Cəmoya 
oxşayır... 
  
*** 
    Qeyrət  Cəmonun  alnından,  üzündən  öpdü.  Yuxu 
dərmanı  qatılmış  suyu  son  damlasına  qədər  içən 
Cəmo  dərin  yuxuya  getmişdi.  Qeyrət  yanağından 
süzülüb,  burnunun  seliyinə  qarışmış  göz  yaşını 
qolunun arxasıyla sildi. ―El içində biyabır olmuşam, 
Cəmo. Bağışla məni. O dünyada yaxamdan yapışma, 
qurban olum!‖ 
  
*** 
    - Qeyrət əmi hardadı, mama? 
    - Cəmoyla meşəyə palıd qozası yığmağa gedib. 
     - Cəmo qoza yığa bilir? 
     -  Mən  nə  bilim?  Qeyrət  də  bu  yazığı  eşşək  kimi 
işlədir. 
    - Heyfini çıxır... 
    - Nəyin? 
    - Bilmirəm... 
  
*** 
     Bir həftə Cəmonu axtardıq. Meşənin altını üstünə 
gətirdik.  Axırıncı  gün  ―bazar  yerinə‖  toplaşan 
camaata icra nümayəndəsi təklif elədi: 
    - Bu gün axırıncı gündür. Dağıstana gedən yolu da 
axtaraq, bəlkə ölüsünü tapdıq. 
    Kamillə 
Xanlar  bir-birinə  baxdı.  Qeyrətin 
Murovda  şaxta  görmüş  burnu,  qulaqları  bozarıb 
badımcan  rəngi  aldı.  Xanlar  Kamilə  göz  basdı  ki, 
narahat olma. Camaat arasında səs-küy başladı: 
   - Allahdan ümid kəsilməz. Fıya qədər gedək. 
   -  Nə  danışırsan  a  kişi,  Balaşumdan  Fıya  gedib 
çıxmaq olar? Boş əziyyətdi çəkirik. 
   - Bəlkə yol çəkib aparıb? 
    -  Boş-boş  danışma,  a  məllim.  Ova  gedib-gələn 
adamsan. Yol dəlini hara çəkəcək? 
    İcra nümayəndəsi özündən çıxdı: 
   -  Ay  sizə  qurban  olum,  bir  həftədi  məktəblər 
işləmir. Başçı anamı ağladacaq. Başınıza dönüm, bir 
qərar verin. 
    Xanlar ağır-ağır qabağa durdu: 
  -  Mən  rəislə  danışmışam,  daha  axtarmağın  mənası 
yoxdu.  Ağıllı  adam  olsaydı,  Bakıdan  vertalyot 
göndərərdilər.  İndi  neyləyək  ki,  bizim  dəlimizə 
dövlət yiyə durmur? Dağılışın gedin evinizə. Birinci 
gündən də uşaqları göndərin dərsə. 
     Camaat  Xanları  adam  yerinə  qoymasa  da,  fikri 
ağlabatan idi. Bir həftədi Cəmonu axtarırdılar. Hamı 
əldən  düşmüşdü.  Dağılıb  getmək  çoxusunun 
ürəyindən idi... 
  
*** 
     Camaat  dağılışandan  sonra,  Fuad  Əzizin  qoluna 
girdi.  Fuad  da,  Əziz  də  ağlayırdı.  Yaxınlaşıb  Əzizi 
qucaqladım.  Uçastkovu  Xanlara  oxşayan  balaca 
qardaşı Əzizin əlindən bərk-bərk yapışmışdı. Mənim 


Yüklə 472,06 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə