Rüblük ədəbiyyat dərgisi №3 (11) Sentyabr 2014



Yüklə 472,06 Kb.
Pdf görüntüsü
səhifə12/104
tarix26.09.2017
ölçüsü472,06 Kb.
#2234
1   ...   8   9   10   11   12   13   14   15   ...   104

30
№ 3 (11) Sentyabr  2014 
 
Belə məlum oldu ki, yayqabağı tələsib otun kipini su 
qiymətinə  satmaqla,  onu  tayaya  vurub,  oddan-
yağışdan  sağ-salamat  çıxarıb  payızda  ikiqat  baha 
satmağın heç bir fərqi yoxdu; biri otu vaxtında satıb 
bankın  kreditini  üzür,  ələlbaş  çıxır,  o  biri  də,  yenə, 
kipi saxlayıb baha satsa da, kreditinin faizi qudurub 
nəfi yeyir. 
     -  Quru  fəhləçilikdi,  -  iri,  çat-cadar  əllərilə 
qarşısındakı  buğlanan  stəkanı  ―çəpərləyib‖  Qulam 
dayı. Bəlkə iyirmi ildi görmürdüm bu kişini, mən elə 
bilirdim  çoxdan  ölmüş  olar.  Heç  tük  qədər  də 
dəyişməyib  adam.  -  Yaxşısını  Faxrəddin  eliyir.  Nə 
əkir,  nə  becərir.  İlim  on  iki  ay  əlləri  cibində  gəzib 
kef eləyir. Bəy oğlu bəy kimi! 
      - 
Faxrəddinin  qardaşı  İsmayıl  Samarada 
qubernatornan  ağız-ağıza  öpüşür  e,  özünü  ona  tay 
tutursan? - O biri sıradan kimsə dilləndi. 
     -  Əşi  o  ayrı  oğuldu...  Bilməzsən  ipotekaya-zada 
girib  navastroyka-zad  götürərsən  ha!  -  heç 
gözləmədiyim  halda  Qulam  dayı  birdən  mənə  sarı 
çöndü.  Elə  bilirdim  məni  tanımayıb.  O  tərəf-bu 
tərəfimə  baxdım,  gördüm  ki,  yox,  mənlədi. 
Hazırlaşırdım  and-aman  eləyəm  ki,  a  Qulam  dayı, 
vallah  mən  heç  bilmirəm  ipoteka  nə  olan  şeydi, 
navastroykanın qapısı hardan açılır. Qanımın arasına 
Nağdalı kişi girdi, yavaşca böyrümü dümsükləyib: 
     - Dinmə. - dedi. - Ağız arıyır. Deyir, görüm ucuz 
kreditdən-zaddan boynuna bir şey qoya bilərmi.       
     Əlim üzümdə qaldı! 
          
                                *** 
  
      Qayıdanda  birtəhər  yola  gətirib  bibimi  də 
götürdüm  özümlə.  Yolda  xəbər  aldı  ki,  bala,  skayp 
olmasaydı  Vəkil  nə  bilərdi  Eyvazın  öldüyünü? 
Deyirəm, ay bibi, telefon var, teleqram var. Lap heç 
olmasın,  gedən  var,  gələn  var...  Vallah  heç  bizim 
evdə indinin özündə də  skayp yoxdu... Kaş bu sözü 
deməyəydim. Arvadın pipiyi düşdü, nə düşdü: 
     ―Skaypsız  ev  olar?  Öz  də  şəhər  yerində.  Kənddə 
dul Nurudənin də  skaypı var. Neçənci əsrdi indi?‖ 
      And-aman  elədim  ki,  ay  bibi,  imtahanların  pis 
vaxtıdı, uşağa mane olur, yoxsa nə var skaypa. Xeyri 
olmadı.  Axırda  söz  verdim  ki,  sabah  evdə  mütləq 
skayp  olacaq.  ―Bürüsüyün  olsun,  -  bir  gün  də  əlavə 
vaxt verdi mənə bibim - nəysə ki olsun!‖ 
     Bibimin  bina  evinə  gəlişi  toy-bayram  gətirdi 
özüynən.  Bir  gün  gördüm  qonşu  Lyuda  xalaynan 
nəsə  qızğın  söhbətləri  gedir.  O  rusca  danışır,  bu 
azərbaycanca,  amma  bir-birlərini  də  elə  yaxşı  başa 
düşürlər...  Gəlib,  gəlib  ―kərtənkələdə‖  ilişiblər. 
Bibim  deyir  ki,  binaya  kərtənkələ  girib.  Lyuda  xala 
qalıb çaş-baş, bilmir kərtənkələ nədi... 
      Nə  isə,  skayp  açıldı.  Bundan  sonra  bibimin 
internetdəki  virtuoz  davranışını  gərək  gözlə 
görəydin. İkicə dəqiqənin içində Tambovda Münasib 
dayımın arvadı Qaraqız xalanı tapdı. 
         -  Nə  var,  nə  yox,  sənalla?  -  Qaraqız  xala  bir 
dizində nəvəsi, gözü o saat məni aldı. - Az o Ələddin 
dəyil? O niyə qıraxda oturub qonax kimi? 
     -  Skayp  görmüyüblər  dana,  -  bir  gülmək  gülür 
bibim.  -  Bakıda  qalmaxlarına  baxma  e,  dünyadan 
xəbərrəri  yoxdu.  İki  gündü  kənddən  çıxmışam,  elə 
bilirəm qulağım kardı!.. O gədənin niyə bənizi qaçıb 
sənalla?  Onu  bir  yaxşıca  ov-bankala!..  Bə  deyir 
Toğrulun evinə giriblər Moskvada? 
      - Heylə deyillər... 
      -  Nəə  heylə  deyillər?!  Otuz  beş  min  maat  rus 
pulunu  aparıblar,  irmi  min  də  dollarını!  Gəlinin  də 
qırı-qızılı, nə var hamısın götürüblər... 
     -  Kül  təpəsinə  heylə  gəlinin.  Key  Balaxanımdı 
dana... 
     -  Bax  bıdı  deyirəm,  mən  ölü,  sən  diri,  baxarsan, 
oğru  kimdisə  bilən  adamdı!  Xata  özününkülərdən 
keçib!..  O  Münasib  niyə  içəri  girmir?  Borclarıynan 
nağayra bildi, sənalla? 
     -  Nə  bilim  a  bajı,  heç  soruşmuram.  Borc  borc 
təhrindədi  ki...  Deyir,  Əntiqə  ağsaqqallıq  eliyirmiş 
Eyvazın yerində? 
     - Onun da başına heylə daş düşüb dana. Nə bilim. 
Dədəsi  Çəltik  Əli  kəmsər  dəyildi?  Camaatı  ərəsət 
eliyib  saldı  düzdərə,  çatanacan  hamı  dədəsinin 
goruna söydü. 
     -  Sən  allah,  o  Məhi  yasa  da  getmir?  -  Qaraqız 
xalanın bu sualı əməlli-başlı diksindirdi məni. 
     - Niyə getmir? Özü də, arvadı da üçə kimi hələk 
oldu  əl-əyaxda.  Yazığın  adı  çıxıb.  Qabır  qazılanda 
da  ordaydı...  -  bibim  onlara  fikir  vermədiyimi  zənn 
edib  söhbəti  dəyişir  -  De  görüm  Rusetnən 
nağayrırsız?.. 
     - Az, bu Ruset nəymiş az? Buuuuyyy!.. 


                            Rüblük ədəbiyyat dərgisi
31 
 
     -  Aaz,  nə  Ruset?  Ruset  deyərəm  Bakıya  e!  - 
səsini azca qısıb, guya eşitmirəm. - Burda bir qonşu 
var,  Lüda.  Görürəm  gündə  neçə  yol  oğlanlardan 
qızdardan  pul  alır,  salır  evinə.  Kül  başdarına,  gül 
kimi qızdardı e! Qapını üç dəfə döyüllər. Deyir, ―kto 
tam?‖,  deyir  ―fudbolis‖,  fudbolis  deyən  kimi  açır 
qapını... Parollarıdı dana... - bir gülür, bir gülür... 
     -  Bibi!  -  əsəblərşdim  lap.  -  Gəl  bir  az  da  biznən 
söhbət elə da, nolar! Gərək elə skayp ola? 
 Elə bil həyətdə top qovan uşağı anası evə çağırdı. 
     - Nə danışım e siznən... gəlin kuxnadan yığışmır, 
uşağı da dustağ eliyib salmısız otağa.  Türmə onnan 
yaxşıdı. 
     - İmtahanları var, ay bibi, medinistutdu, ağırdı... - 
gəlib düz böyründə oturmuşam. - Bibi, niyə deyirdin 
ki, radionun güdazına getdi İsti baba, hə? 
      -  Nə  bilim  əşi...  -  həvəssiz,  candərdi  gözlərini 
çəkir  monitordan,  -  O  vədə  nə  illah  elədik 
düşmədilər  aşağı.  Nə  nənəm,  nə  özü!  İkicəciyi  tək 
qaldı o dikdə. Orda qaralımız tutmur, deyirdilər. Lap 
Eyvaz kimi, - gülür. - Yaxşı ki o radio da vardı, hə, 
yenə  qulax  yoldaşlarıydı,  başdarını  qatırdı. 
Günaxşamacan  danışırdı  öz-özünə.  Günortalar  saat 
birdə  xəbərlər  verirdilər,  ―Günün  səsi‖.  Yazıqların 
da  qulağı  yaxşı  eşitmirdi,  heç  nəyin  üstündə 
dilləşirdilər bir-biriynən.  Kişi deyirdi ―gülüm səsi‖, 
arvad  deyirdi    yox,  ―gün  hissəsi‖.  ―A  səni  yanasan, 
gülüm  səsi!‖  -  hirsindən  az  qala  cin  atına  minirdi 
dədəm. ―A kişi, valla, gün hissəsi...‖ - tək səbir kimi 
harda  olsa  böyürdən  çıxırdı  nənəm.  Axır  vaxtlar  da 
lap xərifləmişdilər. Ha yalvarıb tovladıq ki, ay nənə, 
ay  arvad,  nəyşin  var,  qoca  kişidi,  nə  deyir  qoy 
desin...  Kimə  deyirsən!  Tərsin-höcətin  biriydi! 
Dediyini  deyirdi!..  Bir  belə,  beş  belə,  bir  gün 
hirslənib  çomağı  nətəhər  selbələmişdisə,  çilik-çilik 
olmuşdu radio. Elə ürəyi onnan da tutdu... - Bibimin 
çöhrəsində  qarışıq  bir  işıq  səyrişir.  -  Həə...  toy-
bayram kimi keçdi kişinin yası. Deyə-gülə basıdılar. 
Özü  tapşırmışdı,  demişdi  məni  basırıb  qayıdandan 
sonra yeyin-için qapıda. Yaxşı çaxırı, qozu olurdu... 
Deməknən 
döyül 
ha. 
Axşamüstü 
camaat 
dağılışannan  sora,  tutdan  asılı  papağını  görüb  pis 
olmuşdu  yazıx  qağam  (atamı  deyir).  İndi  girməsin, 
girdi içəri, papağı atdı nənəmin düz qabağına. ―Çox 
kişi,  kişi  deyirdin,  dedi.  Bu  da  kişi!‖  Hamımızı 
hönkürtü tutdu onda. Dədən də bizə qoşuldu... 
     Araya dopdolu sakitlik çökdü... 
     Elə 
bilirdim 
bibimi 
çox 
kövrəltmişəm, 
hazırlaşırdım  söhbəti  dəyişib  soruşam  ki,  ay  bibi, 
nəyə  görə  səni  höcətlikdə  Səki  nənəyə  oxşadırlar? 
Sözüm ağzımda qaldı. Bir də gördüm, bibimin ―fikir 
kimi  yüyrək‖    skaypı  Samaradakı  kiçik  oğlugilə 
calayıb bizi. İsmayılgilə! 
     -  Ooo!  Kakie  lyudi,  v  Qolluvude!  -  vannadan 
çıxıb  elə  dəsmallana-dəsmallana  üstümüzə  cumdu 
İsmayıl. - A dayoğlu, sən hara, bura hara? 
      Təəccüblə  o  tərəf-bu  tərəfimə  baxdım,  dedim 
bəlkə Samaraya-zada düşmüşəm, xəbərim yoxdu. 
     -  Yox  e,  yox!  -  dil  boğaza  qoymurdu  İsmayıl.  - 
Bu  işi  belə  qoymaq  olmaz,  mütləq  yumaq  lazımdı! 
Ay  qız,  orda  nəyin  var  yeməyə?  -  güman  ki,  öz 
mətbəxlərinə səsləndi. 
     - Çolpanı çığırtma eləmişəm, - bu tərəfdən bizim 
arvad çaşqın-çaparaq içəri girdi. - gətirim? 
     Bizi  bir  gülmək  tutdu.  Arvad  əvvəl  pərt  olsa  da, 
sonra bizə qoşuldu. 
     -  Gör  e!  Öz  də  deyillər  azərbaycanda  ajdıxdı. 
Bəh-bəh-bəh!.. - İsmayıl iştahla əlini-əlinə sürtdü. 
    -  Ajdıx  niyə  olur,  kasıbın  olanından...  -  başa 
düşürdüm ki, mən də nəsə deməliyəm, amma nə?          
     -  Düzdü,  ta  sənin  kimi  qubernatornan  dodaq-
dodağa  öpüşmürük...  -  dedim,  hiss  elədim  ki,  çox 
sarsaq və yersiz bir söz işlətdim. 
     -  A  dayoğlu!  Ağlın  oralara  getməsin  e,  burda 
qubernator  sənin,  mənim  kimi  adi  adamdı.  Bə  nə! 
Altı-bazar oldu arvadını da vurur qoltuğuna, əynində 
yüngül  spartivnisi,  əlində  səbəti  düşür  şəhərin, 
dükan-bazarın  canına.  Otdıxat  eliyir  dana.  Bir  də 
gördün,  təzə  ət  lazım  olanda,  mənim  də  dükanıma 
gəlir. Görüşür, öpüşür. Burda nə var ki... 
     İyirmi  ildi  bir  evdə  yaşayırıq,  hələ  belə  məsud 
görməmişdim arvadı. Sifəti fərəhdən az qalırdı alışıb 
yana.  İkicə  dəqiqənin  içində  evdə  nə  var  gətirib 
tökdü stolun üstünə. O tərəfdən də o biri gəlin. Bəh! 
Masalar  ―birləşdi‖,  bir  həngamə  başladı!...  Gör  işin 
harasıdı, uşaq da otağından çıxıb, gözlərini təzə işığa 
alışdıra-alışdıra gəlib nənəsinin böyründə oturdu. 
    ...İçdikcə  söhbətin  canı  əridi  eeeee...  getdi  çıxdı 
Bağlı  bulaqda  İsmayılı  qoz  ağacına  bağlayıb 
qaçmağıma, - indi belə fağır olmağıma baxmayın e, 
uşaqlıqda özümə görə olmamışam. - Dedik, güldük! 
Sonra  Talıbın  inəyinin  itməsindən  söz  düşdü,  yenə 


Yüklə 472,06 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə