Rüblük ədəbiyyat dərgisi №3 (11) Sentyabr 2014



Yüklə 472,06 Kb.
Pdf görüntüsü
səhifə22/104
tarix26.09.2017
ölçüsü472,06 Kb.
#2234
1   ...   18   19   20   21   22   23   24   25   ...   104

50
№ 3 (11) Sentyabr  2014 
 
oxu. Dedim əlbəttə, əgər mənə etibar edirsənsə, 
ver, oxuyaram.  
Səhərisi  günü  o,  vərəqləri  saralmış  qalın  bir 
dəftəri  mənə  verdi  və  dönə-dönə  xahiş  etdi  ki, 
onu  itirməyim.  Firona  dedim  ki,  heç  narahat 
olmasın, iki günə dəftəri özünə qaytaracam. 
 -Bekara şeydir, özüm üçün yazmışam. Dərdimi 
yüngülləşdirmək üçün bu da bir məşğuliyyətdir, 
-dedi. 
Pərakəndə  şəkildə  yazılmış  əhvalatlardan  ibarət 
bu  dəftəri  bir  gecəyə  oxudum.  Səhər  qatarda 
Fironu  görmədim,  onun  yerində  heç  kim 
oturmadı.  O  biri  gün  də  görünmədi.  Nə  evini 
tanıyırdım, nə telefonunu bilirdim. Deyəsən, heç 
mobil  telefonu  da  yox  idi.  Hər  gün  dəftəri 
özümlə  gəzdirməkdən  bezib  kitab  rəfinə  atdım 
və tezliklə Fironu da unutdum. 
 Amma  onun  mənə  dəftəri  verdiyi  vaxtdan  bir 
ay  keçməmiş  günlərin  birində  vaqona  bir  yaşlı 
qadın  mindi  və  gəlib  düz  mənimlə  üzbəüz  – 
Fironun oturduğu yerdə əyləşdi. 
 -Salam, ay oğul! – deyə salamlaşdı. 
-Əleykümsalam! 
Bir  qədər  sükutdan  sonra  qadın  dərdli  –dərdli 
başını yellədi: 
 -Eeeh,  ay  oğul...  Allah  bu  yetimə  də  heç  bəxt 
vermədi... 
 Bu  sözləri  deyərkən  əliylə  öz  oturduğu  yerə 
işarə  etdi  və  anladım  ki,  Fironu  nəzərdə  tutur. 
Nəsə dalağım sancdı: 
-Ay bibi, nəsə görünmür eee, son  vaxtlar... 
 Yaşlı  qadın  narahat  baxışlarını  xeyli  üzümə 
zilləyib dinmədi. Nəhayət titrək səslə soruşdu: 
-Bə bilmirsən sən? 
 -Yox, nə olub ki?- deyə təəccüblə soruşdum. 
 -  Ay  bala,  o  yetim  çoxdan  rəhmətə  gedib! 
Meyidi  neçə  gün  evdə  qalıb,  heç  kimin  xəbəri 
olmayıb. Üç gündən sonra qonşular görüblər ki
qapıdan  girib-çıxan  yoxdur,  şübhələniblər,  evə 
girib görüblər ki, eeeeh, haçan ölüb!.. 
 ...Fironla  qısa  dostluğumuzdan  mənə  təkcə  o 
dəftər  qaldı.  Kim  bilir,  bəlkə  də  öləcəyini 
bilirmiş,  ona  görə  dəftəri  mənə  verib  ki,  itib-
batmasın. Özümü danlayırdım ki,  axı  mən niyə 
bu  adamın  sirli,  daha  doğrusu,  gizli,  qaranlıq  
dünyasına  yol  tapa  bilmədim?  Ondan  nələrisə 
soruşa, öyrənə bilərdim. Demə, vaxt çox azmış, 
zamana-filana güvənməyə dəyməzmiş. Görünür, 
onu 
tanımaqdan 
ötrü 
onun 
özünü 
itirməliyəmmiş.  Fələk  öz  hesabını  daha  dəqiq 
aparır...  Mən  onun  yazdıqlarını  nöqtə-
vergülünə,  üslubuna  toxunmadan  sizə  təqdim 
edirəm.  Təkcə  əsərin  adını  özüm  seçdım.  Bu, 
maraqlı bir həyat hekayətidir. Yəqin sizin üçün 
də maraqlı olar. 
 
                            ******* 
Gözümü  dünyaya  açandan  valideynlərimi  qoca 
görmüşəm.  Bütün  uşaqların  valideynləri  cavan, 
yaraşıqlı  idilər,  mənim  anam  kök,  saçları 
ağarmış  yaşlı  qadındı,  atam  isə  yay-qış  köhnə, 
sürtülmüş  sırıqlıda  gəzən  halsız  bir  qoca. 
Evlənəndə  anam  atama  tünd  göy  rəngli  bir 
krepdeşin  kostyum  almışdı.  Kişi  yasa  da,  toya 
da o kostyumu geyib gedirdi. Rəhmətliyin ömrü 
boyu  elə  bir  kostyumu  oldu.  Onu  da  xeyir-şər 
məclisinə  gedəndə  anam  ona  zorla  geyindirirdi 
ki,  ayıbdır,  el-oba  içində  bizi  biabır  eləmə, 
sırıqlıyla  adam  arasına  çıxmazlar.  Onun  sabit, 
dəyişməz 
peşəsi 
vardı, 

sürücülük. 
Yeniyetməliyində traktorluq məktəbinə getmişdi 
və  həmin  məktəbi  zülümlə  bitirsə  də  ömründə 
traktor  sürmədi.  Mən  gözümü  açandan  atamı 
―Pobeda‖ sürən görmüşəm. Ömrünün axırınacan 
bir  maşını,  bir  arvadı  oldu.  Atam  maşınından 
taksi  kimi  istifadə  edirdi,  çox  vaxt  rayonlara 
adam 
aparıb  gətirirdi.  Babat  dolanırdıq. 
Rəhmətlik 
sakit, 
mülayim 
adam 
idi. 
Qaraqabaqlığı da vardı, uşaq olduğum vaxtlarda 
heç vaxt məni öpüb əzizləməyib. Nadir hallarda 
hirslənirdi,  elə  zarafatı  da  az-az  olurdu.  Onun 
dəyişməz  qaydaları  vardı:  səhər  hamıdan  tez 
oyanıb  sinəsini  arıtlaya-arıtlaya  kərpic  peçin 


                            Rüblük ədəbiyyat dərgisi
51 
 
kənarına  qoyduğu  ―Prima‖  qutusundan  bir 
siqaret 
götürüb 
barmaqlarının 
arasında 
yumşaldırdı  və  saralmış  bığlarına  tumar  çəkə-
çəkə  kibrit  çəkib  siqaretini  alışdırırdı.  Çaydanı 
qaynamağa  qoyub  mayka-tursukdəcə  həyətə 
çıxırdı.  Atamla  anam  heç  vaxt  birlikdə 
yatmazdılar,  çarpayıları  ayrı  idi,  anam  mən 
yatan  otaqda  yatırdı,  atamın  çarpayısı  isə  ayrı 
otaqda  idi.  Mən  onları  hec  cür  bir  yataqda 
sevişən  yerdə  təsəvvür  edə  bilmirdim. 
Fikirləşirdim  ki,  bəs  bunlar  görəsən  nə  vaxt 
sevişirlər, ümumiyyətlə, sevişirlərmi?  
Evimizdəki əşyalar da köhnə idi, cırıltısı adamın 
əsəblərini  cırmaqlayan  nimdaş  divan,  rəngi 
çoxdan  bozarmış,  sınıq-salxaq  mebel,  ayaqları 
çürümüş paltar şkafı – hər şey keçmişdən xəbər 
verirdi.  İstifadə  müddəti  bitmiş  avadanlıqlar 
evdəki  uşağın,  yəni  mənim  də  zehni  inkişafıma 
mane  olurdu.  Bu  qocalar  heç  vaxt  kolbasa 
yeməzdilər,  onların  dəyişməz  qida  rasionu 
ancaq səhərlər pendir-çörəkdən, günorta bozbaş, 
qutab, ya da dolma, axşam isə əncir mürəbbəsi, 
günəbaxan halvasından ibarət idi.  
Anam saçını ya gilabi ilə, ya da çox vaxt paltar 
sabunu ilə yuyardı. Hamamda heç vaxt şampun 
olmazdı.  Şampunu  evə  ilk  dəfə  orta  məktəbi 
bitirəndən  sonra  mən  aldım.  Bütün  qonşuların 
evində  telefon  vardı,  bizim  evdə  yox  idi,  bütün 
qonşuların evində köhnə də olsa, televizor vardı, 
mənim  valideynlərim  isə  Stalin  dövründən 
qalma  radioya  qulaq  asırdılar.  Bu  köhnə-külüş 
əşyalar  çöldəki  qaynar  və  şəffaf  hava  axının 
önündə keçilməz bir divar kimi ucalırdı. Mənim 
uşaqlığım bu havasız mühitdə keçib.  
Nədənsə  məhəllədəki  uşaqlar  da  məni  özlərinə 
yaxın  buraxmırdılar.  Bəlkə  də  mən  özüm 
onlardan 
qaçırdım, 
onlarla 
qaynayıb-
qarışımırdım,  qaraqabaqlığım  onların  xoşuna 
gəlmədiyindən məndən kənar gəzirdilər. Ən çox 
da  adıma  lağ  edirdilər,  ―ay  camaat,  kənara 
çəkilin,  Firon  gəlir!‖  deyib  məni  məsxərəyə 
qoyurdular. Evə gəlib xəlvətə çəkilirdim, gizlicə 
ağlayırdım.  
Mən  hətta  geyimimlə  də  onların  ümumi 
ansamblına 
xələl 
gətirirdim. 
Əynimdəki 
paltarlar  həmişə  yamaqlı,  köhnə  olurdu, 
bambazı  köynəyimin  yaxalığı  geyilməkdən  və 
yuyulmaqdan didilmiş vəziyyətdə olsa da anam 
cidd-cəhdlə onu mənə geyindirirdi və deyirdi: 
-Gey  bunu,  pulumuz  yoxdu  sənə  təzə  köynək 
alaq.  
Kənd  gecələrinin  qüssəgətirici  həzinliyini,  qıllı 
itlərin  kal  səslə  arxayın-arxayın  hürüşməsini, 
ayağı  çidarlı  əbrəş  atın  ləzzətlə  ot  qırpa-qırpa 
hərdən uzunsov başını qaldırıb, qaşovlanmamış, 
keçəyə  dönən  yalını  silkələndirə-silkələndirə, 
pələş  dodaqlarını  əsdirə-əsdirə  kişnəməsini, 
cırcıramaların  havadan  asılı  qalıb  öz  taleləri 
haqqında oxuduğu yalançı şən nəğmələrini, boz 
bürüncəkli qəfil dumanın quldursayağı həyətlərə 
xəlvəti  basqınını  və  aydınlığın  üzərinə  xəyala 
bənzər  qarmaqarışıq  şəkil  çəkməsini  heç  bir 
şəhərin sakit gecəsində arayıb tapmaq mümkün 
deyil. Bizim kəndin hər məhəlləsində qonşuların 
yığışıb  dərd-sərlərini  bölüşməsi  üçün  bir  yer 
olurdu  ki,  hər  kəs  axşam  sərinində  ora  yığışıb 
gecədən  xeyli  keçənə  qədər  olmuşlardan-
olacaqlardan danışır, dünyanın işlərini vərəvurd 
edirdilər. 
Yay  mövsümü  gəlincə  bizim  məhəlləmiz  arı 
yuvasına 
dönürdü. 
Məhəllənin 
kiçik 
meydançasında günün günorta çağı arvadlar yun 
didir,  qeybət  qırırdılar.  Meydançanın  kənarında 
yekə  bir  tut  ağacı  vardı,  ağacın  kölgəsi  bütün 
məhəllə  camaatına  bəs edirdi.  Yayın  tülyanında 
bu  tut  ağacının  altı    əsl  cənnətə  çevrilirdi, 
yoldan keçənlər də ayaq saxlayıb bu kölgəlikdə 
nəfəs dərirdilər. Gün əyilən vaxtı isə kişilər bir-
bir  qapılardan  çıxıb  tut  ağacının  səxavətli 
kölgəsinə  yığışır,  nərd  atır,  samovar  qaynadıb 
çay içir, köhnə əhvalatlar danışır, mübahisə edir, 
dünyanın  gərdişini  vərəvurd  edir,  arabir  də 
siyasətə  baş  vurur,  siyasət  haqda  anladıqları 
qədər  mülahizə  yürüdürdülər.  Tut  ağacının 
böyründəki dairəvi yekə daş bu ―siyasətçilər‖in 
dəyirmi masası idi. 
Məhəllədə  yaşca  hamımızdan  böyük  olan 
Nurulladan  hamı,  məni  məsxərəyə  qoşan 
uşaqlar  da  qorxurdular.  Nurulla  uzun  boylu, 
arıq, sümüklü oğlan idi. Elə bil skeletə qəhvəyi 


Yüklə 472,06 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə