Əlyazması hüququnda



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə18/28
tarix29.09.2017
ölçüsü0,72 Mb.
#2390
1   ...   14   15   16   17   18   19   20   21   ...   28

56 

 

Məlumatların  təhlili  göstərir  ki,  ən  yüksək  intensiv  axıcılıq  kişilər  arasında 



müşahidə  olunur.  Kadrlar  axıcılığının  təhlili  üçün  kadrların  yaş  strukturunun, 

quruluşunun  müəyyən  edilməsi  mühüm  əhəmiyyət  daşıyır.  Kadrlar  axıcılığının 

intensivliyinin artması fəhlələrin cavanlaşması prosesi ilə bağlıdır. 

Işçi qüvvəsi axıcılığı iş yerinin sanitariyasi,  iş yerinin yaşayış yerinə yaxınlığı, 

kollektiv  daxili  münasibətlərlə  də  əlaqədardır.  Işçi  axını  mürəkkəb,  ziddiyyətli 

prosesdir.  Nəzərə  alınmalıdır  ki,  işçi  qüvvəsi  axını  kimin  mənafeyinə  toxunur. 

Əgər işçi qüvvəsi axını işçilərin və kollektivin mənafeyinə zidd deyilsə, demək, bu 

normal  sosial  hadisədir.  Ona  görə  də  bu  hal  ümumi  və  şəxsi  məsələlərin  həllinə 

kömək  edir.  Bütün  digər  hallarda  isə  biz  artıq    neqativ  işçi  axını  ilə  rastlaşırıq. 

Odur  ki,  müəyyən  sosial  və  iqtisadi  tədbirləri  həyata  keçirməklə  onun  qarşısını 

almağa çalışmalıyıq.  

Beləliklə,  işçi  qüvvəsi  axını  kompleks  sosial-iqtisadi,  sosial-psixoloji, 

demoqrafik  və  digər  amillərin  qarşılıqlı  hərəkəti  nəticəsində  yaranır.  Burada  

iqtisadi  amil  ayrı-ayrı  konkret  şəraitdə  üstün  rola  malik  olsa  da  heç  vaxt  yeganə 

amil  ola bilməz. Odur ki,  işçi qüvvəsi axınını  tədqiq etməkdə sosial  münasibət  və 

amillərdə mühüm rola malikdirlər.  

Cədvəl 2. 

Göstəricilər  

Cəmi 

Kişi 

Qadın 



Tez-tez  boşdayanmalar  olur  və  iş  vaxtından  əlavə 



işləyirik 

26,0 


16,3 

28,8 


Hasilat norması yerinə yetirilə biləcəkdirmi 

26,9 


24,0 

27,8 


Hasilat norması gərgindir 

3,6 


5,1 

3,2 


Müasir avadanlıqdır 

14,3 


15,8 

13,8 


Avadanlıqlar köhnədir 

15,5 


14,3 

15,9 


Cəmi: 

100,0 


100,0 

100,0 


Növbəlilik sizi qane edirmi: 

Hə 


Yox  

Çox da yox 

 

67,7 


25,8 

6,5 


 

68,9 


25,6 

5,5 


 

67,3 


25,9 

6,8 


əmək haqqı ilə razısınızmı: 

Hə 


Yox  

Çox da yox 

 

30,9 


45,0 

24,1 


 

42,3 


38,1 

19,6 


 

27,2 


47,3 

25,5 



57 

 

Cəmi: 



100,0 

100,0 


100,0 

 Işdə yorğunluq hiss edirsinizmi: 

a)  Fiziki mənada 

Hə 


Yox  

Az yoruluram 

 

 

57,1 



27,4 

15,5 


 

 

47,4 



39,2 

13.4 


 

 

60,3 



23,6 

16,1 


Cəmi: 

100,0 


100,0 

100,0 


b)  əsəbi mənada 

çox da yox 

hə  

yox 


 

14,4 


62,1 

23,5 


 

15,6 


49,0 

35,4 


 

13,9 


66,4 

19,7 


Cəmi: 

100,0 


100,0 

100,0 


Işiniz sağlamlığınıza mənfi təsir ənfi təsir edirmi: 

Hə 


Yox  

Çox da yox 

 

62,4 


23,3 

14,3 


 

48,5 


30,9 

20,6 


 

67,0 


20,7 

12,3 


Cəmi: 

100,0 


100,0 

100,0 


 

Bazar  əlaqələri  və  münasibətləri  bir  çox  rayonlarda  işləyənlərin  həyat 

səviyyəsini  heç  cür  təmin  etmir  və  miqrasiya  prosesi  sürətlənir.  Bəzi  hallarda  pis 

həyat  tərzi  həmin  rayonlarda  yaşayanların  çox  da  əlverişli  olmayan  başqa  yerə 

köçməsinə də səbə olur.  

Qeyd etmək lazımdır ki, hazırda müəssisələrdə tətbiq edilən mexanikləşmə və 

avtomatlaşdırma, ağır əl əməyini  yüngülləşdirmək  üçün  həyata keçirilən tədbirlər, 

əməyin təşkili ilə bazar idarəetmə üsulu, əmək haqqının təşkili və sair tədbirlər bu 

problemi səmərəli halda idarəedilməsinə xidmət etmir.  

Iş yerini dəyişmək üçün qərara gəlmək səbəbləri də heç də həmişə eyni olmur. 

Adətən  işdən  gedən  şəxs    ya  bir  neçə  motivi  əsas  götürür,  ya  da  bir  motivə 

əsaslanır. Bu da öz növbəsində başqa motivlərlə əlaqədar olur və bir neçə obyektiv 

və subyektiv amillərə istinad edir. Ona görə də işçi axınına qarşı səmərəli mübarizə 

aparmaq  üçün  kompleks  yanaşmaq,  hər  bir  obyektiv  və  subyektiv  amili  nəzərə 

almaq lazımdır. Burada işçi axını motivlərini strukturunun təhlili vacibdir. 

Əmək  kollektivlərində  iş  vaxtından  səmərəli  istifadə  eilməsinə  ciddi  təsir 

edən  biri  də  işçilərin  tez-tez  öz  iş  yerlərini  dəyişmələri,  yəni  onların  qeyri-

mütəşəkkil  axınıdır.  Aydındır  ki,  öz  iş  yerini  dəyişdirmək  istəyən  işçi  başqa 

müvafiq iş tapmaq üçün müəyyən vaxt sərf etməlidir.  



58 

 

Işçi  qüvvəsi  axınının  təhlili  göstərir  ki,  kollektivlərdə  kadrların  hərəkəti 



kompleks səbəblərdən irəli gəlir. Həmin səbəblər hər bir rayon, şəhər, sənaye, ayrı-

ayrı müəssisələr, şəxslər və hətta ayrı-ayrı peşə ixtisasları üzrə müxtəlif əhəmiyyət 

kəsb edir.  

Qeyd etmək  lazımdır ki, başqa sahə və  müəssisəyə  işə gedənlərin əksəriyyəti 

bir  qayda  olaraq  öz  ixtisaslarını  dəyişməli,  yəni  ixtisas  öyrənməli  olurlar.  Demək, 

onlar  müəyyən  müddət  ərzində  istehsalatda  fəal  iştirak  edə  bilmirlər.  Hətta  işçilər 

həmin  peşə  -ixtisasları  üzrə  işə  qəbul  olunduqda  belə  yeni  şəraitə  uyğunlaşıncaya 

qədər öz iş vaxtlarından tam istifadə edə bilmirlər. 

Əmək  təşkilinin  yaxşılaşdırmaq,  hər  bir  işçiyə  öz  ixtisasını  artırmaq, 

kollektivdə  qarşılıqlı  yoldaşlıq  münasibətini  təmin  etmək,  əmək  şəraitini 

yaxşılaşdırmaq  (ağır  işləri  mexanikləşdirmək,  zərərli  əmək  şəraitinə  qarşı  neqativ 

münasibət,  gecə  növbələrinin  sayını  azaltmaq),  işdən  kənar  vaxtdan,  yəni  asudə 

vaxtdan  səmərəli  istifadə  edilməsi  üçün  şərait  yaratmaq,  nəqliyyatın  düzgün 

işləməsini təmin etmək,  uşaq  və  məişət şəbəkəsini  inkişaf etdirmək  və sair. Hansı 

müəssisələrdəki  göstərilən  tədbirlərə əməl  olunursa orada  işçi qüvvəsi axıcılığı da 

xeyli aşağı olur.  

Məlumdur  ki,  əməyin  təşkili  işçi  qüvvəsinin  müəyyən  texniki  səviyyəsində 

texnoloji və istehsalın təşkili səviyyəsində məqsədəuyğun və planlı surətdə istifadə 

edilməsini  təmin  edən  tədbirlərin  cəmidir.  O  iş  yerlərindəişçi  qüvvəsi  əmələ  gəlir 

ki,  orada  fəhlələr  materiallarla,  alətlə    pis  təmin  olunur  və  həmin  səbəb  üzündən 

orada boş dayanma halları əmələ gəlir və yaxud avadanlıq səmərəsiz istifadə edilir. 

Həm də həmin səbəblər üzündən fəhlənin əmək haqqı aşağı düşür və onda iş yerini 

dəyişdirmək həvəsi yaranır. 

Digər  tərəfdən  işin  ahəngdar  olmaması  normal  əmək  şəraitinə,  istirahətə  və 

oxumağa  maneçilik  törədir.  Nəticədə  müəssisədə  iş  vaxtından  əlavə  işləmək  üçün 

çoxlu miqdarda vaxt sərf edilməsi zəruriyyəti yaranır. 

Əməyin  pis  təşkil  edilməsi  nətiəsində  müəssisədə  həddindən  artıq  boş 

dayanma  hallarına  rast  gəlmək  olur.  Xüsusilə  belə  bir  vəziyyət  təhsilini  davam 

edən  gənclərə  və  evdə  xeyli  iş  görən  qadınlara  daha  böyük  mənfi  psixoloji  təsir 



Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə