Əlyazması hüququnda



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə19/28
tarix29.09.2017
ölçüsü0,72 Mb.
#2390
1   ...   15   16   17   18   19   20   21   22   ...   28

59 

 

göstərir.  Məhz  buna  görə  də  hər  bir  kollektivdə  normal  əmək  ritmi  yaratmaq,  hər 



bir işçinin vəzifəsini düzgün bölüşdürmək lazımdır.  

Istehsalat rəhbərləri  nəinki cari  məsələlərə eyni zamanda digər  məsələlərə də 

fikir  verməlidir.  Çünki  sex  rəisi  ancaq  cari  məsələ  ilə  məşğul  olarsa,  yaxud  usta 

əsas  iş  vaxtını  təchizat  məsələlərinə  həsr  edərsə  onda  gənc  fəhlələrin  istehsal 

təlimi,  əməyin  düzgün  təşkili  üçün  lazımı  iş  vaxtı  çatışmaz.  Demək,  sex  ustası, 

normalaşdırıcılar, iqtisadçılar və mühəndislər ilk növbədə öz istehsalat sahəsində iş 

vaxtından  daha  səmərəli  istifadə  etmək  üçün  əməli  tədbirlər  hazırlamalı,  əməyin 

təşkilinə fikir verməlidir. əməyin normal təşkili hər bir iş yerində təşkilati-texniki, 

sanitar-gigiyena  tədbirlərini  həyata  keçirməyə  ağır  əl  əməyi  tələb  edən  işləri 

mexanikləşdirməyə,  əməyin  düzgün  bölüşdürülməsi  və  koperativləşdirilməsinə, 

onun  dəqiq  normalaşdırılması  və  ödənilməsinə  yardım  göstərilməlidir.  Əməyin 

təşkili iş vaxtından səmərəli  istifadə etmək, hər bir işçinin yaradıcılıq qabiliyyətini 

və istehsalat vərdişini artırmağa təhrik etməlidir. 

Ikinci qrup səbəblər içərisində əsas yeri mənzil şəraitini qənaətbəxş olmaması 

və yaşayış yerinin iş yerindən uzaqda yerləşməsi tutur. 

Əmək kollektivlərində işdən gedənlərin əksəriyyəti cavan və az stajlı fəhlələr 

təşkil edirlər. Məsələn, deyək ki, 25 yaşdan kiçik  və 2 ilə qədər stajı olan  fəhlələr 

içərisində  müxtəlif  səbəblər  üzündən  öz  iş  yerlərini  dəyişənlər  33,5%  təşkil  etdiyi 

halda,  yaşı 50-dən  yuxarı olan  və  iş stajı 20-25  il olan  fəhlələr arasında bu  rəqəm 

4,1 faizdir. 

Işdən gedənləri nəzərdən keçirdikdə görmək olar ki, burada öz xahişi ilə işdən 

gedənlər  və  oxumağa,  hərbi  sıralarına  çağırılmaqla  işdən  gedənlərin  sayı  yüksək 

faiz  təşkil  edir.  Belə  ki,  özbaşına  çıxıb  getmək  müəssisədə  işçi  axıcılığının 

yüksəlməsinə səbəb olur. Müəssisələrdə üzürsüz səbəbə görə işə gəlmədiyinə görə 

işdən  azad  olunanlar  hələ  də  yüksək  səviyyədə  olur.  Bu  da  kollektivlərdə  əmək 

intizamına ciddi riayət olunmadığını göstərir. 

Əmək kollektivlərində kadr hərəkəti sahəsində bazar iqtisadiyyatı ilə əlaqədar 

olaraq bir sıra prinsipial dəyişkənliklər   baş vermişdir. 




60 

 

Kollektivlərdə  işçi  axınının  olması  əmək  və  istehsalın  düzgün  təşkil 



olunmadığını  göstərir  və  işçi  qüvvəsinin  səmərəlilik  səviyyəsinə  mənfi  təsir 

göstərir.  Müəssisədə  həddindən  artıq  işçi  axınının  olması  iş  vaxtından  qeyri-

məhsuldar  istifadə  olunmasına,  əmək  intizamının  pisləşməsinə  səbəb  olur  və 

nəticədə müəssisənin bütün keyfiyyət göstəriciləri aşağı düşür. 

Aydındır  ki,  müəssisədən  işçi  getdikcə  onu  yenisi  ilə  əvəz  etmək  lazım  gəlir 

və  yeni  işçi  hətta  belə  yüksək  ixtisaslı  olduqda  belə,  yeni  iş  yerinə  yeni  texniki 

mexanizmlərə  öyrəşənə  qədər  müəyyən  vaxt  keçir.  Bu  dövrdə  istər-  istəməz 

məhsuldarlığının və məhsulun keyfiyyətinin səviyyəsi aşağı düşür. 

Axıcılıq  əmsalı  öz  xahişi  ilə,  üzürsüz  olaraq  və  əmək  intizamının 

pozulmasının  müxtəlif  səbəblərinə  görə  işdən  çıxarılanları  toplayıb  fəhlələrin 

(işçilərin) orta siyahı sayına bölməklə müəyyən edilir. 

Cədvəl 3. 

Kadr axıcılığı əmsalı 

Illər  


Axıcılıq əmsalı 

Axıcılıq faizi 

2005 

0,297 


29,7 

2006 


0,266 

26,6 


2007 

0,236 


23,6 

2008 


0,197 

19,7 


 

Müəssisədə işçi axıcılığı  müxtəlif səbəblərdən baş verir. Buna görə də birinci 

növbədə  bu  səbəbləri  aradan  qaldırmaq  lazımdır.  Müəssisələrdə  gənclər  arasında 

axıcılıq  yüksək  faiz  təşkil  edir.  Bunu  onunla  izah  etmək  olar  ki,  ilk  dəfə  işə 

götürülmüş gənclər demək olar ki, yeni əmək fəaliyyətinə başlayırlar. Buna görə də 

müəssisə  onlara  psixi-fizioloji  qaydaları  öyrətməli,  təhsil  səviyyəsini  artırmağa 

imkan verməli, konkret bir peşə-ixtisasla maraqlandırılmalıdır. Lakin bunlara ciddi 

əməl  olunmur.  Müəssisədə  işçi  axınının  sosial-iqtisadi  təhlili  bu  axıcılığa  qarşı 

ciddi  mübarizə  aparmağın  hansı  yollarından  istifadəni  müəyyən  etməyə  imkan 

verər. Müəssisədə kadrların daimiliyinin təmin edilməsi bir sıra amillərdən asılıdır. 

Işçi  axını  ilə  mübarizənin  ən  səmərəli  vasitəsi  əmək  şəaritinin 

yaxşılaşdırılmasına  yönəldilən  tədbirlərin  gücləndirilməsidir.    Burada  nəzərdə 




61 

 

tutulur:  müəssisənin  yeni  texnika  ilə  təmin  olunması,  əməyin  yüksək  səmərəli 



təşkili,  istehsal  təlimi  üçün  şəraitin  yaradılması,  fəhlələrin  geniş  profildə 

hazırlığının  həyata  keçməsi,  əmək  məhsuldarlığının  yüksəldilməsi  və  onun 

nəticələrinə görə real maddi marağın yaradılması və s. 

Işçi  axınının  qarşısının  alınması  üçün  fiziki  əmək  tələb  edən  işlərin  ixtisar 

olunması,  iş  yerinin  təmiz  saxlanması,  düzgün  işıqlandırılması,  səs-küyün  aradan 

qaldırılması və s. kimi məsələlərin  də böyük əhəmiyyəti vardır. 

Işçi  qüvvəsinin  sabitləşdirilməsi  üçün  əmək  şəraitinin  əhəmiyyəti  getdikcə 

artır.  Əmək  şəraitinin  pis  olması  aşağıdakı  amillərlə  əlaqədardır.  Məsələn,  əsas 

işlərin  əl  ilə  görülməsi  xeyli  fiziki  qüvvə  tələb  edir,  iş  yerinin  yer  altında  və  ya 

yuxarıda  yerləşməsi,  zəhərli  predmetlərlə  işləmək,  toz,  səs  və  rütubətli  iş  şəraiti, 

yüksək temperaturda işləmək, iş əməliyyatının yeknəsəq olması və s. 

Müəssisələrdə  maddi-maraq  və  həvəsləndirmə  yolu  ilə  sabit  qalmanı  təmin 

etmək üçün bəzi qanunverici tədbirlərin həyata keçirilməsini təmin etmək lazımdır. 

Burada  bir  çox  ölkələrin,  o  cümlədən  Yaponiya,  İsveç,  Almaniya  və  digərlərinin 

təcrübəsi  diqqətəlayiqdir.  Belə  tədbirlərə  misal  olaraq  məzuniyyət  sisteminin 

dəyişdirilməsi,  yəni  istehsalatda  8-10  il  fasiləsiz  işləyənlərə  əlavə  məzuniyyət 

günləri verilməsi. Hər ilin yekunlarına görə fəhlələrə mükafat verilərkən hər illik iş 

stajını  nəzərə  almaq,  bəzi  istehsal  sexlərində,  zərərli  iş  sahələrində  işləyənlərə, 

uzun  müddət  fasiləsiz  işlədiklərinə  görə  hər  il  əlavə  mükafat  vermək  və  sair 

göstərmək olar. 

Kollektivlərdə  qarşılıqlı  münasibətlərin  pis  olması  işdən  gedənlərin  səbəbləri 

içərisində  30-40%  təşkil  edir.  Əmək  kollektivlərində  kadrlar  axıcılığı  və  kadrların 

sabitləşməsinin  ixtisar  edilməsi  üçün  tədbirlərin  aşağıdakı  istiqamətlərdə 

aparılması məqsədəuyğun olardı: 

Təzə  işə  qəbul  olunanların  peşə-ixtisasına  dəqiq  fikir  vermək,  iş  yerinin 



xarakteri və kollektivlə tanış etmək; 

Hər bir işə qəbul olunan fəhləni, mühəndis-qulluqçunu əmək qaydaları ilə tanış 



etmək; 


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə