Эмин джалилов



Yüklə 200,86 Kb.
Pdf görüntüsü
səhifə2/7
tarix24.12.2017
ölçüsü200,86 Kb.
#17650
1   2   3   4   5   6   7

Kitablar, Rəylər 

Тarix və onun problemləri, № 1  2014 

 

327 

Alimşah  Gümürlü  «Sferik  peyzaj»  adlı  hekayəsində  təbiətdə  fəsillərin  bir-birini  sevə-sevə 

necə əvəz etməsini, hər fəslin öz gözəlliyini sanki bir rəssam fırçası ilə  məharətlə təsvir edə 

bilmişdir. 

Çəkinmədən  deyə  bilərik  ki,  müəllifin  hər  fəsli  vəsf  etməsi,  onun  dilinin  zənginliyini 

bir daha göstərir, oxucuda hər fəslə bir məhəbbət duyğuları oyadır. 

El içində «Baba dağı» ocağı ilə tanınan bu müqəddəs yerin dillər əzbəri olan əfsanəsini 

qələmə alan yazıçı Alimşah Gümürlü oxuculara Həzrət (Həsrət) Baba əfsanəsinin çox tərbiyə-

vi cəhətini – halal bərəkətə  müqəddəs  münasibəti diqqətə  gətirmişdir. Gecə  və  gündüz halal 

zəhməti ilə dolanan ana və bir oğul bu nemətləri onlara bəxş edən yetirənə – Allaha xeyir-dua 

edərdilər.  Bir  gün  ana  Allahın  onlara  bəxş  etdiyi  ruzidən  aş  bişirir.  Hər  ikisi  süfrə  başında 

Allaha dua edərək ondan razı qaldıqlarını bildirir, şükür edərək ruzini nuş edirlər. Səhər oğul 

çarığını geyinib işə getmək istəyəndə bir bişmiş bərəkətin – düyünün çarığına yapışdığını gö-

rür  və  bilmədən  neməti  –  bərəkəti  tapdaladığı  üçün  özünün  bağışlanılmaz  bir  günaha  batdı-

ğını, insanların üzünə çıxa bilməyəcəyini başa düşür və el-oba bu hadisədən xəbər tutmamış o 

yerləri  tərk  edir,  əlçatmaz,  ən  uca  dağlara  üz  tutur.  Burada  da  halal  zəhməti  ilə  əkinçilik  və 

maldarlıqla  məşğul  olur.  Ayrılığa  dözməyən  ana  isə  oğul  həsrəti  ilə  el-obanı  diyar-diyar 

gəzərək özü də bilmədən oğlunun məskən saldığı başı həmişə qarla örtülü olan o sıldırım dağ-

lara çatır. Ana kəlləri haraylayıb döşə tərəf aparan oğlunu görür, əlləri dağa tərəf uzanan ana-

nın sevincindən ürəyi həmişəlik dayanır. Anaya yetişmək üçün əlləri həmin səmtə uzanan oğul 

da anaya zillənmiş, açıq qalmış həsrətlə dolu gözləri ilə haqq dünyasına yetişir. Bu faciəni eşi-

dən insanlar gəlib bu yerlərə çatırlar. 

Hər iki həsrətlini elə həmin yerdəcə dəfn edirlər. Həmin gündən bu qəbirlər ziyarətgaha 

çevrilir. Adlarını tutub bura ziyarətə gələnləri isə Allah heç vaxt naümid qoymur. Bu ziyarət-

gah haqqında bir söz də deyirlər ki, əməlisaleh olmayanlar bu sıldırımlı qayalardan üzü yuxarı 

qalxa bilmədiklərinə görə bu yeri ziyarət edə bilmirlər. 

Yazıçı Alimşah Gümürlü «Epidemiya» hekayəsində son vaxtlar dilənçiliyin bir epide-

miya kimi yayıldığını, bir qoca dilənçi ilə söhbətləşməsindən, niyə dilənirsiniz, necə oldu ki, 

dilənçi oldunuz sualına cavab da tapdı. Dilənçi Əli kişi dilənçiliyi bir «peşə» adlandıraraq çox 

qaranlıq məqamlara işıq saldı. Söhbətindən məlum oldu ki, ixtisasca jurnalist olan Əli kişi di-

lənçilikdən yazmaq istədiyi üçün onların həyat tərzini daha yaxından öyrənmək qərarına gəlir 

və buna görə bir müddət dilənçilik etdikdən, onlar haqqında kifayət qədər məlumat topladıq-

dan sonra bu məşğuliyyətindən əl çəkəcəyinə inanır. Əli kişi dilənçiliyin başında bir mafiya-

nın durduğunu söyləyir, onun qayda-qanunlarından çıxa bilməməsi üzündən  məqalə yazmaq 

istədiyi üçün başladığı bu işin tədricən  vərdişə çevrildiyini, heç məqalə də yaza bilmədiyini, 

daha sonralar isə ciddi ehtiyac və ya bu aləmdə olan yeniliklərlə tanış olmaq istəyəndə dilən-

məyə getdiyini dedi. Və dedi ki, bu peşəkarlar şəbəkəsi ehtiyac üzündən, dilənənlərin çoxluğu 

üzündən  yaranmamışdır.  Bunu  peşə  edən,  qazanc  mənbəyinə  çevirənlər  tüfeyli  və  haramza-

dələr, bunun «çiçəklənməsi» üçün şərait yaradanlar isə, xətrinizə dəyməsin, sizin  kimi  may-

maqlar və özündən razı, nəzir verməyini reklam edən, imkanlarını həm də bu formada nüma-

yiş etdirənlərdir. Sizin verəcəyinizə ümid olmazsa, bu dilənçilər ordusu bu məmləkəti başına 

almazdı. Bizim cəmiyyətimizdə kök salan dilənçilik peşəsi bir çox peşələrin yanında toy-bay-

ramdır.  Çünki  biz  heç  kimin  cibinə  girmirik,  son  qəpiyini  əlindən  almırıq,  çalıb-çapmırıq, 

evlər, ailələr viran qoymuruq, can almırıq. Biz insanların ancaq öz xoşları ilə verdiyi aza qane 

oluruq, zorakılıq etmirik. 

Əli  kişinin  haqlı  ittihamı  çox  ağır  olsa  da,  tamamilə  real,  çılpaq  bir  həqiqət  idi,  deyə 

düşünən müəllif müdrik dilənçinin həyata baxışının daha dərinliklərinə göz qoymaq qərarına 



Kitablar, Rəylər 

Тarix və onun problemləri, № 1  2014 

 

328 


gəlir.  Öyrənir  ki,  bu  insan  xisləti  dilənçilikdən  daha  cılız,  lakin  yüksək  vəzifə  sahibi  olan 

insanlarla, nadanlar və namərdlərlə üzləşmiş, arzularına çata bilməmişdir. Həyat onu sıxmış, 

bu  kökə  salmışdır.  Dilənçi  Əli  kişi  dilənən  hər  kəsə  deyir:  sən  mənim  kimi  iradəsiz  və  aciz 

olma! Sən zəhmət, ləyaqət təcəssümüsən! Sən qırıl, tökül, uzan öl, amma əyilmə. Həyatda heç 

kim səni, heç nə səni əyə bilməsin! Kişi  kimi yaşayıb,  kişi  kimi öl! Dilənmə! Dilənib  yaşa-

maqdan  kimə  nə  fayda?  Bu  xalqı  heç  vaxt  dilənçiliyə  öyrətmə.  Adət-ənənəyə  çevirmə  ələ 

baxımlığı, acizliyi, mütiliyi, əskikliyi!.. Axı dilənçilik tarixən milli xaslıq, milli mənsubluğu-

muza tamamilə yad bir hərəkət olmuşdur.  

Daha sonra yazıçı Alimşah yazır ki, zəmanənin gərdişindən dilənçi ilə xeyli söhbət et-

dilər. Cəmiyyətdəki çatışmazlıqlar, neqativ hallar haqqında dilənçi ehtirasla danışaraq dedi ki, 

belə hallara qarşı etiraz səsini ziyalı qaldırmalıdır, dillənməlidir. Nəsə ummaq üçün yox, dil-

lənməlidir ki, düşünən bir beynin, deyən bir dilin sahibi miskin olub dilənməsin. Çünki şərəf-

siz  insanlar  alçalmağı,  əyilməyi  özlərinə  ləyaqətsizlik  hesab  etmirlər.  Öz  mənafeyini  üstün 

tutaraq maddiyyət üçün dilənməyi özlərinə ar bilmirlər. Dilənçi birnəfəsə ürəyini boşaldaraq, 

müasir dövrdə həyatımızda baş vermiş bir çox hadisələrdən söz açır, maddi və mənəvi dilən-

çiliyə haqq qazandırmayaraq qeyd edir ki, mən əminəm ki, öz xalqının qeyrətli, namuslu, təəs-

sübkeş övladları dərindən oxuyub elm öyrənərsə, ləyaqətlə çalışıb işləyərsə, onda maddi dilən-

çiliyə ehtiyac olmayacaq, mənəvi dilənçilik isə həyat tərzimizdən alaq otu kimi çıxarılıb atıla-

caqdır. 

«Ərsağ» («Arsak») əfsanəsi»ni oxuyanda yazıçı Alimşah Gümürlünün gözəl təsvir us-

tası olduğunu deyə bilərik. Əfsanədə Ərdəm adlı bir kəndlinin əvvəlcədən doğrayıb hazırladığı 

odunu şələləyib kəndə gətirmək üçün meşəyə yollandığından, əlavə odun tədarük etmək üçün 

orada yubandığından, başı işə qarışdığından küləyin nə vaxt qalxdığını və qar gətirdiyini hiss 

etməməsindən danışılır. Əfsanədə eləcə də Ərdəmın qaranlıq meşədə quduz canavarların cay-

nağından  anasız  qalan  iki  ayı  balasını,  ulağı  və  özünü  necə  xilas  etməsindən,  hadisə  yerinə 

gəlib çıxan ana ayının bu yaxşılığın əvəzində insanı qaranlıq meşədə vəhşi canavarlarla üzləş-

məsindən xilas etmək üçün onu öz mağarasına aparmasından danışılır. 

«Əsrarın sehri» hekayəsində müəllif cavan oğlan və qızların bir gecənin cazibədar, ehti-

raslı intim həyatının qurbanına çevrilərək həyatlarını məhv etməsindən söz açır və buna ayıq 

başla baxaraq, ibrət dərsi götürməyi tövsiyə edir. Hekayənin qəhrəmanı Qəribin dili ilə desək, 

«Yad  yerlərdə  yaşadım…  xəstələnmədim,  öz  vətənimdə  əlacsız,  sağalmaz  azara  düçar  ol-

dum… Ailəli ola-ola nəfsimi qoruya bilmədim, öz cəzamdır çəkirəm. Allahın qoyduğu qayda-

lara əməl etsəydim, bu ölüm yatağında ailəm və uşaqlarımla ürəyimdə başucalığı ilə sağolla-

şardım. Məni bağışlayın, Allah sizi qorusun». 

«Mərdlər» mövzusunda süjetləri ailə-məişət münasibətlərini incəliklə təsvir edir və çox 

ləngərli ağsaqqal kişilərin müdrik tövsiyələri, öyüd-nəsihətləri ilə xarakterikdir. 

Ümumiyyətlə,  Alimşah  Gümürlünün  yazıları  aydın  və  dəqiq  süjet  xəttinə  malikdir  və 

həmişə də ibrətamiz sonluqla bitir. Bədii təsvirləri çox canlı və təsirli, bədii obrazları cazibə-

dardır.  Söz  o  qədər  güclüdür  və  yerində  işlədilir  ki,  oxucu  təsvir  olunan  hadisələrin  iştirak-

çısına çevrilir, bu obrazların keçirdiyi hiss və həyəcanları onlarla birlikdə yaşayır. Yaradıcılığı 

ilə  tanış  olan  hər  kəs  kimi,  hətta  bir  bədxahı  da  etiraf  edib  təsdiq  edir  ki,  Alimşah  Teymur-

lunun çox güclü qələmi var! 

Alimşah  Gümürlünün  yaradıcılığı  çoxşahəlidir.  «Çeçələ  barmağın  işığında»  kitabına 

daxil  edilən  «Səbayıl,  Səbayel,  yoxsa  Səbail?»  adlı  məqaləsi  fikrimizi  təsdiq  edir.  Müəllif 

Azərbaycan  toponimikasına  dair  «Səbayıl»,  «Səbayel»,  yoxsa  «Səbail?»  sözlərinin 



Yüklə 200,86 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə