Эмин джалилов



Yüklə 200,86 Kb.
Pdf görüntüsü
səhifə7/7
tarix24.12.2017
ölçüsü200,86 Kb.
#17650
1   2   3   4   5   6   7

Kitablar, Rəylər 

Тarix və onun problemləri, № 1  2014 

 

337 

çılıq  və  müxtəlif  geyim  ləvazimatları),  ovçuluqla  da  məşğul  olurdular.  Kustar  sənətkarlığı 

(dəmirçilik,  dülgərlik,  gön-dəri  məmulatlarından  hazırlanan  geyimlər,  boyaqçılıq,  mis  qab 

istehsalı yaşayışın ayrılmaz sahələri idi), mətbəxi və süfrəsi, geyim və bəzək atributları (müx-

təlif ornamentli tikmələri), nəqliyyatı əsas xalq nəqliyyat  vasitələri olmuşdur. Kitabda yuxa-

rıda sadaladığımız məşğuliyyət sahələri haqqında geniş məlumat verilir. 

Gümürlülərin  etnik-mənəvi  dəyərləri,  mədəni  irsi,  nəcib  ürf-adətləri,  inancları  kimi 

diqqəti cəlb edən məsələlər IV fəsildə işıqlandırılmışdır. Alimşah Gümürlü yerli əhalinin etnik 

mənəvi dəyərlərinə, adət-ənənələrinə hörmətlə yanaşmasına və bu dəyərləri müasir dövrədək 

gətirib çıxararaq, onun qorunmasına dair bu fəsildə öz fikirlərini söyləyir və buna dair nümu-

nələr gətirir. Müəllif Gümür tatlarının adət-ənənələrinin, inanclarının, atalar sözləri və məsəl-

lərinin,  deyimlərinin,  ümumiyyətlə,  Azərbaycan  tatlarının  və  azərbaycanlıların  adı  çəkilən 

dəyərlərindən çox az fərqləndiyini qeyd edir  və bununla bərabər  gümürlülər üçün xarakterik 

olan  ifadə  və  sözlərin  olduğunu  da  nəzərə  çatdırır  və  nümunələr  gətirir.  Müəllif  tat  dilinin 

Gümür ləhcəsində türk sözlərinin olduğunu, bu sözlərin, ləhcələrin, deyim tərzinin isə qədim 

türk sözlərindən götürüldüyü fikrinə gəlir. 

Gümürlülərin  fərqli  ürf-adətlərindən  biri  də  ağsaqqalların,  hörmət  və  ehtirama  layiq 

olan böyüklərin əlini öpüb göz üstünə qoymasıdır. Əl öpmək ürf-adətinin türklərdə də olduğu-

nu qeyd edən müəllif bu adətin eyni soy-köklü insanlarda olduğunu vurğulayır və ya tatlarda 

«oda»  sözünün  işlənməsi  və  daha  neçə-neçə  sözlərin  türklərdə  də  olduğu  kimi  işlənməsini 

gümürlülərin türk mənşəli olmasını göstərən əlamətlərdir, - deyir. 

Kələ Gümür camaatı Şeyx Əzizəddin babanın törəmələrindən başlayaraq bir neçə nəslə 

bölünmüşlər. Bəzən buna tayfa, gümürlülər isə əqrəba deyirlər. Əqrəbalara gümürlülər, onla-

rın xarakterik xüsusiyyətlərinə görə ayamalar (ləqəblər) qoymuşlar. Gümürlülərin 10 əqrəbası 

və  hər  əqrəbanın  özünəməxsus  ayaması  vardır.  Bu  ayamalar  əslində  yumor  və  zarafatyana 

olaraq deyilmişdir. Qoyulan ləqəblər əslində reallıqdan uzaq olaraq simvolik xarakter daşıyır. 

Hər əqrəbanın özünəməxsus xüsusiyyətləri bu fəsildə açıqlanır. 

Deyirlər Sədrəddinlilər el içində ən böyük əqrəbadır, xüsusi hörmətə və nüfuza malik-

dirlər. Kələ Gümürdə ən böyük ilahiyyat alimləri də Sədrəddinlilər olmuşlar. Əqrəbanın kişi-

ləri həyatda və ailədə baş verən ən vacib məsələlərin yoluna qoyulması ilə əlaqədar öz arvad-

ları, ailənin və ya əqrəbanın ağbirçəkləri, ailənin qadın üzvləri ilə məsləhətləşirlər. Əslində, bu 

xüsusiyyət ən təqdirəlayiqdir. 

Gümürlülərin  nəsildən-nəslə  ötürülərək  müasir  dövrədək  gəlib  çatan,  hamı  üçün  mü-

qəddəs  olan  bir  sənəd  haqqında  rəvayətə  dönmüş  deyimi  var.  Bu  deyimə  görə,  Gümür 

torpaqlarının hər cür vergilərdən azad olunması barədə I Şah Abbasın verdiyi Fərmanının qo-

runması  da  məhz  Sədrəddinlilərə  etibar  olunmuşdur.  Yalnız  sovet  hakimiyyətinin  qurulduğu 

illərdə təqiblərdən çəkinərək bu nadir tarixi sənədin izi itirilmişdir. 

Kitabda  Alimşah Gümürlü yerli  sakinlərə  verilən şəxsi adlara – antroponimlərə də öz 

münasibətini  bildirmişdir.  Müəllif  Kələ  Gümür  ərazisində  kişi  və  qadın  şəxslərinə  verilən 

adların  əksəriyyətinin  mürəkkəb  adlardan  ibarət  olduğunu  vurğulamış,  kişi  adları  içərisində 

«Allah», «Xuda», «Məhəmməd», «Əli», «Həsən», «Hüseyn», «seyid», «şah», «xan», «bəy», 

«ağa»,  «baba»,  «ata»,  «bala»,  «hacı»,  «qul»,  «verdi»  tərkibli  və  qarışıq  tərkibli  adlardan, 

qadın adlarında isə «gül» və «xanım» tərkibli adların üstünlük təşkil etdiyini və bu adları bir-

bir sadalayaraq oxuculara təqdim etmişdir. 

Azərbaycanın  bütün  regionlarında  olduğu  kimi,  Gümürdə  də  monoqam  –  yəni  təkkə-

binli nikah ailə bünövrəsinin təməli olmuşdur. Əqrəbadaxili, yaxın qohumlar arasında nikah-




Kitablar, Rəylər 

Тarix və onun problemləri, № 1  2014 

 

338 


lara  üstünlük  verilirdi.  Gənc  ailələr  böyüklərin,  ağsaqqalların  məsləhəti  ilə  qurulurdu,  gənc-

lərin isə formal olaraq razılığı alınırdı. 

1923-cü ildən respublikamızda dini nikahlar öz qüvvəsini itirir və nikahların qeydiyyatı 

aidiyyəti üzrə dövlət idarələrində rəsmiləşdirilir. Qızbəyəndi mərhələsindən başlayaraq, gəlin-

gətirmə mərhələsinə qədər icra olunan adət və ənənələr Azərbaycanın bütün regionlarında ol-

duğu kimi, gümürlülərdə də həyata keçirilirdi. Bircə fərq o idi ki, Azərbaycanın demək olar ki, 

əksər rayonlarında  gəlin  və bəy ailələrinə «qudalar» deyə  müraciət  edilsə də,  gümürlülər  bu 

əlaqəyə «qohumlar» deyə müraciət edirlər. Belə müraciət hər iki tərəfdən yüksək qiymətlən-

dirilir və onlar bir-birinə daha yaxın münasibətlər duyurlar. 

Alimşah Gümürlü Azərbaycan toylarının şah əsəri olan «Vağzalı» rəqs havasına öz mü-

nasibətini bildirərək, onun «Atlanma» və ya «Atlanın» adlandırılmasını daha doğru hesab edir 

və  səbəbini  göstərir.  Hər  iki  ad  sözügedən  melodiyada  öz  yüksək  həllini  tapır.  Melodiyada 

sevinc  notları  ilə  bərabər  qəm,  qüssə,  kədər,  göz  yaşları  duyulur.  Gümürlülər  «Vağzalını» 

«Ərüsbərdəni»,  yəni  gəlin  aparmaq  havası  adlandırırlar.  Müəllif  isə  bu  melodiyanın  «Gəlin 

havası» kimi tərcüməsini məqbul sayır. 

Gümürlülərin ana dili tat dilidir. Onlar bu dili danışıq dili kimi qoruyub saxlayırlar. Tat 

dilinin  Qonaqkənd  ləhcəsindən  Gümür  ləhcəsi  demək  olar  ki,  çox  az  fərqlənir.  Bu  fərq  bəzi 

sözlərin işlədilməsində özünü  göstərir. Məsələn, Gümür tatları «Azərbaycan dili», «azərbay-

canca» ifadələrini işlətmirlər, onlar bu dili «türki» adlandırırlar. 

Gümür  tatlarının  dinə  etiqadları  çox  yüksəkdir.  Onlar  islamın  şafii  məzhəbinə  qulluq 

edir, dinin bütün vacib şərtlərinə əməl edirlər. Bunlarla bərabər, harada yaşamasından və işlə-

yib-işləməməsindən  asılı  olmayaraq,  müstəqillik  qazanan  respublikamızın  dövlət  quruculu-

ğunun bütün tədbirlərində iştirak edir, onun konstitusiyasına hörmətlə yanaşırlar. 

Gümürdə  vaxtilə  məktəb  olmuşdur.  Məktəbdə  tədris  Azərbaycan  dilində  aparılırdı. 

«Çeçələ  barmağın  işığında…»  adlı  kitabın  müəllifi  Alimşah  Gümürlü  də  ibtidai  təhsilini  bu 

məktəbdə  aldığını  yada  salır,  məcburiyyət  üzündən  məktəbin  fəaliyyətinin  dayandırıldığına 

təəssüf edir. 

Respublikamızın  müxtəlif  ərazilərinə  səpələnmiş  halda  yaşayışlarını  davam  edən 

Gümür tatlarının öz ləhcəsini get-gedə itirmələri qorxusu müəllifi dərindən düşündürür. Müəl-

lif  gümürlülərin  kompakt  yaşadıqları  yerlərdə  onlara  tat  dilinin,  Gümür  ləhcəsinin  tədris 

olunmasının vacibliyini irəli sürərək, bu ləhcənin ölü dilə çevrilməsinin qarşısını almaq üçün 

məhz bu təklifi irəli sürülən bir addım kimi qiymətləndirir. 

Kələ Gümürün heç bir kəndində məscid və vəzifəyə təyin olunan imamlar olmamışdır. 

Lakin  çox  böyük  söz  sahibi,  böyük  nüfuza  malik  ilahiyyat  alimləri  olmuşdur.  Eləcə  də,  bu 

kəndlərdə  mədəniyyət  müəssisələri  (teatr,  kino  və  klublar),  idman  mərkəzi  olmamışdır.  II 

Dünya müharibəsindən sonra kəndlərdə mədəniyyət ocaqları yaradılmağa başlanırdı. Lakin bu 

inkişafa qoşulmaq gümürlülərə qismət olmadı. 

Kələ Gümürlülər əsasən ən böyük dini bayram olan Ramazan (orucluq), Qurban, Həz-

rəti Peyğəmbərin  mövludu  gününü  və Novruz bayramını qeyd edirlər. Dinin  vacib şərtlərinə 

əməl  edirlər.  Namaz  qılır,  oruc  tutur,  fitrə-zəkat  verir,  qurban  kəsir,  əzizləri  və  yaxınlarının 

məzarlarını ziyarət edir, Yasin və Quran oxutdurub ruhlarını şad edirlər. Kitabda adı çəkilən 

bayramların  hər  birinin  gümürlülər  tərəfindən  necə  yerinə  yetirilməsi  haqqında  məlumat 

verilir. 

Gümürlü uşaqlar «Gizlənpaç və ya gizlənqaç», «Gud-gud» (fırfıra), «Qəyiş-qəyiş və ya 

cızıqturna»  (dirədöymə,  qayışsaldı  və  ya  qayıştutdu),  «Çiləmə»  (çilədi),  «Qit-qit»  (çiling-

ağac),  «Ənzəli»,  «Tup-tup»  (amerikanların  beysbol  adlandırdıqları  qədim  şərq  xalq  oyunu), 




Kitablar, Rəylər 

Тarix və onun problemləri, № 1  2014 

 

339 

«Sə səngi» (üç daş oyunu), «Püşkül-püşkül» və ya «Çala-çala», «Bir ayaq üstündə yarış» və 

ya xoruz-xoruz döyüşü, «Könüllü» və ya təhriklə güləş, «Çarsəngi» (dörd daş deməkdir) və ya 

«çırtma-çırtma», «Parsəngi». Bu ad «Pənc səngi» kimi ifadəsinə uyğun olaraq «Beş daş» de-

məkdir. Sadaladığımız bu oyunlardan başqa «Aşıq-aşıq» (qoyun aşıqları ilə), kibrit qutusu və 

ya  aşıq  ilə  «Xan-vəzir»,  «Lopavurdu»,  qızlar  «İpdən  tullandı»,  «Üzük  gizlətdi»,  «Qaçdı-

tutdu»  və  s.  oyunları  da  oynayırdılar.  Kitabda  hər  bir  oyunun  oynanılma  qaydası  haqqında 

ətraflı məlumat verilmişdir. 

Gümürlü uşaqların oynadıqları oyunları nəzərdən keçirdikdə, onların mənəvi dəyərlərlə 

çox zəngin olması faktı nəzərə çarpır. Bu qədim uşaq oyunlarından əlavə müəllif qeyd edir ki, 

gümürlülər stolüstü oyunlardan domino, nərd  (şeş-beş), dama, nadir hallarda  şahmat, xəlvəti 

loto və poker kimi maraqlı oyunları da oynayırdılar. 

Alimşah Gümürlünün «Çeçələ barmağın işığında» adlı kitabını böyük maraqla oxudum 

və istedadlı yazarın eyni zamanda ürəklərə yol açan bir şair, nasir, tədqiqatçı alim olduğunun 

şahidi oldum. Oxuduqca öyrəndim ki, vaxtilə gümürlülərin bərəkətli torpaqları, adət-ənənələri, 

maddi və mənəvi mədəniyyətləri, qiymətli dəyərləri olmuşdur. 

İndi isə müəllif unudulmuş yurd yerlərini, ot basmış cığırlarını, kol-kos basmış hər yanı 

gəzərək  bir  vaxtlar  bu  yerlərdə  həyatın  qaynayıb-qarışdığı  günləri  yada  salır  və  üzünü  yeni 

gümürlülərə tutaraq ürək sözlərini deyir: 

Gümürlü olmağı ilə qürur duyanlar! Tarixi keçmişimizi biz çiynimizdə tarixi sabahımı-

za daşımasaq, sabahımız dünənimizdən xəbərsiz qalacaq. Buna yol vermək olmaz! Hesab edi-

rik  ki, Kələ Gümürün bu  günlərə  kimi qoruyub saxlaya bildiyimiz  mövcud etnik  maddi-mə-

nəvi  dəyərlərini  dörd  (?)  əsrə  yaxın  tarixi  yolunda  salıb  itirdiklərimiz  kimi  itirməmək  üçün 

gümürlü  sabahların  gerçəkləşməsi  arzusu  ilə…  hər  birimiz  əlimizdən  gələni  etməyə  borc-

luyuq… Bunları etmək yeni gümürlü, sənin öhdənə düşür. 

Hörmətli Alimşah müəllim! Siz, ev-eşiyindən məcburi köçürülən Kələ Gümür camaatı-

nın  tarixinə,  maddi  və  mənəvi  mədəniyyətinə,  məşğuliyyətinə,  adət-ənənəsinə  dair  tədqiqat 

aparıb,  araşdırıb  bu  məlumatları  kitabınızın  səhifələrində  işıqlandırmaqla  gənc  gümürlülərə 

yaxşı nümunə oldunuz. Gümürlülərə bir abidə ucaltdınız. Yazıçı-publisist Əkrəm Qaflanoğlu 

da bu əsəri Gümürə qoyulmuş abidə adlandırır. Hörmətli ziyalımız Ömər Zamanov isə deyir 

ki, «mən kitabda «cənəəl» bitkisinin adını görəndə bir daha bu qənaətə gəldim ki, tədqiqat işi 

Gümürün Ensiklopediyasıdır!». 

Siz, həm də gümürlülərin çox mərd, namuslu, qeyrətli, zəhmətkeş, təəssübkeş olmala-

rına dair kitabınızda çox nümunələr gətirdiniz. Bu nümunələr insanlarda fərəh hissi doğurur. 

Sizdə Kələ Gümürün xoş gələcəyi barədə bir əminlik hissi var. Mən də bu elin-yurdun adam-

larının  tezliklə  onlar  üçün  darıxmış  torpaqlarına  qayıdacaqlarına  inanıram.  İnanıram  ki,  gü-

mürlülərin mərd oğulları ata-baba yurdlarını kimsəsiz qoymayacaqlar. 

 

ƏDƏBIYYAT: 

 

1. Alimşah Gümürlü. Çeçələ barmağın işığında… Bakı, «Çaşıoğlu» nəşriyyatı, 2013, 

464 s.+ şəkillər. 

2. Azərbaycan Sovet Ensiklopediyası. 10 cilddə, c.III, Bakı, 1979, 600 s. 

3. Azərbaycan Sovet Ensiklopediyası. 10 cilddə, c.IX, Bakı, 1979, 624 s. 

4. Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. 2 cilddə, c.I, Bakı, «Şərq-Qərb», 

2007, 304 s. 



Kitablar, Rəylər 

Тarix və onun problemləri, № 1  2014 

 

340 


5. Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. 2 cilddə, c.II, Bakı, «Şərq-Qərb», 

2007, 304 s. 

6. Cavadov Qəmərşah. Azərbaycanın azsaylı xalqları və milli azlıqları (Tarix və 

müasirlik). Bakı, «Elm», 2000, 440 s. 

7. Hacıyev Maqsud. Tat dilinin Qonaqkənd ləhcəsi. Bakı, «Elm», 1971, 156 s.  

8. Hacıyev Maqsud. Azərbaycan tatlarının dili. Tatların tarixi-etnoqrafik oçerki. Bakı, 

«Mütərcim», 2009, 548 s. 

9. Жизе П.К.  К выяснению значения слова «тат». Баку, 1930. 

10. Qaradağlı Vəli, Misirxanlı Rəhilə. Şeyx Əzizəddin xanədanı. Bakı, «Hərbi 

nəşriyyat», 2008, 144 s. 

11. Гейбуллаев Г.А. К этногенезу азербайджанцев. Том 1, Баку, «Елм», 1991, 

550с. 


12. Quliyeva N.A. Azərbaycan tatlarının ailə məişəti və mənəvi mədəniyyəti 

(dissertasiya). Bakı, 1996. 

13. Quba əyalətinin kameral təsviri (1831-ci ildə kollec registratoru Xotyanovski 

tərəfindən tərtib edilmişdir). Bakı, «Sabah», 2008, 752 s. (Tərcümə, giriş, qeydlər və yekun 

cədvəllərin müəllifi prof. Tofiq Mustafazadə). 

14. Мататов М.Б. К вопросу о татском этносе. Москва, «Советская этнография», 

1981, № 2, 5 с. 

15. Məşədixanım Nemət. Azərbaycanda pirlər. Bakı, «Azərnəşr», 1992. 

16. Миллер Б.В. Таты, их расселение и говоры. Баку, 1929. 

17. Müsəlman bayramları. Bakı, «Azərbaycan» nəşriyyatı, 1993, 48s. 

18. Riyaziyyat terminləri lüğəti. Bakı, 1979. 

19. Zəkiyev İmaməddin. Üç əsri görmüş qubalı müdrik haqqında ilk kitab. Bakı, 

«Azərbaycan» jurnalı, 2001, № 10. 

 

ЭСМИРА ДЖАВАДОВА 

 

АЛИМШАХ ГЮБЮРЛЮ: В СИЯНИИ МИЗИНЦА… 

 

В книгу вошли избранные произведения автора, его стихи, рассказы, научно-пуб-

лицистические  очерки,  которые  дают  определенную  информацию  об  обширности  его 

интересов,  о  профессиональных  способностях,  об  умении  глубоко  проникать  в  суть 

жизненных вопросов, об овладении им обширными, ценными информациями из окру-

жающего мира и познания о нем, одним словом, всесторонности автора. 

В книгу вошли и художественно-исторические этнодемографические размышле-

ния автора под названием «Крик безмолвия…». В этом расследовании подробно описа-

ны  история,  историческая  география,  природа,  быт,  язык,  религия  (шафиитского  тече-

ния ислама), праздники, детские игры, занятость, фольклор этнической группы Гюмур-

ских татов, некогда компактно проживающих на территории бывшего Конахкендского 

района Азербайджанской ССР, ныне на территориях Шабранского и Кубинского райо-

нов. В этой работе указаны проблемы, подлежащие фундаментальному научно-исследо-

вательскому изучению с точки зрения обогащения истории, этнографии, ономастики и 

других отраслей фундаментальных наук.  

В книгу также вошли посвящения друзей автору и отзывы ученых о его работах. 



Книга представляет большой интерес для широкого круга читателей. 

Yüklə 200,86 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə