günü Kövsər (hovuzunun) bulağının başında mənə birinci birləşən şəxs İslamı birinci
qəbul etmiş şəxs Əli ibn Əbutalib olacaqdır.»
12
b) Alimlər və rəvayətçilər söyləmişlər:
«Həftənin birinci günü Məhəmməd (səlləllahu əleyhi və alih) Peyğəmbər seçildi və
Əli (əleyhissəlam) səhərisi gün onunla birgə namaz qıldı.»
13
v) Həzrət Əli (əleyhissəlam) özü «Qasiə» xütbəsində buyurur: “O vaxt (İslamın
təzəcə vaxtı) İslam dini peyğəmbərlə Xədicənin evindən başqa yerdə yox idi. Mən isə
onların üçüncüsü idim. Vəhy və nübüvvət iyini duyur və görürdüm.»
q) Həzrət Əli (əleyhissəlam) başqa bir hədisdə özünün İslamı qəbul etməkdə irəli
düşməsi barədə belə buyurmuşdur: «İlahi! Mən Sənin yoluna gəlmiş ilk şəxsəm. İlk
dəfə olaraq mən Sənin xəbərini eşitdim və Peyğəmbərin (səlləllahu əleyhi və alih)
də’vətini qəbul etdim. O vaxt məndən başqa ancaq Peyğəmbər namaz qılırdı.»
d) Əli (əleyhissəlam) buyurardı:
«Mən Allah bəndəsi
peyğəmbərin qardaşı və çox
doğru danışan bir şəxsəm. Bu sözü məndən başqa kim deyərsə
bilin ki
o yalançıdır.
Mən camaatdan yeddi il qabaq Peyğəmbərlə birgə namaz qılmışam.»
14
e) Üfeyr ibn Qeys Kendi deyir: «Mən cahiliyyət dövründə ətriyyat satıcısı idim.
Ticarət səfərlərimin birində Məkkəyə getdim və (Məkkə tacirlərindən biri olan)
Abbasın qonağı oldum. Günlərin birində Məscidül–həramda Abbasla birgə
oturmuşduq. Günəş göyün ortasına çatanda, sifəti parlaq ay parçasına bənzər bir
cavan kişi məscidə gəldi. Göyə baxdı və sonra üzünü Kə’bəyə çevirərək namaz
qılmağa başladı. Bir az keçməmiş gözəl bir gənc oğlan da gəlib ona qoşularaq onun
sağında durdu. Sonra çadraya bürünmüş bir qadın gəlib o iki nəfərin arxasında durdu.
Beləliklə, üçü də namaz qılmağa başladı.
Mən (bütpərəstliyin mərkəzi olan Məkkədə üç nəfərin ayrı dinə sitayiş etməsindən)
çox təəccübləndim. Üzümü Abbasa tutub dedim: “Bu çox böyük hadisədir!” O da
mənə dedi: “Bu üç nəfəri tanıyırsan?” Dedim ki
xeyr. Abbas dedi: “Birinci gəlib
hamıdan qabaqda duran mənim qardaşım oğlu Məhəmməd ibn Abdullahdır. İkinci
gələn başqa bir qardaşımın oğlu Əli ibn Əbutalibdir. Üçüncü gələn də, Məhəmmədin
(səlləllahu əleyhi və alih) həyat yoldaşıdır. Məhəmməd (səlləllahu əleyhi və alih)
iddia edir ki
onun dini Allah-taala tərəfindən nazil olub. İndi yer üzündə bu üç
nəfərdən başqa heç kim bu dinə qulluq etmir.»
15
Bu hadisədən çox gözəl mə’lum olur ki
Peyğəmbərin (səlləllahu əleyhi və alih)
də’vətini əvvəllər həyat yoldaşı Xədicədən başqa ancaq Əli (əleyhissəlam) qəbul
etmişdir.
Peyğəmbərin (səlləllahu əleyhi və alih) hamisi və canişini
İslam peyğəmbəri öz də’vətini üç il gizli saxladı. Ancaq xüsusi və gizli şəkildə
də’vətini həyata keçirirdi. Kimdə qəbul hissi görürdüsə, onu da İslama də’vət edirdi.
Üç ildən sonra vəhy mələyi nazil olub bildirdi ki
Peyğəmbər də’vətini aşkara
çıxartmalı və ilk növbədə öz qohum-əqrabasından başlamalıdır.
Bu barədə Allah-taala Qur’anda belə buyurmuşdur: Və ən yaxın qohumlarını
qorxut!Sənə tabe olan mö’minləri qanadın altına al! [Onlarla yumşaq davran
nəzakətlə rəftar et
köməklərinə çat!] Əgər [yaxın qohumların] sənə qarşı çıxsalar
onlara belə de: «Şübhəsiz ki
mən sizin əməllərinizdən uzağam
16
!»
12
Əl-İstiab fi mə’rifətil əshab, c.3
səh.28. və buna oxşar çoxlu sayda hədislər.
13
İbn Əbil Hədid, Şərhi Nəhcül-bəlağə, c.13
səh.229.
14
Tarixül-üməm vəl-mülük, c.2
səh.57.
15
Tarixül-üməm vəl-mülük, c.2
səh.212.
16
“Şüəra” surəsi, ayə 214-216.
Ümumi və aşkar də’vətin qohum-əqrəbadan başlanmasının səbəbi odur ki
əgər bir
nəfərin də’vətini onun öz qohum-əqrabası qəbul etməsə
onun sözü başqalarına əsla
tə’sir göstərməyəcəkdir. Çünki yaxın qohum-əqrəba onun pis və yaxşı cəhətlərinə çox
gözəl bələddirlər. Bu səbəbdən onların iman gətirməsi
peyğəmbəri təsdiq etməsi
onun doğruluğuna sübut hesab olunur. Əksinə
qohum–əqraba onun də’vətini qəbul
etmədikdə bu
iddianın düzgün olmadığını bildirir. Buna görə də, Peyğəmbər
(səlləllahu əleyhi və alih) Əli əleyhissəlama tapşırdı ki
Bəni–Haşim qəbiləsinin qırx
beş nəfər böyük şəxsiyyətlərini nahara qonaq çağırıb onlar üçün ət yeməyi bişirsin.
Süfrəyə süd qoymağı da unutmasın.
Qonaqlar hamı bir nəfər kimi tə’yin olunmuş vaxtda gəlib çıxdılar. Yemək
yeyildikdən sonra Peyğəmbərin (səlləllahu əleyhi və alih) əmisi Əbu-Ləhəb öz yersiz
söhbətlərilə məclisi bir-birinə vurub məclisin hazırlığını aradan apardı. Beləliklə də,
məclis heç bir nəticə vermədən başa çatdı. Qonaqlar da durub hərə öz evinə getdi.
Peyğəmbər (səlləllahu əleyhi və alih) qərara gəldi ki
səhəri gün yenə qohumlarını
nahara də’vət etsin və Əbu-Ləhəbdən başqa dünən gələnlərin hamısını bir daha evə
çağırsın. Yenə Əli (əleyhissəlam) qonaqlar üçün yemək və süd hazırlayaraq
qohumları nahara və peyğəmbərin söhbətinə qulaq asmaq üçün evə çağırdı. Qonaqlar
yenə də tə’yin olunmuş vaxtda gəlib çıxdılar. Yemək yeyildikdən sonra Peyğəmbər
(səlləllahu əleyhi və alih) söhbətə başlayaraq buyurdu: «Mənim öz qohumlarım üçün
gətirdiyim şeydən yaxşı bir şey heç kim öz qohumları üçün gətirməyib. Mən sizin üçün
dünya və Axirət xeyrini gətirmişəm. Allahım mənə əmr edib ki
sizi tövhidə
təkallahlığa və öz nübüvvətimə də’vət edim. Bu işdə kim mənə kömək etməklə mənim
qardaşım
varisim və sizin aranızdakı nümayəndəm olar?»
Peyğəmbər (səlləllahu əleyhi və alih) bunu deyib bir az sükut etdi. İstəyirdi görsün
kim onun sualına müsbət cavab verəcək. Ancaq bütün məclisi sükut bürümüşdü.
Hamı təəccüblü halda başını aşağı salıb fikirləşirdi. Bu zaman on dörd yaşlı
17
Əli ibn
Əbutalib məclisin sükutunu pozaraq ayağa qalxdı
üzünü Peyğəmbərə (səlləllahu
əleyhi və alih) tutub buyurdu:
«Ey Allahın Rəsulu! Mən bu işdə sənə kömək edərəm!»
Bunu deyib peyğəmbərlə bey’ət etmək üçün (razılıq əlaməti olaraq) əlini ona tərəf
uzatdı. Peyğəmbər (səlləllahu əleyhi və alih) Əli əleyhissəlama əmr etdi ki
yerində
əyləşsin.
İkinci dəfə Peyğəmbər (səlləllahu əleyhi və alih) öz sözlərini yenə təkrar etdi. Yenə
də Əli (əleyhissəlam) ayağa qalxıb bu işə hazır olduğunu bildirdi.Peyğəmbər
(səlləllahu əleyhi və alih) ikinci dəfə də Əli əleyhissəlama oturmasını əmr etdi.
Üçüncü dəfə də Əli əleyhissəlamdan başqa peyğəmbərə cavab verən olmadı. Təkcə
Əli (əleyhissəlam) ayağa qalxıb Peyğəmbərin (səlləllahu əleyhi və alih) müqəddəs
fikrini dəstəklədi. Bu vaxt Peyğəmbər (səlləllahu əleyhi və alih) əlini Əli
əleyhissəlamın əlinin üzərinə qoyaraq Bəni–Haşim qəbiləsinin böyükləri arasında Əli
(əleyhissəlam) barədə öz tarixi cümləsini buyurdu: «Ey mənim qohum-əqrəbam! Əli
mənim qardaşım
varisim və sizin aranızda xəlifəmdir (canişinimdir).»
18
Beləliklə
sonuncu peyğəmbərin birinci xəlifəsi İslamın əvvəllərində və çox az
insanın müsəlman olduğu bir dövrdə tə’yin olundu.
Peyğəmbərin (səlləllahu əleyhi və alih) öz peyğəmbərliyini Əli əleyhissəlamın
İmaməti ilə bir gündə qeyd etməsi
yə’ni
Peyğəmbər camaata (qohum-əqrəbasına)
17
Əli (ə)-ın müsəlman olduğu, həmçinin Peyğəmbər (s)-i himayət edəcəyini e`lan etdiyi vaxt
yaşının neçə olduğu barədə əlavə mə`lumat almaq üçün “Şər`i Nəhcül-Bəlağə”, c. 13, səh. 234-235;
“Rövzətül-kafi”, səh. 339-a müraciət edin.
18
Tarixül-üməm vəl-mülük, c.2
səh.217; Əl-Kamilu fit-tarix, c.2
səh.63; Şərhi-Nəhcül-bəlağə (İbn
Əbil Hədid), c.13, səh.211.