“ƏMRAHBANK”
SƏHMDAR BANKI AÇIQ
SƏHMDAR CƏMİYYƏTİ
31 dekabr 2008-
ci il tarixinə bitən il üzrə
Maliyyə hesabatları
“ƏMRAHBANK” SƏHMDAR BANKI AÇIQ SƏHMDAR CƏMİYYƏTİ
MÜNDƏRİCAT
Səhifə
MALİYYƏ HESABATLARININ HAZIRLANMASI VƏ TƏSDİQ EDİLMƏSİ ÜZRƏ
RƏHBƏRLİYİN MƏSULİYYƏTİ HAQQINDA HESABAT
1
MÜSTƏQİL AUDİTORLARIN RƏYİ
2-3
31 DEKABR 2008-Cİ İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ MALİYYƏ HESABATLARI:
Mənfəət və zərər haqqında hesabat
4
Balans
5
Kapitalda dəyişikliklər haqqında hesabat
6
Pul vəsaitlərinin hərəkəti haqqında hesabat
7-8
Maliyyə hesabatlarına qeydlər
9-55
1
“ƏMRAHBANK” SƏHMDAR BANKI AÇIQ SƏHMDAR CƏMİYYƏTİ
31 DEKABR 2008-
Cİ İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ MALİYYƏ HESABATLARININ HAZIRLANMASI VƏ
TƏSDİQ EDİLMƏSİ ÜZRƏ RƏHBƏRLİYİN MƏSULİYYƏTİ HAQQINDA HESABAT
Müstəqil auditor hesabatının 2-ci və 3-cü səhifələrində təqdim olunmuş müstəqil auditorların rəyində şərh
olunan müstəqil auditorların məsuliyyətinə uyğun oxunmalı olan bu hesabat “Əmrah Bank” Səhmdar Bankı
Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra “Bank”) maliyyə hesabatları ilə bağlı rəhbərliyin müvafiq
məsuliyyətini müstəqil auditorların məsuliyyətindən fərqləndirmək məqsədilə hazırlanmışdır.
Rəhbərlik Bankın 31 dekabr 2008-ci il tarixinə maliyyə vəziyyətini və həmin tarixdə bitən il üzrə
əməliyyatlarının nəticələrini, pul vəsaitlərinin hərəkətini və kapitalda dəyişikliklər hesabatını düzgün əks
etdirən və Maliyyə Hesabatının Beynəlxalq Standartlarına (“MHBS”) uyğun olan maliyyə hesabatlarının
hazırlanmasına görə məsuliyyət daşıyır.
Maliyyə hesabatlarını hazırlayarkən rəhbərlik aşağıdakılara məsuldur:
Müvafiq mühasibat uçotu prinsiplərinin seçilməsinə və onların ardıcıl surətdə tətbiqinə;
Ədalətli və düzgün qərarların verilməsinə və qiymətləndirmələrin aparılmasına;
Bankın öz fəaliyyətini davam etdirməsi mümkün olmaması istisna olmaqla təxmin edilə bilən dövr
ərzində maliyyə hesabatlarının fasiləsizlik prinsipi əsasında hazırlanmasına.
Həmçinin rəhbərlik aşağıdakılara görə məsuliyyət daşıyır:
Bankda effektiv və sağlam daxili nəzarət sisteminin qurulmasına, tətbiqinə və saxlanılmasına;
Bankın maliyyə vəziyyətini istənilən zaman lazımi dərəcədə dəqiq açıqlayan və onun maliyyə
hesabatlarının MHBS-ın tələblərinə uyğun olduğuna təminat verən mühasibat uçotu sisteminin hər
zaman dəqiq və düzgün saxlanılmasına;
Yerli mühasibat uçotu yazılışlarının Azərbaycan Respublikasının qanunvericiliyinə və mühasibat
uçotu standartlarına uyğun aparılmasına;
Bankın aktivlərinin mühafizə edilməsi üçün öz səlahiyyətləri daxilində mümkün tədbirlərin
görülməsinə; və
Saxtakarlıq hallarının və digər pozuntuların müəyyən edilməsinə və qarşısının alınmasına.
31 dekabr 2008-ci il tarixinə bitən il üzrə maliyyə hesabatlarının buraxılması 29 aprel 2009-cu il tarixdə
İdarə Heyəti tərəfindən təsdiq olunmuşdur.
2
MÜSTƏQİL AUDİTORLARIN RƏYİ
“ƏmrahBank” Səhmdar Bankı Açıq Səhmdar Cəmiyyətinin Səhmdarlarına və İdarə Heyətinə:
Maliyyə hesabatları üzrə hesabat
Biz “ƏmrahBank” Səhmdar Bankı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra “Bank”) 31 dekabr 2008-ci
il tarixinə hazırlanmış balansdan və həmin tarixdə birən il üzrə mənfəət və zərər,
pul vəsaitlərinin hərəkəti
və kapitalda dəyişikliklər haqqında hesabatlardan, habelə əsas mühasibat uçotu siyasətlərinə dair
icmaldan və digər izahlı qeydlərdən ibarət olan maliyyə hesabatlarının auditini apardıq.
Maliyyə hesabatları üzrə rəhbərliyin məsuliyyəti
Bankın rəhbərliyi maliyyə hesabatlarının Maliyyə Hesabatının Beynəlxalq Standartları əsasında
hazırlanmasına və düzgün təqdimatına cavabdehdir. Rəhbərliyin məsul olduğu vəzifələrə bunlar daxildir:
saxtalaşdırılmaya və mühüm təhriflərə yol vermədən maliyyə hesabatlarının hazırlanması və düzgün
təqdimatı üçün daxili nəzarət sisteminin planlaşdırılması, tətbiqi və saxlanılması; müvafiq mühasibat
uçotu siyasətlərinin seçilməsi və tətbiqi; və şəraitə müvafiq mühasibat qiymətləndirilmələrinin həyata
keçirilməsi.
Auditorun məsuliyyəti
Bizim vəzifəmiz apardığımız audit əsasında maliyyə hesabatları haqqında rəy bildirməkdir. Biz auditi
Beynəlxalq Audit Standartlarına uyğun olaraq həyata keçirdik. Həmin standartlar tələb edir ki, biz etik
tələbləri yerinə yetirməklə yoxlamanın aparılmasını elə planlaşdıraq və həyata keçirək ki, maliyyə
hesabatlarında əks etdirilmiş məlumatlarda əhəmiyyətli səhvlərin olmadığına kifayət qədər əmin olaq.
Audit zamanı maliyyə hesabatlarında göstərilən rəqəmləri və açıqlamaları təsdiq edən auditor sübutlarının
əldə edilməsi üçün prosedurlar yerinə yetirilir. Prosedurlar auditorun mühakiməsindən, o cümlədən
maliyyə hesabatlarında səhv və saxtakarlıqla bağlı mühüm təhrif risklərinin qiymətləndirilməsindən asılı
olaraq seçilir. Həmin riskləri qiymətləndirərkən, auditor şəraitə münasib olan auditor prosedurlarının
planlaşdırılması məqsədilə Bank tərəfindən maliyyə hesabatlarının hazırlanması və düzgün təqdim
edilməsi ilə bağlı olan daxili nəzarət sistemini nəzərdən keçirir, lakin bu zaman Bankın daxili nəzarət
sisteminin effektivliyi haqqında rəy bildirmək məqsədi qoyulmur. Audit yoxlamasına həmçinin rəhbərlik
tərəfindən tətbiq edilmiş mühasibat uçotu siyasətlərinin müvafiqliyinin və həyata keçirilmiş mühasibat
qiymətləndirilmələrinin düzgünlüyünün, eləcə də maliyyə hesabatlarının ümumi təqdimatının təhlili
daxildir.
Hesab edirik ki, apardığımız audit nəticəsində rəy vermək üçün kifayət qədər və lazımi əsas toplamışıq.