ERMƏNİLƏRİN MÖHKƏMLƏNDİRİLMİŞ RAYONLARINA HÜCUM
ETMƏNİN VACİBLİYİ HAQQINDA ŞƏKİ MAHALINI İDARƏ EDƏN TÜRK
SULTANIN FƏRMANI
1729-cu ilin iyun-iyul ayları
Cari fərmanı aldığınızda xəbərdar olun ki, Gəncənin komandirinin –
mənim vəzirim olan İbrahim paşanın dəstəsinin nəzdində təyin olunursunuz.
Təyin olunmanız haqqında əmrimi alıb, siz ona qoşulmalısınız, sonra
sığınaqlardakı üsyançıları cəzalandırıb sakitləşdirməyə hərəkət etməlisiniz.
Beləcə, dövlətimizə və dinimizə qulluq etmiş olacaqsınız.
Bunun üçün sizinlə cihada hazır bütün ruhaniləriniz, övladlarınız və
bəyoğlularınız, digər bütün qəhrəmanlarınızı alıb, ən azı 1500 nəfərdən ibarət
dağıstanlı dəstənin başına keçərək, Gəncə dərəsində adı çəkilən vəzirin yanına
getməlisiniz. Payız gəlməmiş, həmin üsyançılara qarşı hərəkət edib, onları
cəzalandırma və sakitləşdirməniz üçün bütün lazımi tədbirləri görməlisiniz.
Mənbə: Barseğov Yu., Dağlıq Qarabağ beynəlxalq hüququnda və beynəlxalq
siyas
ətind
ə, S
ən
ədl
ər v
ə r
əyl
ər,
iki cilddə, Moskva, 2008, c.1, s. 68.