Entomofaqlari


I. Akademik H.Ə.Əliyev adına «Araz» EİB-nin Ordubad rayonu



Yüklə 3,59 Kb.
Pdf görüntüsü
səhifə8/47
tarix20.10.2017
ölçüsü3,59 Kb.
#5753
1   ...   4   5   6   7   8   9   10   11   ...   47

 
18 
I. Akademik H.Ə.Əliyev adına «Araz» EİB-nin Ordubad rayonu 
Aşağı Əndəmic dayaq məntəqəsi  
Bu  məntəqə  Ordubad  rayonunun  şimal-şərq  hissəsində,  dəniz  sə-
viyyəsindən 800-1000 metr hündürlükdə yerləşir və 12 ha ərazini əhatə edir. 
Burada  4,5  ha  ərazi  tumlu  meyvə  ağaclarının  payına,  qalan  sahələr  isə 
çəyirdəkli meyvə və qoz-fındıq ağaclarının payına düşür. Məntəqənin yaxın-
lığından  Dübəndi  çayı  axır.  Burada  yerləşən  bağ  sahələrinin  təməli  1937-
1939-cu  illərdə  qoyulmuşdur.  Ən  cavan  ağaclar  2002-ci  ildə  əkilmişdir. 
Bağlarda çəyirdəkli meyvə ağaclarından müxtəlif ərik (43%), gavalı (13%), 
alça  (11%)  və  şaftalı  (11%)  sortları  vardır.  Bu  meyvə  ağacları  bağlarda 
üstünlük təşkil edirlər. Bütün yaz, yay və payız ayları boyunca ağaclara qul-
luq  məqsədilə  müxtəlif aqrotexniki tədbirlər həyata keçirilir. Payızda ağac-
lar  qurumuş  budaq  və  qabıqlardan  təmizlənir,  əhənglə  ağardılır,  dondurma 
şumu aparılır, ağacların gövdələrinin ətrafı bellənir, gübrə verilir, yazda isə 
qurumuş  ağaclar  kəsilib  yandırılır,  gövdə  ağardılmaları  davam  edir,  göv-
dələrin ətrafı  yenidən  yumşaldılır, cərgələrin arası düzəldilir, gübrələr veri-
lir;  yayda  gövdələr  ətrafı  və  cərgələrin  arası  yumşaq  vəziyyətdə  saxlanılır. 
Zərərvericilərə qarşı əsas mübarizə tədbirlərindən biri kimi bağlarda ağaclar 
çiçəkləmədən  əvvəl  və  sonra  müasir  insektisidlərlə  iki  və  ya  üç  dəfə  dər-
manlanır. Baxmayaraq ki, hər il bağlarda iki və ya üç dəfə kimyəvi maddə-
lər  tətbiq  olunur,  həmçinin  zərərvericilərə  qarşı  aqrotexniki  və  prolfilaktiki 
tədbirlər  həyata  keçirilir,  bu  zərərvericilərin  sayı,  xüsusilə  əsas  zərərveri-
cilərin sayı ildən-ilə artır.  
2004-cü ildən başlayaraq apardığımız müşahidələrə əsasən zərərveri-
cilərin progressiyası qeyd edilmişdir. İsti və quraqlıq keçən dövrlərdə qızıl-
qarın  kəpənəyin,  meyvə  və  zolaqlı  meyvə  güvələrinin  sayı  əhəmiyyətli 
dərəcədə  artmışdır.  Bağlarda  ayrı-ayrı  ağaclarda  onların  150-dən  çox  tırtıl 
ocaqları aşkar edilmişdir.  
 
II. Şahbuz rayonu Qarababa kənd məntəqəsi  
Tədqiq  olunan bağlar qarışıq  olmaqla, dağətəyi  zonada dəniz səviy-
yəsindən  1200-1400  metr  hündürlükdə  yerləşir.  Məntəqədəki  hər  iki  bağın 
ümumi sahəsi 2,5 ha-dır. Bağlarda əsasən çəyirdəkli və cərgələr arası yabanı 
meyvə ağacları bitir. Burada kimyəvi tədbirlər həyata keçirilmir. Buna görə 
də  burada  muxtar  respublikanın  digər  məntəqələrinə  nisbətən  zərərverici-
lərin  sayı  daha  çoxdur.  Bununla  yanaşı,  faydalı  həşəratlar  (zərərvericilərin 
təbii düşmənləri) daha çoxdur və onların aktiv fəaliyyəti nəzərə çarpır. Bağ-
lara meşə-çöl  zolaqları bitişik olub,  burada müxtəlif ağaclar-qovaq, söyüd, 
qoz  ağacı,  həmçinin  cırlaşmış  meyvə  ağacları  (ərik,  şaftalı,  alça,  gavalı  və 
s.) bitir.  


 
19 
Materialların  toplanılması  prosesində,  zərərverici  və  entomofaq 
növlərinin təyin edilməsində metodik vəsaitlərdən, sistematik mənbələrdən, 
xüsusi  təyinedicilərdən  istifadə  edilmişdir  [4,99,100,101,102,103,104,105, 
106,107,108,109, 110,111,112,124,132,137, 138].  
Zərərvericilərin  bioekologiyasını  öyrənmək  və  meyvə  bağlarında 
entomofaqları  aşkar  etmək  üçün  bağlardan  zədələnmiş  və  zədələnməmiş 
(hərəsindən 100 ədəd olmaqla) ərik, gavalı, alça, şaftalı və s. meyvələr yığıl-
mış  və  ayrı-ayrılıqda  şüşə  qablarda  saxlanılaraq  zərərvericilərin  parazitlə 
yoluxma  dərəcəsi  müəyyən  edilmişdir.  Həmçinin  zərərvericilərin  müxtəlif 
yaşlı  tırtıllarından  və  puplarından  ibarət  olan  yuvalar  da  toplanılmışdır. 
Bununla  əlaqədar  olaraq  zərərvericilərin  bioekoloji  xüsusiyyətlərini  öyrən-
mək  məqsədilə  təcrübə  sahələrindən  hər  3  gündən  bir  zərərvericilərin  tırtıl 
və puplarından 100 ədəd toplanılmış və laboratoriya şəraitində saxlanılmış-
dır. Stasionar sahələrdə entomoloji torlarla materialların toplanılması ayda 3 
dəfə hər 10 gündən bir həyata keçirilmişdir.  
Daha  effektli  entomofaqların  inkişaf  mərhələlərinin  müşahidə  edil-
məsi,  onların  sahibi  yoluxdurma  və  zərərvericilərin  zərərvericilik  dərəcə-
lərinin  aydınlaşdırılması  əsasən  Ordubad  (Əndəmic,  Gənzə,  Nüsnüs  və 
Dəstə kəndləri), Şahbuz (Kolanı və Qarababa kəndləri), Babək (Zeynəddin) 
və Şərur rayonlarındakı stasionar məntəqələrdə aparılmışdır.  
Materialın  toplanılması  və  işlənilməsi  ümumi  qəbul  edilmiş 
entomoloji üsüllarla həyata keçirilmişdir. Bundan başqa, həşəratlar ot biçini 
zamanı və ağac-kol bitkilərinin müxtəlif generativ və vegetativ orqanların-
dan entomoloji torlar ilə toplanılmışdır. Gecə vaxtları isə həşəratlar müxtəlif 
işıq mənbələrindən, avtomobil faralarının işığından, elektrik lampaları, civə-
kvars lampalarının işığından istifadə edilərək toplanılmışdır.  
Materialların  toplanılmasında  və  tədqiqində  hər  bir  biotopun  aran, 
dağətəyi və dağlıq qurşaqlarda mikroiqlim xüsusiyyətləri (havanın tempera-
turu, rütubətliliyi,  yağıntının miqdarı), relyefi, bitki  örtüyünün xarakteristi-
kası  nəzərə  alınmışdır.  Noyabr-fevral  aylarında  zərərvericilərin  və  ento-
mofaqların qışladığı  yerləri müəyyən etmək üçün ağacların qabıqaltı hissə-
ləri, torpağın alt səthi və yerə tökülmüş quru yarpaqların altı diqqətlə nəzər-
dən keçirilmişdir. Ağacların kök hissəsi ətrafında qazıntı işləri aparılmışdır. 
Zərərvericilərin və entomofaqların fenologiyası, onların biologiyası və eko-
logiyası təbii şəraitdə onlar fəaliyyətdə olduqları zaman daha  ətraflı tədqiq 
edilmişdir. Zərərvericilərin sayının qeydiyyatı və onların parazitlərlə yolux-
ma  faizi  aşağıdakı  kimi  aparılmışdır:  hər  sahədə  3  gavalı  və  ya  ərik  ağacı 
ayrılmış və onların hər birindən 5 budaq (dördü yanlarda, biri ortada) nəzər-
də saxlanılmışdır. Növbəti qeydiyyat zamanı onlardakı zədələnmiş və zədə-
lənməmiş  meyvələr və  yarpaqlar sayılmaqla zərərvericilərin  yumurta, tırtıl, 
sürfə və puplarının entomofaqlarla yoluxma dərəcəsi müəyyən edilmişdir.  


Yüklə 3,59 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə