Entomofaqlari



Yüklə 3,59 Kb.
Pdf görüntüsü
səhifə9/47
tarix20.10.2017
ölçüsü3,59 Kb.
#5753
1   ...   5   6   7   8   9   10   11   12   ...   47

 
20 
Effektli  parazit  və  yırtıcıların  yaşama  müddətini  aydınlaşdırmaq 
üçün onlar kolbalara yerləşdirilmiş və hər gün 20%-li şəkər məhlulu, çiçək-
lərin şirəsi və quru meyvənin lətli hissəsi ilə yemləndirilmişdir. Müşahidələr 
əsasən  günün  birinci  yarısı  (saat  10-dan  14-ə  qədər),  başlıca  olaraq  zərər-
vericilərin daha aktiv olduqları vaxt aparılmışdır.  
Hər meyvə ağacından toplanan həşəratların yığılma tarixi qeyd edil-
məklə ayrı-ayrı sınaq şüşələrinə salınaraq saxlanılmışdır. Toplanılmış həşə-
ratlar  laboratoriyada  xloroform  və  ya  efirlə  öldürülmüş,  sonra  entomoloji 
sancaqlara  keçirilmiş,  entomoloji  qutulara  yerləşdirilmişdir.  Materialların 
müəyyən hissəsi pambıq döşəkçələrdə saxlanılmışdır.  
İşin gedişi zamanı 23500 ədəd müxtəlif nümunə toplanılmış və işlə-
nilmişdir.  Toplanılmış  zərərverici  və  entomofaqlar  təbii  şəraitdə  olduğu 
kimi  laboratoriya  şəraitində  də  öyrənilmişdir.  Zərərverici  və  entomofaqlar 
çiçəklərin  tozcuqları,  şirəli  meyvələrin  lətli  hissəsi  ilə  qidalandırılaraq, 
onların  təbiətdə  yaşama  müddətləri,  zərərverici  həşəratların  növ  tərkibi  və 
onların çiçəkləyən bitkilərə münasibəti müəyyən edilmişdir. Zərərvericilərin 
və  parazitlərin  növ  tərkibini,  morfoloji  əlamətlərini  müəyyən  etmək  üçün 
MBS-1  və  MBS-10  mikroskop-lupadan,  “Biolam”  mikroskopundan,  «Ca-
non»  digital  fotoaparatından,  yoluxmuş  tırtılların  bəslənməsi  üçün  «İSO-
9001»  markalı  termostatdan,  termometrdən,  psixrometrdən,  hiqroqrafdan, 
işıq  şüalanması  dərəcəsini  müəyyən  etmək  üçün  lyuksometrdən  istifadə 
edilmişdir.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
21 
I
I
V
V
 
 
F
F
Ə
Ə
S
S
İ
İ
L
L
 
 
 
NAXÇIVAN MUXTAR RESPUBLİKASININ ÇƏYİRDƏKLİ MEYVƏ 
ZƏRƏRVERİCİLƏRİNİN NÖV TƏRKİBİ, AĞACLARIN ONLARLA 
YOLUXMA DƏRƏCƏSİ  
 
Aparılmış  çoxillik  entomoloji  tədqiqatlar  nəticəsində  Naxçıvan 
Muxtar Respublikasında 5 dəstəyə, 23 fəsiləyə və 50 cinsə mənsub olan 59 
növ  başlıca  meyvə  zərərvericisi  aşkar  edilmişdir  ki,  onlardan  24  növünün 
bioekoloji  xüsusiyyətləri  və  14  növünün  təbii  düşmənləri  öyrənilmişdir. 
Növlərinin  zənginliyinə  görə  Lepidoptera  (28  növ)  47,4%  və  Coleoptera 
(17  növ)  28,8%  dəstələri  üstünlük  təşkil  edirlər.  Zərərvericilərdən  4  növü 
Azərbaycan  faunası  və  25  növü  isə  Naxçıvan  Muxtar  Respublikası  faunası 
üçün ilk dəfə qeyd edilmişdir.  
 
Zərərvericı həşəratların adlı siyahısı  
Dəstə:Homoptera-Bərabərqanadlılar  
Fəsilə:Aphidoidae-Mənənələr  
1.
 
Hyalopterus pruni (Geoffroy, 1762)-Gavalı mənənəsi  
2.
 
Eriosoma lanigerum (Hausmann, 1802)-Qanlı mənənə  
3.
 
Myzus (Nectarosiphon) persicae Sulzer, 1776-Yaşıl şaftalı mənənəsi  
4.
 
Brachycaudus (Appelia) prunicola (Kaltenbach, 1843)-Zolaqlı şaftalı 
mənənəsi **  
5.
 
Brachycaudus (Acaudus) divaricatae Shaposhnikov, 1956-Alça mənənəsi  
6.
 
Myzus (Myzus) cerasi (Fabricius, 1775)-Albalı mənənəsi  
 
Fəsilə:Diaspididae-Qalxanlı yastıcalar  
7.
 
Parlatoria oleae (Colvee, 1880)-Bənovşəyi yastıca **  
8.
 
Diaspidiotus perniciosus (Comstock, 1881)-Kaliforniya çanaqlı yastıcası  
9.
 
Diaspidiotus marani (Zahradnik, 1952)-Gavalı yastıcası  
10.
 
Lepidosaphes ulmi (Linnaeus, 1758)-Vergülvari çanaqlı yastıcası  
Dəstə:Coleoptera-Sərtqanadlılar və ya böcəklər  
Fəsilə:Scarabeidae -Lövhəbığ böcəklər  
11.
 
Tropinota (Epicometis) hirta (Poda, 1761)-Тüklü maralça  
12.
 
Melolontha melolontha (Linnaeus, 1758)-May xırıldağı  
13.
 
Polyphylla (Polyphylla) fullo (Linnaeus, 1758)-Mərmər xırıldağı  
14.
 
Cetonia aurata (Linnaeus, 1761)-Qızılı parıldaq  
Fəsilə:Buprestidae-Qızılı böcəklər  
15.
 
Capnodis tenebrionis (Linnaeus, 1758)-Qaramtıl qızılıböycək  
16.
 
Capnodis cariosa (Pallas, 1776)-Meyvə qızılböcək **  


 
22 
Fəsilə:Cerambycidae-Uzunbığ böcəklər  
17.
 
Tetrops praeustus (Linnaeus, 1758)- Meyvə uzunbığı  
Fəsilə:Chrysomelidae-Yarpaqyeyən böcəklər  
18.
 
Smaragdina salicina (Scopoli, 1763)-Meyvə yarpaqyeyəni  
19.
 
Smaragdina limbata (Steven, 1806)-Həşiyəli yarpaqyeyən **  
20.
 
Luperus xanthopoda (Schrank, 1781)-Sarıayaq yarpaqyeyən **  
Fəsilə:Attelabidae-Borulayıcılar  
21.
 
Neocoenorrhinus pauxillus (Germar, 1824)- Bukarka  
22.
 
Rhynchites (Rhynchites) bacchus (Linnaeus, 1758)-Kazarka  
23.
 
Involvulus (Involvulus)cupreus (Linnaeus, 1758)-Gavalı uzunburunu  
Fəsilə:Curculionidae-Uzunburun böcəklər  
24.
 
Phyllobius (Nemoicus) oblongus (Linnaeus, 1758)-Meyvə  
uzunburunu *  
25.
 
Phyllobius (Pterygorrhynchus) maculicornis Germar, 1824-Yarpaq 
uzunburunu *  
Fəsilə:İpidae-Qabıqyeyənlər  
26.
 
Scolytus mali (Bechstein, 1805)-Meyvə qabıqyeyəni  
27.
 
Scolytus rugulosus (Muller, 1818)-Qırışıqlı qabıqyeyən  
Dəstə:Hymenoptera-Zarqanadlılar  
Fəsilə:Tenthredinidae-Mişarçılar  
28.
 
Caliroa cerasi (Linnaeus, 1758)-Albalı mişarçısı **  
29.
 
Hoplocampa brevis (Klug, 1816)-Meyvə mişarçısı **  
30.
 
Hoplocampa minuta (Christ, 1791)-Qara gavalı mişarçısı *  
31.
 
Hoplocampa flava (Linnaeus, 1761)-Sarı gavalı mişarçısı *  
Dəstə: Lepidoptera-Kəpənəklər və ya pulcuqqanadlılar  
Fəsilə:Tortricidae-Yarpaqbükənlər  
32.
 
Grapholita (Aspila) funebrana Treitschke, 1835-Gavalı meyvəyeyəni  
33.
 
Grapholita (Aspila) molesta (Busck, 1916)-Şərq meyvəyeyəni **  
34.
 
Spilonota ocellana (Denis et Schiffermüller, 1775)-Tumurcuq fırfırası  
35.
 
Archips rosana (Linnaeus, 1758)-Qızılgül yarpaqbükəni  
36.
 
Syndemis musculana (Hübner 1799)-Qıvraq yarpaqbükən **  
37.
 
Pandemis heparana (Denis et Schiffermüller, 1775)-Əyribığ yarpaqbükən  
Fəsilə:Yponomeutidae-Sincabaoxşar güvələr  
38.
 
Yponomeuta padella (Linnaeus, 1758)-Meyvə güvəsi  
Fəsilə:Plutellidae-Oraqqanadlı güvələr  


Yüklə 3,59 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə