Muxtarovlar və Əsgərovlar
Bu soyun ulu babası Muxtardır. Muxtarın Güney Azərbay
canın Təbriz şəhərinə bağlı Məməqan qəsəbəsində yaşadığını
bilirik.
Muxtarın Əsgər adlı oğlu vardı.
Əsgər Şuşa şəhərində anadan olmuşdu. Mədrəsə təhsili al
mışdı. İbrahimxəlil xan Sarıcalı-Cavanşirə xidmət edir. Sonra tica
rətlə məşğul olmuşdu. Müqəddəs Məkkəyi-mükərrəmi ziyarət
etmişdi.
Hacı Əsgər Səkinə ilə ailə qurmuşdu. Allahverdi,
Allahverən, Bağır, Məmmədhüseyn, Qasım adlı oğlanlan vardı.
Allahverdi 1806-cı ildə Şuşa şəhərində doğulmuşdu.
Mədrəsə təhsili almışdı. Ticarətlə məşğul idi. Müqəddəs Kərbəla
torpağını ziyarət etmişdi.
Kərbəlayı Allahverdi bazarda dükan işlədirdi. Şuşa qəza rəisi
Konstantin Tarxan-Mouravov dəfələrlə onu hədələmişdi ki, dükanı
bağlatdırıb, özünü də sürgün etdirəcəyəm. Onu qorxutmuşdu ki,
praporşik Əli bəy Poladovun üzünə dursun. Kərbəlayı Allahverdi
də məhkəmədə Əli bəyin əleyhinə yalandan iddia qaldırdı ki,
guya, ona xeyli borcu var.
Kərbəlayı Allahverdi qəza idarəsinə Əli bəy Poladovun
əleyhinə ərizə yazdı. Şahid kimi Ağa Novruzu, baqqal
Hüseynəlini, Kar Cəfəri nişan verdi. Borcun miqdarını 1200 tümən
göstərdi. Qəza rəisi ərizənin üstünü yazıb, şəriət məhkəməsinə
Qazı Mirzə Əbülqasım Mirzə Əli bəy oğlu Haqverdiyevin üstünə
göndərdi. Mirzə Əbülqasım Əli bəy Poladovun hamamını alıb,
Kərbəlayı Allahverdi Muxtarova verdi.
Əli bəyin qaynatası Qasım bəy Zakir yazırdı:
Yox məzəmmət yeri bu babdə hərgiz Əli də,
Rindi-şəhr ola özü, əsli ola Məmqani...
Rzaqulu bəy Mirzə Camal oğlu bu barədə yazır: «Knyazın
əmələcatı müqəviri divanlar ki, Əbdülkərim bəy və Mirzə
Əbdülqasım qazı olalar, Şuşa şəhərinin sakini Kərbəlayı
108
Allahverdi Hacı Əsgər oğlunu təhrik etdilər ki, şikayət eyləsin. Əli
bəy ona borcludur. O vaqtda ki, xan məhrum onunla darəst edirdi.
Guya, Əli bəy ondan min iki yüz tümən zici-şişə nəqd alıbdır.
Halon ki, xani-mərhum Kərbəlayı-məzkurdan daddəstini qət
edəndən sonra neçə il bunun arasından keçmişdi.
Kərbəlayı-məzbur şikayət edib, hökm oldu ki, mütabiqi-
şəriət dəvaları teyy olsun. Burda Kərbəlaymın iddiasınca şahidlər
qayırdılar. Bu qərar ilə Yıldınm Cəfərqulu xan, Uzun Hüseynəli
baqqal, Cəfər kar, Novruzzadə Şəkkərbanu bəyi, həm öz mahali-
Vərəndə əz cümlə qəryeyi-Horavari (Horovlu-Ə. Ç.) Əliallahi qazı
hüzuruna gətirib, şahidi-məqbul yerinə keçirdilər. Dedilər hərçənd
ki, binəva Əli bəy dad-fəryad etdi ki, bu şahidi-məqbul deyil, bir
yerə çatmadı, haman saat qazi surəti-şəri verib və hökm olundu ki,
Əli bəyin Şuşa şəhərində öz evinin yanında olan hamamını
Kərbəlayı-məzburun təsərrüfünə versinlər»4.
'Kərbəlayı Allahverdi dəfələrlə Mehdiqulu xan Cavanşirin
əlindən tutmuş, borc vermiş, ticarət ilişkiləri olmuşdu.
Kərbəlayı Allahverdi Fatmanisə ilə yaşam qurmuşdu. Dadaş,
Yusif, Süleyman adlı oğlanları vardı.
Dadaş 1836-cı ildə Şuşa şəhərində dünyaya gəlmişdi. Molla
yanında oxumuşdu. Ticarətlə məşğul idi.
Dadaş əmisi Bağırın qızı ilə evlənmişdi. Kazım adlı oğlu
vardı.
Kazım Şuşa şəhərində dünyaya göz açmışdı. Şəhər realm
məktəbini bitirmişdi. Zaqafqaziya (Qori) Müəllimlər Seminari
yasına qəbul olunmuşdu. Dövlətdən bəy ünvanı almışdı.
Kərbəlayı Allahverdinin ikinci oğlu Yusif 1838-ci ildə Şuşa
şəhərində dünyaya pənah gətirmişdi. Molla yanında oxumuşdu.
Ticarətlə məşğul idi.
Yusifin Məmmədəli adlı oğlu vardı.
Məmmədəli 1867-ci ildə Şuşa şəhərində dünyanı tanımışdı.
Kərbəlayı Allahverdinin üçüncü oğlu Süleyman 1857-ci ildə
Şuşa şəhərində dünyaya boy göstərmişdi. Məktəb təhsili almışdı.
Ticarətlə məşğul idi. Əsasən, fərş, xalı-xalça satırdı. İranın əksər
4 R.Vozirov. Əsərləri, Bakı, Şuşa, 2005.
109
şəhərləri ilə alveri vardı. 1890-cı ilə aid sənədlərdə ikinci gildiya
tacir kimi qeyd olunub. Sonrakı qeydlərdə göstərilir ki, Süleyman
Kərbəlayı Allahverdi oğlu meyvə, qurğuşun ticarəti ilə də
məşğuldur. O, pak Xorasan torpağını, Məşhədi-müqəddəsi ziyarət
etmişdi.
Məşədi Süleyman Əsgərov “Difai” təşkilatının qolu olan
“Qarabağ məclisi”nin üzvü idi. “Qarabağ məclisi”nin Şuşa
komitəsinə doktor Əbdülkərim bəy Mehmandarov başçılıq edirdi.
Onun köməkçisi Cahangir xan Nurubəyov, katibi isə Şuşa
qarşılıqlı-kredit bankının direktoru Xuduş Quliyev idi. İcraiyyə
idarəsinə və hərbi təşkilata Məşədi Şamil Hacıyev başçılıq edirdi.
Komitənin üzvləri Muxtar bəy Muradov, İsmayıl bəy
Axundov (bazar darğası), Süleyman Əsgərov (tacir), Hacı Sadıq
Məmmədov, Məşədi Cəfər oğlu (İran təbəəsi), Məşədi Əhməd
Əzimov, Hacı Mirzə Hüseyn Kərim oğlu Münşizadə, Əfrasiyab
Əzimov, Kərbəlayı Yusif Mirsiyabov və başqaları-cəmi 18 nəfər.
Məşədi Süleyman Əsgərov Qarabağın ən varlı tacirlərindən
biri idi.
Məşədi Süleyman Əsgərov 9 iyul 1908-ci ildə Yelizavetpol
(indiki Gəncə) Dairə Məhkəməsinə verdiyi ərizədə bildirirdi ki,
Naxçıvan şəhər sakini Kərbəlayı Cabbar Ələsgərov ona 7.955
manat borcludur.
Məşədi Süleyman Əsgərov 6 oktyabr 1909-cu ildə
Yelizavetpol (indiki Gəncə) Dairə Məhkəməsinə verdiyi ərizədə
bildirirdi ki, Səltənət bikə və başqa Usmiyevlər ona 7.000 manat
borcludurlar.
Məşədi Süleyman Əsgərov 27 iyul 1913-cü ildə Yelizavetpol
(indiki Gəncə) Dairə Məhkəməsinə verdiyi ərizədə bildirirdi ki,
Məşədi Abutalıb Əsgərov ona 3.000 manat borcludur.
Məşədi Süleyman əmisi Məşədi Əlinin qızı ilə ailə
qurmuşdu.
110
Hacı Əsgərin ikinci oğlu Allahverən 1808-ci ildə Şuşa
şəhərində anadan olmuşdu. Molla yanında oxumuşdu. Ticarətlə
məşğul idi.
Allahverənin Aslan adlı oğlu vardı.
Aslan 1844-cü ildə Şuşada doğulmuşdu.
***
Hacı Əsgərin üçüncü oğlu Bağır 1823-cü ildə Şuşa şəhərində
anadan olmuşdu. Mədrəsə təhsili almışdı. Ticarətlə məşğul idi.
Bağırın Əbdürrəhim, Əbdüləli, Maqsud, Rəsul adlı oğlanları,
qızları vardı.
Əbdürrəhim 1844-cü ildə Şuşa şəhərində doğulmuşdu. Molla
yanında oxumuşdu. Ticarətlə məşğul idi.
Bağırın ikinci oğlu Əbdüləli 1855-ci ildə Şuşa şəhərində
dünyaya gəlmişdi. İbtidai təhsilini molla yanında almışdı. Sonra
Şuşa şəhər məktəbində oxumuşdu. İmtahan verib müəllimlik
şəhadətnaməsi alandan sonra Qazax qəzasının Dağkəsəmən
kəndinə müəllim təyin edilmişdi. Bir müddət burda müəllim
işləyəndən sonra Ağcabədi kənd məktəbinə müdir göndərilmişdi.
Onun Ağcabədiyə gəlişi ilə bu bölgədə mədəniyyətin, maarifin,
səhiyyənin səviyyəsi artmışdı.
1889-cu ildə Ağcabədi kənd məktəbi əl işlərinin sərgisinə
görə gümüş medalla təltif edilmişdi.
Ağcabədi kənd məktəbinin müdiri Ə. Muxtarov yazırdı:
«Ağcabədinin şəhərdən aralı olmasına və digər səbəblərə görə
burda xalq maarifi çoxdandır ki, ləng inkişaf edirdi. Kəndli öz
oğlunu heç olmasa ana dilini öyrənmək üçün kənddə və ya kənarda
məktəbə qoymağa çox nadir halda imkan tapırdı. Lakin burda
məktəb açılması ilə get-gedə kəndlilər bu məktəbin faydasını dərk
etməyə başlamışlar. Yeni məktəbin açılması ilə köhnə təhsilin
xarakteri dəyişir. Köhnə qayda və üsul yenisi ilə əvəz edilir, yeni
qayda təlimin tezliklə mənimsənilməsinə səbəb olur. Kəndlilərin
öz uşaqlarının tərbiyəsinə cəhd etmələri də ancaq məktəbin təsiri
ilə əlaqədardır» 1. Əbdüləli bəyin marifçilik təsirləri, məruzələri,
söhbətləri öz işini gördü. Əhali get-gedə məktəbdə yeni siniflər
111
Yüklə Dostları ilə paylaş: |