Ənvər Çingizoğlu ŞUŞA ŞƏHƏRİ


səhifə29/67
tarix11.07.2018
ölçüsü
#55474
1   ...   25   26   27   28   29   30   31   32   ...   67

görülür.  Sumqayıt  şəhər  PK-nin  II  katibi  vəzifəsində  fəaliyyət 
göstərmişdir.
Səmədin Arif adlı oğlu, Zemfira, Elmira adlı qızı var.
Arif  Bakı  şəhərində  anadan  olub.  Orta  təhsilini  bitirdikdən 
sonra  ali  məktəbə  daxil  olmuşdur.  Hazırda  Sumqayıt  Mədəniyyət 
Sarayının direktoru vəzifəsində  işləyir.  Ondan əvvəl  şəhər  PK-nin 
şöbə müdirinin müavini vəzifəsində çalışmışdı.
Kərbəlayı  Əlinin  beşinci  oğlu  Əbülfət  1916-cı  ildə  Şuşa 
şəhərində  dünyaya  təşrif  gətirmişdi.  İbtidai  təhsilini  orda  almış, 
Bakı  ikiillik  müəllimlər  kursunu  bitirmiş  və  müəllimlik  fəaliyyəti 
ilə məşğul olmuşdur.  Son illərdə Ceyranbatan qəsəbəsində məktəb 
direktoru vəzifəsində işləmişdi.
Əbülfətin Şamil, Adil adlı oğlanları var.
Kərbəlayı  Əlinin  yeddinci  oğlu  Sabir  1930-cu  ildə  Şuşa 
şəhərində  anadan  olub.  Bakı  şəhərinə  köçəndən  sonra  1  nömrəli 
məktəbi  bitirib,  APİ-yə  girib.  İnstitutun  tarix  fakültəsini 
tamamladıqdan  sonra  Naxçıvan  vilayət  Komsomol  Komitəsinin 
birinci  katibi,  sonralar  Bakı  şəhər  Komsomol  Komitəsinin  elm  və 
məktəb  şöbəsinin  təlimatçısı  olmuş,  1960-65  illərdə  Ağsu  rayon 
PK-nın  və  Şamaxı  rayon  PK-nın  birinci  katibi  vəzifələrində 
işləyib.  1970-ci  ildə APİ-nin pedaqoji kafedrasının dosenti,  1979-ci 
ildən  bu  günə  qədər  Azərbaycan  Rus  dili  və  Ədəbiyyatı 
İnstitutunun  (Bakı  Slavyan  İnstitutunun)  pedaqogika  kafedrasının 
müdiri vəzifəsində çalışır.
Sabir müəllim Ali Sovetin iki çağırışının deputatı olub.
Sabir müəllimin Əli adlı oğlu,  Gülnarə adlı qızı var.
Əli  Bakı  şəhərində  doğulub.  Orta  məktəbi  bitirəndən  sonra 
ali  məktəbdə  oxuyub.  DİN orqanlarında çalışmış  və  hazırda MTN- 
də nazir müavinidir. General-mayordur.
Hacı  Şükürün  ikinci  oğlu  Aslan  1869-cu  ildə  anadan 
olmuşdu.  Mədrəsə  təhsili  almışdı.  Ticarətlə  məşğul  idi.  Müqəddəs 
Məkkəyi-müəzzəmi ziyarət etmişdi.
Hacı  Aslan  Dürsədəflə  ailə  qurmuşdu.  Mahmud,  Behbud, 
Əhməd,  Əyyub,  Yaqub  adlı  oğlanları,  Qumru,  Həcər  və  Şükufə 
adlı qızları  vardı.
142
Mahmud  1905-ci  ildə  Şuşa 
şəhərində  doğulmuşdu.  Realm  mək­
təbdə  təhsil  almış,  1920-ci  ildən 
1925-ci  ilədək  Şuşa  («Nəşri-ma­
arif»)  və  Bakı  mətbəələrində  8-ci 
dərəcəli  mürəttib  vəzifəsində  çalış­
mışdı.
1925-1927-ci  illərdə  texnika- 
mexanika  istiqaməti  ilə  işçi  fakültə­
sində təhsilini davam etdirmişdi.
1927-1931-ci 
illər 
ərzində 
Moskva  Timiryazev  adma  Kənd 
Təsərrüfatı  Akademiyasında  təhsil 
almış  və  oranı  bitirdikdən  sonra 
Bakıya  qayıdaraq  Aqrokimya  və  Torpaqşünaslıq  stansiyasının 
laboratoriyasında  (Azərbaycan  Elmlər  Akademiyasının  nəzdində) 
elmi  fəaliyyətə  başlamışdı.  Bakı  və  Gəncənin  təhsil  ocaqlannda 
ixtisasartırma kurslannda mühazirələr oxuyurdu.
Mahmud  Şəfiyev  II  Cahan 
savaşma  yollanmış,  1943-cü  ildə 
qara xəbəri gəlmişdi.
Mahmud  Əhəd  qızı  Teyyubə 
ilə  yaşam  qurmuşdu.  Nərgiz  xanım 
adlı qızı var.
Nərgiz  xanım  1940-cı  ildə 
Bakı 
şəhərində 
dünyaya 
gəlib. 
Ü.Hacıbəyov 
adma 
ADK-nın 
nəzdində  onillik  musiqi  məktəbini 
bitirəndən  sonra  konservatoriyanın 
bəstəkarlıq  və  bir  müddətdən  sonra 
Azərbaycan  musiqisinin  tarixi  və 
nəzəriyyəsi  fakültələrini  tamamla­
yıb.  40  ildən  artıq  pedaqoji,  musiqi- 
elmi  və  bəstəkarlıq  sahələrində 
fəaliyyət göstərir.
143


Hazırda  Bülbül  adına  Orta  İxtisas  Musiqi  Məktəbində 
müəllim işləyir.
Nərgiz xanım Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdür.
Hacı Aslanın  ikinci  oğlu Behbud  13  mart  1905-ci  ildə Füzuli 
rayonunda  anadan  olmuşdu.  O,  ilk  təhsilini  Şuşa  şəhərindəki 
«Nərimaniyyə» 
ibtidai 
məktəbində 
aldıqdan 
sonra 
Şuşa 
darülfünuna daxil olmuşdu.
1926-cı  ildə  Şuşa  darülfununu  bitirdikdən  sonra  Füzuli 
rayonuna  müəllim  göndərilmişdi.  Qoçəhmədli  və  Qaraməmmədli 
kəndlərində bir müddət müəllimlik etdikdən sonra ailə vəziyyətinə 
görə  1931-ci  ildə  Bakıya  köçür.  1934-cü  ildə  Azərbaycan  Dövlət 
Universitetinin  fızika-riayaziyyat  fakültəsinə  daxil  olur  1939-cu 
ildə  fizika  fakültəsini  müvəffəqiyyətlə  bitirdikdən  sonra  maarif 
nazirliyinin  sərəncamı  ilə  M.F.  Axundov  adına  ikiillik  müəllimlər 
institutuna  fizika  müəllimi  təyin  edilir.  İnstitutda  müəllimlik 
fəaliyyətilə  yanaşı,  Bakı  şəhərinin  3,  13,  18,  25  və  150  №-li 
məktəblərdə fizika müəllimi işləyir.
1941-ci  il  iyun ayının 22-də hərbi komissarlığın əmri ilə Bakı 
hava  müdafiəsi  hissəsinə  («Aerostat»)  hərbi  xidmətə  göndərilir. 
Hərbi  hissənin polk məktəbini  əla qiymətlərlə  bitirdiyinə  görə ona
144
serjant  rütbəsi  verilir.  1942-ci  ildə  Gürcüstanda  yerləşən  ehtiyat 
polkuna  xidmət  etməyə  göndərilir.  Əvvəlcə  bölmənin  partiya 
təşkilatının katibi, sonra həmin bölmənin komandiri olmuşdur.
Böyük  Vətən  müharibəsi  illərində  Behbud  müəllimin 
xidmətləri  yüksək qiymətləndirilmişdir.  O,  «Qafqazın müdafiəsinə 
görə»,  «1941-1945-ci  illərdə  fədakar  əməyə  görə»  və  «Qələbə» 
medalları, «Qırmızı bayraq» ordeni ilə təltif edilmişdir.
1945-ci  ildə  ordu  sıralarından  qayıdandan  sonra  maarif 
nazirinin sərəncamı  ilə V.İ.  Lenin adına APİ-nin  fizika kafedrasına 
baş müəllim təyin olunur.
1946-cı  ildə  «Fizikanın  tədrisi  metodikası»  ixtisası  üzrə 
aspiranturaya  daxil  olur.  1950-ci  ildə  RSFSR  AEP-nın  müxbir 
üzvü,  professor  A.A.Abaszadənin  rəhbərliyi  altında  «Orta  mək­
təbdə  atom  fizikası  elementlərinin tədrisi  metodikası» mövzusunda 
namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edir.
1950-cı  ildə İ.İ.  Sokolovun rus dilində yazılmış 38 çap vərəqi 
həcmində  olan  «Orta  məktəbdə  fizika  tədrisinin  metodikası»  adlı 
dərs vəsaitini Azərbaycan dilinə tərcümə etmişdir.
Qələminin  məhsulu  olan  32  sayda  metodik  məqalə  fizika 
tədrisinin  xüsusi  metodikasına  həsr  olunmuşdur.  Həmçinin  «Orta 
məktəbdə atom fizikası elementlərinin tədrisi metodikası» və «Orta
145


Yüklə

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə