Ənvər Çingizoğlu ŞUŞA ŞƏHƏRİ


səhifə31/67
tarix11.07.2018
ölçüsü
#55474
1   ...   27   28   29   30   31   32   33   34   ...   67

Əbülfət  Nəzər  bəy  qızı  Əzət  xanımla  həyat  qurmuşdu.  Əli, 
Rüstəm,  Kamal,  Behbudalı,  Roman,  Ayaz,  Mehman adlı oğlanları, 
Solmaz,  Sayalı, Züleyxa və Gülnaz adlı qızları var.
Hacı  İmamqulunun  oğlu  Rəşid  Şuşa  şəhərində  anadan 
olmuşdu.
Rəşid  Tamaşa  Xankişi  qızı  ilə  ailə  qurmuşdu.  İmamqulu, 
Müseyib, İslam adlı oğlanları vardı.
Hacı  İmamqulunun  oğlu  Fərhad  Şuşa  şəhərində  anadan 
olmuşdu.
Əsgərin  üçüncü  oğlu  Murtuza  1857-ci  ildə  Şuşa  şəhərində 
anadan  olmuşdu.  Ticarətlə  məşğul  idi.  Müqəddəs  Məkkəyi- 
mükərrəmi ziyarət etmişdi.
Hacı  Murtuza  Telli  Hacı  Bağır  qızı  Həşimli  ilə  ailə 
qurmuşdu.  Əhəd,  Səməd,  Mənaf,  Mürsəl  adlı  oğlanları,  Qəmər, 
Xavər, Ənbər adlı qızları vardı.
Əhəd  1895-ci  ildə  Şuşa şəhərində doğulmuşdu.  Gimnaziyada 
oxumuşdu.  Kiyev universitetinə qəbul  olunmuşdu.  İkinci  nikahdan 
olan  ailəsi  ilə  birlikdə  İrana  mühacirət  etmiş,  Tehran  şəhərində 
məskunlaşmışdı.  Əhməd  şah  Qovanlı-Qacar  ona  xan  ünvanı 
vermişdi.
Əhəd xan  Səfəri  1968-ci  ildə Tehranda vəfat edib.  Əhəd xan 
öncə Kübra xanım Zülfüqar bəy qızı Tanverdiyeva ilə, sonra başqa 
bir xanımla ailə qurmuşdu.  Çingiz xan, Teymur xan (hər ikisi ikinci 
nikahdan)  adlı  oğlanları,  Teyyubə  xanım  (birinci  nikahdan)  adlı 
qızı vardı.
Çingiz xan  1920-ci  ildə Tehran  şəhərində dünyaya gəlmişdi. 
Univeristet  təhsili  almışdı.  Neft  şirkətində  çalışmışdı.  Moskvada, 
Bakıda ezamiyyətdə olmuşdu.
Çingiz xan Səfəri  1977-ci ildə vəfat edib.
Əhəd xanın ikinci  oğlu Teymur xan Tehran şəhərində anadan 
olub.  Ali  təhsil  alıb.  Kommersiya  ilə  məşğul  idi.  Hazırda 
Kanadada yaşayır.
150
Teymur xan Leyla xanımla ailə qurub.
Əhəd xanın qızı Teyyubə xanım  1912-ci  ildə  Şuşa şəhərində 
dünyaya  zinət  vermişdi.  Orta  təhsildən  sonra  Lenin  adına  APİ-ni 
(hazırkı ADPU-nu) bitirmişdi. Pedaqoji fəaliyyət göstərmişdi.
Teyyubə  xanım  Mahmud  Aslan  oğlu  Şəfiyevlə  ailə 
qurmuşdu. Nərgiz xanım adlı qızı var.
Hacı  Murtuzanın  ikinci  oğlu  Səməd  1897-ci  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Gimnaziyada  oxumuşdu.  Kiyev
universitetinə qəbul olmuşdu.
Manaf universiteti bitirmədən vəfat etmişdi.
Hacı  Murtuzanın  üçüncü  oğlu  Manaf  1900-cü  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Gimnaziyada  oxumuşdu.  Kiyev
universitetinə qəbul olmuşdu.
Səməd universiteti bitirmədən vəfat etmişdi.
Hacı  Murtuzanın  qızı  Qəmər  1905-ci  ildə  Şuşa  şəhərində 
anadan olmuşdu.
Qəmər  1980-ci ildə vəfat edib.
Qəmərin övladı olmayıb.
Hacı  Murtuzanın  ikinci qızı  Xavər  1908-ci  ildə  Şuşa  şəhərin­
də  doğulmuşdu.  Ali  tibb  təhsili  almışdı.  Həkim-stomatoloq  işlə­
mişdi.
151


Xavər 1982-ci ildə vəfat edib.
Xavər Möhsün  Seyidağa  oğlu  Rəştiyevlə  ailə  qurmuşdu.  İki 
oğlu, üç qızı var.
Hacı  Murtuzanın  üçüncü  qızı  Ənbər  1913-cü  ildə  Şuşa 
şəhərində dünyaya gəlmişdi.
Ənbər  öncə  Bəhmən  Məmmədzadə,  sonra  Məmmədhüseyn 
Kərimovla  ailə  qurmuşdu.  Birinci  nikahdan  Elton  adlı  oğlu, 
Hümeyra adlı qızı, ikinci nikahdan İsmayıl adlı oğlu var.
Əsgərin  dördüncü  oğlu  Dadaş  Şuşa  şəhərində  anadan 
olmuşdu.  Ticarətlə  məşğul  idi.  Müqəddəs  Məkkəyi-mükərrəmi 
ziyarət  etmişdi.  O,  çox  varlı olmuş,  Şuşada  məclis  evi  tikdirmişdi. 
Hazırda  onun  haqqında  «Filankəsin  Hacı  dadaşı  var»  deyimi 
işlənilir.
Hacı Dadaşın Behbud adlı oğlu, Xavər adlı qızı vardı.
Behbud  Şuşa  şəhərində  doğulmuşdu.  Ticarətlə  məşğul  idi. 
Cavan yaşlarında İrana köçmüşdü.
Hacı  Dadaşın  qızı  Xavər  Şuşa  şəhərində  dünyaya  gəlmişdi. 
Ərindən ayrılmış, qardaşı ilə İrana köçmüşdü.
Xavər Bahadur Vəlibəyovla ailə qurmuşdu. Sonra ayrılmışdı.
***
Hacı  Səfərin  ikinci  oğlu  Abbas  1823-cü  ildə  Şuşa  şəhərində 
anadan olmuşdu.  Ticarətlə məşğul  idi.
Abbasın Məmməd adlı oğlu vardı.
Məmməd  1854-cü  ildə  Şuşa  şəhərində  doğulmuşdu. 
Ticarətlə məşğul idi.
Hacı  Səfərin-  üçüncü  oğlu  Zeynal  1839-cu  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Ticarətlə  məşğul  idi.  Pak  Xorasan 
torpağını, Məşhədi-müqəddəsi ziyarət etmişdi.
152
Hacı  Səfərin  dördüncü  oğlu  İsmayıl  1842-ci  ildə  Şuşa 
şəhərində anadan olmuşdu. Ticarətlə məşğul idi.
Hacı Səfərlinin bir qolu (Molla Nur məhəmməd uşağı)
Bu  uruğun  ulu  babası  Nurməhəmməddir.  Nurməhəmməd 
XVIII  yüzilin  sonlarında  yaşamışdı.  Təbriz  şəhərində  mədrəsə 
təhsili  almışdı.  İbrahimxəlil  xana  xidmət  edirdi.  Dini  işlər  ilə 
ilgilənirdi. Müqəddəs Xorasan torpağını ziyarət etmişdi.
Məşədi  Molla  Nurməhəmmədin  Səfər,  Cəfər,  Əkbər, 
Məmməd adlı oğlanları vardı.
Məşədi  Molla  Nurməhəmmədin  ikinci  oğlu  Cəfər  1886-cı 
ildə Şuşa şəhərində anadan olmuşdu. Ticarətlə məşğul idi.
Cəfər  Gülsümlə  ailə  qurmuşdu.  Kərim,  Həsən,  Məhərrəm, 
Paşa, Cabbar adlı oğlanları vardı.
Kərim  1838-ci  ildə  Şuşa  şəhərində  doğulmuşdu.  Ticarətlə 
məşğul idi.
Kərim varis qoymadan cavan yaşlarında vəfat etdi.
Cəfərin  ikinci  oğlu  Həsən  1841-ci  ildə  Şuşa  şəhərində 
anadan olmuşdu.  Mədrəsə təhsili almışdı. Ticarətlə məşğul olurdu. 
Müqəddəs Kərbəla torpağını ziyarət etmişdi.
Cəfərin üçüncü oğlu  Məhərrəm  1850-ci  ildə  Şuşa şəhərində 
anadan olmuşdu.  Molla yanında oxumuşdu. Ticarətlə məşğul idi.
Cəfərin  dördüncü  oğlu  Paşa  1854-cü  ildə  Şuşa  şəhərində 
anadan olmuşdu.  Ticarətlə məşğul idi.
Cəfərin  beşinci  oğlu  Cabbar  1857-ci  ildə  Şuşa  şəhərində 
anadan olmuşdu. Ticarətlə məşğul idi.
***
153


Yüklə

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə