Ənvər Çingizoğlu ŞUŞA ŞƏHƏRİ


səhifə34/67
tarix11.07.2018
ölçüsü
#55474
1   ...   30   31   32   33   34   35   36   37   ...   67

hörmətli şəxsiyyətlərinin sırasında olaraq  kəndliləri vardı və  öz 
bəy mülkiyyəti olaraq ona məxsus Baharlı obasını idarə edirdi.
Məşədi  Məsih  Rusiya-İran  savaşları  dönəmində  Şuşa 
qalasının  müdafiəsində  fəal  iştirak  etdiyinə  görə  medalla  təltif 
olunmuşdu.  Şəhərin deputatı olmuşdu.
Məşhədi  Məsih  Şərəflə  ailə  qurmuşdu.  Hacı,  Cəfərqulu, 
İmamqulu adlı oğlanları, Bədir, Hüsnü adlı qızları vardı.
Hacı Məşhədi Məsih oğlu  1822-ci ildə Şuşa şəhərinin Təbrizli 
məhəlləsində 
dünyaya 
gəlmişdi. 
Mollaxanada 
oxumuşdu. 
Sərraclıqla məşğul idi.
Hacının Qulu, Abbas, İsmayıl adlı oğlanları vardı.
Qulu  Hacı  oğlu  1840-cı  ildə  Şuşa  şəhərində  dünyaya  göz 
açmışdı.  İbtidai  təhsilini  atasından  almışdı.  Sonra  mədrəsədə 
oxumuşdu. Məhəllələrinin dini işləri ilə məşğul olmuşdu.
Hacının  ikinci  oğlu  Abbas  1847-ci  ildə  Şuşa  şəhərində 
dünyaya boy göstərmişdi.
Abbas  1856-cı ildə vəfat edib.
Hacının  üçüncü  oğlu  İsmayıl  1855-ci  ildə  Şuşa  şəhərində 
anadan  olmuşdu.  İbtidai  təhsilini  atasından  almışdı.  Sonra 
mədrəsədə oxumuşdu. Ticarətlə məşğul idi.
Məşhədi  Məsihin  ikinci  oğlu  Cəfərqulu  1841-ci  ildə  Şuşa 
şəhərində anadan olmuşdu,  ibtidai təhsilini atasından almışdı.  Sonra 
mədrəsədə oxumuşdu. Ticarətlə məşğul idi.  Şair idi.
Mir Möhsün  Nəvvab  onun  haqqında  qeyd  edir  ki,  parakəndə 
şeirləri var6.
Cəfərqulunun Fərrux, Ağa, Paşa adlı oğlanlan vardı.
Fərrux  Cəfərqulu  oğlu 
1859-cu  ildə  Şuşa  şəhərində 
doğulmuşdu.  İbtidai  təhsilini  əmisioğlu  Molla  Quludan  almışdı. 
Sonra  mədrəsədə  oxumuşdu.  Şair  idi.  Fərruxi  təxəllüsü  ilə  şeir 
yazırdı.  Mir  Möhsün  Nəvvab  onun  haqqında  yazır:  «Qarabağın
6 Mir Möhsün Nəvvab, «Təzkıreyi-Nəvvab, Bakı, «Azərbaycan» nəşriyyatı,  1998, 
səh.  547.
162
Şuşa əhalisindəndir.  Deyilənə görə, mətin şeirləri var, ancaq mənim 
nəzərimə çatmayıb»7.
Məhəmməd ağa Müctəhidzadə yazır:  «Bu mərhumi-məğfiırun 
ki,  ismi-samisi  Fərrux  və  əbəvisinin  ismi-giramisi  Məşhədi 
Məsihdir  (?-Ə.  Ç.).  Təvəllüd  edib  Şuşa  şəhərində  və  əyyami- 
cavanlığmda  bu  diyarda  səfəri-axirəti  ixtiyar  edib,  sahibi-təbdir. 
Əşanndan bu bir fərdə iktifa edəriz:
Del be dərdəş aşenai mikonəd,
Rahəti əz can codai mikonəd»8.
Cəfərqulunun  ikinci  oğlu  Ağa  1865-ci  ildə  Şuşa  şəhərində 
anadan 
olmuşdu.  İbtidai  təhsilini 
atasından  almışdı.  Sonra
mədrəsədə oxumuşdu. Ticarətlə məşğul idi.
Cəfərqulunun  üçüncü  oğlu  Paşa  1869-cu  ildə  Şuşa  şəhərində 
anadan 
olmuşdu.  İbtidai  təhsilini 
atasından  almışdı.  Sonra
mədrəsədə oxumuşdu. Ticarətlə məşğul idi.
Məşədi  Məsihin  üçüncü  oğlu  İmamqulu  1843-cü  ildə  Şuşa 
şəhərində anadan olmuşdu. İbtidai təhsilini atasından almışdı. Sonra 
mədrəsədə oxumuşdu. Ticarətlə məşğul idi.
***
Hacı  İmamqulunun  ikinci  oğlu  Hüseyn  1796-cı  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Mədrəsə təhsili  almışdı.  Ticarətlə  məş­
ğul idi. Pak Xorasan torpağını, Məşhədi-müqəddəsi ziyarət etmişdi.
Məşədi Hüseynin törəmələri 
Hüseynov 
soyadını daşıyırlar.
Məşədi  Hüseyn  Balaxanımla  ailə  qurmuşdu.  Məmməd, 
Əbdülkərim, Murtuza, Nəsir adlı oğlanları vardı.
Məmməd  1840-cı  ildə  Şuşa  şəhərində  doğulmuşdu.  Molla 
yanında oxumuşdu. Ticarətlə məşğul idi.
7 Yenə orada.
8  Məhəmməd  ağa  Müctəhidzadə,  Rizazül-aşiqin,  Bakı,  «Azərbaycan» 
nəşriyyatı,  1995, səh 37.
163


Məmmədin Hüseyn, İbrahim adlı oğlanları vardı.
II  Hüseyn  1868-ci  ildə  Şuşa  şəhərində  dünyaya  gəlmişdi. 
Molla yanında oxumuşdu. Ticarətlə məşğul idi.
Məmmədin  ikinci  oğlu  İbrahim  1870-ci  ildə  Şuşa  şəhərində 
anadan olmuşdu. Molla yanında oxumuşdu. Ticarətlə məşğul idi.
Məşədi  Hüseynin  ikinci  oğlu  Əbdülkərim  1842-ci  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu.  Ticarətlə 
məşğul idi.
Əbdülkərimin Cəlil, Firudin adlı oğlanları vardı.
Cəlil  1870-ci ildə Şuşa şəhərində doğulmuşdu.  Molla yanında 
oxumuşdu. Ticarətlə məşğul idi.
Əbdülkərimin ikinci  oğlu Firudin  1872-ci ildə Şuşa şəhərində 
anadan olmuşdu. Molla yanında oxumuşdu. Ticarətlə məşğul idi.
Məşədi  Hüseynin  üçüncü  oğlu  Murtuza  1844-cü  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu.  Ticarətlə 
məşğul idi.
Məşədi  Hüseynin  dördüncü  oğlu  Nəsir  1847-ci  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu.  Ticarətlə 
məşğul idi.
***
Hacı  İmamqulunun  üçüncü  oglu  Tağı  1808-ci  ildə  Şuşa 
şəhərində anadan olmuşdu.  Molla yanında oxumuşdu.  Rastabazarda 
baqqal  dükanı  işlədirdi.  Müqəddəs  Kərbəla  torpağını  ziyarət 
etmişdi.
Kərbəlayı  Tağının  törəmələri  Tağızadə,  Tağıyev  soyadını 
daşıyırlar.
Kərbəlayı Tağı  Şahnisə ilə ailə qurmuşdu.  Şirin, Zeynalabdin, 
Adıgözəl, Qasım adlı oğlanları, Şəhri adlı qızı vardı.
Şirin  1830-cu ildə Şuşa şəhərində doğulmuşdu.  Molla yanında 
oxumuşdu.  Rastabazarda  baqqal  dükanı  işlədirdi.  Müqəddəs 
Kərbəla torpağını, sonra Məkkəyi-müşərrəfi ziyarət etmişdi.
164
Hacı  Şirinlə  bağlı  bəzi  əhvalatları  yazıya  köçürməyi  gərəkli 
bildik.  Professor  Zeynal  Tağızadə  öz  xatirəsində  babası  və  nənəsi 
haqqında  yazır:  “Qeyd  etdiyim  kimi,  babamın  ikinci  arvadı  Nabat 
nənəm yaşca çox cavan idi.  Həftədə bir dəfə  cümə axşamı onu yasa 
buraxırdı. Buna hazırlıq üç-dörd gün qabaq gedərdi.  Paltar ütülənər, 
hamama  gedər,  xına  qoyar,  xülasə,  böyük  hazırlıq  işləri  aparardı. 
Yaşlan  gəzmək  onun  üçün  səyahətə  çıxmaq  demək  idi.  Axşam 
külfət  ocaq  başına  yığışıb,  şam  yeməyindən  sonra  hesabat 
verərdilər.  Vay  o  günə  ki,  Nabat  nənəm  özgənin  qeybətini  edəydi. 
Onda  babam  iki  əlini  yerə  qoyub  ortalıqda  yanan  yeddilik  neft 
lampasını  üfürüb  keçirər  və  deyərdi:  “Girvənkəsi  iki  qəpiyə  neft 
yandınb  onun-bunun  sözünü  mənim  ocağımın  başında  danışma! 
Duun yatın”!
Biz  də  dinməz-söyləməz  yatağımıza  girərdik.  Nənəm  kor- 
peşman;
- Ay kişi, mən nə deyirəm ki?
-Zəhər-zəhrimar  deyirsən,  neçə  dəfə  sənə  demişəm  ki, 
özgənin sözünü mənim ocağımın başında danışma. Babamın bu sərt 
hərəkəti deyəsən yaxşı nəticə Verdi. İndi bizim ailədə özgənin sözü, 
qeybət olmaz. Uşaqlarımız da belə edirlər9.
Hacı Şirin  1918-ci ildə vəfat edib.
Hacı  Şirin  əvvəlcə  bir qadınla,  sonra  Nabatla  ailə  qurmuşdu. 
Birinci  nikahdan  Rza,  Abdulla  adlı  oğlanları,  ikinci  nikahdan 
Xudadad,  Zülfüqar,  Hüseyn  adlı  oğlanları,  Züleyxa  və  Tavad  adlı 
qızları vardı.
Rza  1858-ci  ildə  Şuşa  şəhərində  dünyaya  gəlmişdi.  Molla 
yanında oxumuşdu. Ticarətlə məşğul idi.
Rza ailə qurmayıb.
Kərbəlayı  Şirinin  ikinci  oglu  Abdulla  1863-cü  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu.  Ticarətlə 
məşğul idi. Müqəddəs Kərbəla torpağını ziyarət etmişdi.
9 Zeynal Tağızadə: Ömrün üfüqləri, Bakı, «Səda”, 2011, səh.21-22.
165


Yüklə

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə