Kərbəlayı Mustafanın üçüncü oğlu İbrahim 1820-ci ildə Şuşa
şəhərində anadan olmuşdu. Mədrəsə təhsili almışdı. Ticarətlə
məşğul idi.
Kərbəlayı Qədiməli uşağı (Qədimovlar)
Təbrizli məhəlləsində sakin olanlardan biri də Qədiməlidir.
Qədiməli “Rastabazar”da baqqal dükanı işlədirdi. Müqəddəs
Kərbəla torpağını ziyarət etmişdi.
Kərbəlayı Qədiməli Tükəzlə həyat qurmuşdu. Həsən adlı
oğlu vardı.
Həsən Şuşa şəhərində anadan olmuşdu. Molla yanında
oxumuşdu. Ticarətlə məşğul idi. Xorasanın pak torpağını və
müqəddəs Məkkəyi-müşərrəfı ziyarət etmişdi.
Hacı Həsən Əcəblə ailə qurmuşdu. Hüseyn, Ağakişi,
Hümbətəli, Həsənəli adlı oğlanları vardı.
Hüseyn 1824-cü ildə Şuşa şəhərində doğulmuşdu. Molla
yanında oxumuşdu. Ticarətlə məşğul idi. Müqəddəs Kərbəla
torpağını ziyarət etmişdi.
Kərbəlayı
Hüseynin
Cəfərqulu,
Abbasqulu,
Əliqulu,
Hüseynqulu adlı oğlanları vardı.
Cəfərqulu 1863-cü ildə Şuşa şəhərində dünyaya gəlmişdi.
Molla yanında oxumuşdu. Ticarətlə məşğul idi.
Kərbəlayı Hüseynin ikinci oğlu Abbasqulu 1868-ci ildə Şuşa
şəhərində anadan olmuşdu. Molla yanında oxumuşdu. Ticarətlə
məşğul idi.
Kərbəlayı Hüseynin üçüncü oğlu Əliqulu 1870-ci ildə Şuşa
şəhərində anadan olmuşdu. Molla yanında oxumuşdu.
Kərbəlayı Hüseynin dördüncü oğlu Hüseynqulu 1871 -ci ildə
Şuşa şəhərində anadan olmuşdu. Molla yanında oxumuşdu.
Ticarətlə məşğul idi.
Hüseynqulu Ağca Kərbəlayı Yusif qızı ilə ailə qurmuşdu. *
*
*
***
186
Hacı Həsənin ikinci oğlu Ağakişi 1839-cu ildə Şuşa
şəhərində anadan olmuşdu. Molla yanında oxumuşdu. Ticarətlə
məşğul idi. Müqəddəs Kərbəla torpağını ziyarət etmişdi.
Kərbəlayı Ağakişinin Şirin, Salman, Süleyman, Şükür, Dadaş
adlı oğlanlan vardı.
Şirin 1863-cü ildə Şuşa şəhərində doğulmuşdu. Molla
yanında oxumuşdu. Ticarətlə məşğul idi.
Şirinin Manaf, Lətif, Qulam, İslam adlı oğlanlan vardı.
Manaf 1881-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Molla
yanında oxumuşdu. Sonra ali məktəbdə təhsil almışdı. Kənd
Təsərrüfatı naziri olub.
Manaf Xavər Axundova ilə ailə qurmuşdu. Bilqeyis adlı qızı
vardı.
Bilqeyis Bakı şəhərində doğulmuşdu.
Bilqeyis Yusif Məmmədəliyevlə ailə qurmuşdu.
Şirinin ikinci oğlu Lətif 1895-ci ildə Şuşa şəhərində dünyaya
gəlmişdi. Almaniyada ali texniki məktəb bitirmişdi. SSRİ-yə
qayıdandan sonra Nərimanov adına texnikumunda və başqa
yerlərdə işləmişdi. Repressiya olunub. 1941-ci ildə həbsxanada
vəfat edib.
Şirinin üçüncü oğlu Qulam 1903-cü ildə Şuşa şəhərində
anadan olmuşdu. Molla yanında oxumuşdu. Ticarətlə məşğul idi.
Qulam Kleopatra ilə ailə qurmuşdu. Ramiz adlı oğlu vardı.
Şirinin dördüncü oğlu İslam 1907-ci ildə Şuşa şəhərində
anadan olmuşdu. Orta məktəbi bitirəndən sonra Leninqrad
Politexnik İnstitutuna qəbul olunmuşdu. 1930-cu ildə institutu
tamamlamışdı. Həmin il Azərbaycan SSR-nin Kommunal
Təsərrüfat Komissarlığının əsaslı tikinti trestinə rəis təyin
edilmişdi.
Sonra komissarlığın plan-iqtisad idarəsinə rəis
dəyişilmişdi. 1941-ci ilədək bu idarədə çalışmışdı. 1932-ci ildə
eyni zamanda Bakı Sosial-İqtisad İnstitutunu bitirmişdi.
İslam Qədimov 1941-ci ildə cəbhəyə yollanır. 1944-cü
ilədək II Dünya müharibəsində iştirak edir. Leytenant rütbəsindən
mayor rütbəsinədək yüksəlir. Bir çox döyüş nişanları ilə təltif
187
edilir. 1944-cü ildə Azərbaycan KP MK-nin çağırışı ilə ordudan
tərxis olunur. Azərbaycan SSR-nin Komunnal Təsərrüfat komissarı
təyin olunur. 1945-ci ildə bu komissarlıq nazirliklə əvəzlənir. İslam
Qədimov
1948-ci ilədək Azərbaycan SSR-nin Komunnal
Təsərrüfat naziri vəzifəsində çalışır. Bu vəzifədə bir çox dövlət
nişanları ilə təltif edilir. 1948-ci ildən 1966-cı ilədək ölkənin bir
çox şəhər və rayonlarının tikinti sahələrində rəhbər vəzifələrində
işləyir. Bakı Zərif Mahudlar Fabrikinin, Q.Musabəyov adma
Mexaniki Zavodun, Şamaxı rəsədxanasının və onlarla respublika
əhəmiyyətli tikintinin inşasına başçılıq edir. 1966-cı ildən
“Azkəndtikinti” trestinə rəis təyin edilir. Ömrünün sonunadək
burda çalışır.
İslam Qədimov 1973-cü ildə vəfat edib.
İslam öncə bir rus əsilli qadınla, sonra Rövşanə Əliağa qızı
Mustafayeva ilə ailə qurmuşdu. Yusif, Oqtay adlı oğlanları, Səidə,
Dilarə adlı qızları var.
Yusif 1928-ci ildə Bakı şəhərində anadan olub. Orta məktəbi
bitirəndən sonra Azərbaycan Politexnik İnstitutuna qəbul olunub.
İnstitutu tamamlayandan sonra memar işləyib.
Yusif Qədimov körkəmli memardır. Əməkdar memar adma
layiq görülüb. Akademikdir. 2009-cu ildə Azərbaycan Memarlar
İttifaqı, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təsis etdiyi
medalla təltif olunub.
İslamın ikinci oğlu Oqtay 1932-ci ildə Bakı şəhərində anadan
olub.
İslamın böyük qızı Səidə 1938-ci ildə Bakı şəhərində
dünyaya gəlib. 6 №-li orta məktəbi bitirəndən sonra Azərbaycan
Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub. 1963-cü
ildə universiteti tamamlayıb. Elə həmin ildən Azərbaycan
radiosunda çalışıb. Sonra Azərbaycan Televiziya və Radio
Verilişləri Komitəsində dublyaj redaksiyasına dəyişilib. 1969-cu
ildə həyat yoldaşı ilə bərabər Kubaya ezam olunub. 1972-ci ildə
vətənə dönüb və Azərbaycan Televiziya və Radio Verilişləri
Komitəsində rəngli televiziya redaksiyasında redaktor vəzifəsində
işləyib. 1977-ci ildən hərbi-vətənpərvərlik redaksiyasında redaktor
188
vəzifəsində çalışıb. 1979-1981-ci illərdə həyat yoldaşı ilə bərabər
Əfqanıstan respublikasına ezam olunub. Məzari-Şərif vilayətində
rus
dili
müəllimi
işləyib.
Ordan
qayıdandan
sonra,
“Azərbaycanfılm” kinostudiyasında sənədli filmlər şöbəsində
çalışıb. 1982-ci ildən Azərbaycan Televiziya və Radio Verilişləri
Komitəsində - “Drujba” redaksiyasında redaktor işləyib. Burdan
da təqaüdə çixib. Azərbaycan Jurnalistlər Birliyinin üzvü, əmək
veteranıdır.
Səidə xanım Rauf Yaqub oğlu Sücəddinovla ailə qurub.
Cavid adlı oğlu, Cəmilə adlı qızı var.
İslamın ikinci qızı Dilarə 1944-cü ildə Bakı şəhərində
dünyaya göz açıb. 6 nömrəli orta məktəbi bitirəndən sonra
Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil
olub. Müəllim işləyir.
Kərbəlayı Ağakişinin ikinci oğlu Salman 1865-ci ildə Şuşa
şəhərində anadan olmuşdu. Molla yanında oxumuşdu. Ticarətlə
məşğul idi.
Salmanın Həmid, Xasay, Cəlal, Camal adlı oğlanları vardı.
Həmid Bakı şəhərində doğulmuşdu.
Həmid Əminə ilə ailə qurmuşdu. Çingiz, Fuad adlı oğlanları,
Fəridə və Fəxrəndə adlı qızları var.
Çingiz Bakı şəhərində dünyaya gəlib.
Həmidin ikinci oğlu Fuad Bakı şəhərində anadan olub. Orta
məktəbi bitirəndən sonra incəsənət institutuna qəbul olunub.
Bəstəkar və şairdir. Bəstələdiyi mahnılar Azərbaycanın tanınmış
müğənniləri, o cümlədən, Flora Kərimova tərəfindən ifa olunur.
Onlardan biri də gözəl musiqisi, mənalı sözləri ilə çoxlarının
yaddaşına yazılmış «Dalğalar» mahnısıdır. Adətən, musiqini insan
həyatının mənası adlandırırlar. Bu, həqiqətən də, belədir. Məgər
musiqisi və sözləri istedadlı Fuad Qədimova aid «Dalğalar»
mahnısı bizə ömrümüzün xoş, qayğısız günlərini xatırlatmırmı?
Şəffaf bulaq suyu kimi damla-damla qəlbimizə yol tapan bu
mahnını eşidəndə özümüzdən asılı olmayaraq dodaqlarımız xəfifcə
gülümsəyir.
189
Yüklə Dostları ilə paylaş: |