Ənvər Çingizoğlu ŞUŞA ŞƏHƏRİ


səhifə41/67
tarix11.07.2018
ölçüsü
#55474
1   ...   37   38   39   40   41   42   43   44   ...   67

Gah coşursan, gah susursan,
Gah mahnısan, göz yaşısan,
Dalğalar, ay dalğalar.
İnsanı  duyğulandırdığı  qədər  düşüncələrə  qərq  edən  gözəl 
sözlər  elə  mahnının  musiqisini  bəstələyən  Fuad  Qədimova 
məxsusdur.  Mahnı Fuad müəllimə gənclik illərindən yadigardır.  O, 
1972-ci  ildə  incəsənət  institutunu  bitirərkən  buraxılış  işi  kimi  bu 
gözəl  mahnım  ərsəyə  gətirib.  Elə  həmin  il  buraxılış  gecəsində 
məşhur  müğənnimiz  Flora  Kərimovanın  ifasında  səslənən 
«Dalğalar» mahnısı bir gecənin içində minlərlə insanın qəlbinə  yol 
tapıb.  Flora  xanımın  ecazkar  ifası  onu  əsl  sənət  əsərinə  çevirib. 
Heç kəsə bənzəməyən, özünəməxsus ifa tərzi olan Flora Kərimova 
«Dalğalar»  mahnısının  yaranma  tarixini  belə  xatırlayır:  “Mahnını 
eşidən  kimi  sevmişdim.  Onun  musiqisinə  də,  sözlərinə  də 
vurulmuşdum.  Fuad  Qədimova  aid  «Dalğalar»  mahnısını  ilk  dəfə 
«Dan  ulduzu»  ansamblının  rəhbəri  Gülarə  Əliyeva  oranjiman 
etmişdi.  Mahnı  o  qədər  ürəyəyatımlı,  o  qədər  xəfif alınmışdı  ki, 
onu  sevməmək  mümkün  deyildi.  Sonra  «Dalğalar»  mahnısını 
yazdırmaq  qərarına  gəldim.  Göz  yaşlan  içində,  ürək  ağrısı  ilə  ifa 
etdiyim  mahnı  çox  gözəl  alınmışdı.  Oxuculara  bir  sirri  açmaq 
istərdim.  İlk dəfə «Dalğalar» mahnısını yazdıranda böyük qardaşım 
təzə  rəhmətə  getmişdi.  «Dalğalar»  onun  ən  çox  sevdiyi  və 
dinlədiyi  nəğmələrdən  idi.  Odur  ki,  ifa  edərkən  özümdən  asılı 
olmayaraq  axıtdığım  göz  yaşları  mahnım  daha  da  yanıqlı  etmişdi. 
Ümumiyyətlə,  itkilər həmişə mənə çox pis təsir edib.  Xüsusilə də, 
əgər  bu  insan  sənin  doğman,  yaxmındırsa,  bu  itki  ilə  heç  cür 
barışmaq  istəmirsən.  Ən  qəribəsi  isə  o  oldu  ki,  ifa  zamanı 
axıtdığım  göz  yaşlarına  baxmayaraq,  səsimdə  heç  bir  dəyişiklik 
olmadı.  Təəssüflər  olsun  ki,  sonradan  sənətimə  qadağaların 
qoyulduğu  vaxt  yazdırdığım  bu  mahnını  da  özümdə  saxlaya 
bilmədim”.
Amma  artıq  qeyd  etdimiz  kimi,  insan  kimi  mahnının  da 
taleyi,  qisməti  var.  Belə  olmasaydı,  illər  keçəndən  sonra  Flora 
xanıma  «Dalğalar»ı  ikinci  dəfə  ifa  etmək,  onu  yeni  oranjimanda 
yazdırmaq  qismət  olmazdı.  Mahnının  müəllifi  Fuad  Qədimovun
190
təşəbbüsü ilə Flora  Kərimova  «Dalğalar»ı yenidən yazdırmaqla öz 
pərəstişkarlarını  bir  daha  sevindirib,  keçmiş  xatirələri  yada  salıb. 
Kim  bilir,  bəlkə  də,  «Dalğalar»  neçə-neçə  insanın  taleyində 
silinməz  iz  qoyub.  Onu  yenidən  eşidəndə  isə  neçə-neçə  insan  öz 
gəncliyini,  həyatının  unudulmaz  anlarını  yada  salıb,  nostalji 
hisslərə  dalıb.  Beləliklə  mahnı  insanları,  insanlar  isə  mahnını 
yaşadıb.  İllər  keçəcək,  amma  «Dalğalar»  hər  zaman  yaddaşlarda 
yaşayacaq, onu dinləyənlərə əvəzolunmaz anlar, xoş duyğular bəxş 
edəcək.
Fuadın Rəna adlı qızı var.
Salmanın ikinci oğlu Xasay Bakı şəhərində anadan olmuşdu.
Xasayın Əziz adlı oğlu, Elmira adlı qızı var.
Salmanın üçüncü oğlu Cəlal Bakı şəhərində anadan olmuşdu.
Salmanın  dördüncü  oğlu  Camal  Bakı  şəhərində  anadan 
olmuşdu.
Camalın Elvira adlı qızı var.
Kərbəlayı  Ağakişinin  üçüncü  oğlu  Süleyman  1867-ci  ildə 
Şuşa  şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu. 
Ticarətlə məşğul idi.
Kərbəlayı Ağakişinin dördüncü oğlu  Şükür  1870-ci ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu.  Ticarətlə 
məşğul  idi.  Pak  Xorasan  torpağını,  Məşhədi-müqəddəsi  ziyarət 
etmişdi.
Məşədi Şükür İzzətbəyim Seyid Nəsrulla qızı (1923-2000) ilə 
ailə qurmuşdu.  Kamil, Əmir adlı oğlanları, Firəngiz adlı qızı vardı.
Kamil  1914-cü ildə Şuşa şəhərində doğulmuşdu.
Kamil Qədimov  1980-ci ildə vəfat edib.
Kamil  Dünyaxanım  İmamqulu  qızı  ilə  ailə  qurmuşdu.  Rəna 
adlı qızı var.
Rəna  Qədimova  1958-ci  il  yanvarın  10-da  Bakı  şəhərində 
doğulub.  1961-ci  ildən  1964-cü  ilədək  Bülbül  adma  Orta  İxtisas 
Musiqi  Məktəbində  Degina  Seroviçin  sinfində  fortopiano  öyrənib. 
1965-ci  ildən  1976-cı  ilədək  orta  təhsilini  davam  etdirib.  1976-cı 
ildən  1983-cü  ilədək  Üzeyir  Hacıbəyov  adına  Azərbaycan  Dövlət
191


Konservatoriyasında  (Fərəc  Qarayevin  sinfində)  bəstəkarlıq 
ixtisası üzrə oxuyub.
Rəna  Qədimova  1983-cü  ildən  Soltan  Hacıbəyov  adma 
Sumqayıt  şəhər  Orta  İxtisas  Musiqi  Məktəbində  müəllim  kimi 
fəaliyyətə  başlayıb.  1997-ci  ilədək  bu  məktəbdə  çalışıb.  1997-ci 
ildən  bu  günədək  Bülbül  adma  Orta  İxtisas  Musiqi  Məktəbinin 
müəllimidir.
Rəna 
Qədimova  peşəkar  bəstəkardır. 
Xeyli  musiqi 
bəstələyib.  1963-1964-cü  illərdə:  fortopiano  üçün  kiçik  əsərlər 
(“Qız  qalası”,  “Qəmli  mahnı”,  “Balaca  at”,  “Pioner  marşı”). 
Fortopiano üçün bəstələdiyi  11  prelüd uğur qazanıb.
1979-cu  ildə  özünün  bəstələdiyi  əsərləri  ilə  ilk  dəfə  çıxış 
edib.  I  Zaqafqaziya  festivalının  diplomunu  alıb.  Türkmənistan- 
Azərbaycan  gənc  bəstəkarlar  forumunun  iştirakçısı  olub.  “Üzü 
zirvəyə” Beynəlxalq bəstəkarlıq festivalında öz əsəri ilə çıxış edib, 
(faqot və fortopiano üçün sonata)
Bu  illərdə  keçirilən  Azərbaycan  Respublikası  Bəstəkarlar 
İttifaqının qurultaylarında,  plenumlarında öz əsərləri ilə konsertlər, 
müxtəlif televiziya kanallanndakı verilişlərdə iştirak etmişdir.
2006-2007-ci  illərdə  Azərbaycan  Mədəniyyət  və  Turizm 
Nazirliyinin  keçirdiyi  xor  əsərləri  və  nəfəsli  alətlər  üçün  əsərlər 
müsabiqəsinin mükafatçısı olub.
Gənclər  festivalında  münsiflər  heyətinin  üzvləri  cərgəsinə 
qatılıb.
2008-ci ildə bəstəkarlar ittifaqının konfransında məruzə edib, 
dövri  mətbuata,  eləcə  də  “Musiqi  dünyası”  jurnalına  məqalələr 
yazıb, radioda çıxışları ilə yadda qalıb.
Rəna  Qədimova  2008-ci  ilin  sentyabrında  III  müəllimlər 
qurultayına nümayəndə seçilib.
Məşədi  Şükürün  ikinci  oğlu  Əmir  1917-ci  ildə  Şuşa 
şəhərində anadan olmuşdu.
Əmir Şəkər xanımla ailə qurmuşdu.  Aydın adlı oğlu, Firəngiz 
adlı qızı var.
Kərbəlayı  Ağakişinin  beşinci  oğlu  Dadaş  1873-cü  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu.  Ticarətlə
192
məşğul  idi.  Tağıyeva  Fatmabəyim  Seyid  Nəsrulla  qızı  ilə  ailə 
qurmuşdu.  Nazim  adlı  oğlu  dağ  mühəndisi  idi.  Nazim  45  yaşında 
vəfat edib.  Nazimin iki oğlu Azər və  İsgəndər hal-hazırda Moskva 
şəhərində yaşayırlar.
Hacı  Həsənin  üçüncü  oğlu  Hümbətəli  1845-ci  ildə  Şuşa 
şəhərində anadan olmuşdu. Anadalgəlmə kor idi.
***
Hacı  Həsənin  dördüncü  oğlu  Həsənəli  1863-cü  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu.  Ticarətlə 
məşğul  idi.  Bakı  şəhərində  dükan  icarəyə  götürüb  işlədirdi. 
Müqəddəs Kərbəla torpağını ziyarət etmişdi.
Kərbəlayı Həsənəli Qədimov 1909-cu ildə borca düşmüş, evi 
açıq  hərracda  satışa  çıxarılmışdı.  Rza  bəy  Hacı  İbrahim  bəy  oğlu 
Müqimov  və  Məşədi  Salman  bəy  Hacı  Hüseyn  bəy  oğlu 
Allahverənbəyov bu satışa etiraz etmişdilər.
193


Yüklə

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə