ƏġĠr bəġĠROĞlu h h



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə11/34
tarix19.07.2018
ölçüsü1,04 Mb.
#56900
1   ...   7   8   9   10   11   12   13   14   ...   34

Hamının Sevimlisi 
 
33 
 
H.Z.Tağıyev İqtisadiyyatın inkişafı ilə yanaşı, maarif və mədəniyyətin tərəqqisi 
üçün  də  misilsiz  səy  və  xidmətlər  göstərmişdir.  Onun  vəsaiti  hesabına  şeyxülislam 
Əbdüssəlam  Axundzadənin  “Tarixi-müqəddəs”,  Sultanməcid  Qənizadənin  kitabları, 
“Əşari-Seyid  Əzim  Şirvani”  kitabı,  Nəriman  Nərimanovun  “Nadir  şah”  dramı 
(Tağıyevin  xahişi  ilə,  fars  dilinə  tərcümə  olunaraq)  və  bir  çox  başqa  kitablar  çap 
olunmuşdur.  Bundan başqa, İranda, İstanbulda, Hindistanda, Misirdə və başqa Şərq 
ölkələrində  xəstəxanalara,  məktəblərə,  xeyriyyə  cəmiyyələtinin,  məscid  və 
mədrəsələrin  inşasına  böyük  ianələr  ayırmış,  təkcə  Azərbaycanın  deyil,  Rusiyanın 
çoxmilyonlu  müsəlman  əhalisinə  köməyini  əsirgəməmişdir.  O,  Mahaçqala,  Tiflis, 
Krım, Sibir, Moskva, Odessa, Vladiqafqaz, Həştərxan, Kutaisi, Peterburq, Volqaboyu, 
Xarkov  və  s.  yerlərdə  ana  dilində  məktəblərin  açılmasına  xeyli  vəsait  sərf  etmişdi. 
Tağıyev 1895-ci  ildə  57  min  rubla  “Kaspi” qəzetini  almış  və onun  sahibi olmuşdu. 
Quran  Azərbaycan  dilində  “Kaspi”  qəzetinin  nəşriyyatında  nəşr  edilmişdir.  1879-ci 
ildən Bakı şəhər Dumasının üzvu olan Tağıyevin Bakıya su kəmərinin çəkilməsində 
xüsusi  xidməti  var.  Onun  təşəbbüsü  ilə  ingilis  mühəndisi  V.V.Lindley  1904-ci  ildə 
Şollar  –  Bakı  su  kəmərinin  çəkilməsinə  başlamışdı.  Tağıyevin  1899-ci  ildə 
Mərdəkanda  tikdirdiyi  elektriklə  işləyən  dəyirman  ətraf  kəndlərin  camaatını  1-ci 
dünya  müharibəsi  illərində  aclıqdan  xilas  etmişdir.  1902-ci  ildə  Şamaxı  zəlzələsi 
zamanı  Tağıyev  şəhər  əhalisinə  böyük  kömək  göstərmişdir.  Tağıyev  ilk  müsəlman 
qız  məktəbinin  fəaliyyətinə  xeyli  vəsait  (325  min  manat)  və  əmək  sərf  etmişdir. 
Peterburq  müsəlman  xeyriyyə  cəmiyyətinə  11  min  manat  bağışlamış  və  bu 
cəmiyyətin ömürlük üzvü seçilmişdir. Qəzet və jurnalların nəşrinə (“Kaspi”, “Həyat”, 
“Füyuzat” və s.), mədəni-maarif cəmiyyətlərinə, milli kadrların hazırlanmasına xeyli 
vəsait sərf etmişdir.  
Tağıyevin maarif sahəsindəki xidmətlərinin coğrafiyası daha böyük və genişdir. 
Onun  himayə  etdiyi,  təqaüd  verdiyi  şəxslər  sonralar  öz  ölkələrinin,  xalqlarının 
görkəmli  nümayəndələri  olmuşlar.  Nəriman  Nərimanov,  Məşədi  Əzizbəyov, 
Əlimərdan bəy Topçubaşov, Qara bəy Qarabəyli, Behbub Ağa Cavanşir, Lütfəli bəy 
Behbudov,  Mirzə  Davud  Hüseynov,  Nəsib  bəy  Yusifbəyli,  Maxaç  Daxadayev,  Mir 


Əşir Bəşiroğlu 
34 
 
Həsən  Vəzirov,  Xudadat  bəy  Məlik  –  Aslanov,  R.Axundov,  A.Mahmudbəyov, 
Şövkət  Məmmədova  və  onlarca  başqaları  H.Z.Tağıyevin  köməyi  sayəsində  təhsil 
almışdır.  
Tağıyev  yeni  tipli təhsil ocaqlarını  ərəb,  fars,  türk  dillərində  kitablarla, tədris 
vəsaiti və məktəb avadanlığı ilə təmin etmiş, onlara nağd pulla yardım göstərmişdir. 
Quberniya  mərkəzində  texniki  kommersiya  və  ya  peşə  məktəblərinin  açılmasına  da 
100 500  manat  pul  ayırmış,  həmin  tədris  ocaqlarında  kabinet  və  laboratoriyaların 
yaradılmasına  əlavə  yardım  göstərmişdir.  “Nəşri-maarif”,  “Nicat”  və  b.  xeyriyyə 
cəmiyyətlərinin təsis edilib fəaliyyət göstərməsində Tağıyevin böyük əməyi olmuşdur. 
O, “Nəşri-maarif” cəmiyyəti idarə heyətinin sədri seçilmişdi. Bakı texniki məktəbinin 
qəyymu (hamısı) seçilmiş, öz vəsaiti hesabına məktəb üçün ikinci mərtəbə tikdirmiş, 
yaşlılar  üçün  rus  dili  kursları  təşkil  etmişdir.  12  yoxsul  müsəlman  texnik-tələbənin 
xərcini öz üzərinə götürmüşdür.  
Tağıyevin vəsaiti hesabına Petrovsk-Portda tikiş fabriki, Dərbənddə qızlar üçün 
təhsil  müəssisəsi  (Tağıyev  məktəbin  saxlanması  üçün  hər  il  pul  köçürmüşdür), 
Peterburqda  məscid,  Moskvda  yaşayış  evi  və  ticarət  müəssisələri  tikilmişdir.  Balka 
müharibəsi illərində türklərə pul yardımı göstərmişdir. Birinci dünya müharibəsində 
rus  qüvvələri  tərəfindən  işğal  edilmiş  Türkiyə  vilayətlərində  erməni  quldur 
dəstələrinin  vəhşiliklərinə  məruz  qalmış  müsəlmanlara  yardım  edilməsində  də  onun 
fəal  rolu  olmuşdur.  Gizli  fəaliyyətdə  olan  “Müsavat”  partiyasına  da  maddi  yardım 
göstərmiş,  İsmayıl  bəy  Qaspralının  “Tərcüman”  qəzetinə  Qafqazdan  abunələr təşkil 
etmiş, abunəçilərin pulunu özü ödəmişdir.  
1917-ci  ilin  aprelində  Bakıda  keçirilmiş  Qafqaz  müsəlmanları  qurultayında 
fəxri qonaq kimi çıxış edən H.Z.Tağıyev qurultayın yaratdığı milli fonda 50 min rubl 
məbləğində  pul  bağışlamışdır.  1918-ci  ilin  martında  dinc  müsəlman  əhalinin  məruz 
qaldığı qırğının qarşısını almaq üçün Dağıstan qüvvələrinin başçısı imam Nəcməddin 
Qotsinski  ilə  saziş  əldə  edilməsində  Tağıyevin  mühüm  xidməti  olmuşdur.  Məşum 
mart günlərində “Tağıyev teatrı”, “Kaspi” redaksiyası da yaranmışdı.  
Azərbaycanın  XX  əsr  siyasi  həyatında  Tağıyevin  fəal  rolu  olmuşdur.  Nəinki 
çar  hakimiyyəti  dövründə  cərəyan  edən  siyasi  prosesləeə  müxtəlif  formalarda 


Hamının Sevimlisi 
 
35 
 
münasibətini  ifadə  etmiş  (Arxiv  sənədlərində  “Difai”  partiyasının  təsisçisi  xilasi 
yönündə  zəruri  tədbirlər  görməsi,  1918-ci  ilin  mart  günlərində  müsəlman  müdafiə 
dəstələrinin  maddi  təminatı,  talan  olunmuş  kəndlərə  İrandan  ərzaq  gətirdib 
paylanması  cə  s.),  həm  də  Azərbaycan  Xalq  Cumhuriyyəti  dövründə  müstəqil  milli 
dövlətçilik  mənafelərini  dəstəkləmiş,  təntənəli  dövlət  tədbirlərində  iştirak  etmişdir. 
Yüksək səviyyəli qonaqları öz yaşayış mülkündə qonaq etmiş, Britaniya diplomatik 
missiyasının  başçısı  O.Uordrop  Bakıya  gələrkən  şəxsi  mülkünün  bir  hissəsini  onun 
sərəncamına vermiş, general C.Harbord başda olmaqla, Amerika missiyasının üzvləri 
onun  mülkündə  qalmış,  burada  hökümət  başçısı  Nəsib  bəy  Yusifbəyli  tərəfindən 
qəbul edilmişdi.  
1919-cu  il  iyunun  29-da  H.Z.Tağıyev  Azərbaycan  Xalq  Cumhuriyyətinin 
Hökümətinin başçısı N.Yusivbəyliyə iri həcmli məktubla müraciət etmiş, hökümətin 
maliyyə  və  iqtisadi  siyasəti  ilə  bağlı  mülahizələrini  bildirmiş,  tövsiyyələr  vermişdi. 
Milli  pulun  dəyərdən  düşməsi  səbəbləri,  ixracata  qoyulan  qadağaların  ölkə 
iqtisadiyyatına  vurduğu  zərər,  Azərbaycan  valyutasını  gücləndirmək  tədbirləri,yerli 
sənaye sahəsində hökümət orqanlarınn yeritdiyi siyasətin tənqidi Tağıyevin hökümət 
başçısına  müraciətinin  əsas  məzmununu  təşkil  edirdi.  Müraciətin  motivini  Tağıyev 
məktubun sonunda şərh etmişdi: “Mənim sizə müraciətim tacir və sənayeçinin şəxsi 
marağından  deyil,  səmimi  vətənpərvərlik  hissindən  və  dövlətin  əsl  siyasi 
müstəqilliyinin yalnız onun mayiyyə və iqtisadi müstəqilliyi əsasında mümkünlüyünə 
dərin  inamımdan  irəli  gəlir  ki,  bunsuz  siyasi  mənada  azad  vətəndaşlar  özlərinin 
sənaye  və  ticarət  baxımından  daha  güclü  qonşularının  quluna  çevrilirlər”.  Dövlət 
qadağalarının və məhdudiyyətlərinin inkişafa əngəl olduğunu göstərən Tağıyev gənc 
Azərbaycan  respublikasının  iqtisadi  müstəqilliyi  üçün  zəmin  yaratmaq,  onun 
dünyanın  digər  dövlətlərinin  sırasında  tamhüquqlu  üzv  kimi  şərəfli  yer  tutması 
naminə  sənaye  və  ticarət  sərbəstliyini  müdafiə  etdiyini  bildirirdi.  1922-ci  ildə 
H.Z.Tağıyevin Azərbaycan SSR hökümətinin sədri N.Nərimanova müraciəti də eyni 
motivə  söykənmişdir.  O,  sovet  iqtisadi  siyasətində  məcburi  dönüşü  işgüzarcasına 
çevik  dəyərləndirmişdir.  “Qocalığıma  və  böyük  tarixi  hadisələr  səbəbindən 


Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə