ƏġĠr bəġĠROĞlu h h



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə19/34
tarix19.07.2018
ölçüsü1,04 Mb.
#56900
1   ...   15   16   17   18   19   20   21   22   ...   34

Hamının Sevimlisi 
 
57 
 
bir neçə tablo çəkmişdi, onlardan biri “Bosfor” adlı kompozisiya idi, rusca “Prinsevil 
ostrova”  adlanırdı.  1921-ci  ildə  yoxa  çıxır.  Başqa  bir  dəniz  mənzərəsi  də  “Tufana 
düşmüş gəmi”, indi Bakıda R.Mustafayev adına İncəsənət muzeyindədir. 
Müəllim  Əliməmməd  Mustafayev  deyirdi  ki,  Orucov  qardaşları  Nikolayvski 
(Kommunist) küçəsindəki mağazanın vitrinində iki şəkil qoymuşdular satmağa.  Biri 
“Bibiheybət  məscidi”,  o  birisi  “Çeşmə  başında”  idi.  Birisinə  beş  yüz  manat, 
ikincisinə üç yüz manat qiymət qoymuşdular. Hər ikisini də Əlibəy Hüseynzadə rəsm 
etmişdi.  Müəllimlərin  yığıncağında  Həbibbəy  Mahmudbəyov  deyir  ki,  Əlibəyin, 
görünür,  əli  aşağıdır,  öz  çəkdiyi  əsərləri  satır,  gəlin  adam  başı  on  manat  qoyaq, 
“Çeşmə başında”kı şəkli alaq, püşk ataq, kimə düşdü olar onun malı. Elə də edirlər. 
“Çeşmə  başında”kı  şəkildə  meşənin  içində,  bulaq  başında  yaşlı  bir  adamın  namaz 
qılması  təsvir  edilmişdi.  “Bibiheybət  məscidi”  əsərini  isə  Bakıdakı  ingilis  konsulu 
Mak  Donnel  alıb  Londona  göndərmək  istəyir.  Dükana  girib  sifariş  verir  ki,  şəkli 
sabah  gətirin  İçəri  şəhərə  -  İngilis  konsulxanasına.  Bu  söhbəti  “Bəradərən 
Orucovların”  böyük  qardaşı  o  axşam  Hacının  evində  olanda  danışır.  Hacı 
Zeynalabdin beş yüz manat verib deyir ki, həmin əsəri sabah göndər bizə. Amma bu 
barədə  Əlibəy  Hüseynzadə  heç  nə  bilməsin,  pul  almaz.  Çünki  “Həyat”  qəzetinin  və 
“Füyüzat” jurnalının baş redaktorudur, məndən maaş alır, pul götürməz. Bibiheybət 
məscidinin  şəkli  qoy  bakıda  qalsın,  gedib  Londona  düşməsin.  Baxara  Əmiri 
padşahdan  icazə  alıb  Peterburqun  göbəyində  məscid  tikdirir,  biz  Bakı  müsəlman 
dövlətləri  də  ona  kömək  edirik.  Murtuz  Muxtarov  Vladiqafqaz  (Orconigidze) 
şəhərində  ikimərtəbəli,  qoşaeyvanlı  məscid  tikdirir.  Qədim  məscidimizin  şəkli  öz 
şəhərimizdə qalmalıdır. 
Tağıyevin qızı Sara nəql edirdi ki, “Atam bizə ayda beş manat xərclik verirdi. 
Kitabça açmışdı, hərəmizə ayrı-ayrı, gedib kontordan qol çəkib alırdıq. Görünür atam 
bizi  qayda-qanuna  öyrətmək  istəyirdi.  Bir  gün  yazda  qulluqçu  məni,  bacım  Leylanı 
və  qardaşım  Məhəmmədi  dənizə  apardı  “Abo”  gəmisində  gəzməyə.  qulluqçu 
kapitanla söhbət edirdi, biz də göyərtədə hərlənirdik. Məhəmməd ventilyator şüşəsini 
göztərib dedi ki, “gör nə qalındır, heç kəs sındıra bilməz”. Dedim ki, mən sındıraram. 


Əşir Bəşiroğlu 
58 
 
Mərcləşdik  bir  qutu  şokoladdan.  Yerdən  bir  dəmiri  götürüb  ilişdirdim  şüşəyə,  tikə-
tikə  oldu.  Kapitan  və  qulluqçu  qorxdu,  yürüyüb  gəldilər.  Dedik  ki,  mərcləşmişik. 
Sabahı gün məni atamın kabinetinə çağırdılar. Gördüm qaşqabaqlıdır, acıqla soruşdu: 
“Aboda  şüşəni  kim  sındırıb?”  Dedim:  “Mən  Məhəmmədlə  mərcləşmişdim”.  “Kim 
şüşəni saldıracaq?” çiyinlərimi qaldırdım “Bilmirəm” dedim. Atam deyindi: “Sındıra 
bilirsən, amma kim düzəldəcəyini bilmirsən?” Dedim ki, sən düzəltdirərsən. Soruşdu: 
“Niyə  mən? Bir aylıq xərciyin veriləcək şüşənin təmiri üçün. O biri uşaqlar xərclik 
alacaq, sən yox. Get otağına”. 
“Atama xəbər verdilər ki, orta məktəbi bitirmiş bir oğlan üzü açıq nişanlısı ilə 
teatra  gedəndə  qoçu  Bəşir  bəy  onları  görüb,  hədələyib  ki,  öldürəcəyəm.  Atam 
qradonaçalniki  evimizə  dəvət  edib  məsələni  danışdı.  Qoçu  Bəşir  bəyi  çağırıb 
qulaqburması verdilər, dilindən iltizam aldılar”. 
Respubikanın  xalq  artisti  Sidqi  Rufulla  nəql  edirdi  ki,  aktyorları  Hacı 
Zeynalabdin Tağıyevin yanına teatrın binasına dəvət etdilər. Hacı sözə başladı: “Sizi 
İrana göndərdirəm. İran şahı xahiş edib. Bütün xərcinizi mən çəkəcəyəm. Ailənizin 
dolanacağı  üçün  pul  da  verəcəyəm,  hesabdardan  alıb  qoyarsınız  evə,  ailəniz  korluq 
çəkməsin.  Dərziyə  tapşırmışam,  hərənizə  iki  kostyum  tikəcək,  hərənizə  bir  cüt 
ayaqqabı, üç dəst çamaşır veriləcək. Orada üzümüzü  ağ eləyin, ədəb-ərkanla durub-
oturun”. 
Hacı  Zeynalabdin  Tağıyev  1924-cü  il  sentyabrın  1-də  səkkizin  yarısında  101 
yaşında  Mərdəkandakı  bağında  vəfat  edib.  Sentyabrın  4-də  dəfn  edilib.  Öz 
vəsiyyətinə  görə  Molla  Əbuturabın  ayağı  altında  basdırılıb.  Bu  vəsiyyət  barədə  bir 
neçə  rəvayət var.  Onlardan biri belədir:  “Tağıyev  özü nəql  edirmiş  ki,  kefimin  kök 
vaxtı  idi,  karetada  Mərdəkana  bağa  gedirdim.  Pəncərədən  gördüm  ki,  Axund 
Əbuturab ağa köhnə bir faytonda gedir. Karetanı saxlatdırıb, sürücüyə dedim ki, onu 
yanıma çağırın. Soruşdum: “Ağa, bu cah-cəlal ki, məndə var, əlimdən çıxa bilərmi?”. 
Əbuturab  ağa  dedi:  “Hacı,  sən  Məkkəyə  gedib  Allah  evini  ziyarət  eləmisən, 
əstəğfurullah de, Allah istəsə, bir ləhzədə bütün dövləti əlindən alar”. İyirminci ildə 
(şəhər  evimdən)  bağa  həmişəlik  köçəndə  başa  düşdüm  ki,  Əbuturab  ağanın  ayağı 
biləni mənim başım bilmir. Məni onun ayağı altında basdırın”. 


Hamının Sevimlisi 
 
59 
 
Azərbaycanda  Sovet  hakimiyyəti  qurulduqda  Hacı  Zeynalabdinə  təklif  edilir 
ki, o istədiyi yerdə azad yaşaya bilər. Hacı Mərdəkandakı evində qalmağı üstün tutur 
və həyatının sonuna qədər orada yaşayır. 
Hacının  qəbri  dağılmışdı,  nəvəsi,  geofizika  elmləri  doktoru,  professor  Rəsmi 
Əsəd oğlu Abdullayev bu yaxınlarda qismən bərpa etdirib. 
Çox  maraqlıdır  ki,  inqilabdan  əvvəlki  mətbuata  nəzər  saldıqda  Tağıyevin  nə 
qədər xeyirxah işlər gördüyü hamıya məlum olur. Təkcə Rusiya şəhərlərinə yox, İran, 
Hindistan,  Misir,  Türkiyə  və  digər  ölkələrə  də  yardım  əlinin  uzadırdı.  Hindistanda 
çıxan  “Həblül  məten”  qəzetini  maddi  vəsait  olmadığına  görə  bağlamaq  istəyirdilər. 
Hacı vəsait göndərir, qəzet fəaliyyətə başlayır. 
Verdiyi  ianələrin  məlum  olanlarından  bir  neçəsini  qeyd  edirəm:  Peterburqda 
tikilən  müsəlman  cəmiyyəti  xeyriyyə  binasına  11.000  manat,  erməni  yetim 
uşaqlarının  təlim-tərbiyəsinə  3000  manat,  “Svyataya  Nina”  rus  qız  məktəbinə  5000 
manat,  Qafqaz  və  Dağıstandakı  məscidlərin  təmirinə  5000  manat,  bakı 
qəbiristanlığını hasara almağa 5000 manat, Həştərxanda məscid təmirinə 5000 manat, 
“Səadət”  məktəbinə  yardım  üçün  5000  manat,  Tehrandakı  mədrəsə  binasına  55000 
manat, “Şəfa” məktəbinin təmirinə 500 manat, yetim uşaqlara, dul və xəstə arvadlara 
8500  manat, Kamerçeski məktəbə, müsəlman uşaqlarının təlimi üçün 50.000 manat 
və sair. Bunlar onun etdiyi ianələrin cüzi hissəsidir. Nəriman Nərimanov 1900-cü ildə 
Hacının  50  illiyinə  yazdığı  kitabında  qeyd  edir  ki,  “Bu  vaxtadək  qeyrətli  Hacının 
ümumi camaat və millət işlərinə bir milyon manata qədər xərci olubdur”. 
 
BAKI  MÜSƏLMAN  ALEKSANDROVSKĠ  QIZ MƏKTƏBĠ 
Bu barədə kitabın əvvəlində qismən yazılıb. İndi isə bu qız məktəbinin qayda-
qanunu haqqında oxuculara qısa məlumat vermək yerinə düşər. Məktəbin məzunları 
məktəb  haqqında  həvəslə  danışır  və  sanki  xəyala  dönmüş  o  illərə  bir  də  qayıtmaq 
istəyirdilər,  gözləri  yaşaranlar  da  olurdu.  O  günləri  ömürlərini  ən  xoş  günləri  hesab 
edirdilər.  


Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə