Hamının Sevimlisi
61
1915-1916-cı illərdə yuxarı sinif qızlarını oğlan gimnaziyasına, realni məktəbə
də konsertə aparardılar.
Məktəbimizdə xor, dram, ədəbiyyat, rəqs dərnəkləri vardı. Cümə günləri dram
dərnəyi konsert verərdi və ya pyes oynayardılar. Bir dəfə “Arşın mal alan”ı göstərdik.
Avtorun özünü dəvət etmişdik. əsgər rolunu Reyhan Axundova (sonra rəssam oldu),
xalanın rolunu Dostu Cəfərova ifa etdi. Dərnəyimizi Üzeyir bəy çox bəyəndi.
Konsert verəndə Sabirin “Oxutmuram əl çəkin”, “Xan dostu amandı, qoyma
gəldi”, “Fəhlə, özünü sən dəmi insanmı sanırsan?” şeirlərini, Puşkinin, Lermontovun,
A.Şaiqin, Abbas Səhhətin şeirlərini oxuyardıq.
Yuxarı sininflərdə əl işləri, toxuma, paltar tikmək öyrədirdilər. Məktəbi
qurtaran qızlar böyük bir tikmə şal düzəldib Tağəyevə bağışladılar. Hacı məktəbi
bitirən qızları evinə dəvət edər, meyvə-şirniyyat süfrəsi açardı, sonra hərəyə bir qutu
şokolad, ipək baş şalı, Tolstoy, Puşkin, Lermontov, Karamzin və başqa yazıçı və
şairlərin əsəsrlərini, Quranın Azərbaycan dilində tərcümə edilmiş nüsxəsini
bağışlayardı.
Tağıyevin arvadı Sona xanım tez-tez məktəbimizə gələr, meyvə-şirniyyat
gətirərdi. Hacı arabir gəlib dərslərimizə qulaq asardı, axırda da deyərdi: “Qızlarım,
balalarım, yaxşı oxuyun, səyy edin. Xoşbəxtlik oxumaqdadır. Bilik ən böyük
dövlətdir”.
Bir dəfə “Molla Nəsirəddin” – Mirzə Cəlil məktəbimizə gəldi. Bizimlə söhbət
etdi. Qızlardan bir neçəsi Sabirinm şeirlərini, bir nəfər də Abdulla Şaiqin Sabirin
ölümünə yazdığı şeiri oxudu, çox razı qaldı.
Bizim ailədən, Nərimanov ailəsindən 6 nəfər Asya, Xədicə, Məryəm, İltifat,
Simuzər və mən (Nabat) bu məktəbdə pulsuz oxuyurduq. Məktəbimiz çox gözəl idi.
Sinif otaqları geniş, hündür, işıqlı, hava bol. Dəhlizlər iri, həyətdə gözəl bağça,
müəllimlər xoşrəftar, lakin tələbkar, qayda-qanun. Yataq otaqlarında aptek təmizliyi,
yorğan-döşək yumşaq, çamaşır ağappaq, hər həftə dəyişdirilərdi.
Aşxanada uzun iri stollara qar təki ağ süfrə döşənərdi. Qablarda təzə xörək,
yeməklər ləzzətli, stolların ətrafında yuxarı sinif qızları növbə çəkərdilər. Hacının