ƏġĠr bəġĠROĞlu h h



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə28/34
tarix19.07.2018
ölçüsü1,04 Mb.
#56900
1   ...   24   25   26   27   28   29   30   31   ...   34

Əşir Bəşiroğlu 
84 
 
Neft  sənayesindəki  böhran  şəraitində  H.Z.Tağıyevin  layihəsinin  həyata 
keçməsi  daxili  bazardakı  rəqabəti  müəyyən  qədər  yumşalda  bilərdi.  Ölkənin 
daxilində  ağ  neft  satışının  olması  ilə  Bakı  ağ  neft  zavodçuları  qarşısında  xarici 
bazarlarda  möhkəmlənmək  prespektivləri  açırdı.  Məhz  buna  görə  də  Tağıyevin 
məruzəsində  ağ  neft  ixracının  təşkili  məsələsinə  xüsusi  yer  verilmişdi.  H.Z.Tağıyev 
deyirdi:  “Əvvəlcədən  inamla  demək  olar ki,  bizim  şirkət  Türkiyənin,  Yunanıstanın, 
Balkan  xalqlarının,  Avstriyanın,  Almaniyanın,  İtaliyanın  və  Aralıq  dənizi 
limanlarının bazarlarına tam hazırlıqla, yəni yüksək keyfiyyətli və ən ucuz qiymətli 
ağ  neftlə  gələcək,  bizim  ağ  neftimizin  ucuzluğu,  tədricən  Amerika  ağ  neftini 
sıxışdırıb bazarlardan çıxaracaq”.  
Göstərilən  vəzifənin  yerinə  yetirilməsi  üçün  H.Z.Tağıyev  təkcə  ağ  neft 
istehsalını  ildə  50  milyon  puda  çatdırmağı  deyil,  həmdə  ağ  neftin  ixrac  qiymətini 
azaltmağı  təklif  edirdi.  O,  “Kaspi”nin  səhifələrində  öz  layihəsini  izah  edərək  daha 
sonra  yazırdı:  “Bu  tədbir  bizim  öz  istehsalımızın  artığı  üçün  zəruri  olan  qədər 
amerikalılar  bizimlə  sazişə  girməkdə  ləngiməyəcəklər  və  qarşılıqlı  rəqabəti 
dayandırmaq üçün biz bazarları bölüşdürəcəyik”. 
H.Z.Tağıyev  haqlı  olaraq  güman  edirdi  ki,  onun  ağ  neft  zavodlarını 
birləşdirmək layihəsinin həyata keçiriləcəyi təqdirdə, xam neftin satışı barədə də buna 
bənzər  sazişlər  meydana  çıxacaqdır  ki,  bununda  nəticəsində  Bakı  neft  sənayeçiləri 
daxili  bazarda  öz  mövqelərini  möhkəmləndirəcək.  Avropa  və  Asiya  bazarlarında 
Amerika  kapitalı  ilə  layiqincə  rəqabət  apara  biləcəkdir.  Tağıyevin  bütün  cəhdlərinə 
baxmayaraq  neft  sənayeçilərinin  ayrı-ayrı  qrupları  arasındakı  ciddi  ziddiyyətlər 
üzündən həmin illərdə sindikat tipli hər şansı bir sabit birlik təşkil etmək cəhdləri baş 
tutmadı.  
“Nobel  qardaşları”  şirkəti  tərəfindən  yerli  sahibkarlara  qarşı  elan  olunmuş 
“açıq müharibə” 1886-cı ilin qışında genişləndi. L.E.Nobel xam neftin üzərinə vergi 
qoyulması uğrunda geniş kompaniya təşkil etdi. Buna cavab olaraq yerli sahibkarların 
digər  səlahiyyətli  nümayəndələri  ilə  (S.Şastlivçev,  S.Bağırov,  Q.Əlibəyov  və  s.  ) 
birlikdə  Bakının  neft  sənayeçiləri  və  ağ  neft  zavodçularından  biri  olan  H.Z.Tağıyev 
1886-cı  il  oktyabrın  31-də  Qafqazın  baş  milli  rəisi  A.M.Dondukov  –  Korsakova 


Hamının Sevimlisi 
 
85 
 
xahişlə müraciət etdi. Xahişdə qeyd olunurdu ki, xam neftin üzərinə vergi qoyulması 
“ancaq  hər  vasitə  ilə  bunun  həyata  keçirilməsinə  çalışan  bir  və  ya  iki  iri  firmanın 
varlanmasına  səbəb  olacaq,  qalan  bütün  sənayeçilər,  xüsusən  orta  və  xırda 
sənayeçilər  üçün  bu  tədbir  büsbütün  müflüsləşməyə  gətirib  çıxaracaq”.  Neft 
sənayeçilərinin müraciətini D.İ.Mendeleyev də müdafiə etdi. “İri sahibkarlar üçün bu 
qədər  arzu  olunan”  vergiyə  qarşı  mübarizə  apararaq  o,  xəbərdarlıq  edirdi  ki,  “xam 
neftin  üzərinə  vergi  qoyulsa,  bütün  neft  işinin  inkişafı  ləngiyəcək”,  çünki  “neft 
hasilatı bütün neft işinin bünövrəsini təşkil edir”.   
H.Z.Tağıyevin  dünya  bazarlarını  Amerika  kapitalının  nümayəndələri  ilə 
bölüşdürmək barəsində Y.K.Şonun layihəsində əks olunmuş çoxdankı ideyası “Nobel 
qardaşları”  şirkəti  tərəfindən  müdafiə  edilmədi.  Şirkət  öz  layihəsini  təqdim  etdi  və 
hökümət bunu bəyəndi. Uzun müzakirədən sonra 1893-cü il oktyabrın 26-da “Bakı ağ 
neft  zavodçuları  ittifaqı”nın  yaranması  ağ  neftin  qiymətlərinin  kəskin  surətdə  aşağı 
düşməsinə  gətirib  çıxarmış,  1892-ci  il  böhranı  ilə  şərtlənmişdi,  bu  da  rəqabətin 
güclənməsinin,  iri  firmaların  xırda  və  orta  sənayeçilərini  özlərinə  tabe  etmək 
cəhdlərinin nəticəsi oldu.  
“Bakı  ağ  neft  zavodcuları  ittifaqının  təşkilat  strukturunun  mürəkkəbliyi  onun 
üzvlərinin qarşılıqlı münasibətlərinin də mürəkkəbləndiyini sürətləndirdi. “İttifaq” 80 
firmanı birləşdrirdi. Rusiya inhisarlarının bütün tarixi heç bir birlik üzvlərinin sayına 
görə  onunla  müqayisə  oluna  bilməzdi.  “İttifaq”da  iki  qruplaşmanın  yaranması  da 
rəqabət  mübarizəsinin  davam  etməsi  ilə  izah  olunur.  Bunlardan  birinə  “Nobel 
qardaşları”,  “S.M.Şibayev  və  K
o
”,  “Xəzər  şirkəti”,  “Xəzər-Qara  dəniz  cəmiyyəti”, 
“Q.M.Arafelov və K
o
” və “Musa Nağıyev" ticarət evləri, habelə onlara qoşulan orta 
və  xırda  ağ  neft  zavodçuları  daxil  idi;  digər  qrupa  “Bakı  standartları”nin  üzvləri  – 
“H.Z,Tağıyev”,  “O.M.Lianozov  və  oğlanları”,  “A.İ.Mantaşev  və  K
o
”  şirkəti  və 
“Budaqov qardaşları” ticarət evi başçılıq edirdi.  
1894-cü  ilin  əvvəlində  ağ  neftin  birgə  xarici  ticarəti  barədə  iki  qrup  arasında 
müqavilə  imzalandı.  Eyni  zamanda  qruplardan  hər  biri  “qrupların  iştirakçılarının 


Əşir Bəşiroğlu 
86 
 
bağladığı  təşkilatı  müqavilələr  əsasında  öz  hərəkətlərində  tam  müstəqilliklərini” 
saxlayırlar.  
Bildiyimiz  kimi  neft  sahəsində  Tağıyevin  bəxti  gətirmişdi.  O,  sahədə 
milyonlara sahib olmuşdu. Lakin Tağıyev birdən-birə bütün neft sərvətini ingilislərə 
satdı. O, 20 milyon manata gedən şirkətini onun 4-də birinə satdı. Onun bu hərəkəti 
onu  tanıyanlar  arasında  böyük  təcübə  səbəb  oldu.  Lakin  Tağıyev  neft  sahəsindəki 
böhranı  vaxtında  görmüşdür.  O,  pulunu  başqa  sahəyə  yönəltdi.  Bakı  toxuculuq 
fabrikinin tikintisinə başladı.  
İngilis kapitalistləri Tağıyevin 20 milyon manat dəyəri olan mədənləri, ağ neft, 
yağ və kükürd turşusu zavodlarını, neft kəmərini, neftdaşıyan donanmanı, dəmir yolu 
çənləri parkını, Rusiyanın bir çox şəhərlərindəki ağ neft-mazut anbarlarını 5 milyon 
yarıma almağa müyəssər oldular.  
İngilis kapitalistləri H.Z.Tağıyevin satın alınmış  müəssisələrindən çoxlu gəlir 
götürdülər. Tağıyevin başa çatdırmadığı quyular tezliklə güclü fantan vurdu. Təkcə 4 
ay  ərzində  (1897-ci  ilin  noyabrından  1898-ci  ilin  martınadək)  “Oleum”  40  milyon 
pud neft çıxartdı ki, bu da cəmiyyətə 300 min funt sterlinqdən çox və ya 30 milyon 
manat xalis gəlir gətirdi. Sövdələşmənin bağlanmasından sonrakı 2 il 4 ay ərzində isə 
ingilislər 7,25 milyon manat xalis gəlir götürdülər.  
H.Z.Tağıyevin  firmasının  satın  alınması  ilə  qazanılan  uğurlar  bütün  ümüdləri 
ötüb  keçdi.  Maliyyə  nazirliyinin  Londondakı  agenti  Q.P.Kamenski  1898-ci  il 
yanvarın 28-də yazırdı ki, “Son zamanlar İngiltərədə təzə quyu istismar etmək və ya 
istismarı  daha  da  yaxşı  üsullarla  davam  etdirmək  üçün  neftli  torpaqların  xüsusi 
mülkiyyətə satın alınması meydana çıxmışdır. İngilislər özləri bu istismara fövqəladə 
dərəcədə xeyirli bir iş kimi baxırlar.  
“H.Z.Tağıyev”  firmasının  satın  alınması  İngilis  kapitalının  Azərbaycan  neft 
sənayesinə  coşğun  müdaxiləsi  üçün  mühüm  təkan  oldu.  İngilis  kapitalı  fəaliyyət 
sərbəstliyi aldı və XX əsrin əvvəllərində, tədqiqatçıların ifadəli təbirincə desək, “Neft 
Bakısında kök saldı”. 
H.Z.Tağıyev öz müəssisələrini satdıqdan sonra neft sənayesindəki fəaliyyətini 
dayandırmadı.  Ancaq  bu  dəfə  o,  yeni  cəmiyyət  yaratmaqdan  deyil,  artıq  fəaliyyət 


Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə