ƏġĠr bəġĠROĞlu h h



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə30/34
tarix19.07.2018
ölçüsü1,04 Mb.
#56900
1   ...   26   27   28   29   30   31   32   33   34

Əşir Bəşiroğlu 
90 
 
Yeddi  paya  bölünən  əsas  kapital  (hər  iştirakçıya  bir  pay)  3,5  milyon  manata 
bərabər  idi.  Şirkətin  məqsədi  quyu  qazımaqdan,  nefti  çıxarıb  satmaqdan  ibarət  idi. 
Təsisçilər  “H.Z.Tağıyev  və  K
0
” “Neft sənaye cəmiyyəti” adlı səhmdar cəmiyyətinin 
yaradılması  barədə  məsələ  qaldırmağı  öz  öhtələrinə  götürürlər.  “H.Z.Tağıyev” 
cəmiyyəti  1917-ci  ildə  mart-iyul  aylarında  pudu  61,7  qəpiyə-cəmi  90  min  pud  neft 
satmışdı.  
1915-ci ilin əvvəlində “T.B.Qulubəyov və N.K.Məmmədov” firmasından təşkil 
olunmuş  “Şərqi  Qafqaz  neft  sənayesi    və  ticarət  səhmdar  cəmiyyəti”  fəaliyyətə 
başladı.  Cəmiyyətin  üzvlərinin  təsis  qurultayında  H.Z.Tağıyev  idarə  heyətinin  sədri 
T.B.Qulubəyov, L.B.Yakuboviç, N.K.Məmmədov və A.A.Kərimov üzvləri seçildilər. 
Əsas  kapital  1,5  milyon  manata,  əmlakın  dəyəri  2  milyon  manata  bərabər  idi. 
Cəmiyyətin  tərkibinə  Bakı  quberniyasındakı  neft  mədənləri,  ağ  neft,  benzin  və  yağ 
zavodları,  Xəzər  dənizindəki  gəmilər,  Bakı,  Tiflis,  Petrovsk  və  Vladiqafqz 
şəhərlərində , habelə Stovropol və Minnsk quberniyalarındakı ağ neft anbarları daxil 
idi.  
“H.Z.Tağıyev və K
0
” və “Şərqi Qafqaz neft sənayesi və ticarət cəmiyyəti”nin 
təsisi  ilə  H.Z.Tağıyev  özünün  neft  sənayeçiləri  içərisindəki  şöhrətini,  nüfuzunu 
müəyyən  dərəcədə  bərpa  etdi.  Amma,  ümumiyyətlə,  XX  yüzilliyin  əvvəlində  olan 
neft  sənayesindəki  fəaliyyəti  XIX  yüzilliyin  sonundakı  kimi  vüsətli  deyildi.  Lakin 
neft  cəmiyyətlərində,  Bankir  kontorunda  və  Azərbaycan  xalq  təsərrüfatının  digər 
müəssisələrində  iştirak  etməsi  Azərbaycan  sahibkarlarının  maliyyələşdirilməsi  üzrə 
iri  bankın  yaradılması  planının  həyata  keçirilməsi  üçün  kapital  yığılmasına  şərait 
yaradırdı.  
 
ĠQTĠSADĠ  HƏYATDA  H.Z.TAĞIYEVĠN  ĠġTĠRAKI 
H.Z.Tağıyevin  neft  sənayesindən  əldə  etdiyi  külli  miqdarda  vəsait  onun  xalq 
təsərrüfatının  müxtəlif  sahəsində  fəaliyyət  göstərməsinə  imkan  verirdi.  Torpaq 
sahələri ilə əmaliyyatlar ona xüsusilə gəlirli görünürdü. XIX yüzilliyin sonuna yaxın 
neftli sahələrin qiymətləri artırdı. Əgər XIX yüzilliyin 70-ci illərinin əvvələrində bir 
desyatin torpağın  qiyməti  onlarla  manat idisə  əsrin  sonunda belə sahə 100  minlərlə 


Hamının Sevimlisi 
 
91 
 
manata  qiymətləndirilirdi.  Məsələn  ,  “Nobel  qardaşları”  şirkəti  1879-cu  ildə  8 
desyatin  neftli  sah  üçün  cəmi  15,5  min  manat  ödəmişdisə,  XX  əsrin  əvvələrində 
Sabunçuda bir desyatin torpağa 500 manat qiymət qoyuldu. Təbii ki, Tağıyevin satın 
aldığı  bütün  torpaq  sahələrinin  heç  də  hamısı  yalnız  neft  çıxarmaq  üçün  istifadə 
olunmurdu.  Onların  bəziləri  yaşayış  evləri,  ticarət  dükanları,  mədəni  və  inzibati 
mərkəzlər tikilməsi üçün nəzərdə tutulurdu.  
Görünür  ,  H.Z.Tağıyev  1862-ci  il  noyabrın  2-də  Bakı  sakini  Ağaqulu 
Ağarəhim  oğlundan  Bayırşəhər  ərazisində  sahəsi  27,5  kv  sajin  olan  həyətli  daş 
zirzəmini 175 manata olmasını torpaq sahələri ilə ilk əməliyyatlar sırasına aid etmək 
lazımdir. 1872-ci ilin əvvəlində o, şəhər torpağının 3 sahəsinin hərracla ona verilməsi 
barədə  xahişlə  Bakı  şəhər  idarəsinə  müraciət  etdi.  80-ci  illərdə  Tağıyev  300  kv 
sajinlik  daha  bir  torpaq  sahəsi  aldı.  90-cı  illərin  əvvəlində  isə  şəhər  idarəsi  onun 
İçərişəhərdə ikimərtəbəli daş ev tikmək barədə xahişinə razılıq verdi.  
Torpaq  əməliyyatlarında  Tağıyevin 1900-cü ildə  Hacı  Axundovdan bir torpaq 
sahəsinə 1877-ci ildə bağlanmış icarə hüquqlarını satın alması mühüm yer tutmuşdu. 
H.Z.Tağıyev  o  torpaq  sahəsindən  yol  çəkmişdi.  XIX  yüzilliyin  70-80-ci  illərində 
Bibiheybətdə  neft  mədənlərinin  istismarı  ilə  əlaqədar  bu  yolun  əhəmiyyəti  son 
dərəcədə  artmışdı.  Güclü  Bibiheybət  mədənlərindən  qara  şəhərə  neft,  mədənlərə  isə 
avadanlıq və tikinti materialları bu yolla daşınırdı.  
Yuxarıda qeyd olunduğu kimi, H.Z.Tağıyevin 1882-ci ildə birinci gildiya taciri 
rütbəsini  almışdı.  Onun  ticarət  əməliyyatları  getdikcə  genişlənir,  ona  məxsus  olan 
ticarət  müəssisələrinin  miqdarı  da  artırdı.  Məsələn,  1884-cü  ilin  dekabrında  Bakı 
şəhər  idarəsi  onun,  şəhərin  ikinci  hissəsində  (Baryatinski  küçəsində)  daş  dükanlar 
tikmək planının layihəsini təsdiq etdi.  
Neft  məhsulları  satışı  H.Z.Tağıyevin  ticarət  əməliyyatlarda  getdikcə  daha 
böyük yer tutur. Əgər 80-ci illərin ortalarında onun illik ticarət dövriyyəsi 3 milyon 
manat idisə 1897-ci ildə bu 4,9 milyon manata çatmış və Tağıyevə 1 200 min manat 
gəlir gətirmişdi.  


Əşir Bəşiroğlu 
92 
 
1882-ci  ildə  keçirilən  Moskva  sənaye-bədii  sərgisində  “H.Z.Tağıyev  və 
Sarkisov qardaşları” firması “Ağ neftin yaxşı keyfiyyətinə görə” bürünc medala layiq 
görülmüşdü.  Bu  mükafat  Tağıyevin  zavodunda  emal  olunan  məhsulların  yüksək 
keyfiyyətini göstərir və istehsal bazarlarında onun rəqabət qabiliyyətini artırırdı.  
Bakı  xəzinə  palatasının  məlumatlarına  görə  H.Z.Tağıyev  1897-ci  ildə  gəmi 
kontorlarının  sahibi  idi.  H.Z.Tağıyev  3  buxar  gəmisi  (“lənkəranlı”,  “Salyanlı”,  və 
“linbirq”)  və  buxarla  işləyən  2  şxuna  (“Bibiheybət”  və  “linbirq”)  məxsus  idi,  3 
şxunanı  (“Abbas  Həsənov”,  “Dərbənd”  və  “Moskva”)  isə  icarəyə  götürmüşdü. 
Bundan başqa, onun ixtiyarında dəmiryol laqon-çənləri parkı var idi. Böyük nəqliyyat 
vasitələrinə  malik  olması  Tağıyevə  həmişə  Xəzər  dənizi  və  Zaqafqaziya  dəmiryolu 
ilə  neft  məhsulları  daşıyan  aparıcı  Bakı  firmaları  qrupunda  olmaq  imkanı  verirdi. 
Məsələn,  1894-cü  ildə  H.Z.Tağıyevin  firması  2  milyon  pud  ağ  neft,  130  min  pud 
sürtgü yağları , benzin, qudron və digər məhsullar 23,9 milyon pud neft qalıqları, 2,4 
milyon  pud  xam  neft  -  cəmi  28,5  milyon  pud  mal  daşımışdı.  Aparılan  yüklərin 
həcminə  görə  firma  ancaq  “Nobel  qardaşları”  şirkətindən  (81,7  milyon  pud)  geri 
qalırdı. 
Qeyri-adi dərəcədə yüksək sürətlə inkişaf edən şəhərin memarlıq-planlaşdırma 
strukturunun    təşkilində  yeni  mərhələninin  başlanması  XIX  yüzilliyin  70-ci  illərinə 
təsadüf edir. 
 
Bakıda  su  məsələsi  problemə  çevrilmişdi.  Hökümət  isə  bu  sahəyə  əhəmiyyət 
vermirdi.  Məhz  buna  görə  də  H.Z.Tağıyev  özü  bu  işə  müdaxilə  etməyə  başladı. 
Öyrəndi  ki,  Rusiyada  su  kəməri  çəkilişi  üzrə  D.İ.Şipov  adlı  bir  mütəxəssis  yaşayır. 
Hacı  aşağıdakı  məzmunda  teleqram  vuraraq  onu  Bakıya  dəvət  etdi:  “Moskva, 
D.İ.Şipova.  Sizin  ictimai  işlərdə  məhsuldar,  yorulmaz  işinizlə  tanış  olduqdan  sonra 
arzu  edirəm  ki,  namizədliyinizi  şəhər  nizamnaməsinin  103-cü  maddəsi  əsasında  su 
kəməri  şöbəsinin  müdiri  kimi  Bakı  şəhər  idarəsinin  üzvlərinə  təqdim  edim.  Bu  təzə 
bir  işdir,  sınanmış,  təcrübəli  xadimlər  tələb  edir.  Maaş  məsələsi  ikinci  dərəcəli 
məsələdir. Təki siz bu işə razı olasınız. Xahiş edirəm ki, teleqramla cavab verəsiniz.  
Fevralın  24-də  D.İ.Şipov,  Londondan  bu  məsələ  ilə  əlaqədar  dəvət  edilmiş 
mühəndis  lindleylə  birlikdə  Bakı-şollar  su  kəmərinin  çəkilişi  barədə  danışıqlara 


Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə