ƏġĠr bəġĠROĞlu h h



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə27/34
tarix19.07.2018
ölçüsü1,04 Mb.
#56900
1   ...   23   24   25   26   27   28   29   30   ...   34

Hamının Sevimlisi 
 
81 
 
O da maraqlıdır ki, Bakı quberniyası neft sənayeçilərinin 1883-cü il siyahısında 
bir  ağ neft  zavodunun  sahibləri  kimi  Tağıyev  və  Sarkısov,  digər  zavodun  sahibkarı 
kimi isə tək H.Z.Tağıyev göstərilmişdir. 
80-ci illərin ortalarında Tağıyev Sarkısov qardaşlarından ayrılır, öz payını satın 
alır  və  özünün  müstəqil  “H.Z.Tağıyev  ticarət  evi”ni  təşkil  edir.  Bu,  həmin  dövrdə 
ticarət  evləri  formasında  fəaliyyət  göstərən,  ayrı-ayrı  şəxslərə  mənsub  fərdi 
müəssisələrin yaranması nümunəsi idi.  
80-ci  illərin  əvvəllərində  Tağıyev  firmasına  Bibiheybət  və  Balaxanıda  30 
desyatin neftli  torpaq, neft  məhsulları  daşımaq  üçün 2  yelkənli gəmi, Sarıtsin,  Nijni 
Novqorod və Moskvada anbarlar və iki zavod (biri ağ neft, digəri idə sürtkü yağları 
istehsalı  zavodu)  mənsub  idi.  1885-ci  ildə  firma  7  mln.pud  neft  çıxarmış  və  2 
mln.pud ağ neft istehsal etmişdir. Öz istehsal gücünə görə Tağıyevin zavodları ancaq 
“Nobel  qardaşları”  və  “Xəzər”  şirkətlərinin,  habelə  “Batum  neft  sənayesi  və  ticarət 
cəmiyyəti”nin zavodlarından geri qalırdı.  
D.İ.Mendeleyev yerli sahibkarlar içərisində Tağıyevi xüsusi qeyd edərək onun 
işgüzar  keyfiyyətlərini  xüsusi  qiymətləndirirdi:  “Bakı  neft  işinin  mühüm  yerli 
hərəkətvericisi  Hacı  Tağıyev  sayılmalıdır.  O,  Bibiheybətdə  dəniz  yaxınlığında  və 
Bakıda  yer  alaraq    orada  inadla  qazma  işinə  başladı,  demək  olar,  hamısı  fontan 
vurmuş çoxlu quyular qazıldı, birbaşa mədənin yanında geniş zavod tikdi və özünün 
Rusiyada və xaricdə ticarətini təsis etdi. Həmişə bütün işlərini elə ehtiyatla aparmışdı 
ki, Bakıda olmuş bir çox böhranlara sakitcə davam gətirmiş və cüzi vəsaitlə (1863-cü 
ildə  mən  Tağıyevi  xırda  podratçı  kimi  tanıyırdım),  lakin  bütün  əməliyyatlara  ağıllı 
münasibət bəsləmək şərtilə, neft işinin sürətlə vəsait yığımına necə xidmət etməsinə 
aydın nümunə olmaqdan qalmamışdır”. 
H.Z.Tağıyev  neft  sənayeçiləri  içərisində  təkcə  özünün  heyrətamiz  uğurluluğu 
ilə  deyil,  həm  də  neft  bazarının  dəyişkən  konyukturasından  dərindən  baş  çıxarmaq 
bacarığı  ilə  getdikcə  daha  çox  məşhurlaşırdı.  Qarşıya  qoyulmuş  məqsədə  çatmaq 
yolunda  uzaqgörənlik  və  qətiyyət  Tağıyevə,  nəinki  1886-cı  və  1892-ci  illərdə  neft 
sənayecini  çulğayan  və  onlarca  rəqabətə  davamsız  müəssisəni  müflisləşdirmiş 


Əşir Bəşiroğlu 
82 
 
böhranların  zərbəsinə  tab  gətirməkdə,  həm  də  ən  iri  kompaniyaların  neft  işini 
inhisarlaşdırmaq cəhdləri şəraitində öz müstəqilliyini qorumaqda kömək etmişdir. 
Azərbaycan  neft  sənayesini  sindikatlaşdırmaq  üçün  göstərilən  ilk  cəhdlər 
“Nobel qardaşları” şirkəti ilə bağlıdır. Hələ 1883-cü ildə, daha sonra isə 1885-ci ilin 
sonunda ağ neftin satışı sahəsində birgə siyasət işləyib hazırlamaq məqsədilə ağ neft 
zavodçuları  sazişin  bir  neçə  layihəsini  təklif  etdirir.  Sindikata  “Nobel  qardaşları” 
şirkətinin,  “Bakı  neft  cəmiyyəti”nin,  “Xəzər”  şirkətinin,  “H.Z.Tağıyev  və  Sarkisov 
qardaşları”,  “Mirzəyev  qardaşları”  və  S.S.Palaşkovskinin  ticarət  evlərinin 
nümayəndələri  daxil  olmalı  idi.  Sindikatda  orta  və  xırda  firmalarda  iştirak  edə 
bilərdilər.  Lakin  yüksək  senz  sistemi  ilə  əlaqədar  olaraq  onlar  sindikatın  qərarlarına 
təsir  göstərə  bilməzdilər.  Bu  sistemə  görə  sindikatın  ümumi  yığıncağında  hər 
firmanın səslərinin miqdarı neft hasilatına müvafiq şəkildə müəyyənləşdirilirdi: illik 
neft  hasilatının  hər  bir  milyon  pudu  üçün  firmaya  bir  həlledici  səs  verilirdi.  Lakin 
xırda  firmaların  uduzması  hesabına  “Nobel  qardaşları”  şirkətinin  gücləndiyindən 
qorxan iştirakçılar arasındakı ciddi fikir ayrılıqları bu layihələrin keçirilməsinə mane 
oldu.  Çünki  ağ  neft  istehsalının  normalaşdırılması  özündən  xırda  firmalar  özlərinin 
bütün  məhsullarını  iri  firmalara,  ilk  növbədə  “Nobel  qardaşları”  şirkətinə  verməli 
olacaqdılar. 
1886-cı ilin lap əvvəllərindən Azərbaycan neft sənayesində hücuma keçən ifrat 
neft  istehsalı  böhranının  əlamətləri  açıq-aşkar  görünməyə  başladı.  Artıq  1885-ci  il 
noviqasiyasının  bağlanmasından  sonra  (deməli,  həm  də  1886-cı  il  noviqasiyasının 
açılışınadək)  Bakı  anbarlarında  satılmamış  4  mln.puddan  çox  ağ  neft  qalmışdı. 
Satışın  mürəkkəbləşməsi  neft  sənayeçilərini  kartel-sindikat  tipli  müxtəlif  birliklər 
yaratmaq haqqında layihələr irəli sürməyə vadar etdi. Belə layihələrdən biri də Bakı 
neft  sənayeçisi  H.Z.Tağıyevə  mənsub  idi,  1886-cı  ilin  yanvar  ayının  11-də  o,  Rus 
texniki  cəmiyyətinin  Bakı  şöbəsinin  iclasında  neft  sənayesinin  vəziyyətinin 
kəskinləşməsinə  həsr  olunmuş  məruzə  ilə  çıxış  etdi.  Burada  qaldırılan  məsələlərin 
fövqəladə  nəcibliyi  ilə  əlaqədar  olaraq,  məruzəni  “Neft  sənayesi  böhranından  necə 
çıxmalı” adı altında nəşr etmək və bütün neft sənayeçilərinə göndərmək qərara alındı. 


Hamının Sevimlisi 
 
83 
 
H.Z.Tağıyev  öz  məruzəsində  neftin  satınalınma  qiymətlərində,  digər 
materiallarda,  əlavə  xərclərdə  fərqlərin  mövcudluğunu  və  s.  qeyd  edərək,  qarşıya 
qoyulmuş  məsələyə  cavab  verməyə  çalışırdı.  O,  yazırdı  ki,  “Bunların  hamısına  bir 
tərəfdən bizim parçalanmış olmağımızı və qarşılıqlı rəqabətimizin, digər tərəfdən isə 
heç  bir  ehtiyac  olmadan  başqalarının  zərərinə  bəzi  bazarların  molla  həddən  artıq 
doldurulduğunu  əlavə  etsək,  onda  indiki  böhranı  yaradan  səbəblərin  aydın 
mənzərəsini alarıq”. 
Hamı (həm istehlakçılar, həm də zavodçular) üçün məqbul “normal qiymətlər” 
müəyyən  olunması  məqsədilə  Tağıyev  bir  neçə  təklif  verdi.  Bunların  içərisində 
“birinci  yeri  fabrikin  keyfiyyəti  tuturdu”.  Digər  mühüm  təklif  bütün  ağ  neft 
zavodçularının həm daxili, həm də xarici bazarlarda ölkə ağ neftinin ticarətini əlinə 
alacaq Bakı ticarət şirkətində birləşdirilməsi barədə idi. 
Bakı  zavodçuları  layihələşdirilən  şirkət  qarşısında  aşağıdakı  öhdəliklər 
götürürdülər: 1) il ərzində istehsal olunan bütün ağ nefti ona təhvil vermək; 2) bütün 
əməliyyət  ili  ərzində  xam  nefti  hamı  üçün  eyni  qiymətə  almaq;  3)  noviqasiya 
dövründə bütün növlərdən olan gəmiləri hər növ üçün eyni qiymətə kirayə etmək; 4) 
sulfat  turşusu,  soda  və  digər  materialları  əməliyyat  ili  ərzində  eyni  qiymətə  satın 
almaq;  5)  ən  aşağı  qiymətləri  rezervuarlarda  müəyyənləşdirəcək  ağ  neft  və  digər 
materialların satışını Bakıda şirkətin mərkəzi stansiyasına həvalə etmək. 
Layihənin  həyata  keçiriləcəyi  təqdirdə  hansı  nəticələr  əldə  oluna  bilərdi? 
Tağıyev  bu  suala  belə  cavab  verirdi:  “Əvvəla  zavodlarımızda  iş  sahmana  düşəcək, 
çünki xam neft, turşu və s. materiallar hamıdan ötrü eyni olacaq və deməli, ağ neftin 
istehsalı  da  hamımıza  eyni  qiymətə  başa  gələcəkdir.  İkincisi,  hamıya  eyni  məsrəfə 
başa  gəlmiş,  eyni  dərəcədə  yüksək  keyfiyyətli  ağ  nefti  biz  əlbəttə,  hamı  üçün  eyni 
olan  ümumi,  normal,  lakin  zərərsiz  qiymətə  sata  bilərik.  Üçüncüsü,  şirkət  təsis 
edildikdən  sonra  hamımızın  yalnız  bir  ticarət  məsrəfi  –  şirkətin    idarə  heyyətinin 
saxlanılması  üçün  çəkəcəyimiz  məsrəf  olacaqdır”.  Tağıyevin  qərarının  ədalətli 
olmasına baxmayaraq, o, da iri neft sənayeçilərinin xeyrinə idi. Ona görə də bu qərar 
da həyata keçmədi.  


Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə