ƏġĠr bəġĠROĞlu h h



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə25/34
tarix19.07.2018
ölçüsü1,04 Mb.
#56900
1   ...   21   22   23   24   25   26   27   28   ...   34

Hamının Sevimlisi 
 
75 
 
1895-ci  ildə  Badkubədə  rus  dilində  verilən  “Kaspi”  qəzetini  57  min  manata 
alıbdır. Bu qəzeti almaqla Hacının məqsədi vətəndaşlara xidmət etməkdir. 
N.Nərimanov  demişdir:  -  Xalq  Hacının  adını  həmişə  uca  tutacaq,  qələm 
sahibləri  onun  xidmətlərini  vəsf  edəcəkdir.  Bəli,  belə  də  oldu,  Hacı  barəsində  çox 
yazılıb. Biz də bu yazı ilə onun gördüyü işlərin cüzi bir hissəsini xalqa çatdırmaqla 
özümüzü xoşbəxt sayırıq. 
Hacı  böyük  din  xadimlərinin,  üləmaların,  açıqgözlü  ruhanilərin  hörmətini 
həmişə saxlardı. Yuxarıda qeyd etdiyimiz kimi, Hacı qabaqcıl maarifpərvər ruhanilər 
Mir  Məhəmməd  Kərim  Mircəfərzadə,  Mirzə  Axund  Əbu  Turab,  Axund  Molla 
Ruhulla ilə həmişə məsləhətləşərdi. Quran Hacının pulu ilə azərbaycancaya tərcümə 
edilərək  nəşr  olunmuşdur.  Tərcüməçi  Axund  Məmməd  Kərim  Ağa  olmuşdur. 
H.Z.Tağıyev ölərkən vəsiyyət etmişdir ki, onu Axund Əbu Turabın ayağı altında dəfn 
etsinlər:  “Çünki  onun  ayağının  bildiyini  mənim  başım  da  bilmir”  demişdir.  Burada 
Bakı  milyonçusu  Muxtarovun  Axund  Əbu  Turabın  qəbri  üzərində  əzəmətli  günbəz 
tikdirdiyini qeyd etməmək olmur. 
Hacı Cənubi Azərbaycandakı milli azadlıq hərəkatının başçısı Səttarxanın İran 
istibdadına  qarşı  apardığı  mübarizəyə  rəğbət  bəsləyir,  Səttarxana  və  onun 
mücahidlərinə  kömək  edirdi.  1905-ci  il  erməni-müsəlman  qırğınının  qarşısını 
almaqda Hacının müstəsna xidməti olmuşdur. 1902-ci ildə Şamaxıda baş vermiş və 
şəhəri  viranəyə  çevirmiş  zəlzələ  xəbərini  alan  kimi  H.Z.Tağıyev  ianə  yığmaq  üçün 
komitə  yaratdı  və  birinci  özü  1000  manat  verdi.  Daha  sonra  o  fevralın  2-də  şəhərin 
bütün  fəxri  vətəndaşlarını  Bakı  şəhər  Dumasının  zalına  dəvət  etdi.  İanə  yığmaq 
qərara alındı. Şamaxıya çadırlar, həkimlər göndərildi. Bu yığıncaqlarda H.Z.Tağıyev 
əlavə  4000  manat  verdi.  H.B.Zərdabi  zərərçəkənlərə  yardım  üçün  Şamaxıya  getdi. 
Rusiya  imperiyasının  hər  yerindən  Hacının  adına  ianə  gəlirdi.  Məsələn:  Savva 
Mozozovdan 1000 manat, “A.Knoi” ticarət evindən 2000 manat və sair. O vaxt türmə 
Nargin adasında idi. Camaat öz düstaqlarının yanına getməkdə çətinlik çəkirdi. Hacı 
bu  ağır  vəziyyəti  aradan  qaldırmaq  üçün  özünün  hazır  dəyirman  binasını  içərisində 
dəyişiklik  apararaq  onu  hökumətə  icarəyə  verdi.  O  bina  türmə  kimi  1910-cu  ilin 


Əşir Bəşiroğlu 
76 
 
fevralından  istifadə  olundu.  Bununla  da  şəhər  əhlinin  canı  Nargin  adasına  gedib 
gəlməkdən  qurtardı.  İndi  də  bu  bina  xalq  arasında  “Tağıyev  qazamatı”  adı  ilə 
məşhurdur. 
Bakı  şəhər təsərrüfatının inkişafında  Tağıyevin  xidmətləri xüsusilə  böyükdür. 
Bakının həyatında elə bir az çox  əhəmiyyətli sahə yox idi ki, Tağıyev orada iştirak 
eləməsin.  Ümumən  xalqın  xeyrinə  olan  tədbirlərdən  Tağıyev  heç  vaxt  yaxasını 
kənara çəkməzdi. Şəhərin və camaatın ehtiyacını təmin etmək məqsədilə bəzən rəsmi 
hökumət orqanlarının və Dumanın qərarlarını gözləmədən özü işə müdaxilə edirdi.  
Belə  tədbirlərdən  biri  şəhərin  su  ilə  təchiz  edilməsi  məsələsi  idi.  Əhalinin  bu 
böyük tələbinə şəhər bələdiyyəsinin etinasız yanaşdığını gördükdə Hacı öz hesabına 
isə girişdi. Öyrəndi ki, Rusiyada  su kəməri çəkilişi üzə D.İ.Şipov adlı bir mütəxəssis 
yaşayır. Hacı aşağıdakı məzmunda  teleqram vuraraq onu Bakıya dəvət etdi “Moskva, 
D.İ.Şipova.  Sizin  ictimai  işlərdə  məhsuldar,  yorulmaz  işinizlə  tanış  olduqdan  sonra 
arzu  edirəm  ki,  namizədliyinizi  şəhər  nizamnaməsinin  103-cü  maddəsi  əsasında  su 
kəməri  şöbəsinin  müdiri  kimi  Bakı  şəhər  idarəsinin  üzvlərinə  təqdim  edim.  Bu  təzə 
bir  işdir,  sınanmış,  təcrübəli  xadimlər  tələb  edir.  Maaş  məsələsi  ikinci  dərəcəli 
məsələdir. Təki siz bu vəzifəni tutmaq üçün razılığınızı bildirəsiniz. Xahiş edirəm ki, 
teleqramla cavab verəsiniz”. 
Fevralın  24-də  D.İ.Şipov,  Londondan  bu  məsələ  ilə  əlaqədar  dəvət  edilmiş 
mühəndis  Lindleylə  birlikdə  Bakı-Şollar  su  kəmərinin  çəkilişi  barədə    danışıqlara 
başladı. Tağıyev bu danışıqlarda şəxsən iştirak etdi. Bakı-Şollar su kəmərinin çəkilişi
İngiltərə-Amerika  firmasına  tapşırılmışdı.  Hələ  1901-ci  ildə  Lindley  Şahdağın 
ətəyində  güclü  su  mənbəyi  olduğunu  aşkar  etmiş  və  oradan  su  çəkilməsi  layihəsini 
təsdiq  olmaq  üçün  Dumaya  təqdim  etmişdi.  Lakin  Duma  qlasnılarının  əksəriyyəti 
Şahdağın  ətəyində  su  olmasına  şübhə  edərək  layihəni  rədd  etmişdi.  Bütün  şəhər 
camaatının  sudan  korluq  çəkdiyi  bir  şəraitdə  Dumanın  bu  məsələyə  etinasız 
münasibətini  görən  H.Z.Tağıyev  şəhər  idarəsinə  ərizə  yazaraq  bildirdi  ki,  o, 
Lindleyin fikrinə şərik olaraq kəmərin çəkilişinə təcili başlamaq üçün öz hesabından 
25 min manat pul ayırır. Bu şərtlə ki, Duma üzvləri orada kifayət qədər su olduğuna 
inanandan  sonra  şəhər  idarəsi  verdiyim  pulu  geri  qaytarsın.  Əgər  o  mənbədə  su 


Hamının Sevimlisi 
 
77 
 
olmazsa  mən  verdiyim  25  min  manat  puldan  imtina  edəcəyəm.  Bakıya  su  kəməri 
çəkilməsi  işi  ləngiyirdi.  H.Z.Tağıyev  kəməri  çəkmək  işini  davam  etdirmək  üçün 
Rayovski adlı mühəndisi Bakıya dəvət etmişdi. Rayovski bu işin öhdəsindən şərəflə 
gəlmiş  və  Bakıya  Şollar  su  kəməri  çəkilib  başa  çatdıqdan  sonra  öz  yurduna 
qayıtmışdı. 
Tağıyev Azərbaycan torpaqlarını həmişə əziz tuturdu. Doğma vətəni onun üçün 
hər  şeydən  əziz  idi.  Dövləti,sərvətinin  çoxluğu  onu  heç  zaman  ölkəsinə  xəyanət 
etməyə  sövq  etməmişdi.  1912-ci  ildə  Tağıyevin  Behbudovla  olan  məhkəməsi  ilə 
əlaqədar  şaiyə  yayılmışdı  ki,  H.Z.Tağıyev  Osmanlı  Türkiyəsinə  getmək  fikrindədir. 
O,  “Qolos  Moskva”  və  “Utro  Rossii”  qəzetləri  vasitəsilə  bu  şayiəni  yayanlara  belə 
cavab vermişdir: “... o ki, qaldı mənim vətəni buraxıb, Osmanlı torpağına getməyimə 
məcburam, qəti surətdə bəyan edim ki, belə bir iş heç vaxt xəyalımdan keçməyib və 
heç  vaxt  xəyal  etmirəm  ki,  öz  vətənimi  buraxıb,  bu  qoca  vaxtımda  qürbət  vilayətə 
gedim.  Behbudovla  mənim  işim  nə  yerə  müncər  olarsa  (amma  mən  inanıram  ki, 
axırda ədalət qələbə calacaqdır) mən öz vətənimi buraxa bilmərəm. O vətəni ki, mən 
orada doğulmuşam, mən orada işləmişəm, mən orada var qüvvəmlə vətənə, dövlətə, 
camaata xidmət etmişəm. Mən öz vətənimi sevirəm. Gələcəkdə keçəcəyim imtahanlar 
nə qədər ağır olsa da mən öz vətənimdən əl çəkmərəm. Burada mənim atamın qəbri 
vardır. Mənim qəbrim də burada olmalıdır.” 
Belə  bir  sədaqətin  nəticəsidir  ki,  H.Z.Tağıyev  başqa  Bakı  milyonçuları  kimi 
inqilab  zamanı  xaricə  qaçmadı,  ya  da  inqilab  düşmənlərinə  qoşulmadı.  Sovet 
hökuməti  də  ona  toxunmadı.  Bu  işdə  N.Nərimanovun  Tağıyevə  bəslədiyi  humanist 
münasibət  də  xüsusi  qiymətləndirilməlidir.  H.Z.Tağıyev  ömrünün  sonuna  kimi 
hökumətin ona verdiyi Mərdakandakı bağ evində yaşadı. 
Tağıyev  tükənməz  bir  enerji  sahibi  idi.  Bu  onun  1922-ci  il  yanvarın  20-də 
Nərimanova  yazdığı  məktubunda  öz  əksini  tapır.  Hacı  məktubda  işsiz  qala 
bilmədiyini,  işləmək  istədiyini  göstərirdi.  H.Hərimanov  onun  arzusunu  Moskvaya 
çatdırsa  da  Moskva  onun  işləməyinə  mane  oldu.  Çünki  sovet  hökuməti  ona 
inanmırdı. 


Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə