Hamının Sevimlisi
63
AZƏRBAYCAN MÜSƏLMAN MÜƏLLĠMLƏRĠNĠN QURULTAYI
1906-cı ilin may ayında “Nicat” maarif cəmiyyətinin qiraətxanasındakı
yığıncaqda müəllimlərin (avqustda) qurultayının çağırılması qərara alınır. Aşağıdakı
tərkibdən ibarət komissiya təşkil edilir. Həsənbəy Zərdabi, Ə.Ağayev, N.Nərimanov,
Ə.Cəfərzadə, A.Əfəndiyev, H.Mahmudbəyov, H.M.Hacıbababəyov, M.Y.Əfəndiyev.
Ciddi hazırlıq başlanır. H.B.Zərdabi “Kaspi”, N.Nərimanov “Həyat”, Ə.Ağayev
“İrşad” qəzetlərinə məktub yazır, qurultayın məqsəd və təkliflərini aydınlaşdırırlar.
1906-cı il avqust ayının 15-də, səhər saat 10-da II şəhər məktəbinin salonunda
qurultay işə başlayır. Təsis komissiyasının sədri N.Nərimanov qısa giriş sözü ilə
qurultayı açır. H.B.Zərdabi sədr, N.Nərimanov onun müavini, Fərhad Ağayev isə
katib seçilir. Qurultayda münaqişə baş verir. Qocaman müəllim Səmədbəy Acalov o
münqişəni belə izah edir: “Bakıda məktəblər üzrə Livitski adlı bir inspektor var idi.
O, məktəbdə azərbaycanca danışmağı qadağan etmişdi. Bu əmri pozan müəllimlər
işdən qovulurdu. Müəllimlər balaca uşaqları azərbaycanca danışmadan başa sala
bilmirdilər. O uşaqlar rus dilini çox pis bilirdilər”.
Qurultay nümayəndələri qərara aldılar ki, belə yaramazlığa qarşı Livitskidən
Qafqaz canişininə şikayət etsinlər və ana dilini sərbəst dərs kimi keçmək barədə
sərəncam verilsin.
Teleqramı tərtib etmək qurultayın sədrinə tapşırıldı. H.B.Zərdabi tapşırığı
yerinə yetirdi, teleqram mətnini nümayəndələrin nəzərinə çatdırmaq üçün oxudu,
sonuncu cümlə belə qurtarırdı: “qurultay ədalətli sərəncam verməyinizi xahiş edir”.
N.Nərimanov bu cümləyə etiraz etdi: “Qurultay tələb edir! Xahiş yox”.
Zərdabi həlim bir tərzdə izah elədi ki, “tələb” sözü canişinlikdə oturmuş
çinovniklərin qəzəbinə səbəb olar, teleqramı cırıb atarlar, sərdara verməzlər, deyərlər,
siz nəsiz, kimsiz ki, tələbiniz də nə ola. Burda evimizin içində bir Livitski ilə
bacarmırıq, bizi saya salmır. Teleqramı sərdara versələr, hiddətlənər, təhsil işlərimizə
əngəl törədər, Livitskiyə əhsən deyər, hələ üstəlik səlahiyyətinin bir az da artırar.
Xahiş daha münasibdi, nəzakətlidir.