ƏġĠr bəġĠROĞlu h h



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə22/34
tarix19.07.2018
ölçüsü1,04 Mb.
#56900
1   ...   18   19   20   21   22   23   24   25   ...   34

Əşir Bəşiroğlu 
66 
 
“Ekspolenada  mehmanxanasına  sür”.  Bizi  orda  qəbul  etmədilər.  Şəhərin  bütün 
mehmanxalarına  baş  vurduq,  nəticəsiz  qaldı.  Axırda  ucqar  məhəllələrdən  birində 
yerləşən mehmanxanada bizə yer verdilər. Atamın Berlin bankındakı 100.000 manat 
pulundan bir qəpik də vermək istəmirdilər. Atam Franktfur Mayn şəhərinə zəng çaldı. 
Bakıda  su  kəməri  çəkmək  məsələsi  üçün  bura  gəlmiş  Lindleyə  əhvalatı  başa  saldı. 
Lindley Berlinə Qeviner adlı bir şəxs göndərdi. Qeviner bankla danışıq aparıb, atama 
xəbər  verdi  ki,  sizin  bütün  xərclərinizi  bank,  təqdim  ediləcək  sənəd  əsasında 
ödəyəcək, amma sizə nəqd pul verməyəcək. Atam getdi Türkiyə səfirliyinə, çıxılmaz 
vəziyyətə düşdüyünü xəbər verdi, yardım istədi. Türk səfiri birbaşa Almaniya kayzeri 
II  Vilhelmə  müraciət  edir  ki,  müsəlman  aləminin  ən  məşhur  kübarı,  neft 
milyonçusuna kömək eləyin vətəninə, Bakıya qayıtsın.  
Şübhəsiz  ki,  Vilhelm  bütün  dünyada  tanınmış  Nobel,  Rotşıld  və  digər  neft 
maqnatları  kimi  Tağıyevi  də  tanımamış  deyildi.  Kiçik  Qafqaz  dağlarında,  Gəncə 
quberniyasında,  Kiragidzor  və  Gədəbəydə  alman  sənaye  maqnatı  Simens  qardaşları 
hələ  on  doqquzuncu  əsrin  ortalarında  mis,  sürmə,  qızıl,  gümüş  və  s.  zəngin  filiz 
damarlarını istismar edib. Azərbaycanın milli sərvətini öz ölkələrinə daşıyırdılar. 
Gədəbəydə  meşənin  içərisində  yerləşən  Qala  kəndindəki  misəritmə 
zavodundan  Simenslər  2  tona  qədər  qızıl,  beş  ton  gümüş  istehsal  edib  Almaniyaya 
aparmışdılar. Şübhəsiz, Hacının ailəsini buraxmaqda Bakı neftinə, tükənməz sərvətə 
çoxdan  göz  dikmiş  olan  Vilhelmin  öz  mülahizəsi,  öz  hesabı  varmış.  Neft  maqnatı 
Boron Bekondort başda olmaqla Bakıda alman neft sənayeçiləri, ticarət işgüzarları və 
texniki-maliyyə mütəxəssisləri vardı. 
“Kayzer  Vilhelmin  şəxsi  sərəncamı  ilə  bizə  gəmi  verib,  dənizdəki  çoxlu 
mərmilərdən qorumaq üçün bir kreyser də qoşdular”. 
Bizim əyan olduğumuzu polis bildikdə deyir ki, madam, gedən adam kübardır, 
məşhur  əyandır, onun  məiyyəti  olmalıdır,  siyahı  verin. Atam  Berlində  çarəsiz  qlmış 
35 nəfər rus, erməni, gürcü və yəhudi, təbəələrini siyahıya daxil edib polisə göndərdi. 
Beləliklə,  onları  da  əsirlikdən  xilas  etdik.  Əvvəl  bizi  Kopenhagenə  yola  saldılar. 
Kreyser qabaqda, gəmi də onun dalınca üzürdü ki, minaya toxunmasın. Gəlib çıxdıq 
Finlandiyaya, oradan da Peterburqa. 


Hamının Sevimlisi 
 
67 
 
Vilhelmin  Bakı  neftxudasına  göstərdiyi  lütf  əlbəttə,  nə  Tağıyevin  qara 
gözlərinin xatirinə, nə də türk səfirinə olan ehtiramından idi. Birinci növbədə əlbəttə, 
gələcəkdə  Bakının  tükənməz  neft  sərvəti  xatırınə  və  buradan  da  bütün  Qafqaz 
mineral-filiz sərvətinə sahib olmaq, sonra da İran, Yaxın və orta Şərq və Hindistana 
yol tapmaq üçün idi. 
 
H.Z.TAĞIYEVĠN  QIZI  SÜRƏYYƏNĠN DEDĠKLƏRĠ 
Hələ  ötən  əsrin  doxsanıncı  illərindən  Əmiri-Buxara  Seyid  Mir  Əbdül  Əhəd 
Xan  hər  il  Qafqaz  mineral  sularında  müalicəyə  gedirdi.  Yolu  təbii  olaraq  Bakıdan 
keçirdi,  hər  dəfə  gedəndə  və  dala  qayıdanda  məiyyəti  ilə  bərabər  bir  neçə  gün 
şəhərimizdə  qalar,  neft  mədəninə,  toxuculuq  fabrikinə,  bu  və  ya  digər  zavoda, 
Mərdəkandakı  bağbançılıq  məktəbinə,  Bibiheybət  məscidinə,  teatra  və  digər  yerlərə 
gedərdi.  Buxara  Əmiri  həmişə  gah  şəhərdəki  evimizdə,  gah  da  Mərdəkandakı 
bağımızda qalardı. 
Əmiri  çox  yüksək  rütbəli  bir  rus  generalı,  bir  rus  həkimi,  Şıxəlibəyov  adlı 
dilmanc,  iyirmidən  çox  yüksək  rütbəli  Buxara  əyanı  və  zədəganı  müşayiət  edirdi. 
Bütün mərasimlərdə İran konsulu Mirzə Mehdi xan da iştirak edirdi. Buxara əmiri hər 
dəfə bakının bir neçə nəfər yüksək rütbəli mənsəb sahibinə, milyonçulara və hətta adi 
adamlara  bir  dərəcəli  iki  dərəcəli  qızıl  və  gümüş  Buxara  “Ucalan  Ulduz”  ordeni  və 
digər Buxara medalları bəxş edərdi. Atam və ana babam general-mayor Ərəblinskini 
də  birinci  dərəcəli  “Ucalan  Ulduz”  qızıl  ordeni  ilə  təltif  etmişdi.  Hacıya  iri,  çox 
qiymətli bir qızıl saat da bağışlamışdı; arxa tərəfində xoş sözlər həkk edilmişdi. 
Çərxləri  üfürmə  yumşaq  rezinli  kolyaska  Əmirin  çox  xoşuna  gəlmişdi.  Atam 
həmin  kolyaskanı  bütün  mayətacı,  atları  və  mehtərilə  Əmirdən  xəbərsiz  Buxaraya 
hədiyyə göndərmişdi. Mehtər Buxarada qala bilməyib doğma Bakıya qayıtmışdı. 
Buxara əmiri birinci dünya müharibəsindən bir il əvvəl Bakıya, evimizə xüsusi 
qonaq  gəlmişdi.  O  qədər  qiymətli  hədiyyə  gətirmişdi  ki,  deməklə,  saymaqla  başa 
gələn  deyildi.  Topal  Teymur  vaxtından  qalmış  boyunbağı,  təsbeh,  həmail,  belbağı, 


Əşir Bəşiroğlu 
68 
 
kəmər, Türküstan qumaşları, parçaları... Qonaqlığa Bakının  ən kübar, zəngin ailələri 
dəvət edilmişdi.  
Nazı-nemət  içində  üzən,  qızıla,  pula,  bəzəyə  gözucu  baxmayan  milyonçu 
arvadlarının,  elə  kişilərində  heyrətdən  ağızları  açıq  qalmışdı.  Yaşımın  az  olmağına 
baxmayaraq  əmir  mənə  elçi  gəlmişdi,  oğluna  nişanlamaq  istəyirdi.  Atama  deyib  ki, 
Hacı,  necə  məsləhət  bilsəniz,  nə  vaxt  istəsəniz  toyu  onda  edərik.  Neçə  il  desəniz 
gözləməyə  hazırıq.  Buxara  Əmiri  məni  çağırıb,  zərli-zibalı  çapanın  qoltuğundan 
çıxardığı uzunsov brillyant qaşlı üzüyü barmağıma taxdı. Barmağım nazik, üzük iri, 
qoydu  ovcuma.  Məclisdəki  kiloqramla  qızıl,  cəvahirat,  mirvari  taxmış  milyonçu 
arvadları, elə kişilər də üzüyə həsrətlə, qibtə ilə, paxıllıqla baxırdılar. Elə bil ovcumda 
ulduz parıldayırdı. Üzüyün qaşı  ən azı iyirmi karat olardı. Şəfəqdən göz qamaşırdı. 
Bərq vurduqda min bir əlvan rəngə çalırdı. 
Atam  Buxara  Əmirinin  xahişini  rədd  etdi,  dedi  ki,  mən  qürbətə,  Bakıdan 
kənara qız vermərəm, övladlarım gözümün qabağında olmalıdır. Buxara Əmiri üzüyü 
dala  almamışdı.  Hacı  nə  qədər  təkid  etmişdisə,  Əmir  demişdi  ki,  biz  nişanı,  bir  də 
bəxşişi geri almırıq. 
 
SAÇIN  UCUN  HÖRMƏZLƏR 
İkinci  əhvalat 1918-ci  ilin  payızında,  oktyabr  ayında  baş  vermişdi.  Adı  dillər 
əzbəri  İslam  türk  ordusunun  baş  komandanı  general-leytenant  Nuru  paşa  Bakını 
almışdı.  On  dörd-on  beş  yaşım  vardı.  Hər  şeyi  başa  düşürdüm.  Romantik,  şairanə, 
əfsanəvi arzularla yaşayırdım. Paşa neçə dəfə evimizdə ziyafətdə olmuşdu. Bağımıza 
gəlmişdi. İslam türk ordusu on səkkizinci ildə sentyabr ayında Bakını alandan sonra 
Nuru paşa Təzəpir məscidində çıxış etdi. Ətraf küçələr, məscidin həyəti adamla dolu 
idi.  Mən  də  arvadlar  üçün  ayrılan  yerdə,  pərdə  arxasında  idim.  Nuru  paşa  minbərə 
qalxdı, üç pillə, minbərin o tərəf bu tərəfində iri qara ələm sancılmışdı. Ələmlərdən 
birinə  yanaşdı.  Səbrlə,  təmkinlə  atəşin  danışdı.  Ucaboy,  gözəgəlimli,  bir  qədər  arıq 
adam idi. Gözəl, mərdanə üzü, zəkalı gözləri vardı, əynində türk paşası hərbi libası, 
şinelin  hər  iki  tərəfində  parıldayan  düymələr  düzülmüşdü.  Saçı-bığları  qara.  O, 
danışanda  məscid  sükuta  qərq  olmuşdu.  Hamı  heyran  qalmışdı.  Gözlərimdə,  elə 


Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə