ġəriət risaləsi
336
sandıqları) verilən borc müqabilində heç bir Ģərt qoya bilməz. Məsələn, deyə
bilməzlər ki, verilən borca görə iĢçiyə əmək haqqı verilməlidir. Demək,
alınan əmək haqqı borcdan ayrı olmalıdır.
Məsələ 2428: Bə’zi xeyriyyə fondları öz sərmayələrini ticarət və sərmayə
iĢlərinə yatırır. Beləcə, götürülən qazancla fondun xərcləri ödənir. Bu iĢ o
zaman mümkündür ki, pul sahibləri əməliyyatlardan xəbərdar olub buna
icazə versinlər. Götürülən qazanc da yalnız bankın xərclərinə sərf edilsin.
Siftə və çek
Məsələ 2429: “Siftə” dedikdə pul yox, borcu təsdiqləyən sənəd nəzərdə
tutulur. Bu kağızla müamilə baĢa çatmır. Siftə iki qisimdir:
1. Borclunun borc sahibinə verdiyi siftə həqiqi siftədir;
2. Bir dostun borclu olmadığı dosta verdiyi siftə dostcasına siftədir.
Dostcasına siftə verilir ki, bu siftə üçüncü bir Ģəxsə çatdırılsın və ondan
nağd pul götürülsün.
“Çek” də siftə kimi iki qisimdir:
1. Həqiqi və müddətli çek bir Ģəxsin o birindən tələbini göstərir.
(Məsələn, mal əvəzində çek verilir.) Bu qəbil müddətli çeki aĢağı qiymətə
tələbkar Ģəxsə nağd vermək olar. Onu üçüncü bir Ģəxsə az qiymətə satmaq
da olar;
2. Dostcasına çek odur ki, bu çek tələb edilmədiyi halda verilir. Belə bir
halda onunla müamilə edilməsinə irad var.
Məsələ 2430: Həqiqi siftəni bir Ģəxs baĢqa birinə aĢağı məbləğə versə,
(üç ay müddəti olan 1000 manatlıq siftəni 900 manata nağd dəyiĢsə) bu
qəbil siftə müamiləsinə irad yoxdur. Amma dostcasına siftə ilə müamiləyə
irad var. Çünki burada həqiqi borc yoxdur. Problemin aradan qaldırılması
üçün göstərilən yolların heç biri nöqsansız deyil.
Məsələ 2431: Siftədə imzası olan Ģəxsə müraciət edilə bilər. Yə’ni siftə
verən borcunu vaxtında ödəməsə borc sahibi siftə üzərində imzası olan
Ģəxsdən tələb edə bilər. Siftəni imza edənlər borca zamin qalır. Həmin Ģəxs
ödəmədikdə imza edənlər ödəyir.
Məsələ 2432: Müxtəlif valyutaların müamiləsi halaldır. Yə’ni Ġran
pulunu Səudiyyə rialına müamilə etmək olar. Amma bir Ģəxsə müəyyən
miqdarda borc verən Ģəxs həmin pulun Ġran və ya xarici pul olmasından asılı
olmayaraq, verdiyi qədər ala bilər. Aldığı artıq sələm sayılır və haramdır.
Məsələn, bir Ģəxs 100 dollar borc versə, sonra əvəzində iran rialı almağa
məcbur olsa, günün qiyməti ilə hesablaĢmalıdır.Məgər belğ ki,tələbkar
ondan azına razı olsun.
“Sərqofli”
Məsələ 2433: “Sərqofli” dedikdə icarəçinin sahibə ödədiyi və ona
icarədə üstünlük haqqı verən pul nəzərdə tutulur. Bu pulu ödəyən icarəçi
ġəriət risaləsi
337
mülkün icarəsində baĢqalarından önəmli haqqa malikdir. Qədimdə sərqofli
olmamıĢdır. Bu gün belə bir məfhumdan istifadə olunur və sərqofli
aĢağıdakı Ģərtlərlə düzgün sayılır:
Sərqofli miqdarı mə’lum olmalıdır. Tərəflər razılıqla müamiləni yerinə
yetirməlidir. Onlar büluğ həddinə çatmıĢ, ağıllı, yetkin olmalı, sərqofli və
onun Ģərtlərini bilməlidirlər.
Məsələ 2434: Mülk sahibi öz mülkünü icarəyə verib icarə haqqından
əlavə sərqofli ala bilər. Bu halda sahib icarə haqqı baĢa çatsa da öz
mülükünü baĢqasına icarəyə verə bilməz. Amma sərqofli ödəmiĢ icarəçi razı
olsa, mülkü baĢqa birinə icarəyə vermək olar. Birinci icarəçi mülkün
sərqoflini baĢqa birinə az və ya çox qiymətə həvalə edə bilər.
Məsələ 2435: Əgər sərqofli ödənmiĢ mülkün icarə müddəti baĢa çatsa,
sahib mülkü həmin icarəçiyə və ya onun razılıq verdiyi baĢqa birinə təqdim
etməyə vəzifəlidir. Belə bir məqamda icarə haqqı günə uyğun mütəxəssis
qiyməti əsasında tə’yin edilir.
Məsələ 2436: Mülkü icarəyə götürmüĢ və sərqofli ödəməmiĢ Ģəxs
sərqofli müddəti baĢa çatdıqdan sonra ev sahibindən icazəsiz həmin mülkdə
qala bilməz. Əgər evi boĢaltmasa qəsbkar və mülkə zamin sayılır. Ġcarə
qiyməti, artımlar onun öhdəsinədir. Mülk sahibinin icazəsi olmadan belə
birindən mülkü icarəyə götürmək olmaz.
Məsələ 2437: Bir Ģəxs sərqofli verməklə bir mülkü icarəyə götürsə, icarə
müddəti tamam olmamıĢ mülkü digər birinə icarəyə verə bilər. O həmin
Ģəxsdən istədiyi miqdarda sərqofli ala bilər. Ġcarəçinin dəyiĢməsində mülk
sahibinin də razılığı Ģərtdir. Amma bu haqq öncədən icarəçiyə verilmiĢsə,
mülk sahibinin razılığına ehtiyac yoxdur.
Sığorta
Məsələ 2438: Sığorta sığortalanan Ģəxs və sığorta Ģirkəti arasında
müqavilədir. Sığortalanan Ģəxs Ģirkət və ya Ģəxsə ödədiyi pul müqabilində
düĢdüyü zərərlərin ödənməsini həmin tərəfdən tələb edə bilər. Ticarət
malları, tikililər, avtomobillər, gəmilər, təyyarələr, fəhlə və qulluqçular,
insanın həyatı və bu kimi digər Ģeylər sığortalana bilər.
Məsələ 2439: Sığorta müqaviləsində iĢtirak edən tərəflər büluğ həddinə
çatmıĢ və ağıllı olmalıdır. Onlar müqaviləni öz istəkləri ilə imzalamalıdır.
Tərəflərdən heç biri ağılsız olmamalı, sığortada aĢağıdakı Ģərtlər nəzərdə
tutulmalıdır:
1. Sığorta ünvanı tə’yin edilməlidir. Məsələn, hər hansı nəqliyyat
vasitəsi, tikili və Ģəxs;
2. Sığorta müqaviləsində tərəflərin tə’yini;
3. Sığortalanan Ģəxsin ödəməli olacağı məbləğin müəyyənləĢdirilməsi;
4. Sığorta müddətinin tə’yini. Məsələn, filan gündən filan günədək və ya
bir il müddətinə;
Dostları ilə paylaş: |