ĠƏRIƏt hökmlərinin izahi ayətullah əl-uzma Məkarim ġirazi



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə135/141
tarix26.10.2018
ölçüsü4,4 Mb.
#75702
1   ...   131   132   133   134   135   136   137   138   ...   141

ġəriət risaləsi 
336 
sandıqları) verilən borc müqabilində heç bir Ģərt qoya bilməz. Məsələn, deyə 
bilməzlər  ki,  verilən  borca  görə  iĢçiyə  əmək  haqqı  verilməlidir.  Demək, 
alınan əmək haqqı borcdan ayrı olmalıdır. 
Məsələ 2428: Bə’zi xeyriyyə fondları öz sərmayələrini ticarət və sərmayə 
iĢlərinə  yatırır.  Beləcə,  götürülən  qazancla  fondun  xərcləri  ödənir.  Bu  iĢ  o 
zaman  mümkündür  ki,  pul  sahibləri  əməliyyatlardan  xəbərdar  olub  buna 
icazə versinlər. Götürülən qazanc da yalnız bankın xərclərinə sərf edilsin.  
Siftə və çek 
Məsələ 2429: “Siftə” dedikdə pul yox, borcu təsdiqləyən sənəd nəzərdə 
tutulur. Bu kağızla müamilə baĢa çatmır. Siftə iki qisimdir: 
1. Borclunun borc sahibinə verdiyi siftə həqiqi siftədir; 
2.  Bir  dostun  borclu  olmadığı  dosta  verdiyi  siftə  dostcasına  siftədir. 
Dostcasına  siftə  verilir  ki,  bu  siftə  üçüncü  bir  Ģəxsə  çatdırılsın  və  ondan 
nağd pul götürülsün.  
“Çek” də siftə kimi iki qisimdir:  
1.  Həqiqi  və  müddətli  çek  bir  Ģəxsin  o  birindən  tələbini  göstərir. 
(Məsələn,  mal  əvəzində  çek  verilir.)  Bu  qəbil  müddətli  çeki  aĢağı  qiymətə 
tələbkar  Ģəxsə  nağd  vermək olar. Onu  üçüncü  bir Ģəxsə  az  qiymətə  satmaq 
da olar;  
2. Dostcasına çek odur ki, bu çek tələb edilmədiyi halda verilir. Belə bir 
halda onunla müamilə edilməsinə irad var. 
Məsələ  2430:  Həqiqi  siftəni  bir  Ģəxs  baĢqa  birinə  aĢağı  məbləğə  versə, 
(üç  ay  müddəti  olan  1000  manatlıq  siftəni  900  manata  nağd  dəyiĢsə)  bu 
qəbil  siftə  müamiləsinə  irad  yoxdur.  Amma  dostcasına  siftə  ilə  müamiləyə 
irad  var.  Çünki  burada  həqiqi  borc  yoxdur.  Problemin  aradan  qaldırılması 
üçün göstərilən yolların heç biri nöqsansız deyil. 
Məsələ 2431: Siftədə imzası olan Ģəxsə müraciət edilə bilər. Yə’ni siftə 
verən  borcunu  vaxtında  ödəməsə  borc  sahibi  siftə  üzərində  imzası  olan 
Ģəxsdən tələb edə bilər. Siftəni imza edənlər borca zamin qalır. Həmin Ģəxs 
ödəmədikdə imza edənlər ödəyir. 
Məsələ  2432:  Müxtəlif  valyutaların  müamiləsi  halaldır.  Yə’ni  Ġran 
pulunu  Səudiyyə  rialına  müamilə  etmək  olar.  Amma  bir  Ģəxsə  müəyyən 
miqdarda borc verən Ģəxs həmin pulun Ġran və ya xarici pul olmasından asılı 
olmayaraq,  verdiyi  qədər  ala  bilər.  Aldığı  artıq  sələm  sayılır  və  haramdır. 
Məsələn,  bir  Ģəxs  100  dollar  borc  versə,  sonra  əvəzində  iran  rialı  almağa 
məcbur  olsa,  günün  qiyməti  ilə  hesablaĢmalıdır.Məgər  belğ  ki,tələbkar 
ondan azına razı olsun. 
“Sərqofli” 
Məsələ  2433:  “Sərqofli”  dedikdə  icarəçinin  sahibə  ödədiyi  və  ona 
icarədə  üstünlük  haqqı  verən  pul  nəzərdə  tutulur.  Bu  pulu  ödəyən  icarəçi 


ġəriət risaləsi 
337 
mülkün  icarəsində  baĢqalarından  önəmli  haqqa  malikdir.  Qədimdə  sərqofli 
olmamıĢdır.  Bu  gün  belə  bir  məfhumdan  istifadə  olunur  və  sərqofli 
aĢağıdakı Ģərtlərlə düzgün sayılır: 
Sərqofli  miqdarı  mə’lum  olmalıdır.  Tərəflər  razılıqla  müamiləni  yerinə 
yetirməlidir.  Onlar  büluğ  həddinə  çatmıĢ,  ağıllı,  yetkin  olmalı,  sərqofli  və 
onun Ģərtlərini bilməlidirlər. 
Məsələ  2434:  Mülk  sahibi  öz  mülkünü  icarəyə  verib  icarə  haqqından 
əlavə  sərqofli  ala  bilər.  Bu  halda  sahib  icarə  haqqı  baĢa  çatsa  da  öz 
mülükünü baĢqasına icarəyə verə bilməz. Amma sərqofli ödəmiĢ icarəçi razı 
olsa,  mülkü  baĢqa  birinə  icarəyə  vermək  olar.  Birinci  icarəçi  mülkün 
sərqoflini baĢqa birinə az və ya çox qiymətə həvalə edə bilər. 
Məsələ  2435:  Əgər  sərqofli  ödənmiĢ  mülkün  icarə  müddəti  baĢa  çatsa, 
sahib mülkü həmin icarəçiyə və ya onun razılıq verdiyi baĢqa birinə təqdim 
etməyə  vəzifəlidir.  Belə  bir  məqamda  icarə  haqqı  günə  uyğun  mütəxəssis 
qiyməti əsasında tə’yin edilir. 
Məsələ  2436:  Mülkü  icarəyə  götürmüĢ  və  sərqofli  ödəməmiĢ  Ģəxs 
sərqofli müddəti baĢa çatdıqdan sonra ev sahibindən icazəsiz həmin mülkdə 
qala  bilməz.  Əgər  evi  boĢaltmasa  qəsbkar  və  mülkə  zamin  sayılır.  Ġcarə 
qiyməti,  artımlar  onun  öhdəsinədir.  Mülk  sahibinin  icazəsi  olmadan  belə 
birindən mülkü icarəyə götürmək olmaz.  
Məsələ 2437: Bir Ģəxs sərqofli verməklə bir mülkü icarəyə götürsə, icarə 
müddəti  tamam  olmamıĢ  mülkü  digər  birinə    icarəyə  verə  bilər.  O  həmin 
Ģəxsdən  istədiyi  miqdarda  sərqofli  ala  bilər.  Ġcarəçinin  dəyiĢməsində  mülk 
sahibinin  də  razılığı  Ģərtdir.  Amma  bu  haqq  öncədən  icarəçiyə  verilmiĢsə, 
mülk sahibinin razılığına ehtiyac yoxdur. 
Sığorta 
Məsələ  2438:  Sığorta  sığortalanan  Ģəxs  və  sığorta  Ģirkəti  arasında 
müqavilədir.  Sığortalanan  Ģəxs  Ģirkət  və  ya  Ģəxsə  ödədiyi  pul  müqabilində 
düĢdüyü  zərərlərin  ödənməsini  həmin  tərəfdən  tələb  edə  bilər.  Ticarət 
malları,  tikililər,  avtomobillər,  gəmilər,  təyyarələr,  fəhlə  və  qulluqçular, 
insanın həyatı və bu kimi digər Ģeylər sığortalana bilər. 
Məsələ 2439: Sığorta müqaviləsində iĢtirak edən tərəflər büluğ həddinə 
çatmıĢ  və  ağıllı  olmalıdır.  Onlar  müqaviləni  öz  istəkləri  ilə  imzalamalıdır. 
Tərəflərdən  heç  biri  ağılsız  olmamalı,  sığortada  aĢağıdakı  Ģərtlər  nəzərdə 
tutulmalıdır: 
1.  Sığorta  ünvanı  tə’yin  edilməlidir.  Məsələn,  hər  hansı  nəqliyyat 
vasitəsi, tikili və Ģəxs; 
2. Sığorta müqaviləsində tərəflərin tə’yini; 
3. Sığortalanan Ģəxsin ödəməli olacağı məbləğin müəyyənləĢdirilməsi; 
4. Sığorta müddətinin tə’yini. Məsələn, filan gündən filan günədək və ya 
bir il müddətinə; 


Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   131   132   133   134   135   136   137   138   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə