ĠƏRIƏt hökmlərinin izahi ayətullah əl-uzma Məkarim ġirazi



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə137/141
tarix26.10.2018
ölçüsü4,4 Mb.
#75702
1   ...   133   134   135   136   137   138   139   140   141

ġəriət risaləsi 
342 
Məsələ  2456: 
Müzaribədə  iĢçinin  günahı  olmadan  zərər  yaranarsa, 
bu  zərər  sərmayəyə  aiddir.  Onu  iĢçinin  hesabına  yazmaq  və  iki  tərəf 
arasında bölmək olmaz. 


ġəriət risaləsi 
343 
 
MÜXTƏLĠF MÖVZULARDA MƏSƏLƏLƏR 
1.  Meyitə  təqliddə  qalmaq:  əməl  edilmiĢ  məsələlərdə  meyitə  təqliddə 
qalmaq olar. Meyit ə’ləm olmuĢsa bu iĢ vacibdir. 
2.  Çəpik  çalmaq:  çəpik  çalmağın  eybi  yoxdur.  Amma  məscidlərdə  və 
hüseyniyyələrdə bu iĢ görülməməlidir. 
3.  Rəqs  etmək:  yalnız  qadın  öz  əri  üçün  rəqs  edə  bilər.  Qalan  hallarda 
rəqs edilməsinə irad var. 
4.  ġahmat:  əgər  Ģahmat  xalqın  nəzərində  qumar  halından  çıxmıĢsa  və 
idman oyunu kimi tanınırsa, Ģahmat oynamağın eybi yoxdur. 
5.  Udub-uduzmadan  kart  (poker)  oynamaq:  əgər  kart  oyunu  xalqın 
nəzərində  qumar  halından  çıxmıĢsa  və  əyləncə  sayılırsa,  udub-uduzmadan 
bu oyunu oynamağın eybi yoxdur. 
6. Saqqalı qırxmaq: ehtiyata əsasən bu iĢi görməmək lazımdır. 
7.  Musiqi:  eyĢ-iĢrət,  fəsad  məclisinə  münasib  olan  bütün  səslər  və 
musiqilər  haramdır.  BaĢqa  musiqilər  isə  halal  sayılır.  Bu  musiqiləri 
fərqləndirmək üçün ürf əhlinə müraciət olunur. 
8.  Ana  əvəzi  dayə:  bu  iĢ  prinsipcə  mümkündür.  Amma  adətən  haram 
baxıĢ  və  toxunmaqla  müĢayiət  olunduğundan  yalnız  zəruri  hallarda  caiz 
sayılır. 
9.  Hamiləliyin  qarĢısının  alınması:  hamiləliyin  qarĢısını  almaq  üçün 
zərərsiz  və Ģər’i  bütün vasitələr  kiĢidə  və  qadında sonsuzluq  yaratmamaqla 
caizdir.  Belə  ki,  bu  vasitələr  kiĢi  və  qadını  birdəfəlik  nəsilvermə 
qabiliyyətindən  məhrum  etməməlidir.  Amma  qeyri-Ģər’i  baxıĢ  və 
toxunmaqla  müĢayiət  olunduqda  yalnız  fərdi  və  ictimai  zərurət  səbəbindən 
mümkün sayılır. 
10.  Abort:  ana  üçün  mütləq  və  mühüm  bir  zərər  qorxusu  olduqda  ilk 
mərhələdə mümkün sayılır. 
11. 
Cinsiyyətin 
dəyiĢdirilməsi: 
cinsiyyəti 
dəyiĢmək 
prinsipcə 
mümkündür.  Amma  bu  iĢdə  Ģər’i  müqəddimələrdən  istifadə  edilməlidir. 
Yanı  bu  iĢdə  haram  baxıĢ  və  toxunuĢ  olmamalıdır.  Yalnız  xəstə  həkimə 
müraciət etdiyi vaxt zəruri həddə caiz sayılır. 
12.  Bank  yatırımlarının  hökmü:  Ģər’i  qaydalar  gözlənilsə,  bank 
məs’ullarına bu Ģərtlərə riayət olunmaqla vəkalət verilsə halaldır. 
13.  Silsilə  mağazaların  aksiyaları:  əgər  məs’ullara  Ģər’i  qaydaları 
gözləməklə vəkalət verilsə, eybi yoxdur. 
14. Televizorda naməhrəm qadınlara baxmaq: bu baxıĢ fəsad və azğınlığa 
səbəb olmazsa caiz sayılır. 
15.  Məscid  binasının  sökülməsi:  əgər  məscidi  tə’mir  və  geniĢləndirmək 
zəruridirsə, bunun eybi yoxdur. 


ġəriət risaləsi 
344 
16. Məsciddə istifadəyə yaramayan qab və əĢyaların hökmü: əgər məscidin qab-
qacaqları  və  əĢyaları  həmin  məsciddə  və  ya  digər  məscidlərdə  istifadəyə 
yararsızdırsa, onları satıb oxĢar əĢyalar ala bilərlər. 
17. DağılmıĢ məscidin avadanlıqlarının köçürülməsi: əgər bu avadanlıqlar baĢqa 
məscidlərdə  istifadə  oluna  bilərsə,  onlara  verilməlidir,  istifadəyə  yararsızsa 
satılmalı,  pulu  həmin  məscidin  ehtiyaclarına  xərclənməlidir.  Bunu  baĢqa 
məscidlərə də xərcləmək olar. 
18.  Aylı  gecələrdə  namaz:  namazın  aylı  və  aysız  gecədə  qılınmasının  fərqi 
yoxdur. 
19.  Böyük  Ģəhərlərdə  namaz  və  oruc:  bu  baxımdan  böyük  və  kiçik  Ģəhər 
arasında mühüm fərq yoxdur. Böyük Ģəhər dedikdə hər məhəlli müstəqil bir Ģəhər 
olan  məkan  nəzərdə  tutulur.  Amma  Tehran  və  bu  kimi  Ģəhərlər  böyük  Ģəhər 
sayılmır. Bu Ģəhərlər iqamət və ya vətən məqsədi ilə eyni bir məhəl sayılır. 
20. Yerə yapıĢdırılmıĢ döĢənəcəyin paklanması: belə döĢənəcək boru xəttindən 
gələn su ilə paklanır. Onu bir qədər sıxmaq lazımdır. YaxĢı olar ki, ondan ayrılan 
su bir vasitə ilə toplansın. 
21.  Təqlid  etdiyi  mərcə  dünyasını  dəyiĢdikdən  sonra  diri  müctəhidə  təqlid 
edənin  vəzifəsi:  əvvəlcə  təqlid  etdiyi  məsələlərdə  həmin  müctehidə  tabe  olmaqda 
davam  edir.  Ġkinci  müctehidə  təqlid  etdiyi  məsələlərdə  diri  müctehidin  fətvasına 
tabe olur. 
22.  Ayın  baĢa  çatmasının  sübuta:  ayın  göründüyü  Ģəhərlərlə  eyni  və  ya  yaxın 
üfüqə  malik  Ģəhərlərdə  ay  görünmüĢ  sayılır.  Eləcə  də  ayın  Ģərq  məntəqələrində 
görünməsi qərb məntəqələri üçün dəlildir. 
23.  ġəbih  (dini  hadisələrin  səhnələĢdirilməsi):  Ģər’i  ölçülər  pozulmadıqda, 
müqəddəsliklər təhqir edilmədikdə Ģəbihə irad yoxdur. 
24.  Əmək  haqqı:  burada  bank  və  ya  xeyriyyə  fondu  iĢçisinə  verilən  zəhmət 
haqqı  nəzərdə  tutulur.  Bu  qrupdan  olanlar  hesabların  qorunması  və  digər 
xidmətlərinə görə zəhmət haqqı alırlar. Belə bir məqsədlə müĢtəridən alınan əlavə 
haqq düzgündür. 
25. Borc götürmək: Ģər’i ölçülər həddində əlavə məbləğ ödəməklə bankdan borc 
götürmək olar və bu sələm sayılmır. 
26.  Xüms  verməyən  Ģəxsin  evində  dəstəmaz  almaq,  namaz  qılmaq  və  nə  isə 
yemək: qonaq ev sahibinin evinin və süfrəsində olanların xümsü verilməmiĢ puldan 
olduğuna əmin deyilsə, bunlardan istifadə edə bilər. Əgər bunların xümüslü olduğu 
mə’lumsa,  istifadə  etdikdən  sonra  həmin  miqdarın  xümsünü  ehtiyaclı  seyidlərə 
vermək olar. Əgər gücünüz çatmasa, öhdənizə götürün, imkanınız çatanda ödəyin.  
27.  Günün  doğub-doğmadığını  bilməyən  Ģəxsin  sübh  namazında  niyyəti:  belə 
bir Ģəxs namazı vacib namaz və ya əda niyyəti ilə qıla bilər. 
28. Cehizin xümsü: adi və ehtiyac duyulan cehizin xümsü yoxdur. Məsələn, qız 
ərə getmək  yaĢındasa və cehizi birdəfəyə almaq  mümkün  deyilsə, tədricən alınan 
cehizin xümsü yoxdur. Əks təqdirdə cehizə xüms verilməlidir. 
29.  Anası  seyid  olanlar:  bu  qəbil  insanlar  müəyyən  baxımdan  seyid,  müəyyən 
baxımdan  qeyri-seyid  hökmündədir.  Onlar  xüms  götürə  bilməzlər,  seyidlərə 
məxsus libasdan istifadə edə bilməzlər. Amma onlarda seyidlik Ģərafəti var.  


Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə