ĠƏRIƏt hökmlərinin izahi ayətullah əl-uzma Məkarim ġirazi



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə133/141
tarix26.10.2018
ölçüsü4,4 Mb.
#75702
1   ...   129   130   131   132   133   134   135   136   ...   141

ġəriət risaləsi 
330 
anadan  və  ya  atadanbir  dayı  və  xalalara  verilir.  Onlar  bunu  öz  aralarında 
bərabər bölürlər. 
Məsələ_2402'>Məsələ_2400'>Məsələ 2392: Əgər meyitin əmi və bibisi, dayı və xalası olmasa, əmi və 
bibinin  payı  onların  övladlarına,  dayı  və  xalanın  payı  onların  övladlarına 
çatır. 
Məsələ 2393: Əgər meyitin varisi əmi və bibi, atanın dayı və xalası, ya 
əmi və bibi, ananın dayı və xalası olsa, mal üç hissəyə bölünür, bir pay əmi 
və  bibiyə,  meyitin  anasının  dayı  və  xalasına  çatır.  (Onlar  vacib  ehtiyata 
əsasən bölgüdə razılaĢırlar.) Qalan iki hissə üç paya bölünür. Bir pay atanın 
dayı və xalasına verilir və onlar bunu öz aralarında bərabər bölürlər. Qalan 
iki  pay  atanın  əmi  və  bibisinə  çatır.  (Əmi  bibi  ilə  müqayisədə  iki  pay 
götürür.) 
Məsələ 2394: Əmi və bibinin, dayı və xalanın irsini (əgər ata-anadanbir 
olarlarsa)  belə  bölmək  olar:  bir  əmi  və  ya  bir  bibiyə  bütün  mal  çatır.  Əgər 
varis  bir  neçə  əmi  və  ya  bir  neçə  bibisə,  onlar  arasında  bərabər  bölünür. 
Əgər həm əmi, həm bibi varsa, əmi iki pay, bibi bir pay götürür. Bir dayı və 
ya  bir xala olduqda bütün  mal  ona çatır. Əgər  bir  neçə dayı  və  ya  bir  neçə 
xala varsa, ya da  həm dayı, həm də xala varsa, mal bərabər Ģəkildə bölünür. 
Əgər  əmi  və  bibi,  dayı  və  xala  olsa,  əmi  və  bibi  iki  pay  götürür,  dayı  və 
xalaya bir pay çatır. Əmi iki pay götürür, bibi bir pay. Dayı və xalanın payı 
isə bərabər bölünür. 
Zövcə və ərin irsi 
Məsələ  2395:  Əgər  daimi  zövcə  dünyadan  köçərsə  və  onun  övladı 
olmazsa, malının yarısı ərinə çatır, qalan hissə o biri vərəsələrə verilir. Əgər 
həmin ərdən və ya baĢqa bir ərdən övladı varsa, bütün malın dörddə biri ərə 
verilir, qalan hissə varislərə çatdırılır. 
Məsələ  2396:  Əgər  ər  dünyasını  dəyiĢsə  və  övladı  olmasa,  malının 
dörddə  biri  daimi  zövcəsinə  çatır.  Qalan  hissə  vərəsələr  arasında  bölünür. 
Əgər həmin zövcədən və  ya  baĢqa zövcədən övladı olarsa, malın səkkizdə 
biri zövcəyə verilir, qalan hissə varislərə çatdırılır. 
Məsələ  2397:  Qadın  ərin  bütün  malından  irs  götürür.  Amma  torpaq  və 
onun qiymətindən irs almır. Bu torpaq ev və ya bağ, əkin sahəsi və bu kimi 
bir Ģey ola bilər. Amma binanın  tikili və ağac kimi fəzasından irs götürmür. 
Fəzada olanlar qiymətləndirilməli və onların qiymətindən irs verilməlidir. 
Məsələ  2398:  Qadın  ərindən  ona  irs  qalmamıĢ  torpaq  və  bina  kimi  bir 
Ģeydən istifadə etmək istəsə vərəsələrdən icazə almalıdır. Vərəsələr də irsin 
fəzasında  olan  tikili  kimi  bir  Ģeyin  qiymətindən  ödəməmiĢ  həmin  Ģeydən 
qadından icazəsiz istifadə edə bilməzlər. Yalnız qadın icazə verdikdə onun 
payını ödəməmiĢ tikilini satmaq olar. Əks təqdirdə bu iĢ yolverilməzdir. 


ġəriət risaləsi 
331 
Məsələ  2399:  Əgər  bina  və  ağac  kimi  Ģeylərə  qiymət  qoymaq  istəsələr 
hesab  üçün  nəzərə  almalıdırlar  ki,  bu  Ģeylər  icarə  haqqından  əlavə  hansı 
dəyərə malikdir.Qadının payini onun qiymətindən verməlidirlər.  
Məsələ  2400:  Su  arxı  və  bu  kimi  Ģeylər  torpaq  hökmündədir.  Həmin 
yerdə iĢlədilən kərpic və bu kimi Ģeylər tikintidən sayılır. 
Məsələ 2401:  Əgər meyitin  birdən artıq zövcəsi olsa, övladı olmadıqda 
malının dörddən biri, övladı olduqda səkkizdən biri yuxarıda deyilən Ģəkildə 
qadınlar  arasında  bərabər  bölünür.  Ərin  onlarla  yaxınlıqda  olub-
olmamasının  fərqi  yoxdur.  Amma  ölümcül  xəstəlikdə  ikən  bir  qadınla 
evlənsə, yalnız yaxınlıq etdiyi halda həmin qadın irs götürür. 
Məsələ 2402: Qadın xəstə halda ərə getsə və bu halda dünyasını dəyiĢsə 
ər ondan irs götürür. Burada yaxınlıq edib-etməməyin fərqi yoxdur. 
Məsələ  2403:  Qadına  təlaq  hökmündə  qeyd  olunduğu  kimi  ric’i  təlaq 
verilsə  (boĢansa)  və  iddə  vaxtında  ölsə,  ər  ondan  irs  götürür.  Qadının  iddə 
vaxtında  ər  də  ölsə  qadın  ondan  irs  alır.  Amma  bain  təlaq  (boĢanma) 
iddəsində ər və arvaddan biri ölsə digəri ondan irs götürmür. 
Məsələ 2404: Əgər ər xəstəlik halında zövcəsini boĢasa və bir ildən sonra 
(qəməri il) dünyasını dəyiĢsə, qadın üç Ģərtlə irs götürür: ər həmin xəstəliklə 
dünyasını  dəyiĢsin;  qadın  təlaq  və  iddədən  sonra  ərə  getməmiĢ  olsun; 
qadının  boĢanmaya  razılığı  olmasın.  (Əgər  razılığı  olmuĢsa,  onun  irs 
götürməsi müĢküldür.) 
Məsələ  2405:  Ərin  öz  zövcəsi  üçün  aldığı  libaslar,  zinət  əĢyaları  və  bu 
kimi  Ģeylər  zövcənin  malıdır.  Bir  Ģərtlə  ki,  yalnız  bəzənmə  məqsədi  ilə 
alındığı sübuta yetməsin. 
Ġrslə bağlı müxtəlif məsələlər 
Məsələ  2406:  KiĢi  dünyasını  dəyiĢdikdə  onun  Qur’anı,  üzüyü,  qılıncı, 
libası  (geydiyi  və  ya  geymək  üçün  hazır  saxladığı  libas)  böyük  oğulun 
malıdır. Əgər meyit sadalanan Ģeylərdən ikisinə malik olmuĢsa (məsələn, iki 
üzük) onların hər birindən istifadə etdiyi halda hamısı böyük oğula çatır. 
Məsələ 2407: Meyitin borcu olsa və bu borc mal qədərində və ya maldan 
artıq həddə çatsa, yuxarıda adı çəkilən dörd Ģey böyük oğula verilmir, satılıb 
borcların  ödənməsinə  xərclənilir.  Amma  mal  borcdan  çox  olarsa  və  borcu 
ödədikdən  sonra  vərəsələr  üçün  kifayət  qədər  mal  qalarsa,  həmin  dörd  Ģey 
böyük oğula çatır. 
Məsələ  2408:  Müsəlman  kafirdən  irs  götürür,  kafir  meyitin  atası  və  ya 
oğlu olsa da, müsəlmandan irs götürmür. 
Məsələ  2409:  Bir  Ģəxs  öz  yaxın  qohumlarından  birini  bilərəkdən  və  ya 
bilmədən  öldürsə,  ondan  irs  payı  almır.  Amma  bilmədən  öldürərsə,  irs 
götürər. Məsələn, havaya atdığı vaxt təsadüfən həmin Ģəxsə dəyib öldürərsə, 
meyitdən  irs  payı  çatır.  Bu  halda  ehtiyata  əsasən  qətlin  diyəsindən  həmin 
Ģəxsə pay düĢmür. 


Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə